Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   22   23   24   25   26   27   28   29   30

 

105 


funksiyasını məhv edir. Nəticədə, hətta yüksək dövlət vəzifəsinə 

yüksəlmiş elə adamlara rast gəlirik ki, onların var-dövlət 

həddindən artıq olsa da öz bədbəxtliklərindən  şikayətlənirlər. 

Onların bu şikayəti tamamilə haqlıdır. Çünki var-dövlət hər şeyi 

həll etmir.  

İntellektin inkişaf etdirilməsi, beynin fəallığı, çevikliyi 

yeganə  çıxış yoludur. Bunu təkcə ana dili dərslərinin tədrisi 

prosesi deyil, bütövlükdə məktəb sistemi nəzərə almalıdır. Ya biz 

hər gün uşaqların intellektinə  təsir göstərən bədii  əsərlər 

vasitəsilə onları inkişaf etdirməli, ya da bütün dərslərimizi 

onların düşüncəsinə uyğun gələn oyunlar şəklində qurmalıyıq.  

Ağlı necə  məşq etdirmək olar? Bu sual müasir təhsilin 

qarşısında dayanan əsas vəzifələrdən biridir.  

Dünya təcrübəsi göstərir ki, cəmiyyət üçün müstəqil 

inkişaf edən, yaradıcı  şəxsiyyət yetişdirmək lazımdır. Bunun 

üçün aşağıdakıları bilmək faydalı olar: 

1. Yaradıcı  və müstəqil düşünmə qabiliyyətini aşkara 

çıxarmaq; 

2. Fəallığı və marağı üzə çıxarmaq; 

3. Müstəqil olaraq şagirdlərin biliklərə yiyələnmək 

bacarığını müəyyən etmək; 

4. Təşəbbüskarlığı alqışlamaq. 

Belə bir şəxsiyyətin tərbiyəsi  üçün yeni dövrdə təlimin 

vəzifələri  şagirdlərə bilik və bacarıqların aşılanmasını  təmin 

etməkdir.  Şagirdlərin məlumatı müstəqil olaraq toplamaları, 

tənqidi təhlil etmələri, tənqidi qiymətləndirmələri, nəticə 

çıxarmaları vacibdir.  

Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev 

yazır: “İnsanın bir fərd olaraq mənəvi intellektual inkişafı ilə 

ictimai tərəqqi arasında ciddi, qarşılıqlı  əlaqə  məqamları vardır. 

Belə ki, ayrı-ayrı insanların ümumi inkişaf səviyyəsi aşağı 

olduqda cəmiyyətin təkmilləşdirilməsi səviyyəsi dövlət 

idarəçiliyinin optimallığı da öz növbəsində  fərdlərin öz şəxsi 

 

106



həyatlarını düzgün qurmaları 

və 


mənəvi intellektual 

inkişaflarının təmin olunması üçün mühüm şərtdir”. (S. Xəlilov, 

Mənəviyyat fəlsəfəsi. Bakı, 2007, 518 səh. Səh 3) 

Bəşəriyyət daim intellektin qələbəsinə çalışmış, bunun 

üçün bütün imkan və vasitələrdən istifadə etmişdir. Çünki 

cəmiyyəti işıqlı yola yalnız intellekt çıxara bilər. Xalq 

ədəbiyyatında da buna çoxlu misallar var. Məsələn, 

Məlikməmməd nağılında deyilir: “Ağ qoç işıqlı dünyaya, qara 

qoç qaranlıq dünyaya aparır.” Ancaq elm bəşəriyyəti həqiqətə, 

ədalətə  və xoşbəxtliyə apara bilər. dünyanın işıqlı adamları 

həmişə belə düşünmüşlər. Əlbəttə, bəzən; 

Qalib gələcəkmi, cahanda kamal?! 

(Səməd Vurğun) 

kimi tərəddüdlü fikirlərə düşənlər də var. Bütün elmlərin 

bünövrəsinin təhsillə bağlılığını duyan və  cəmiyyətin xilas 

yolunun insan zəkasında olduğunu başa düşənlər çoxdur.  

Qədim yunan filosofu Esxil yazırdı: “Çox bilən yox, 

lazım olanı bilən müdrikdir. (s 213) Müasir təlim 

texnologiyalarının  əsas prinsipini əks etdirən bu sözlər çox 

qiymətlidir. Görkəmli filosof H. Spenser yazır:  Əgər biliklər 

qaydaya salınmayıbsa nə qədər çox bilsən, təfəkkür o qədər zəif 

olacaq”. (s 215)  

Şagirdlərin intellekt qabiliyyətlərinin inkişafına nə qədər 

erkən başlanılsa o qədər yaxşıdır. Ərəb xalqının belə bir sözü var: 

“Qocalıqda öyrənmək-qum üzərində yazıdır, cavanlıqda 

öyrənmək daş üzərində”. (s214) Fəlsəfə elmləri doktoru 

professor S. Xəlilov yazır: “Şərq fəlsəfəsində  hər hansı bir 

qüvvənin biliklə  tənzim olunması, idarə edilməsi ideyası ilə 

yanaşı,  biliyin özünün qüvvə kimi çıxış etməsi ideyası da irəli 

sürülürdü. Insanı bütün canlıların ən qüdrətlisi edən fiziki qüvvə 

deyil, biliyin qüvvəsidir. Sözün geniş  mənasında azadlıq 

qazanmaq, nəinki təbiətdə, həm də öz üzərində hökmran olmaq 




 

107 


lazımdır. Hələ XII əsrdə böyük Nizami insanın  əsl qüdrət və 

qüvvətini elmlə əlaqələndirərək deyirdi: 



Qüvvət elmdədir, başqa cür heç kəs 

Heç kəsə üstünlük eyləyə bilməz. 

Bu misralar F. Bekonun məşhur “bilik-qüvvədir” 

aforizmindən 5 əsr  əvvəl yazılmışdı. Lakin o dövrdə  məhsuldar 

qüvvələrin inkişaf səviyyəsi belə bir ideyanın böyük miqyasda 

həyata keçirilməsinə imkan vermirdi. Ona görə bu ideyanın da 

məhz bir fərd miqyası üçün irəli sürüldüyünü ehtimal etmək 

lazım gəlir. Elm həqiqətən F. Bekon dövründən (hətta bir qədər 

sonra) və  məhz Qərb ölkələrində ümumictimai miqyaslı maddi 

bir qüvvə kimi çıxış etməyə başlamışdır”. (S. Xəlilov 

Mənəviyyat fəlsəfəsi. 518 səh Bakı, 2007, səh 183)  

“Müasir dövrün reallığı budur ki, təlimin məzmunu 

təriflərin, düsturların, tarixi gün və hadisələrin  əzbərlənməsinə, 

nəzəri materialların mənimsənilməsinə deyil, şagirdlərdə yaradıcı 

düşünmə, müstəqil öyrənmə və qərar qəbul etmə, təşəbbüskarlıq, 

tətbiq və  tədqiqatçılıq bacarıqlarının, iradi keyfiyyətlərin 

formalaşmasına yönəlməlidir. Nəticədə  şagirdlərin idrak 

fəallığını, ümumi inkişafını  ləngidən mövcud “yaddaş 

məktəbi”ndən təfəkkür və düşüncə  məktəbi”nə keçməyə  və bu 

əsasda ümumi təhsilin müasir modelini qurmağa nail olmalıyıq”. 

(Kurrikulum jurnalı N4, 2008. Səh 5) 

Ənənəvi təhsil sisteminin ən güclü çağlarında –XX əsrin 

60-cı illərində müasir təlimin bir sıra xüsusiyyətlərini dərk edən 

tədqiqatçılarımız yetişmişdi. Belə  tədqiqatçılarından biri 

Azərbaycan dilinin tədrisi metodikası ixtisas üzrə ciddi əsərlərin 

müəllifi olan Əli Fərəcov idi. Onun 1967-ci ildə  nəşr olunun 

“Qrammatik məfhumların mənimsənilməsi” monoqrafiyası ana 

dilinin tədrisi metodikasında  ciddi bir tədqiqat əsəri kimi diqqəti 

cəlb edir. Bu əsərin gözəlliyi orasındadır ki, müəllif  Azərbaycan 

dili və onun tədrisi metodikası, pedaqogika elmlərinin 

nailiyyətlərindən istifadə etməklə yanaşı müasir dünya 

 

108


psixologiyasına müraciət edirdi. Bu doğru yol idi. Əli Fərəcov 

yazırdı: “Azərbaycan dili tədrisinin  ən mühüm məsələlərindən 

biri qrmmatik məfhumların 

şagirdlərdə formalaşması 

məsələsidir.  Şagirdlərdə qrammatik məfhumların formalaşması 

dedikdə, hər  şeydən  əvvəl, öyrənilən qrammatik hadisənin 

başlıca 

əlamət və xüsusiyyətlərini  şagirdlərin  şüurlu 

mənimsəmələri, qrammatikadan əldə etdikləri bilikləri təcrübədə 

tətbiq edə bilmələri nəzərdə tutulur. Belə olduqda bilik fəal 

qüvvəyə çevrilir, fənnin idrak rolu genişlənir, şagirdlərin fəallığı 

və müstəqilliyi artır. Azərbaycan dili dərslərində qrammatik 

məfhumların rolu mürəkkəb və çoxcəhətlidir. Bir tərəfdən biz 

məfhumlara sübut prosesində müraciət edirik, digər tərəfdən, hər 

bir sübutda qrammatik məfhumun məzmununu açır və 

məfhumlara aid biliyimizi dürüstləşdirib aydınlaşdırırıq. Bundan 

başqa, bu və ya digər qrammatik məfhuma verilən tərifin özü öz 

növbəsində artıq məlum məfhumlara  əsaslanır. (Qrammatik 

məfhumların mənimsənilməsi. Bakı, 1967.  2000, səh 3) 

Müəllif qarşısına qoyduğu bu vəzifələri həyata keçirmək 

üçün o dövrün psixoloqlarının elmi nailiyyətlərini diqqətlə 

öyrənir və öz tədqiqatı ilə  əlaqələndirirdi. “Dilin öyrənilməsini 

təfəkkürlə, nitq inkişafı ilə, gerçək aləmlə  əlaqələndirmək 

lazımdır. Dil təfəkkürün inkişafı ilə  vəhdətdə öyrənilməlidir. 

Bunun üçün Azərbaycan dili dərslərində elə üsullardan

priyomlardan istifadə olunmalıdır ki, onlar şagirdlərə dil 

faktlarını müqayisə etməyi, bir-birindən fərqləndirməyi, bu dil 

faktları içərisində mühüm və başlıca olanı seçib ayırmağı, nəticə 

çıxarmağı öyrətsin”. (s5) 

Əli Fərəcov Azərbaycan dilinin tədrisini psixologiya 

elminin verdiyi imkanlardan istifadə yolu ilə  tədrisə  cəlb edən 

maraqlı metodistlərdəndir. O, məfhumun (Qrammatik 

məfhumların – Ş. N.) aydınlaşdırılması üçün onu qavrayış  və 

təsəvvür kimi psixi fəaliyyət formaları ilə müqayisə edir və 

göstərir ki, qavrayış hiss üzvlərinə bilavasitə təsir edən ayrı-ayrı 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə