Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 

69 


ətraf aləmlə tanış edən məlumat və bilik dairəsini genişləndirən 

şəkillərlə  zəngindir. Burada səslərin tələffüzə görə iki yerə 

ayrılması məsələlərinə həsr olunmuş hissələr də öz əksini tapır. I 

sinifin ən maraqlı məşğələləri əlifba təlimi dövrüdür. Bu dövrdə 

onlar səslə hərfi ayırır, oxu teknikası vərdişlərinə yiyələnir, söz, 

heca anlayışlarını, səslərin növləri, onların arasındakı  fərq 

öyrənilir. Bu dövrdə  həmçinin  şagirdlərin dinləmə  və 

mənimsəmə bacarıqları inkişaf etdirilir. Mətndə ibtidai siniflər 

üçün nəzərdə tutulan “ana dili” fənni üzrə məzmun standartlarına 

uyğundur.  

“Müəllim üçün vəsait” adlandırılan kitab ana dilinin 

tədrisi metodikası sahəsində tamamilə yeni bir addımdır. Bu 

kitabın  əsas məziyyətlərindən biri Avropa təhsili praktikasına 

əsaslanan metodika ilə  zəngin olmasıdır. Bu metodika bizim 

üçün yenidir. Buna görə də bir sıra məqamlarda anlaşılmaz kimi 

görünə bilər. Qərb təhsil sisteminin əsas xüsusiyyətlərinə 

arxalanan icmalların strukturu, dərsin mərhələləri haqqında yeni 

biliklər verir. Müəlliflər hər bir dərsin müasir pedaqoji baxışlara 

əsaslanan yeni tipli planını tərtib etmişlər.  

Vəsaitin  əvvəlində müəlliflərin təqdim etdiyi girişdə 

müasir təlimin  əsas prinsipləri səciyyələnərkən müəllimin 

qarşısında qoyulan aşağıdakı  vəzifələr xüsusi intonasiya ilə 

vurğulanır: müəllim tərəfindən  şüurlu  şəkildə problemli 

situasiyanın yaradılması, onun həlli prosesində  şagirdlərin 

tədqiqatçılığa cəlb olunması, sinif üçün yeni və  zəruri olan 

biliklərin  şagirdlər tərəfindən kəşf olunması üçün şəraitin 

yaradılması. 

Müəllimlər öz metodlarında bu tipli yanaşmanın yeni və 

əhəmiyyətli cəhətlərini aydınlaşdırmışlar. Onlar göstərmişlər ki, 

biliklərin “hazır”  şəkildə verilməsi  əhəmiyyətsizdir. Az vaxtda 

unudulur. Şagird onu heç zaman tətbiq edə bilmir. Buna görə də 

müəllimin zəhməti hədər gedir. Şagirdə bilik vermək deyil, 

bacarıq aşılamaq lazımdır. Belə olanda hər bir şagirdin 

 

70



qabiliyyəti üzə  çıxır, onda elmi öyrənmək vərdişləri yaranır. 

“Ana dilinin tədrisində  fəal, interaktiv təlim metodu” adlanan 

bölmədə bu problem yüksək elmi səviyyədə əsaslandırılır.  

Bu kitabın I sinifdə tədrisini nəzərə alan müəlliflər yeni 

tipli metodika ilə keçiləcək dərslərin  əsas mərhələləri haqqında 

da müfəssəl məlumat verirlər. Motivasiyanın qoyuluşu, 

tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın 

müzakirəsinin təşkili, nəticə, yaradıcı 

tətbiqetmə 

və 


qiymətləndirmə ilə bağlı pedaqoji anlayışlar da bizim 

metodikamızda tamamilə yenidir. “Müəllim üçün metodiki 

vəsait”in maraqlı bölmələrindən biri əlifba təliminə hazırlıq 

dövrü ilə bağlı irəli sürülən mülahizələrdir. Müəlliflər bu 

mülahizələrini “məqsədlər”  şəklində ifadə edərək aşağıdakıları 

qeyd edirlər.  

* Şagirdləri sözlərin xüsusiyyətləri ilə tanış etmək 

*  Əşya,  əlamət və  hərəkət bildirən sözlərin  əsas 

əlamətləri ilə tanış etmək 

*  Şagirdlərin cümlə qurmaq bacarıqlarını inkişaf 

etdirmək  

Bu məqsədlərə çatmaq üçün müəlliflərin konkret 

işarələrdən istifadə edərək hansı sözün ad, hansının hərəkət, 

hansının  əlamət bildirdiyini işarələməyi təklif edirlər. Bu cür 

yanaşma bağça oyunlarının məktəbdə davamı kimi çox 

maraqlıdır. Uşaq hələ anlaya bilmədiyi isim, sifət, fel və s kimi 

anlayışları deyil, onların  əsas mahiyyətini dərk etməyə başlayır. 

Əşyanın adının isim, hərəkətinin fel, əlamətinin sifət olduğunu 

sonra öyrənəcək və həmin bilik daha əsaslı olacaq.  

Uşaqların məktəbə  gəlməsi sentyabrın III həftəsinə 

təsadüf edir. Bu çox uğurlu bir vaxtdır. Onlar yayda meşələri

quşları, çayları  və müxtəlif heyvanları dinləyib məktəbə 

gəlmişlər. Çayların  şırıltısı, quşların cəh-cəhi, heyvanların 

mələşmə  səsi hələ onların qulağındadır. Ilk hftələrdə  uşaqlar 

təbiətdə gördüklərini indi sinifdə tablolarda görür, yay xtirələrini 



 

71 


yada salırlar. Indi müəllimin qarşısında çətin bir vəzifə dayanır. 

O, təbiətin səsini yenidən xatırmalı  və  həmin səslərin işarələri 

olan hərfləri öyrənməlidir. Bu səslərin içərisində sait və 

samitlərini seçmək üçün onların əlinə bir açar verməlidir. Uşaqlar 

təbiətdən öyrəndikcə  səsləri  əlifbaya çevirməyi bacarmalıdırlar. 

Başqa sözlə təbiətin verdiyi estetik hiss uşaqlarda passiv şəkildə 

qalmır və intellektə çevrilir. Estetik hiss intellektə çevriləndə 

passiv duyğuların aktiv əqli keyfiyyətlər qazanmasına səbəb olur. 

Əslində bu elə bir prosesdir ki, hər bir müəllim bu işi 

özü üçün estetik zövq mənbəyinə çevirə bilər.  

Səslərin iki mühüm hissəyə saitə  və samitə ayrılmasını 

izah etmək üçün yenə də təbii səslər köməyə gələ bilər. Səslərin 

az hissəsi saitdir. Uşaq 9 saiti o birilərdən daha asan seçə bilir. 

Buna görə  də sait səslərin üzərində dayanıb onu başqalarından 

seçməyə çalışmaq lazımdır.  

Bunun üçün müxtəlif test tapşırıqları hazırlamaq olar.  



Testlər  

Canavar şəklini göstərib soruşuruq.  

O, ulayarkən hansı səsi çıxarır? 

A) - aaa 

B) ooo 

C) uuu 


 

Ulağı göstərib soruşuruq 

O, anqıranda hansı səsi çıxarır? 

A) – aaa 

B) – ooo 

C) – uuu 

D) i a, i a  

 

 

 

72



ƏLİFBAYA  QƏDƏRKİ  DÖVR 

 

I sinifdə  əlifba təlimi dövründən başlayaraq dərsi elə 



qurmaq lazımdır ki, o, bağçadakı oyunların davamı  təsiri 

bağışlasın. Uşaq qaydalarla məhdudlaşan dil qanunlarını dilçilik 

elmindən daha çox bədii ədəbiyyatdan öyrənməlidir.  

Əlifba təlimi dövründə  uşaqlara hərfləri öyrətməklə 

yanaşı onların obrazlı təfəkkürünü inkişaf etdirmək mümkündür. 

Hələ  məktəbə  gəlməyən uşaqlara iri şəkildə yazılmış  əlifbanı 

göstərmək və hər bir hərfi nəyəsə  bənzətmək olar. Məsələn “S” 

hərfi ilana, “O” təkərə, “Ö” başında papağı olan təkərə “B” hərfi 

ağaca yapışmış 3 rəqəminə, “M” qurbağaya, “X” qayçıya, “V” 

quşa bənzəyir.  

Yaradıcı düşüncəyə malik olan adam mənən zəngin və 

azad  şəxsiyyətdir. Müasir təhsilin başlıca məqsədlərindən biri 

azad düşüncəli  şəxsiyyət yetişdirməkdir.  Əgər təhsilin, o 

cümlədən ana dilinin tədrisinin qarşısında bu vəzifəni qoysaq 

onda məktəbin ümumi simasında da tam yeni keyfiyyətlər 

yaranar. Bu gün məktəblərdə şagird fəallığının azalmasının əsas 

səbəblərindən biri ana dili dərslərində  şagird düşüncəsinin 

çərçivəyə alınması olmuşdur. Məzmunun, hətta cümlələrin 

strukturu, az qala bir-birinin eyni olan inşa yazılar alaq otu kimi 

təhsili  əsas qayəsindən uzaqlaşdırmışdır. Alaq otu tarlanı elə 

bürtümüşdür ki, əsl mahiyyət heçə enmişdir. Uşaq təhsildən 

soyumuşdur.  

Bəs uşağa necə kömək etmək olar? Necə edək ki, uşaq 

sərbəst düşüncəyə malik olsun? Fikirlərini yazmaqda özünü 

kimsədən və ya hansı kitabdansa asılı hesab etməsin. Ətraf aləmi 

müşahidə edərkən gördüklərini yadında saxlayıb yaza bilsin. 

Oxuduğu kitablarda söhbətin nədən getdiyi, hansı fikirlər 

aşılandığını özü duysun. Nəticələri özü çıxarsın. Bu suallar ana 

dili tədrisinin müasir mərhələsində qarşıya qoyulan və cavabı 

axtarılmalı olan ən aktual problemlərdir.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə