Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə21/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   17   18   19   20   21   22   23   24   ...   122

52

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
sında, Şahdağ massivində, Murovdağ və Zəngəzur silsilələrinin suayırıcı zona-
sında, Qarabağ vulkan yaylasının uca massivlərində-5
o
C-yə qədər düşür. 
Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında dağətəyindən yuxarı 
qalxdıqca müəyyən yüksəkliklərə qədər yağıntıların miqdarı artır və yüksəklik 
daha da artdıqca yenidən azalmağa başlayır. Böyük Qafqazın cənub yamac-
larında illik yağıntıların maksimumu 2400-2800 m yüksəklikdə (1400-1450 
mm),  Şahdağ  və Murovdağ silsilələrinin  şimal yamaclarında 2500-2800 m 
hündürlüklərdə (800-850 mm), Zəngəzur silsiləsinin cənub-qərb yamaclarında 
2500-3000 m yüksəklikdə (850-900 mm), Talış dağlarının mərkəz hissəsində 
200-600 m yüksəklikdə (1400-1700 mm) düşür. Göstərilən yüksəklik zona-
larından yuxarı, dağların suayırıcına kimi yağıntıların miqdarı xeyli azalır. 
Böyük Qafqazda 3700-4000 m hündürlükdə 1200-900 mm, Murovdağın şimal 
yamaclarında 3600-3700 m yüksəkliklərdə 600 mm, Talış dağlarının mərkəz 
və  cənub hissələrində 2000-2400 m yüksəkliklərdə isə  cəmi 300-200 mm 
yağıntı düşür (Шихлинский, 1970). 
Böyük Qafqazın  şimal-şərq yamaclarında hündürlüyə görə yağıntıların 
paylanması yuxarıda göstərilən dağlıq  ərazilərdən fərqlənir. Bu fərq ondan 
ibarətdir ki, Azərbaycanın bütün dağlıq bölgələrində bir ən çox yağıntılı zona 
varsa, şimal-şərq yamacda iki belə zona var. Bunlardan birincisi 800-1000 m, 
ikincisi isə 3000 m yüksəkliklərdə yerləşir. 
Lənkəran və Talış dağları bölgəsində isə vəziyyət tamamilə dəyişir. Bu-
rada respublikanın başqa bölgələrindən fərqli olaraq yağıntıların maksimumu 
sahil düzənliklərində  və dağətəyində qeydə alınır, yüksəklik artdıqca onların 
miqdarı azalır və orta dağlığın yuxarı həddində minimuma enir (300-200 mm). 
Azərbaycan subtropik enliklərdə yerləşdiyinə görə onun ərazisində yağ-
murlar əsas etibarilə yağış halında, dağlıq ərazilərdə yağış və qar halında, yük-
səkdağlıqda (3000 m-dən yuxarı) əksər hallarda qar kimi düşür. 
Azərbaycan ərazisində qar örtüyü qeyri-bərabər paylanır. Respublikanın 
düzənlik  ərazilərində qar örtüyünün qalınlığı, davamiyyəti və bir sıra başqa 
xüsusiyyətləri dağlıq ərazilərdən ciddi fərqlənir. 
Düzənlik ərazilərdə, xüsusilə onların dəniz sahili zonalarında qar örtüyü 
nadir hallarda yaranır. Çoxillik dövr üçün bu ərazilərdə qar örtüyünün qalınlığı 
1-3 sm-ə, nadir hallarda isə 40 sm-ə çatır. Düzənliklərdə qar örtüklü günlərin 
sayı  Cənub-Şərqi Qobustanda, Kür-Araz ovalığının  şərq hissəsində  cəmi 10 
gün, qalan sahələrdə isə 20 günə qədərdir. Düzənliklərdən, onları əhatə edən 
dağlıq sahələr istiqamətində qar örtüyünün qalınlığı, davamiyyəti artır və fiziki 
xassələri dəyişir. 
Böyük Qafqaz dağlarının dağətəyi zonasında qar örtüyünün ən böyük 
orta dekadalıq qalınlığı 10 sm, orta dağlıq qurşaqda 20-50 sm, yüksəkdağlıqda 
isə 70 sm-dən artıqdır. Kiçik Qafqaz dağlarının dağətəyi zonasında da qar 


2. Azərbaycan Respublikas¯n¯n fiziki-coªrafi ¼əraiti və geoloji qurulu¼u 53 
 
örtüyünün ən çox orta dekadalıq qalınlığı 10-15 sm-i ötmür. Ortadağlıqda bu 
kəmiyyət 20-30 sm, yüksəkdağlıqda isə 40-50 sm-ə qədərdir. Naxçıvan Mux-
tar Respublikası ərazisində qar örtüyünün orta dekadalıq qalınlığı Kiçik Qaf-
qazın qalan sahələrindən o qədər də fərqlənmir. Arazyanı düzənliklərdə bu 10 
sm, alçaqdağlıqda 20 sm, orta dağlıqda 30 sm, yüksək dağlıqda isə 40 sm-dən 
artıqdır. 
Lənkəran düzənliyində  qış daha çox yağmurlu keçdiyindən burada qar 
örtüyünün maksimal dekadalıq qalınlığı 10-20 sm-ə qədərdir. Dağlıq ərazi bu 
göstəriciyə görə dağətəyindən o qədər də fərqlənmir (Ağayev, 1967). 
Mümkün buxarlanma iqlimin ən mühüm göstəricilərindən biridir və 
onun illik yağıntıların miqdarına nisbəti ərazinin rütubətlənmə dərəcəsini mü-
əyyən edir. Bu göstərici Ə.M.Şıxlinski tərəfindən dəqiq və kompleks şəkildə 
tədqiq edilmişdir. Onun tərtib etdiyi mümkün buxarlanma xəritə-sxeminin təh-
lili göstərir ki, iqlimin bu elementi də respublika ərazisində olduqca qeyri-bə-
rabər paylanır. Mümkün buxarlanmanın ən böyük kəmiyyəti Naxçıvan Muxtar 
Respublikasında Arazyanı düzənliklər və Kür-Araz ovalığı üçün səciyyəvidir. 
Arazyanı düzənliklərdə mümkün buxarlanmanın orta illik kəmiyyəti 1200-
1400 mm-ə, Kür-Araz ovalığında 1000-1200 mm-ə çatır. Kür-Araz ovalığının 
cənub-şərqində, Lənkəran ovalığında, Qarabağ düzünün cənub-şərqində, Cey-
rançöl və Gəncə-Qazax düzünün qərb hissəsində, eləcə də Qanıx-Əyriçay va-
disində, Şamaxı yaylasında, Şimal-Şərqi Azərbaycanın ovalıqlarında mümkün 
buxarlanmanın kəmiyyəti 800-1000 mm arasında dəyişir. Dağlıq vilayətlərdə 
yuxarı qalxdıqca bu göstərici də azalmağa başlayır. Ortadağlıqda və Qusar 
maili düzənliyində 600-800 mm-dən yüksəkdağlıqda 400-300 mm-ə  qədər, 
Böyük və Kiçik Qafqaz dağlarının zirvələr zonasında isə 200 mm-ə  qədər 
azalır. 
Ə.M.Şıxlinski tərəfindən tərtib edilmiş Azərbaycanın rütubətlənmə xəri-
tə-sxeminin təhlili göstərir ki, az yağmurlu düzənlik sahələrdən, bol yağmurlu 
dağətəyi və dağlıq bölgələr istiqamətində rütubətlənmə dərəcəsi artır. 
Azərbaycanın iqliminin müxtəlif təsnifatları məlumdur. Onların müqayi-
səli xarakteristikası göstərir ki, bütün təsnifatların müəllifləri V.Keppenin 
Dünya iqlimləri təsnifatından bu və yaxud başqa dərəcədə istifadə etmişlər 
(Müseyibov, 1998). Ə.Ə.Mədətzadə  və  Ə.M.Şıxlınski Azərbaycanda 8 iqlim 
tipi ayırmışlar (Мадатзаде, Шихлинский, 1968). 
I. Yarımsəhra və quru çöllər iqlimi. 
II. Qışı quraq keçən mülayim isti iqlim. 
III. Yayı quraq keçən mülayim isti iqlim. 
IV. Yağıntıları bütün fəsillər üzrə bərabər paylanan mülayim-isti iqlim. 
V. Yayı quraq keçən soyuq iqlim. 
VI. Qışı quraq keçən soyuq iqlim tipi. 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə