Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   2   3   4   5   6   7   8   9   ...   30

 

17 


-“Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. 

Çünki həmişə  səninlə olar və heç kəs onları  sənin  əlindən ala 

bilməz.” (12, 9)  

M.Ş.Vazehlə  İvan Qriqoryevin birgə hazırlaqıqları 

“Kitabi-türki”(1852) dərsliyində  də  şagird intellektinə  təsir 

göstərmək, ağıl və kamala çatmaq ideyaları önə  çəkilir. 

Müəlliflər uşağa elm öyrətməyi məsləhət görür və onun 

əhəmiyyətindən bəhs edirlər. Kitabda oxuyuruq: 

“Xəlq ölüdür, elm əhli diri”, “Alim cahili tanır ondan 

ötrü ki, o cahil var idi və cahil alimi tanımaz o səbəbdən ki, o 

alim olmayıbdır.” (12, 15)  

Nəsihətnamələr 

şəklində deyilən və aforizm 

səviyyəsində olan bu cümlələr çox təsirlidir. Müəlliflər bu 

kəlamların təsir gücünü bir  az da artırmaq üçün təsvir və ifadə 

vasitələrindən, gözlənilməz sözlərdən istifadə edirlər: 

“Kim ki tikan əkər, ondan üzüm dərməz”, “Hər kəs ki 

xeyrı öyrədir özgəyə,  özü əməl eləməz, o kor kimidir ki, əlində 

çıraq ola, özgələr onun çırağı ilə yol tapalar, amma özünə bir 

faydası olmaya.” (12, 15, 16)  

Birinci aforizmdəki “üzüm dərməz” ifadəsi bu 

məqamda gözlənilməz olduğu üçün təsirlidir. Həm də bu ifadədə 

gizli bir ironiya var. Uşağa təsir edən elə həmin ironiyadır. İkinci 

aforizmdə isə “çıraq” bir obrazdır. Həmin obraz vasitəsi ilə  fikir 

daha da güclənir və oxucuya təsir göstərir.  Əgər  əlində  çıraq 

tutmusansa və ondan istifadə etmirsənsə çıraq əhəmiyyətini itirir. 

Ondan başqaları faydalanır. Beləliklə, obrazlı sözə, məntiqə 

önəm verən ilk dərsliklərimizdə verilən el ədəbiyyatı nümunələri 

də  həmin meyarlarla seçilirdi. Dərsliklərə  hər təsadüfi  əhvəlat 

daxil edilmirdi. İbtidai sinif dərsliklərinə daxil edilən əsərlərin iki 

cəhəti xüsusi ilə nəzərə alınırdı: 

 Obrazlılıq və  məntiqlilik.    ”Kitabi-Türki”-də belə bir 

hekayət verilmişdi: 

 

18

Ova çıxan padşah qarşılaşdığı ilk adamı döydürür. O, belə güman 



edir ki, bu adamın ayağı düşərli deyil. Deməli ovu da pis olacaq . 

İş elə  gətirir ki, padşahın ovu uğurlu olur. Qayıdan baş padşah 

həmin adama ənam verir. Qədəmi uğursuz olan həmin adam 

padşaha deyir: 

  -Səhər mənim ilk gördüyüm adam siz, sizin isə  ilk 

gördüyünüz adam 

mən idim. Sizin ilk ovunuz uğurlu oldu. Deməli mən bəduğur 

deyiləm. Mən isə döyüldüm. Deyin görək kimin ayağı 

uğursuzdur?” 

   Bu  dəmir məntiqin qarşısında padşah bir söz deyə 

bilmir. Bu adama çoxlu bəxşiş verir. (12, 17) 

Heç bir ibarəli söz işlətmədən yalnız intellektin gücü ilə 

padşaha qalib gələn bu adamın obrazı uzun müddət  şagirdlərin 

xəyalında özünə yer tapır. 

Obrazlı, yerində  və  məntiqlə deyilmiş sözə  bu 

dərsliklərdə xüsusi diqqət yetirilirdi. Kitabdakı hekayətlərin 

birində deyilir ki, kasıb bir adam təsadüfən padşah seçilir və 

dövlətli bir adamın var-yoxunu əlindən alandan sonra onların 

ikisinin arasında belə bir dialoq olur:  

-Halın necədir? 

 -Sənin dünənki halın kimi? 

 -Mənim dünən halım necə idi? 

 -Mənim bu günkü halım kimi? 

   Bu  dialoq  sözün  qüdrətinə  həsr olunub. Danışanların hər 

ikisi məntiqə  əsaslanır və sözün gücündən istifadə edir. Dərslik 

müəllifləri belə hesab edirlər ki, sözün qüdrətini  şagirdə, 

çatdırmaq obrazlı və məntiqi ifadələrdən istifadə etmək dərsliyin 

əsas vəzifələrindəndir.(12, 21)   

Seyid  Əzim  Şirvaninin “Tacül-kütub” dərsliyində 

uşaqlarda məntiqi təfəkkürün inkişaf etdirilməsi üçün “Ərəb və 

naqə” adlı bir süjet verilmişdir. Süjetdə təsvir olunur ki, bir ərəb 

on dəvəsi ilə yol gedirmiş. O dəvənin birini minib, digərlərini 




 

19 


sayır. Nəticədə isə doqquz alınır. Dəvədən düşüb sayır, görür ki, 

onların sayı ondur. Bu hal bir neçə  dəfə  təkrar olunur. Axırda 

ərəb mindiyi dəvədən düşür ki, dəvəsinin biri itməsin. (12, 41)  

  Bu  əhvalat Molla Nəsrəddin lətifələrindən də 

məlumdur. Lakin dərslikdə verilən süjetin fərqi orasındadır ki, 

ərəb sona qədər işin nə yerdə olduğunu başa düşmür. Süjetin belə 

sadəlövh verilməsi uşaqlarda həm yumor hissini inkişaf etdirir

həm də onları düşündürür. Müəllif işin nə yerdə olduğunu 

açıqlamır, beləliklə, şagird məntiqinə, düşüncəsinə meydan verir.  

Tədrisimizin tarixi ilə  məşğul olan alimlərimizin 

kitablarında XIX əsr xüsusi bir dövr kimi səciyyələnir. Bu əsrin 

ictimai siyasi hadisələri təhsilimizə  də güclü təsir etmişdir. 

Azərbaycanın şimal hissəsinin müharibə yolu ilə Rusiya tərkibinə 

qatılması bizim məktəblərdə rus təhsilinin  əsasını qoydu. 

Tariximizdə qanlı hadisələrlə müşayiət olunan, bir xalqı iki yerə 

parçalayan Gülüstan və Türkmənçay sülh müqavilələri  şimali 

Azərbaycanın Avropa təfəkkürünə yaxınlaşmasına səbəb oldu. 

Rus dili öyrənməyin zəruri olduğunu başa düşən xalq onu 

öyrənməyə başladı. 

Rus dilinə ehtiyacımız çoxdur, 

Bilməsək dil, əlacımız yoxdur. 

deyən Seyid Əzim  Şirvani də  dərk edirdi ki, bu dili bilməsək 

Rusiyanın tərkibində heç nəyə nail ola bilmərik. 

Beləliklə, rusların istilası yeni tipli  məktəblərin 

açılması,  dərslərimizin yolunu dəyişdirdi. Onu öz yolundan rus 

məktəblərinin və rus dilli kitabların yoluna düşməsinə  səbəb 

oldu. Məktəblərdə Çernyayevskinin yaratdığı «Vətən dili» 

dərsliyi keçilməyə başladı.  

Orta məktəbin ibtidai siniflərinin proqram və 

dərsliklərində  ədəbi nümunələrin kifayət qədər geniş yer 

tutduğunu nəzərə alaraq onların tədrisi haqqında ayrıca fikir 

söyləmək ehtiyacı duyulur. Ana dilinin incəliklərini mənim-

sətmək üçün ədəbiyyatın yüksək səviyyədə  tədrisi xüsusi 

 

20



əhəmiyyətə malikdir. İbtidai məktəblərdə «Oxu» dərsləri ana dili 

tədrisinin mühüm tərkib hissəsi olduğuna görə ədəbi nümunələrin 

öyrədilməsi də ana dilinin tədrisi kimi dərk olunmalıdır. Buna 

görə onu təkcə dil faktoru kimi ortalığa qoymaq olmaz. O, həm 

də  ədəbiyyat tədrisinin  əsas amillərini  əks etdirir. Buna görə  də 

ibtidai məktəbdə  ədəbiyyat tədrisinin öyrədilməsi təcrübəsini 

xatırlamaq və qarşıda dayanan tələbləri aydınlaşdırmaq başlıca 

vəzifələrdəndir. 

Azərbaycan  ədəbiyyatının günəşi hesab olunan Nizami 

Gəncəvi məktəbdə «Quran»ın tədrisindən əlavə başqa mətnlərin 

də  tədrisinə daxili bir zərurət duyurdu. Onun yaratdığı «Sirlər 

xəzinəsi» poeması çox sonralar Seyid Əzim  Şirvaninin «Rəbiül 

ətfal» dərsliyinin yaranmasına səbəb oldu. Bəlkə  də 

ədəbiyyatımızın və təhsilimizin tarixində Seyid Əzim Şirvani ilk 

dəfə  dərk etdi ki, «Sirlər xəzinəsi» həqiqi «Oxu» kitabıdır. 

Əlbəttə  təəssüflər olsun ki, uzun müddət məktəbimiz və 

cəmiyyətimiz bu fakta laqeyd qaldı. Bunun bir səbəbi də  əsərin 

fars dilində yazılması idi. 

«Sirlər xəzinəsi»nin dərslik kimi yazılmasının bu gün 

xüsusi isbata ehtiyac yoxdu. Burada hər  şey məktəbin tələbinə 

uyğun verilmişdir. 20 məqalatdan ibarət olan əsərin hər bir 

məqalatı iki hissəyə bölünür. Birinci hissədə hər hansı bir müdrik 

əhvalat nəql olunur, ikinci hissədə isə onun fəlsəfəsi verilir. 

«Kərpickəsən kişinin dastanı», «Zalım padşahla Zahidin 

dastanı», «Sultan Səncər və qarı» və sair kimi əhvalatlardan 

sonra fəlsəfi fikirlər gəlir.  

Böyük Nizami özünün fəlsəfi düşüncələrini elə verir ki, 

əhvalatı yenidən nəzərdən keçirməli olursan. 

Bizim fikrimizcə, Nizami Gəncəvinin «Sirlər xəzinəsi» 

əsəri ilk oxu kitabıdır. Ondan sonra yaranan bir sıra dərslikləri-

miz məhz «Sirlər xəzinəsi» kompozisiyasına  əsaslanır. A.Bakı-

xanovun, Mir Möhsün Nəvvabın nəsihətlərində, Nizaminin 

«Sirlər xəzinəsi»nin  ənənələri aydın görünür. Təsadüfi deyil ki, 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə