Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 

33 


olduğumuz cəhətləri ilə yanaşı yeni, daha dərində gizlənən 

keyfiyyətlərinin üzə çıxması zəruri sayılır.  

“I – III siniflərdə  şagirdlərin  ədəbiyyat nəzəriyyəsi üzrə 

praktik yolla əldə etdikləri təsəvvürlərin ümumiləşdirilməsi” 

tələb olunur. Bu tələblərlə yanaşı proqram həmçinin IV sinif 

şagirdləri nəyi bilməlidir sualına belə cavab verir: “Hekayə, 

nağıl, şer, təmsil, atalar sözləri, tapmaca, yanıltmacın... xüsusiy-

yətlərini”. Bu konkret tələbdir. Folklorun tədrisində IV sinif 

xüsusi bir mərhələdir. Uşaqlar ibtidai sinfi bitirir və orta təhsilə 

qədəm qoyur. V sinifdən “ədəbiyyat” müstəqil bir fənnə çevrilə-

cək. IV sinif şagirdi bu mərhələyə tam hazır olmalıdır. O, folklor 

poetikasını əsasən mənimsəməli, bir sıra vacib ədəbiyyatşünaslıq 

elementlərini bilməlidir. Proqramın tələbi budur.  

İbtidai siniflərdə obrazlı sözə maraq oyatmaq 

məktəblilərin bədii təfəkkürünün formalaşmasında xüsusi rol 

oynayır.  Şagirdin sonrakı inkişafı onun ilk tanış olduğu  ədəbi 

materialların cövhərini anlamaqdan çox asılıdır. 

İbtidai siniflərin “Oxu” kitablarında bədii sözün bütün 

siqlətini qoruyub saxlayan nümunələr çoxdur. Bu nümunələrin 

içində şərti olaraq “kiçik folklor” adlandırdığımız xalq ədəbiyyatı 

nümunələrinin yüksək səviyyədə  tədrisi uşaqlara həm dilimizin 

zənginliyini dərk etməyə, həm də xalqın obrazlı  təfəkkürünün 

əsil mahiyyətini başa düşməyə kömək edir. 

Azərbaycan müstəqil bir dövlət kimi inkişaf etməyə 

başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində  fəaliyyətdə 

olan ibtidai təhsil proqramları bizim təhsil sistemimizə inteqra-

siya etməyə başlamışdır. Bu, bir tərəfdən dünyanın digər ölkələ-

rinin bizim təhsilimizə müdaxilə etmək cəhdi ilə bağlıdırsa, digər 

tərəfdən bizim təhsilimizin özünün təşəbbüsləri ilə  əlaqədardır. 

SSRİ dağıldıqdan sonra həm daxili ehtiyacdan, həm də xaricin 

təsirindən bizim təhsil sistemimiz yeni konsepsiyalarla üzləşməli 

oldu. 


 

34

Açıq Cəmiyyət  İnstitutunun yardımı ilə ABŞ-ın ibtidai 



təhsilinin bir sıra elementləri artıq məktəblərimizə yol tapmışdır. 

Həmin sistemlərin ümumi səciyyəsi ondan ibarətdir ki, əgər sovet 

təhsilində sistemin xarakterindən irəli gələrək sinifdə müəllimin 

amirlik metodu üstünlük təşkil edirdisə, okeanın o tayından gələn 

sistemdə  şagirdin müstəqilliyi , azadlığı  əsas yer tutur. Bu 

sistemdə oyun elementləri çoxdur. Şübhəsiz ki, belə bir sistem 

uşaqları daha tez cəlb edir. 

Lakin bu sistemi tətbiq edərkən biz sovet sisteminin 

tədrislə tərbiyənin əlaqəsi prinsipini unuda bilmərik. Azərbaycan 

uşaqları üçün milli duyğu, milli tərbiyə kimi vacib məsələlər 

təhsildən kənarda qala bilməz.  Ənənəvi və yeni təhsil 

konsepsiyalarının üzləşdiyi indiki məqamda biz də elə hesab 

edirik ki, şagirdlərin milli dəyərlərimizi daha dərindən 

mənimsəməsi çox vacibdir. Hələ inqilabdan əvvəl yaranan ibtidai 

məktəb dərsliklərində bu cəhət xüsusilə  nəzərə alınırdı. Firudin 

bəy Köçərlinin “Balalara hədiyyə”  kitabı başdan-başa folklor 

nümunələrindən ibarətdir. S.Şirvaninin, A.Şaiqin dərslərində  də 

kiçik folklora böyük yer verilmişdir. Yüz illərlə yol gələn bu 

ənənə məktəbin və təhsilin sınağından çıxmışdır. Həyat belə bir 

həqiqəti sübut etmişdir ki, Azərbaycan məktəbini, xüsusilə, 

ibtidai sinifləri folklor nümunələri olmadan təsəvvür etmək 

mümkün deyildir. 

Bizdən asılı olmayaraq təhsil leksikonumuza yeni 

terminlər daxil olmuşdur.  İnteqrativ, interaktiv təhsil, təhsilin 

demokratikləşməsi və ya təhsilin humanistləşdirilməsi. Bu 

anlayışlar artıq işlənməkdə, özünü təsdiq etdirmək üçün ciddi 

fəaliyyət göstərməkdədir. Yeni anlayışların yaranacağı istisna 

deyil. Belə bir vaxtda biz öz təhsilimizdə  nəyi qoruyub 

saxlamalıyıq, nədən imtina etməliyik? Bunlar çox ciddi , həyati 

suallardır. 

Bu suala cavab vermək niyyətində deyilik. Çünki həmin 

sualların cavabları  təhsil işimizdə bir sıra qlobal problemlərin 




 

35 


həlli ilə bağlıdır. Biz yalnız belə bir cavab tapmışıq ki, folklor 

nümunələrini yaxşı  tədris etməklə, onun poetikasını  mənimsət-

məklə, dilimizə, ədəbiyyatımıza böyük maraq yaratmaqla bərabər 

milli keyfiyyətli insanlar yetişdirə bilərik. 

Belə bir qənaətə gəlmişik ki, ibtidai sinif müəllimi ədəbi 

əsərlərin poetikasını, aparıcı fikrini tam mənimsəməsə onu 

keyfiyyətli tədris edə bilməz. Bəzən ədəbi əsərdə ilk baxışda heç 

bir məna ifadə etməyən misra, beyt və bütöv parçalar olur. 

Onların yaranma səbəblərini aydınlaşdırmasaq uşaq həmin parça-

dan bir şey başa düşməz.  

Dünyəvi məktəblərin meydana gəlməsi prosesi xalq 

ədəbiyyatının məktəbə daha çox nüfuz etməsi prosesi ilə üst-üstə 

düşür. Lakin dünyəvi məktəblərdən çox-çox əvvəl mollaxana 

məktəbləri var idi. Bu məktəblər uşaqlara “ALLAH” kəlamını 

öyrədirdi ki, bu da əslində söz sənətinin öyrədilməsi  tarixinin 

başlanğıcı idi. Deməli bizim məktəblərimizin tarixi söz sənətinin 

öyrədilməsi tarixidir. ”Oxu” kitabı hesab olunan “Quran” müdrik 

pritçalar və  nəsihətlərdən ibarətdir.  Əlbətdə onu tədris edən 

molladan çox şey asılı idi. İslam mədəniyyətini dərindən dərk 

edən, ”Quran”ın fəlsəfəsini başa düşən molla (bu sözün mənası 

alim deməkdir) uşağı  cəmiyyətə layiq şəxsiyyət kimi formalaş-

dırırdı. Mollaxana məktəblərini bitirən və xalqın müdrik ziyalı-

sına çevrilən yüzlərlə adamı xatırlamaq olar. 

Əksinə, “Quran”ı yalnız əzbərləməklə kifayətlənən, onun 

dərin mənasını, ALLAH kəlamını  başa düşməyən molla (bu gün 

belə adamlar xalqın arasında şarlatan adlanır!) öz dərsini xurafata 

çevirir, müqəddəs kitabdakı islahları  tərs başa salır və ikrah  

yaradır. 

İlk dərsliklərimizdə diqqəti cəlb edən əsas cəhətlərdən biri 

obrazlı sözə, məntiqə əsaslanan dialoqa xüsusi diqqət yetirilmə-

sidir. Bu da təsadüfi deyil ki, sonralar həmin dərsliklərdə verilən 

bədii əsərlər “Hikmət xəzinəsi” kimi qiymətləndirilmişdir. Dərs-

liklərdə  “Yeddi nar çubuğu”, “Xaqani”, “Kəndli və ilan”, “Bağ-

 

36



ban və oğlanları”, “Taxta qaşıq” və s. kimi mətnlər uzun müddət 

dərsliklərimizin  əsas mətnləri olmuşdur. (Bax: Hikmət xəzinəsi. 

Tərtib edəni prof.X.Məmmədov 

Pedaqoji elmlər namizədi B. Nəsirov M.Mahmudbəyovun 

“İkinci il” dərsliyindən bəhs edərək yazır: ”Dərslikdə  uşaqların 

fikri, idraki qabiliyyətlərini artıran mətnlər, çalışma və təmrinlər 

verilmişdir. “İkinci il” müəllifləri kitabı bacardıqca yüksək 

didaktik-metodik səviyyədə  tərtib etməyə çalışmışlar.” (B.Nəsi-

rov “M.Mahmudbəyov və ibtidai təhsilin inkişafı” Bakı, 2006, 

səh 67(cəmi104)) 

XXI əsrin ilk oniliyi Azərbaycan təhsil sistemində  köklü 

dəyişikliklərin baş verdiyi bir dövr kimi  səciyyələnir. Mübali-

ğəsiz demək olar ki, bu prosesdə Ana dili fənninin tədrisi üçün 

yeni era başlayır. Çünki respublikamızda təhsil islahatı ibtidai 

məktəbdən başlanmışdır. 2003-2013-cü illər Dünya Bankı ilə 

ikinci kredit sazişi  əsasında islahat proqramının həyata keçiril-

məsi dövrü kimi səciyyələnir. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə