Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 

65 


təkrar etməklə ritmik bir musiqini eşidir. Həmin musiqi bəstəkar 

musiqisinin içində yaşayan poeziyanın ritmidir.  

Yanıltmac xarakterli şeirlərin uşaqlar tərəfindən maraqla 

oxunması, səslərin yaratdığı ritmik alliterasiyadadır. Uşaq 

bağçalarında sadə sözlərdən ibarət olan yanıltmaclardan və bu 

tipli  şeir parçalarından ibarət yarışlar keçirilməsi olduqca 

əhəmiyyətlidir. Belə əsərlərdə bəzən bir, bəzən də bir neçə səsin 

müəyyən qaydada düzülməsi qanunu var. Uşaq həmin  şeirləri 

deyərkən diqqətcil olur ki, səslərin yeri səhv düşməsin, məna 

pozulmasın. Bu isə özlüyündə düşüncənin, diqqətin  əsasını 

qoyur.  

Bazar günü bazardan, 

Bir rezin qız aldılar. 

Zərli-bəzəkli qızı 

Zər zənbilə saldılar. 

Bu rezin qız sürüşdü, 

Zənbildən zığa düşdü. 

Zığıldadı rezin qız... 

Zığ-zığ zığıldayaraq 

Bizi gətirsə zara, 

Zərli zənbilə salıb 

Qaytararıq bazara.  

(A. Barto)  

Uşaq intellektinin bünövrəsini balacanın ilkin inkişaf 

dövründə qoymalı müstəqil düşüncəyə malik olmasının qayğısına 

qalmaq lazımdır. Açıq Cəmiyyət İnstitutunun elmi əməkdaşı Liz 

Loran Avropalı  təhsil işçiləri ilə müzakirələr zamanı demişdir: 

“Çox vacibdir ki, uşaqlar öz inkişafları dövründə  fərdi azadlığı 

hiss etsinlər. Bütün uşaqlar müstəqil nəticə çıxarmalı və müstəqil 

qərarlar çıxarmağı bacarmalıdırlar. (Təhsil və demokratiya 

 

mədəniyyəti: Kiçik yaşlı  uşaqlar üçün pedaqoji metodika Bakı, 



2000. 122 səh. Səh 11) 

 

66



Müstəqil düşüncəyə malik olmaq üçün isə intellektin 

möhkəm bünövrəyə  əsaslanması lazımdır. Uşaqların ibtidai 

məktəbə keçməyə hazır olduqlarına əmin olmaq məqsədilə böyük 

yaşlı və inkişaf səviyyəsi yüksək olan qruplarda ana dili ilə bağlı 

oyunlar tətbiq etmək məqsəduyğundur.  Şərti olaraq “söz 

oyunları” adlanan məşğələlərdə  hərflərdən sözlər düzəltmək 

verilir. Belə sözlər daha çox göz qabağında olan əşyalara aid ola 

bilər. Belə sözlər həmçinin bağça yoldaşları, valideynlərinin 

adları da ola bilər. Məşğələni elə təşkil etmək lazımdır ki, oyun 

xarakteri daşısın. Məşhur nağıl qəhrəmanlarının adlarını, onların 

əsas xarakterik xüsusiyyətlərini  əks etdirən sözləri də yazmaq 

olar. 


Uşaq bağçalarında riyazi vərdişlərə marağı nəzərə alaraq 

hərflərin boyunu, enini (məsələn böyük U, balaca u, və ya “M” 

“İ”dən enlidir, yaxud “I” “r”dan iridir) hərflərin müqayisəsi 

adlanan bu oyunda həm də bənzətmə qabiliyyətləri də inkişaf edə 

bilər. Məsələn “M” hərfi qurbağaya, “S” ilana, “O” təkərə və s. 

bənzədilməklə  uşaqda  ətraf aləmə  nəzər salarkən gördükləri 

əşyaların fiqurlarını yadda saxlamağa kömək edir.  

Bağçalar üzərində müxtəlif hərflər və xalq nağıllarının 

şəkilləri olan kubiklərlə  zəngin olmalıdır. Tərbiyəçi saitlər 

haqqında ilkin təsəvvür yaratmaqdan ötrü müxtəlif heyvanların 

çıxardıqları səslərdən ibarət oyunlar da təşkil edə bilər. Məsələn, 

canavar “U u u u”, ceyran “Üüüü” deyə  səs çıxarır. Bir səsdən 

ibarət olan bu çığırtıları yuxarı yaş qruplarında daha 

mürəkkəbləri ilə əvəz etmək olar. Əlbəttə bu məşğələlər sadədən 

mürəkkəbə keçməklə ardıcıl aparılmalıdır.  İki səsli məşğələlər: 

camışın “mooo”, pişiyin “myau”, çətin məşğələlər ulağın “ia ia”, 

lap çətin məşğələlər bildirçinin “bıpbılıt, bıpbılıt” səslərinin 

yamsılaması ola bilər. Məşğələlər prosesində saitlərin xüsusi bir 

avazla uzadılması vərdişi aşılanmalıdır. Bu vərdiş məktəbdə sait 

səslərin asanlıqla qavranılmasına, sözlərin sətirdən sətrə 

keçirilməsini öyrənməsinə xidmət göstərəcəkdir.  



 

67 


Samit səslərini də oyun prosesində  uşaqlara anlatmaq 

mümkündür. Meşə, dəniz və s səslərin təqlidi yolu ilə “Xoşşş”, 

“Xışşş”, Traktor “Trrr”, Saat “Din-dan”, Dalğa “dam-dum” kimi 

səslərin təqlidi ilə oyunlar təşkil etmək samitlərin anlaşılmasına 

xidmət göstərə bilər. 

Oyun prosesində öz hərəkətləri ilə  hərflərin xarici 

görünüşünü göstərmək üçün uşaqlara meydan vermək zəruridir. 

Onlar bu yolla həm hərfləri yadda saxlayır, həm də fiziki 

imkanlarını inkişaf etdirirlər. Bu prosesdə ehtiyacı olanlara 

köməklik göstərmək lazımdır. Qoy hər bir uşaq nümayiş 

etdirmək istədiyi hərfi müəllimin köməkliyi ilə göstərsin. Bu 

onun sonrakı inkişafına müsbət təsir göstərəcəkdir. 

Dramatik oyunların da əhəmiyyəti böyükdür. Uşaqlar 

obrazlara girməyi, müxtəlif heyvanların səsini çıxarmağı sevirlər. 

“Tıq-tıq xanım” kimi xüsusi səs təqlidi ilə seçilən  əsərlərin 

səhnəyə qoyulması maraqlı olar.  

Uşaqların bağçadan ibtidai məktəbə keçdiyi ərəfədə 

tərbiyəçi təlimə ibtidai məktəb proqramının elementlərini daxil 

edərkən öz üslubunu dəyişməməlidir. Amma, bununla yanaşı o, 

uşaqları yeni təlim mühitinə daxil olmağa hazırlamalıdır. Bunun 

ən yaxşı üsullarından biri uşaqları ibtidai  məktəbə aparıb, onları 

buradakı  tədris mühiti ilə  əyani  şəkildə tanış etdikdən sonra 

bağçada onlar üçün “məktəb” oyununu təşkil etməlidir. Tərbiyəçi 

dramatik oyunlar guşəsində sinif otağına bənzər bir otaq düzəldə 

bilər. Bu zaman tərbiyəçi məktəb müəllimi, uşaqlar isə parta 

arxasında oturmuş şagird rolunu oynayırlar. Oyun zamanı uşaqlar 

partada oturub dinləməyi, səf qurmağı,  əllərini qaldırmağı  və 

kiçik dəftərlər üzərində  işləməyi öyrənirlər. Beləliklə, uşaqlar 

oyun prosesində onlara qarşı irəli sürülən yeni tələblərin bəziləri 

ilə tanış olurlar. (26,114) 

2008-ci ildən başlayaraq ölkəmizin bütün birinci siniflə-

rində “Azərbaycan Respublikasının Ümumtəhsil məktəbləri üçün 

ana dili kurrikulumu (I-IVsiniflər) həyata keçirilməyə 

 

68



başlanmışdır. I siniflər üçün “Ana dili dərsliyi, “Müəllim üçün 

vəsait”, “İş  dəftəri” nəşr olunmuş, məktəbli çantası, oxu 

ləvazimatları ilə birlikdə bütün məktəblərə pulsuz paylanmışdır. 

Bu işi Azərbaycan Respublikası Prezident aparatının, Heydər 

Əliyev adına fondun diqqəti və qayğısı altında Azərbaycan 

respublikasının Təhsil Nazirliyi həyata keçirmişdir.  

2008-ci ildə  nəşr olunan I siniflər üçün ana dili 

dərsliyinin, müəllimlər üçün vəsaitin meydana gəlməsi dərslik 

yaratmaq sahəsində keçdiyimiz yolun yeni mərhələsidir. XIX 

əsrdən başlayaraq uzun bir yol keçən “ana dili” və “oxu” 

dərslikləri yaratmaq sahəsində qazandığımız nailiyyətlərin 

yekunudur. Kitablar həm də ona görə qiymətlidir ki, onlar müasir 

dünyanın tələb etdiyi metodika əsasında yazılmış, uşaqların 

müstəqil düşüncəsinə, intellekt qabiliyyətlərinin inkişaf 

etdirilməsinə hesablanmışdır.  

Kitabın birinci hissəsi  şəkillər üzərində  işləmə üçün 

müəllimə maraqlı material verir. Şagirdlərin nitqini inkişaf 

etdirmək üçün verilən  şəkikllərin altında müxtəlif işarələr 

qoyulur. Həmin  şərti işarələrlə tanış olan şagird onlara uyğun 

gələn sualları verə bilir. Əgər şəkilin altında      işarəsi qoyulub-

sa, deməli “kim”, “nə”       işarəsi qoyulbsa nə etdi, nə edir, nə 

edəcək,            işarəsi qoyulubsa necə, hansı sualları verilməlidir. 

Beləliklə  şagird  şəkillərə  və onların altındakı  işarələrə baxaraq 

suallar verə bilir. Şəkillər suallara cavab veriləcək bir 

kompozisiyaya malik olduğu üçün şagirdlər  şəkilləri asanca 

oxuyurlar. Həmin işarələr vasitəsilə söz birləşmələri, hətta bütöv 

cümlələr yaranır ki, bu da şagird intellektinə ünvanlanan maraqlı 

bir üsuldur. Şəkil ilə təlim dövründə sözlərin hecalara bölünməsi 

də şərti işarələrlə göstərilir. Bu da şagirdə imkan verir ki, sözləri 

asanlıqla hecalara bölsün. –sözü,  -heca bölgüsünü göstərir. 

Dərslikdə              sait və               samit səslərin müxtəlif rəngli 

nöqtələrlə göstərilməsi də  ənənənin davamı kimi qiymətlidir. 

Yaradıcı müəllim üçün bu dərslik şagird xəyalına təsir edən, onu 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə