Microsoft Word Shelale Nebiyeva doc


MÜASİR DƏRS VƏ QİYMƏTLƏNDİRMƏ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 

77 


MÜASİR DƏRS VƏ QİYMƏTLƏNDİRMƏ 

 

Şagird-müəllim  ənənələrinin  ən mühüm ənənələrindən 



biri qiymətləndirmədir. Bu elə bir məqamdır ki, şagird həm əldə 

etdiyi biliklərin səviyyəsini anlayır, həm də gələcək fəaliyyətinin 

istiqamətini müəyyənləşdirir. Qiymətləndirmə müəllimi də, 

valideyni də,  şagirdi də eyni dərəcədə maraqlandırır. Çünki 

müasir qiymətləndirmə sistemi təkcə şagird nailiyyətlərinə deyil, 

həm də müəllim fəaliyyətinə yekun vurur. Bir qədər geniş 

götürdükdə  hər bir şagirdin nailiyyəti bütün sinfin, məktəbin 

nailiyyətlərinə təsir göstərir. 

Müəllim dərsə başladığı ilk gündən sonu (nəticəni) 

görməyə can atır. Buna görə də o, birinci gündən dərsə başlamaq 

üçün xüsusi plan tərtib edir. Buna dərsin planlaşdırılması deyilir.  

Məsələn, “Anamızdır Azərbaycan” mövzusunu birinci 

sinifdə  tədrisi müəllim Təhsil Problemləri  İnstitutunun 

Kurrikulum mərkəzinin  əməkdaşı Nazilə Mehdiyevanın təqdim 

etdiyi dərs nümunələri 2 variantdan ibarətdir.  

 

 

SƏİDƏ İSMAYILOVA 



Neftçala rayonu S. Kərimov adına Qədimkənd orta məktəbinin 

ibtidai sinif müəllimi  

Ana dili (I sinif) 

Mövzu: Q səsi və hərfi  

Standart: 2.1.3; 2.1.4; 2.2.1; 2.2.2; 2.2.3; 4.1.2.  

Məqsəd: 


1. Q səsi və hərfini tanımaq. 

2. Q səsi və hərfindən hecalar düzəltmək. 

3. Q  səsinin sait və ya samit olduğunu 

müəyyənləşdirmək.  



4. Q səsi və hərfi olan hecalardan sözlər düzəltmək 

 

78



5. Q  səsi və  hərfinin sözün əvvəlində, ortasında və 

axırında işlənməsi, (q) səsinin tələffüzü haqqında məlumat 

vermək. 

6. Q səsi və hərfi olan sözlərdən cümlə qurmaq. 

İnteqrasiya: Mus., Həyat bil., Rəsm. 

Əsas anlayışlar: Səs, hərf, heca, söz, cümlə.  

İş forması: Böyük və kiçik qruplarla iş. 

İş üsulu: Müzakirə, beyin həmləsi. 

Resurslar:  Şəkillər, iş  vərəqləri, kəsmə  əlifba, dərslik, 

heca cədvəli, maqnitafon. 

Dərsin gedişi 

Motivasiya, problemin qoyuluşu  

Yazı taxtasının bir tərəfində qarğalar, qazlar və 

qurbağalar təsvir olunub. Digər tərəfdə isə “Qar...qar...qar!!!”, 

“Qa,.. qa... qa!!!”, “Qur... qur... qur!!!” sözləri yazılıb. 

Moqnitofondan ardıcıl olaraq qarğaların, qazların, 

qurbağaların səsləri eşidilir.  



- Bu nəyin səsidir? (qarğaların) 

- Qarğaları göstərin və onları uyğun səsləri əks etdirən 

sözlərlə birləşdirin. Qarğalar nə edir? (qarıldayır – 

Qar...qar...qar!!!)  

- Bu nəyin səsidir (qazların) 

- Qazları göstərin və onları uyğun səsləri  əks etdirən 

sözlərlə birləşdirin. Qazlar nə edir? (qaqqıldayır – Qa... qa... 

qa!!!) 

- Bu nəyin səsidir? (qurbağaların) 

- Qurbağaları göstərin və onları uyğun səsləri  əks 

etdirən sözlərlə birləşdirin. Qurbağalar nə edir? (quruldayır – 

Qur... qur... qur!!!)  



- Bu səslərdə hansı səs daha çox eşidilir? 

(q) səsi). 

- Gəlin, (q) səsinin yazılışı ilə tanış olaq (kitabdakı «q» 

hərfinin yazı və çap şəklini şagirdlərə nümayiuş etdirirəm). 




 

79 


Tədqiqat sualı:  (Q) səsi necə  səsdir? O, sözün hansı 

hissələrində işlənir? 

Şagirdlərin fərziyyələri dinlənilir və yazı taxtasında 

qeyd olunur.  

Tədqiqatın aparılması   

Şagirdlər qruplara bölünür. Hər qrupa iş  vərəqi təqdim 

edilir. 

I qrup  

1.  Verilmiş sxemdə saitlərdən istifadə edərək hecalar 

düzəldin və onların tələffüzünə fikir verin.  

 

 

 

 

2.  Verilmiş hecalardan 

istifadə edərək sözlər düzəldin:  



Qa, la, ya, yu, yıq, qu  

                                                                            

II qrup  

1. Nöqtələrin yerinə müvafiq hərfi qoyun: 

İl... ar, bayra... , balı..., ... ab,  

Ora... , ton... al. 

“Q” hərfi sözün hansı hissələrində işlənə bilər? 



2. “Balıq”, “quyu” sözlərini hecalara ayırın.  

III qrup  

1.  Atalar sözlərini oxuyun və “q” hərfinin işləndiyi 

sözlərin altından xətt çəkin.  

Yaz dumanı bar gətirər, qış dumanı qar.  

Qışın qarı, yayın barı.  

2. Bayraq şəklini rəngləyin. 

IV qrup  

Verilmiş  şəkilləri (qaz, quzu, balıq, qarağat, qutu, 

qarğıdalı, qurbağa, yarpaq, oraq, bayraq, vaqon, toqqa) (q) 

 

80



səsinin sözlərdə  işlənmə yerinə görə  cədvəldə uyğun gələn 

qrafaya yapışdırın.  

 

Sözün əvvəlində Sözün 

ortasında Sözün 

sonunda 

 

 



 

 

İnformasiya mübadiləsi  

Tədqiqat işi başa çatdıqdan sonra qrup üzvləri işlərini 

təqdim edirlər. İş vərəqləri lövhədən asılır. 



İnformasiyanın müzakirəsi və təşkili  

Müzakirə sualları: 

1. (Q) səsi sözün hansı hissələrində işlənir?  

2. Səslə hərfin fərqi nədir? 

3. Sözlər necə əmələ gəlir?  

4. Sözlər birləşib nə əmələ gətirir?      

Şagirdlərin mümkün cavabları:  

1.  (Q) səsi sözün əvvəlində, ortasında, sonunda işlənə 

bilər.  

2.  Səsləri deyirik və  eşidirik, hərfləri isə yazırıq və 

görürük. 

3. Sözlər hecalardan əmələ gəlir. 

4. Sözlər birləşib cümlə əmələ gətirir.  

Nəticə və ümumiləşdirmə 

Deyilən fikirlərə  əsaslanaraq  şagirdlərin cavablarını 

aşağıdakı sxem vasitəsilə ümumiləşdirirəm. 

Ev tapşırığı. Adlarının tərkibində “q” hərfi olan şəkillər 

çəkin.  


Qiymətləndirmə. Qiymətləndirmə hazırlanmış meyar 

cədvəli əsasında aparılır.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə