Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

85 


Tədqiqatın aparılması  

Müəllim dərslikdən istifadə edərək tədqiqat işi aparır. 

Şagirdlər əvvəl açıq, sonra qapalı hecaları oxuyurlar. Dərslikdəki 

şəkillər müəllim tərəfindən adlandırılır və  şagirdlər bu sözlərdə 

(f) səsinin yerini müəyyənləşdirirlər. Verilmiş söz birləşmələri 

oxunulur və şagirdlər onların cümlədən fərqini söyləyirlər.  

Şagirdlər rəngli kartlar (qara, qırmızı, göy, yaşıl, sarı) 

vasitəsilə 5 qrupa bölünür və hər qrupa iş vərəqi təqdim edilir. 



I qrup  

1.  Verilmiş sözləri birləşdirən nədir? Sual işarəsinin 

altında hansı hərf yazılmalıdır? 

2. Verilmiş sözlər neçə hecalıdır? 

3. Bu sözləri cümlədə işlədin.  

 

 

 



 

 

 



 

II qrup  

1.Verilmiş  şəkilləri (fincan, qəfəs, dəf) (f) səsinin 

sözlərdə  işlənmə yerinə görə  cədvəldə uyğun gələn qrafaya 

yapışdırın.  

                                  



 

2. “Fəvvarə” sözündə neçə heca var? 

3. “Qəfəs” sözünü cümlədə işlədin. 

III qrup 

1.  “F” qəfəsdə fil ilə  

Afrikadan gəliblər 

Fidan, Fərrux, Fəridə 

Fillərə baxmaq üçün 

Zooparkda gizlənibdir.   

Şeirdə “f” hərfi olan sözlərin altından xətt çəkin.  

?

 



86

2.  Fidan, Fərrux, Fəridə sözlərində neçə heca var? 

3.  Fil sözünü cümlədə işlədin. 

IV qrup 

1. “Filin xortumu” 

“İlin fəsilləri dörddür” 

“Futbol yarışı”. 

Bunlardan hansı cümlədir? Cümlə ilə söz birləşməsinin 

fərqini deyin. 

2. “Şükufə” sözündə neçə heca var? 

3. Verilmiş söz birləşməsini cümlədə işlədin.  

V qrup 

1. Verilmiş sözləri tapın. 

                                 

  

 

2. Bu sözlərdə neçə heca var? 

3. Bu sözləri cümlədə işlədin.  

İnformasiya mübadiləsi 

Qrupların seçdiyi nümayəndələr görülən işin nəticələrini 

təqdim edirlər. İş vərəqləri lövhədən asılır.  

İnformasiyanın müzakirəsi 

Müzakirə sualları:  

1. Qruplar hansı sözləri aşkar etdilər? 

2.  Bu sözlərdə (f) səsi sözün hansı hissəsində 

işlənmişdir? 

3. (F) səsi necə səsdir? 

4. Sözlər hecalara necə ayrılır? 

5. Cümləni söz birləşməsindən necə fərqləndiririk? 

Nəticə və ümumiləşdirmə   

Müəllim şagirdlərin diqqətini təədqiqat sualına yönəldir. 

Şagirdlərlə birlikdə  təqdimatın və müzakirənin nəticələrini 

ümumiləşdirir: (F) səsi uzanmayan samit səsdir.  (F) sözün 

əvvəlində, ortasında və sonunda işlənə bilir. Cümlə bitmiş fikri 

bildirir, söz birləşməsi isə bitmiş fikri bildirmir.  




 

87 


Yaradıcı tətbiqetmə 

Hərf sxemində “f” hərfi ortada işlənən məktəb 

ləvazimatının adını tapın və şəklini çəkin.  

Qiymətləndirmə.  Müəllim  şagirdlərin fəaliyyətini 

hazırladığı meyar cədvəli  əsasında “+”, “-“ işarələrinin köməyi 

ilə qiymətləndirir. 

Müəllimin dərsdəki mövqeyi haqqında yazan alimlər 

onun “bələdçi” – yəni bilik öyrənmək yolunda şagirdlərin 

qarşısında  şam yandıran, amma dərk etməni onun öz öhdəsinə 

buraxan  şəxsdir. Avropa təhsil sistemində müəllimin bu 

fəaliyyəti  fasilitator  adlanır. Ingilis mənşəli bu sözün mənası 



əlverişli şərait yaradan deməkdir. Bu da əhəmiyyətli məqamdır. 

Deməli, müəllimin sinifdə yaratdığı situasiya elə olmalıdır ki, 

müzakirə mövzusuna çevrilən problem ətrafında hamı fikir söylə-

yə, öz düşüncələrini bölüşə bilsin. Fasilitator müəllim sadəcə 

bilik vermir, özü də  tədqiqatçıya çevrilir, müzakirə prosesində 

onu  şagirdlərdən seçmək çətin olur. O, sadəcə liderdir. Uşaq 

göyə buraxdığı çərpələngin ipini əlində möhkəm saxladığı kimi, 

müəllim də müzakirələrin ümumi ahəngini bir məcraya yönəldir. 

Sinifdə  şagirdlər müxtəlif qruplara bölünəndə  hər bir qrupun 

lideri oranın fasilitatoruna çevrilir. Beləliklə əgər beş qrup varsa, 

deməli sinifdə altı fasilitator var. Bunlardan beşi qrupların 

liderləri, altıncısı isə müəllimdir. Gənc tədqiqatçı, müasir təlim 

texnologiyalarının bilicisi Zülfiyyə Veysova yazır: “Bu, müəllim 

liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdlərin təhsilin 

məqsədinə nail olmağa yönəldilmiş birgə  fəaliyyətinə  əsaslanır. 

Bu zaman müəllim  şəksiz nüfuz sahibi kimi sinif üzərində 

“ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur”.  

Şübhəsiz ki, sinifdə problemli vəziyyət yaratmaq 

müəllimin aldığı bilikdən, dünyagörüşündən, elmi-pedaqoji 

səviyyəsindən çox asılıdır. Çünki problemin həllinə qoşulan 7-8 

yaşı  təzəcə tamam olan uşaqdır. Onun dünyagörüşü də, 

məsələlərə münasibəti də müəlliminki qədər deyil. Müəllimin 

 

88

pedaqoji ustalığı  burada meydana çıxır. Problemin həllində 



bələdçi olan müəllim biliklərin əldə olunması yollarını göstərir.  

1. Hərf və  səslərin ümumiləşdirici cədvəli.  Hər bir 

hərfi keçərkən müəllim ümumiləşdirici cədvəli doldurur. Bu 

cədvəl sinifdə daima asılır və  şagirdlərin  əldə olunan bilikləri 

sistemli şəkildə qavrayıb yadda saxlamağa kömək edir.  



2. Motivasiya zamanı istifadə olunan cədvəl.  Bu 

cədvəldən dərslikdə verilən  şəkil  əsasında fərziyyələrin üzə 

çıxarılmasında vasitə kimi istifadə edilir.  

 

Hərflər  



Necə? Hansı? Kim? Nə? Nə edir? 

A Ağıllı  

Ağca  

Ağlayırdı  



N Nazlı  

Nigar  


Nazlanır  

..... 


 

 

 

 

3. Fonematik təhlil üçün nümunə.  Müəllim 

şagirdlərdə sözün təhlil-tərkib hissəsini aşağıda verilmiş 

fonematik təhlil əsasında apara bilər.  

M: - Nazlı sözünü tələffüz edək. 

Ş: - Nazlı. 

M: - Tələffüz edildikdə bu söz neçə hissəyə ayrılır? 

Ş: - Naz-lı. 2 hissəyə. 

M: - Bu hecadır. Tələffüz edildikdə Nazlı sözü asanlıqla 

2 hissəyə ayrılır. Deməli, Nazlı sözündə iki heca var. Naz-lı. 

Birinci heca hansıdır? 

Ş: - Naz. 

M: - Bu hecanı  tələffüz edərkən hansı ilk səsi 

eşidirsiniz? Naz (müəllim birinci səsi xüsusi tonla deyir). 

Ş: - (n) 

M: - Bu hecanı  tələffüz edərkən hansı ikinci səsi 

eşidirsiniz? Naz (müəllim ikinci səsi xüsusi tonla deyir). 

Ş:- (a) 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə