Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 

81 


HƏLİMƏ ZEYNALOVA 

Neftçala rayonu R.Gözəlov adına Xıllı  qəsəbə 1 nömrəli orta 

məktəbin ibtidai sinif müəllimi  

ANA DİLİ (I sinif)  

Mövzu: Ç səsi və hərfi 

Standart: 2.1.3; 2.2.2; 4.1.2; 4.1.8. 

Məqsəd:  

1. Ç səsi və hərfi ilə şagirdləri tanış etmək. 

2. Ç səsi və  hərfini heca daxilində  və ayrıca tələffüz 

etmək 

3. Hecalara bölünmüş sözləri oxumaq. 

4. Ç  səsinin sait və ya samit olduğunu 

müəyyənləşdirmək. 

5. Ç səsi və hərfi olan hecalardan sözlər düzəltmək.  

6. Ç  səsi və  hərfinin sözlərdə  işlənmə yerini 

müəyyənləşdirmək. 

7. Ç səsi və hərfi olan sözlərdən cümlə qurmaq. 

Əsas anlayışlar: Səs, hərf, heca, söz, cümlə.  

İş forması: Böyük qrupla iş. 

İş üsulu: Müzakirə. 

Resurslar: Şəkillər, kəsmə əlifba, dərslik. 

 

Dərsin gedişi 



Motivasiya, problemin qoyuluşu 

Qabaqcadan hazırlanmış  şəkli yazı taxtasından asıram 

və uşaqlara müraciətlə deyirəm: Gəlin şəkildəki oğlana ad qoyaq.  

M. – Şəkildə kimi görürsünüz? 

Ş: - Çingizi. 

M: - Çingiz nə edir? 

Ş: Çalışır. 

M. – Hansı Çingiz çalışır? 

Ş: - Çayçı. 

M. – Gəlin bu sözlərdən cümlə düzəldək.  

 

82

Ş. – Çayçı Çingiz çalışır. 



M. – Bu cümlədə neçə söz var? 

Ş: - 3 söz var. 

M: - Bu sözlərdə hansı yeni səsi eşidirsiniz. 

Ş. – (Ç) səsini. 

Sonra izah edirəm ki, bu gün biz (ç) səsi və  hərfini 

keçəcəyik. (Ç) səsinin hərfi işarəsini şagirdlərə göstərirəm.  



Tədqiqat sualı:  Ç səsi və  hərfinin hansı xüsusiyyətləri 

var? 

M. – (Ç) səsi necə səsdir? 

Ş. – Samit səsdir. 

M. – Nə üçün (ç) səsi samit sədir?  

Ş. – Çünki asanlıqla uzanmır. 

M. – (Ç) səsi sözün hansı hissələrində işlənir?  

Ş. – Əvvəlində, ortasında, axırında (çay, aşar, çin, saç).  

M. – “Ç” hərfi keçdiyimiz hərflərdən hansına oxşayır? 

Ş. – “C” hərfinə.  

Tədqiqatın aparılması 

1. Dərslikdən istifadə etməklə siniflə iş aparmaq. 

2. “Ç” hərfinə aid verilmiş sözlərin müəllim tərəfindən 

oxunması, çətin sözlərin aydınlaşdırılması. 

3. “Samur çayı” və “arabanın çarxı” söz 

birləşmələrindən cümlə qurmaq. 



Samur çayı sürətlə axırdı.  

Arabanın arxa çarxı sınmışdır. 

“Çalmaq”  sözünün 3 mənada işlənməsi dərslikdəki 

şəkillər əsasında açıqlanır: Fit çalmaq, ot çalmaq, əl çalmaq. 

4. “Ç” və “C” hərflərinin oxşarlığını müəyyənləşdirmək 

məqsədi ilə kəsmə əlifbadan istifadə edilir. 



Çin, aç, uç, saç sözləri düzüm taxtasında  şagirdlər 

tərəfindən düzülür. Sonra isə digər  şagirdlər tərəfindən düzülür. 

Sonra isə digər şagirdlər tərəfindən həmin sözlərdəki “ç” hərfini 

“c” hərfi ilə  dəyişib  (cin, aç, uc, sac) yeni sözlər alırlar. 




 

83 


Beləliklə, (ç) səsinin (c) səsindən nə ilə  fərqləndiyi  şagirdlərə 

izah olunur: 

M. – Çiçək və cücə şəkillərinə baxın. Onlar bir-birindən 

nə ilə fərqlənirlər? 

Ş. – Çiçək bitkidir, cücə isə quşdur. 

M.- Çiçək nə edir? 

Ş. – Ləçəklənir, çiçək açır. 

M. – Bəs cücə nə edir? 

Ş. – Cücə cikkildəyir, dənləyir. 

M. – Baxın, uşaqlar, “çiçək” sözündə (ç), cücə sözündə 

isə (c) səsi eşidilir. Çiçək cücədən fərqləndiyi kimi “ç” hərfi də 

“c” hərfindən fərqlənir.  

 

Nəticə və ümumiləşdirmə 

Şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək qeyd 

edirəm ki, samit səslər sait səslərə qoşulduqda heca əmələ 

gətirirlər. Hecalar birləşib sözlər  əmələ  gətirir. Cümlə sözlərin 

birləşməsindən əmələ gəlir.  

Yaradıcı tətbiqetmə  

(Ç) səsinin sözün əvvəlində, ortasında və sonunda 

işləndiyi sözləri tapın və bəzilərinin şəklini çəkin. 

Çin – cin, aç – ac, uç – uc, saç – sac sözlərini cümlədə 

işlədin. 



Qiymətləndirmə.  Meyar cədvəli hazırlanır. Dərsin 

bütün mərhələlərində qiymətləndirmə aparılır. 

 

 

84



AYNURƏ HÜSEYNOVA 

 

Neftçala şəhər E.Həbibov adına 4 nömrəli orta məktəbin 

ibtidai sinif müəllimi  

ANA DİLİ (I sinif) 

Mövzu: F səsi və hərfi  

Standart: 

2.1.4. Öyrəndiyi yeni sözləri cümlə içərisində işlədir.  

2.2.3. Sözləri hecalarla oxuyur. 

4.1.2. Sait və samit səsləri tanıyır.  

4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır. 

4.1.8. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır. 

Məqsəd:  

1. “F” səsi və hərfi haqqında məlumat vermək 

2. Şagirdlərin söz ehtiyatlarını zənginləşdirmək. 

3.  Şagirdlərin cümlə qurmaq bacarığını inkişaf 

etdirmək. 

4.  Şagirdlərdə  şəxsi mülahizələrini söyləmək, sərbəst 

fikir yürütmək kimi bacarıqları inkişaf etdirmək. 

İnteqrasiya: Həyat bil. 1.3.1; Təs.inc. 2.2.5.  

İş forması: Böyük və kiçik qruplarla iş. 

Resurslar: Şəkillər, iş vərəqləri və dərslik. 

 

Dərsin gedişi 

Motivasiya, problemin qoyuluşu 

“Fidan Fəridənin fincanını təriflədi” cümləsini müəllim 

şagirdlərə təkrar etdirir və suallar verir: 



- Cümlədəki hər bir sözdə hansı eyni səsi eşidirsiniz? 

- (F) səsini cümlədəki sözlərin hansı hissəsində 

eşidirsiniz? 

Sonra müəllim (f) səsi və  hərfinin yazılışı  və  tələffüzü 

haqqında məlumat verir. 

Tədqiqat sualı:  (F) səsi necə  səsdir və sözün hansı 

hissəsində işlənə bilər? 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə