Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə24/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   20   21   22   23   24   25   26   27   ...   122

3. Yer³st³ su ehtiyatlar¯ 59 
 
 
 
3. YERÜSTÜ SU EHTİYATLARI 
 
 
3.1. HİDROLOJİ MÜŞAHİDƏ MƏNTƏQƏLƏRİ ŞƏBƏKƏSİ 
 
Azərbaycanın ərazisində ilk hidroloji müşahidələr Qafqaz Su İdarəsinin 
hidrometriya bölməsi tərəfindən 1912-ci ildə Kür çayında yerinə yetirilmişdir. 
1913-1914-cü illərdə Kürdə  gəmiçiliyin vəziyyətini öyrənmək və  gəmiçiliklə 
irriqasiya arasında əlaqəni yaxşılaşdırmaq məqsədi ilə Əli-Bayramlı (Şirvan), 
Yevlax və Poylu yaxınlığında suölçən məntəqələr təşkil edilmişdir. Lakin 
1912 və 1917-ci illərin müşahidə məlumatları yarımçıqdır (Rüstəmov, 1960). 
1917-ci ilin sonunda çaylarda hidroloji müşahidələr tamamilə dayandı-
rılmış  və 1920-ci ilə kimi cəmi 4 su sərfi ölçülən məntəqə  fəaliyyət göstər-
mişdir. 1926-cı ildə  Tərtər çayı üzərindəki Madagiz məntəqəsində su sərf-
lərinin ölçülməsi ilə hidroloji müşahidələr bərpa olunmuşdur. 1929-cu ilin axı-
rında artıq 40 məntəqədə axımın qeydiyyatı yerinə yetirilirdi (şək. 3.1). 
1935-ci ilə qədərki dövrün müşahidə məlumatları daxil edilmiş “Su ka-
dastrında” Azərbaycan ərazisində 51 axım məntəqəsinin fəaliyyət göstərildiyi 
qeyd olunur. 
 
 
 
Şək. 3.1. Azərbaycan çaylarında axımın qeydiyyatı aparılan müşahidə 
məntəqələrinin sayının dinamikası 
 
0
20
40
60
80
100
120
140
160
1910 1920 1930 1940 1950 1960 1970 1980 1990 2000 2010 2020
M
ənt
əq
əl
ərin say
ı
İllər


60

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
1966-cı ilin yanvar ayının 1-nə olan məlumata görə 80 çay üzərində 139 
məntəqə  fəaliyyət göstərirdi (Ресурсы …, 1971). 2009-cu ildə  məntəqələrin 
sayı 75 və 2015-ci ildə isə 89 olmuşdur. 
Bu qeyd olunan faktlardan görünür ki, Azərbaycanda hidroloji muşahi-
dələr sisteminin yaradılması üzrə əsas işlər 1920-ci ildən sonra başlanmışdır. 
Çay və göllərdə müşahidə şəbəkəsinin təşkilinin nəzəri əsasları və bu şəbəkə-
nin perspektiv inkişaf planları 1919-cu ildə yaradılmış Dövlət Hidrologiya İns-
titutunda (Rusiya) işlənmişdi. Məhz bu institutda "Hidrometeoroloji stansiya 
və məntəqələr üzrə təlimat" adlı normativ sənəd hazırlanmışdı. Həmin sənəddə 
müşahidələrin yerinə yetirilmə, işlənmə və ümumiləşdirilmə qaydaları, onların 
çap olunma formaları müəyyən olunmuşdu. Ölçü işlərini yerinə yetirmək üçün 
cihaz və avadanlıqların istehsalı təşkil edilmişdi. 
Dayaq hidroloji şəbəkənin yaradılmasının ilk layihəsi 1921-ci ildə, növ-
bəti iki layihəsi isə 1924 və 1928-ci illərdə işlənmişdi. Elmi əsaslara söykənən 
bu layihələrin  əsas məqsədi çay və göllərin rejimlərinin ümumi qanunauy-
ğunluqlarını öyrənməklə dövlət səviyyəli praktiki məsələləri həll etmək və 
hidrologiyanı inkişaf etdirmək idi. 
Məntəqələrdə yerinə yetirilən müşahidələrin tərkibi və həcmindən, həm-
çinin stansiyanın ixtisaslaşmasından asılı olaraq, üç müxtəlif dərəcəli müşa-
hidə məntəqəsinin yaradılması nəzərdə tutulurdu. 
1934-cü ildə V.Q.Qluşkovun təklif etdiyi coğrafi-hidroloji metod əsasın-
da hidroloji şəbəkənin inkişafının təkmilləşdirilmiş layihəsi hazırlanmışdır. Bu 
layihəyə görə: 
 Dayaq hidroloji şəbəkə başlıca olaraq təbii su obyektlərinin reji-
mini öyrənmək üçün yaradılır;
 Su obyektləri və onların müşahidələr yerinə yetirilən hissələri
reprezentativ olmalıdır;
 Şəbəkənin yerləşdirilməsi və  sıxlığı hidroloji rejim xarakteris-
tikalarının ərazi və xətt üzrə interpolyasiyasına imkan verməli və
məntəqələrin fəaliyyət dövrü məhdudlaşdırılmamalıdır;
 Müşahidələrin müddəti və proqramı, ölçü işlərində istifadə edilən
cihaz və avadanlıqlar, ölçmə üsulları, müşahidə  məlumatlarının
təhlili və ümumiləşdirilməsi üsulları unifikasiya olunmalıdır.
Dayaq şəbəkə məntəqələrinin məlumatları yalnız üzərində fəaliyyət gös-
tərdiyi su obyektinin deyil, həm də belə məntəqələrlə əhatə olunmayan çay və 
göllərin də əsas rejim xarakteristikalarını təyin etməyə imkan verməli idi. 
Bu əsas prinsiplər sonrakı illərdə keçmiş SSRİ-də hidroloji şəbəkənin in-
kişafına yönəlmiş növbəti layihələrdə tətbiq edildilər. Şəbəkənin inkişaf layi-
hələri 1940, 1946, 1970 və 1975-ci illərdə hazırlanmışdır. Müxtəlif səbəb-
lərdən bu layihələrin heç biri tam şəkildə  həyata keçirilməmişdir. Məsələn, 


3. Yer³st³ su ehtiyatlar¯ 61 
 
1940-cı il layihəsinə görə keçmiş SSRİ-nin bütün ərazisi üzrə müşahidə mən-
təqələri bərabər paylanmalı idi. 
Ümumiyyətlə, keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda hidroloji şə-
bəkə  təşkil olunmağa başlandığı dövrdən (1920-1936-cı illər) indiyə kimi, 
məntəqələrin yeri seçildikdə zonal rejimli çaylara (adətən orta çaylar) üstünlük 
verilir. Lakin böyük, kiçik, hətta azonal rejimli çaylar üzərində də məntəqələr 
fəaliyyət göstərmiş və göstərməkdədir. 
Öyrənilməmiş və ya müşahidə dövrü qısa olan çayların əsas axım xarak-
teristikalarının hesablanma üsulları hidroloji analogiya metoduna əsaslanır. 
Buna görə də müşahidə məntəqələrinin optimal sayı və düzgün yerləşdirilməsi 
qiymətləndirildikdə ən mühüm tələblərdən biri müşahidə məlumatları olmayan 
çaya etibarlı analoq seçməyin mümkün olmasıdır. Hidroloji şəbəkə sıxlığının 
kifayətliliyi iki məntəqə arasında yerləşən ixtiyari nöqtəyə bu məntəqələrdə 
ölçülmüş axım xarakteristikalarının interpolyasiyasının dəqiqliyi ilə müəyyən 
olunur. 
Əvəllər, hidroloji və morfometrik xarakteristikalar haqqında məlumatlar 
az olduğuna görə hesablamalar yalnız çayların orta illik axım qiymətlərinə gö-
rə yerinə yetirilirdi. Müxtəlif praktiki məsələlərin həllində digər axım xarakte-
ristikalarından da məsələn, maksimal, minimal, mövsümi axım və s. istifadə 
olunur. Ona görə  də hidroloji şəbəkənin optimallaşdırılmasında yalnız illik 
axım məlumatlarının təhlili qənaətbəxş hesab edilə bilməz. 
Belə hesab edilir ki, 1985-ci ilə qədərki dövrdə bütün keçmiş SSRİ-də, o 
cümlədən Azərbaycanda hidroloji şəbəkənin texniki təchizatı beynəlxalq sə-
viyyəyə uyğun olmuşdur. 
1988-1989-cu illərdə başlayan məlum Qarabağ hadisələri nəticəsində 
hidroloji məntəqələrin bir hissəsi işğal altında olan ərazilərdə qalmışdır. 1987-
ci ildə çap olunmuş “Hidroloji illiyin” məlumatlarına görə işğaldan əvvəl ora-
da 15 hidroloji müşahidə məntəqəsi fəaliyyət göstərirdi. 
1991- ci ildən, Azərbaycanda bazar iqtisadiyyatına keçidlə əlaqədar hid-
roloji şəbəkədə işlərin maliyyələşdirilməsi azalsa da, bu fəaliyyətdə olan mən-
təqələrin sayına elə bir təsir göstərməmişdir. 
Hazırda Milli Hidrometeorologiya Departamentinin hidroloji şəbəkəsi-
nin texniki və texnoloji təchizat səviyyəsi Ümumdünya Meteorologiya Təşki-
latının tövsiyələrinə tam cavab vermir. Mövcud hidroloji şəbəkə  əhəmiyyətli 
dərəcədə yeniləşdirilməlidir. Sel və daşqın təhlükəsi olan rayonlarda avtomat-
laşdırılmış müşahidə  sistemlərindən istifadəyə  əsaslanan prinsipial yeni hid-
roloji şəbəkə yaradılmalıdır. 
Dağ çaylarındakı müşahidə məntəqələri daşqınların, güclü sellərin əmələ 
gəlmə xüsusiyyətlərini, suyun orta səviyyəsini, axımın yüksəkdağlıq, ortadağ-
lıq və dağətəyi hissələrdə ildaxili paylanmasını öyrənməyə imkan verməlidir. 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə