Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   2   3   4   5   6   7   8   9   ...   30

 

* nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq 



inkişafına nail olmaq; 

* Ana dilinin düşünmə, öyrənmə  və danışma vasitəsi 

olmasını dərk etmək; 

* davamlı  təhsil prosesində, praktik fəaliyyətində 

istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək vacib 

hesab edilir. 

Azərbaycan Respublikasında ümumi təhsilin Milli 

Kurrikulumu çərçivə  sənədində müəyyən edilmişdir ki, 

ümumtəhsil məktəblərində Ana dilinin tədrisi vasitəsilə: 

İbtidai təhsil pilləsində  əlifbanın öyrənilməsi, oxu və 

yazı texnikasının, hüsnxətt qaydalarının, düzgün, sürətli,  şüurlu 

və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehti-

yatının tədricən zənginləşdirilməsi,  ən zəruri qramamtik qay-

daların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, 

ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xal-

qının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-

ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur; 



İbtidai sinif şagirdlərində  bədii sözə  həssas müna-

sibət hissləri tərbiyə etmək onların həm nitq və təfəkkürünün 

inkişafına, həm də intellekt qabiliyyətlərini inkişaf etdirən 

Ana dili fənni digər  fənlərin öyrənməsinə də güclü təsir edir. 

Məktəbdə bu vəzifəni yerinə yetirən ən təsirli vasitələrdən birini 

ədəbi nümunələrinin tədrisi prosesində poetika üzrə aparılan işlər 

təşkil edir. Poetikanın əsas xüsusiyyətlərini öyrətmək üçün müəl-

lim özü bir ədəbiyyatşünas kimi onun ən incə xüsusiyyətlərini 

dərk etməlidir. Müxtəlif təhsil texnologiyalarının tətbiq olunduğu 

müasir  şəraitdə milli keyfiyyətlərimizi qoruyub saxlayan ədəbi 

nümunələrin yüksək səviyyədə tədrisi bu gün xüsusilə zəruridir. 

Yaşı yüz illərlə ölçülən  ədəbi nümunələrin bu qədər 

uzun yaşamasının sirri şübhəsiz ki, onların mahiyyətindəki ob-

razların mükəmməlliyində, xalq həyatına bağlılığındadır. Bu mü-

kəmməllik obrazlı söz və ifadələrin zənginliyi ilə bağlıdır. Həmin 

 

10

obrazlı söz və ifadələrin mahiyyətini şagirdə başa salmaq müm-



kün olsa, onda məktəbli ümumən ədəbiyyatın cövhərini dərk edə 

bilər. Hələ bağçada və ya evdə ikən layla, oxşama, bayatı, atalar 

sözləri və məsəllərlə tanış olan uşağa həmin nümunələrin mahiy-

yətini başa salmaq ibtidai sinif müəlliminin öhdəsinə düşür. 

Müəllim necə etməlidir ki, uşaq həmin folklor nümunəsinin poe-

tikasını dərk etsin, ədəbiyyatşünaslıq elementləri ilə tanış olsun? 

Bu sualın cavabını tapmaq hazırkı şəraitdə xüsusilə vacibdir.  

Ədəbi nümunələrin mümkün qədər daha effektli tədrisi 

üçün həm  ənənəvi, həm də müasir təlim texnologiyalarının 

təcrübəsindən istifadə etmək zəruridir. 

Biz köhnə  təhsil sistemimizin yeni yaranan texnolo-

giyalardan aşağı səviyyədə olduğunu söyləmək fikrindən uzağıq. 

Lakin, yeni texnologiyalar demokratik cəmiyyətin ruhuna uyğun 

gəldiyinə görə onların qaçılmaz olduğunu dərk edirik. Yeni tex-

nologiyaların bütün üstünlüklərinə baxmayaraq onun elə naqis-

likləri var ki, bu qüsurlardan yaxa qurtarmaq ibtidai sinfin başlıca 

məqsədi kimi ortaya çıxır. Amerikada və Avropada məktəbin 

demokratik əsasda qurulması sinifdə şagirdin özünü tam sərbəst 

aparmasına səbəb olur, hətta uşaqlar istəsələr sinifdə  əcayib 

şəkildə otura bilər, yata bilər və s. Bu isə bizim başa düşdüyümüz 

tərbiyə ilə  təhsilin vəhdətinə  zərər gətirə bilər. Bu vəsaitin Ana 

dili tədrisi metodikasının aktual problemlərinə həsr olunmasının 

əsas səbəblərindən biri də budur. Uşaqlara milli ənənələrimizin, 

ata-anaya, böyüyə, müəllimə hörmət hissləri tərbiyə etmək sahə-

sində müəllimlərin vəzifələrini aydınlaşdırmağı müasir təhsili-

mizin vacib problemlərindən hesab edərək, yeni texnologiyalara 

sadiq qalmaqla yanaşı milli keyfiyyətlərimizi qoruyub saxlamağı 

başlıca amil kimi götürməyi zəruri hesab edirik.  

     

 

 

 



 

11 


ANA DİLİ TƏLİMİNİN NƏZƏRİ ƏSASLARI 

 

Kurrikulum yönümlü dərslərin uğurlu olması onun 

planlaşdırılması ilə  sıx bağlıdır. Müəllim növbəti mövzunun 

ifadə etdiyi məna qatlarından səmərəli istifadə etmək üçün dərsin 

planını tutarkən  şagirdlərdə hansı bacarıqlar yaradacağını 

əvvəlcədən təsəvvür etməlidir. O sabahkı dərsə hazırlaşarkən 45 

dəqiqənin nəyə  həsr edəcəyini  əvvəlcədən götür-qoy edir. Əgər 

dərsin bütün prosesləri düzgün müəyyənləşsə müəllim vaxt 

itirməyəcək və çalışacaq ki, şagirdlər də əsl məqsəddən uzaqlaşıb 

vaxt itkisinə yol verməsinlər. bunun üçün məqsəd aydınlığı 

başlıca rol oynayır. Müəllim dərs planında 4 əsas suala cavab 

axtarır.  

1.Nə öyrədilməlidir?  (Təlimin məzmunu) Bu suala cavab 

tapmaq üçün müəllim mətni diqqətlə oxuyur və onun verdiyi əsas 

imkanları aşkarlayır. Mövzu hətta bir neçə cümlədən ibarət olsa 

da onun məzmunundan müxtəlif məqsədlər üçün istifadə etmək 

olar. Məsələn, birinci sinifdə “Uşaq və buz” şeirini tədris etməyə 

hazırlaşan müəllim ilk növbədə “Müəllimlər üçün vəsait”ə (Bakı 

2008) müraciət edir. Həmin vəsaitdə yazılır: 

Məqsəd:  Şagirdlərə suyun təbiətdə üç halda olduğunu 

öyrətmək 

Müəllim düşünür: Müəllimlər üçün vəsait kurrikulum 

sənədinin tərkib hissəsidir və ondan kənara çıxmaq olmaz. Lakin 

müəllim nəzərə alsa ki, bundan əvvəlki dərslərdən biri olan 

“Uşaqların qış sevincləri” mövusunun məqsədi qış  fəslinin 

faydası haqqında məlumat vermək idi. Onda “Fəsillər” 

mövsunun məqsədi belə olmalıdr : “Hər bir fəslin gözəllikləri ilə 

tanışlıq.”  

Əgər məqsəd təbiəti bütün gözəlliyi ilə öyrətməkdirsə, onda 

“Uşaq və buz” şeirində  də  həmin məqsədi davam etdirmək 

olmazmı? Deməli, müəllim “məqsəd” seçərkən tam sərbəstdir. 

Müəllim fikirləşə bilər ki, suyun təbiətdə üç halda olmasını 

 

12

öyrətməkdənsə buz üstə sürüşən və ya yıxılan uşaqla bağlı 



əhvalatdan başqa bir məqsədlə də istifadə etmək olar.  

Məsələn: Uşağın qorxmazlığını nümayiş etdirmək: 

1)  İnsan bir çətinə düşəndə özünü necə aparmalıdır? 

2)  Qışın fəsadlarına hazır olmaq lazımdır 

3)  Yazda buzun əriyəcəyini uşağın başa düşməsi, yəni 

təbiət hadisələrindən baş çıxarması 

4)  Məktəbə getmək üçün şagirdin heç bir çətinlikdən 

qorxmaması 

Göründüyü kimi bir mövzudan bir neçə  məqsəd kimi 

istifadə etmək olar. Məqsəd müəyyənləşəndən sonra müəllim ona 

uyğun metodika seçir. Bu da vacib mərhələdir. Məsələn, 

yuxarıda adını  çəkdiyimiz metodik vəsaitdə  məqsəd “şagirdlərə 

suyun təbiətdə üç halda olduğunu öyrətmək”dirsə bu daha çox 

elmi xarakter daşıyır. Buna görə  də  həmin vəsaitdə müəlliflər 

induktiv dərs modelini seçmişlər. Məqsəddən asılı olaraq başqa 

metodikalardan da istifadə etmək olar. Məsələn, həmin mövzunu 

keçərkən əgər “insan çətinliyə düşərkən özünü necə aparmalıdır” 

sualına cavab tapmaq məqsədini seçirsə onda “müzakirə 

metodları”ndan istifadə etmək olar. Bu fəal təlimdə  ən çox 

istifadə olunan metoddur. Ona “Diskussiya”, “Debat”, “Müzakirə 

xəritələri”, “Klassik dialoq” və s kimi variantları vardır.  (Bu 

barədə bax: Zülfiyyə Veysova, Fəal/interaktiv təlim: Müəllimlər 

üçün vəsait) 

 Dərsin hansı  şəraitdə keçiriləcəyi də başlıca amildir. 

Burada tərbiyəedici məqsəd əsas götürülür.  

Mövzu tədris olunarkən ümumbəşəri və  vətəndaş 

dəyərləri nəzərə alınır. Müəllim dərs prosesində şagirdin mənəvi 

keyfiyyətlərinə yüksək davranış  mədəniyyətinin tərbiyə 

olunmasını nəzərdə tutur. Həmçinin dərs prosesində bilikləri əldə 

etmək həvəsi yaradır.  Şagirddə özünəhörmət formalaşdırır. 

Həmçinin estetik təfəkkürün inkişafının və elmi dünyagörüşün 

formalaşması qayğısına qalır.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə