Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   2   3   4   5   6   7   8   9   ...   30

 

21 


adını  çəkdiyimiz həmin  əsərlər bu gün də  dərslik rolunu oyna-

maqdadır. Beləliklə, uşaqlar üçün «Oxu» dərslikləri yaratmaq 

ənənəsi Ana dilinin tədrisi metodikası elmindən təxminən doqquz 

yüz il əvvəl yaranmışdır. Bu isə çox mühüm bir faktdır. Deməli, 

ana dilinin incəliklərini öyrənmək üçün xalq ədəbiyyatının 

hikmətli məzmunundan istifadə etmək zərurətini ilk dəfə dahi 

Nizami bütün dərinliyi ilə dərk etmişdir.  

Dahi bəstəkar, görkəmli curnalist və pedaqoq Üzeyir 

Hacıbəyov «Tərəqqi» qəzetinin 1908-ci il 19 avqust tarixli 32-ci 

sayında «Tənqidat» sərlövhəli məqaləsində «İkinci il» dərsliyinin 

məziyyətlərindən bəhs edərək yazırdı: «Söz yoxdur ki, yuxarıda 

zikr olunmuş  şerlər quru bir tedad, təzkardan ibarət olmayıb, 

bəlkə gözəl söhbətlər və hekayələr  şəklində yazılıb. Hər 

hekayənin axırında da orada zikr edilmiş  şeylərin adları tedad 

olunubdur. Unutmayalım ki, hər bir dərs öyrətməkdən başqa, bir 

də uşaqların tərbiyəsinə xidmət etməlidir» . Görkəmli sənətkarın 

«Unutmayalım ki, hər bir dərs yazıb oxumağı öyrətməkdən 

başqa, həm də  uşaqların tərbiyəsinə xidmət etməlidir» tezisi 

əslində Nizami ənənəsini bir daha təsdiq edir. Əlbəttə müəllif 

birbaşa Nizamini nəzərdə tutmur, «Sirlər xəzinəsi»nin yolu ilə 

gedən dərsliklərimizin ümumi ənənəsinə əsaslanır.  

Beləliklə, dərsliklərimizin yaranma tarixi haqqında 

mövcud olan elmi nəticəyə bir qədər də dəqiqlik gətirərək onun 

ilk nümunəsinin məhz «Sirlər xəzinəsi» olduğunu söyləməyə 

cəsarət edirik. Sözün həqiqi mənasında xalq müdrikliyinə 

əsaslanan bu kitab fars dilində yazılsa da Azərbaycan 

düşüncəsinə, xalq pedaqoqikasına  əsaslanır. Heç kəsə  əl açıb 

dilənmək istəməyən kərpickəsən qoca, padşahın qüsurlarını 

qorxmadan üzünə deyən qoca Zahid, Sultansəncərə kimliyini 

anladan Qarı və digər obrazlar əsil dərslik nümunələridir və uzun 

müddət oxucunun yaddaşında qalır: 

Bu kərpicin qəlibini yansın deyə oda at, 

Başqa bir sənət tapıb işlə muradına çat-  

 

22



deyən şahzadənin qarşısında müti olmağı ağlına belə gətirməyən 

qoca kərpickəsənin aşağıdakı sözləri  əsil əyilməzlik simvoludur. 

Ona görə əlimi öyrətdim bu sənətə 

Bir gün sənə əl açıb düşməyim xəcalətə. (9, 117) 

Şam şəhərində yaranan və dildən-dilə düşən bu əhvalat 

Nizaminin qələmində yeni poetik bir zirvəyə qalxdı. 

Nizamidən sonra Məhəmməd Füzuli daha da irəli getdi. 

O  əsərlərini Azərbaycan dilində yazmaqla yanaşı «Leyli və 

Məcnun» poemasını «Oxu» kitabının tələblərinə uyğun yaratdı. 

Hər bir fəslə elə ad qoydu ki, sərlövhəni oxuyan uşaq onun 

məzmunundan hali olsun. Füzulinin «Leyli və Məcnun”u həm də 

məzmunundakı pedaqoci fikirlərin bolluğu ilə başqalarından 

fərqləndi: 

Key şux, nədir bu göftgulər,  

Qılmaq sənə tənə eybculər? 

Neyçin özünə ziyan edirsən,  

Yaxşı adını yaman edirsən? 

 

Neyçin sənə tənə edə bədğu  



Namusuna layiq işmidir bu? (8, 44)  

Anasının Leyliyə nəsihəti müasir məktəb üçün də örnək 

ola bilər. 

Hər iki böyük sənətkarın dərslik hesab etdiyimiz bu 

əsərlərin  əsas cəhəti ondan ibarətdir ki, bu əsərlərin məzmunu 

obrazlı düşüncə ilə bağlıdır. Həmin dərsliklərin tədrisi intellektin, 

düşüncənin inkişafına xidmət edir.  

 Məlumdur ki, Azərbaycan 

ərazisində ibtidai 

məktəblərin əsası 1854-cü ildə qoyulub. Həmin ilin noyabrın 10-

da Qubada, 24-də Ordubadda ibtidai məktəblər açıldı. 

Lənkəranda isə ibtidai məktəb 1865-cı ildə sentyabrın 24-də təsis 

olundu(22, 11)  

Gürcüstan dövlət arxivinin sənədlərinə əsasən verilən bu 

məlumatdan görünür ki,  19-cu əsrin 2-ci yarısında ibtidai 



 

23 


məktəblərin  şəbəkəsi genişlənir. Bununla bağlı “Ana dili” 

dərslikərinin yaranması da intensiv xarakter alır. Rus və Avropa 

dərsliklərinə uyğun gələn yeni tipli tədris kitablarının meydana 

gəlməsi də bu dövrə  təsadüf edir. Maraqlı  cəhət burasıdır ki, 

1882-ci ildə yaranan “Vətən dili” dərsliyində obrazlı sözə xüsusi 

əhəmiyyət verilmişdi. Kitabın birinci hissəsində “Uşaq və 

gözlük” hekayəsində  təsvir olunur ki, atasının kitab oxuyarkən 

gözlük taxdığını görən uşaq, xahiş edir ki, ona da gözlük alsınlar. 

Atası isə  uşağa gözlük əvəzinə  “Əlifba” kitabı alır. Beləliklə  

Əlifba kitabı – uşaq gözlüyü metaforası yaranır. Ata obrazlı 

şəkildə uşağına başa salır ki, dünyanı görmək üçün kitab oxumaq 

lazımdır. Ata gözlük taxır ki, kitabdakı yazıları oxuya bilsin. 

Uşaq isə kitab oxuyur ki, həyatda baş verənləri görsün, ondan baş 

çıxarsın, ibrət götürsün. Sonralar Abdulla Şaiqin ibtidai sinif 

dərsliyinin “Uşaq gözlüyü” adlandırması da bu ənənənin davamı 

kimi görünür. 

“Vətən dili” dərsliyində verilən bir ibrətamiz əhvalat da 

diqqəti cəlb edir. “Bağban və  oğulları” adlanan bu hekayətdə 

təsvir olunur ki, bir bağban uşaqlarına ölərkən vəsiyyət edib 

deyir ki, ağacların dibində  xəzinə gizlətmişəm. Ağacların dibini 

qazıb onu tapsanız dövlətli olarsınız. Uşaqlar vəsiyyətə  əməl 

edirlər, amma xəzinəni tapa bilmirlər. Payızda dibi belləndiyi 

üçün ağaclar çoxlu bəhrə verir. Onlar başa düşür ki, atalarının 

dediyi söz obrazlı imiş. Ağacların dibini belləməklə  xəzinə 

tapmağın sirrini başa düşən uşaqlar hər il bağa qulluq edirlər. 

Beləliklə başa düşülür ki, əgər ata uşaqlara birbaşa nəsihət edib 

ağaclara qulluq etməyi tapşırsaydı bu sözün nəticəsi bəlkə də az 

olardı, ya da heç olmazdı. 

Sözün birbaşa mənasının təsirsiz olduğunu başa düşən 

müəlliflər obrazlı ifadələrlə  zəngin olan sözlərə xüsusi önəm 

vermişlər. 

R.Əfəndiyev özündən  əvvəl yazılmış  dərsliklərin  ən yaxşı 

ənənələrini qoruyub saxlayan “Bəsirətül-ətval” (1902) dərsli-

 

24



yində uşaqların hazırcavab , sözü yerində və məqamında işlətmək 

qabiliyyətlərinə  təsir edən  əsərlərə daha çox yer verməyə 

çalışırdı. Onun özü bir şair kimi sözün obrazlı deyilişinə xüsusi 

diqqət verirdi. Onun “Durna” şeiri o dövrün ədəbiyyatında yeni 

tipli poeziya nümunəsi kimi diqqəti cəlb edir. 

Ay havada uçan durna, 

Bizi qoyub qaçan durna, 

Get, xoş gəldin, səfa gəldin, 

Gələcəksən haçan, dürna?! 

Təbiətə, quşa, ağaca  əşyalara canlı kimi müraciət etməklə 

obraz yaratmaq ənənəsi yeni tipli bir ədəbi hərəkatın başlanğıcı 

idi. R.B.Əfəndiyev başa düşürdü ki, durnaya insan kimi müraciət 

etmək şerin obrazlılığını təmin edir. 

Dərsliklərimizdə yaranan bu ənənələri daim inkişaf etdirən 

R.Əfəndiyev “Uşaq bağcası”nda  “Qoca kişi və əzrayil” adlı bir 

hekayət vermişdir. Burada təsvir olunur ki, meşədən odun gətirən 

bir kişi yorulub əldən düşdüyü üçün üzünü göyə tutub allaha 

yalvarır ki, əzrayılı göndərsin onun canını alsın.  Əzrayıl da elə 

bil hazır imiş. Kişinin önündə dayanaraq soruşur: 

-A, kişi məni nə üçün çağırırdın? 

Qoca  əzrayılı görub çaşır və  tələsik cavab verir ki, şələmi 

qaldırmağa adam axtarırdım, gəl mənə kömək et. 

İlk ibtidai məktəb dərsliklərimizin müəllifləri belə bir 

həqiqəti dərk edirdilər ki, uşaqlarla yumoristik dillə danışmaq 

vacibdir.  Ən mühüm hadisələri belə  lətifə üslubunda verməklə 

uşaqların obrazlı  təfəkkürünə  və intellektinə  təsir etmək 

mümkündür.  

1908-ci ildə  nəşr olunan “II il” dərsliyi ilə ibtidai məktəb 

dərsliklərimizin yeni bir mərhələsi başlayır. 6 nəfər müəllif 

tərəfindən yazılan bu dərslikdə bir sıra yeni keyfiyyətlər diqqəti 

cəlb edir. Dərsliyin müəllifləri M.Mahmudbəyov, S.Əbdürrəh-

manzadə, S.Axundzadə, F.Ağazadə, A.Talıbzadə, A.Əfəndizadə 

19-cu  əsrin sonu, 20-ci əsrin  əvvəllərində maarif və  uşaq 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə