Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə22/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   18   19   20   21   22   23   24   25   ...   122

54

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
VII. Yağıntıları fəsillər üzrə bərabər paylanan soyuq iqlim.
VIII. Dağ tundra iqlimi.
Azərbaycanın iqliminin təklif edilmiş təsnifatının qısa təhlili göstərir ki
bu istiqamətdə mühüm müvəffəqiyyətlərlə yanaşı, çatışmazlıq da duyulur. Yu-
xarıda verilən qısa təhlildən çıxan başqa nəticə ondan ibarətdir ki, iqlim təsni-
fatını mühüm iqlim göstəriciləri ilə yanaşı, təbii landşaft tiplərini nəzərə alaraq 
aparmaq daha sərfəli yoldur (Müseyibov, 1998). 
2.5. HİDROQRAFİYA 
Azərbaycanın adi hipsometrik xəritəsi ilə tanışlıq göstərir ki, respublika 
ərazisində çay şəbəkəsi qeyri-bərabər paylanmışdır. Burada böyük və kiçik 
çayların sıx yerləşdiyi regionlarla yanaşı, daimi axarlı çayları olmayan ərazilər 
də mövcuddur. Xəritə üzərində aparılan ən sadə ölçü işləri göstərir ki, Böyük 
Qafqazın  şimal-şərq yamacında Samur çayından Gilgilçaya qədər 132 km 
məsafədə 8, cənub yamacda Mazımçaydan Ağsuçaya qədər 220 km məsafədə 
13, Kiçik Qafqazın Kür depresiyasına meyilli yamaclarda 270 km məsafədə 
13, Lənkəran vilayətində isə 100 km məsafədə həmin dağlıq vilayətin suayırı-
cılarından mənbəyini götürən 5 əsas çay var. Böyük Qafqazın şimal-şərq ya-
macında (orta dağlıq qurşaqda) bu çaylar arasında orta məsafə 10 km, cənub 
yamacda 9,5 km, Kiçik Qafqazın  şimal-şərq və  cənub-şərq yamaclarında       
13 km, Lənkəran regionunda və Naxçıvan MR-də isə 20 km-ə çatır. Bu əsas 
çaylardan başqa, göstərilən yamaclarda Yan silsilədən,  Şəmkir antiklinoriu-
munun  şimal yamaclarından başlanan çaylar göstərilən  ərazilərin hidroqrafik 
şəbəkəsinin mühüm elementlərindəndir (Müseyibov, 1998). 
Azərbaycanın ilk çay şəbəkə sıxlığı xəritəsini R.X.Piriyev tərtib etmişdir 
(bu xəritə Azərbaycan SSR atlasında çap edilmişdir, 1963). Sonralar S.H.Rüs-
təmov və R.M.Qaşqay irimiqyaslı topoqrafiq xəritə əsasında yeni çay şəbəkə 
sıxlığı xəritəsini tərtib etmişlər. Hər iki xəritənin təhlili göstərir ki, Azərbay-
canın düzənlik bölgələrindən dağlara doğru çay şəbəkəsinin sıxlığı artır. 
Dağlıq vilayətlərdə çay şəbəkə  sıxlığı özünün maksimal həddinə  əsasən orta 
dağlıq qurşaqda çatır. Bu qurşaqdan aşağı  və yuxarı çay şəbəkə  sıxlığı azal-
mağa başlayır. Bununla yanaşı, həmin xəritələrlə illik yağıntıların paylanma 
xəritəsinin tutuşdurulması göstərir ki, çay şəbəkəsi yağıntıların miqdarı daha 
çox olan 1800-2500 m hündürlüklərdə daha sıxdır. 
İqlim, xüsusilə yağıntıların illik miqdarı çay şəbəkə sıxlığını və çayların 
sululuğunu müəyyən edən  əsas amil olsa da, yeganə amil deyil. Çay şəbəkə 
sıxlığına ərazinin geoloji quruluşu (süxurların çatlığı, məsaməliyi və s.), bitki 
örtüyü, səthin meyilliyi və bir sıra başqa amillər də  təsir göstərir.  Ərazinin 


2. Azərbaycan Respublikas¯n¯n fiziki-coªrafi ¼əraiti və geoloji qurulu¼u 55 
 
geoloji quruluşunun səth axımına və çay şəbəkə sıxlığına təsir dərəcəsini mü-
əyyən etmək üçün lava, tuf və başqa vulkan mənşəli suxur qatlarından təşkil 
olunmuş Qarabağ vulkan yaylasını, onunla eyni yüksəklikdə yerləşən və eyni 
miqdarda yağıntı alan, lakin geoloji quruluşuna, xüsusilə relyefinə və səth me-
yilliyinə görə ondan kəskin fərqlənən dağ yamacları ilə müqayisə etmək ki-
fayətdir. Qarabağ vulkan yaylasında (hündürlüyü 1800-3000 m) çay şəbəkə 
sıxlığı 0,3-0,4 km/km
2
 olduğu halda, onunla qonşuluqda yerləşən Qarabağ və 
Şahdağ silsilələrində 0,8-1,0 km/km
2
-dən artıqdır. 
Çay şəbəkə sıxlığı yüksəkliyə görə aşağıdakı şəkildə paylanmışdır: Bö-
yük Qafqazın şimal-şərq yamacının dağətəyi zonasında 0,3-0,4 km/km
2
, alçaq-
dağlıqda (500-1000 m) 0,4-0,6 km/km
2
, ortadağlıqda  (1000-2500  m)           
1,8-2,1 km/km
2
, yüksəkdağlıqda 0,6-0,8 km/km
2
. Bu göstərici Böyük Qaf-
qazın cənub yamacının dağətəyi zonasında 0,2-0,4 km/km
2
, alçaqdağlıqda 
0,50-0,75 km/km
2
, ortadağlıqda 1,00-1,50 km/km
2
, yüksəkdağlıqda 0,20-0,50 
km/km
2
-ə bərabərdir (Рустамов, Кашкай, 1989). 
Kiçik Qafqaz dağlarında da çay şəbəkə sıxlığı bölgələr üzrə eyni deyil. 
Şahdağ, Murovdağ  və Qarabağ silsilələrinin çay şəbəkə  sıxlığı dağətəyi zo-
nada 0,05 km/km
2
-dən az, alçaqdağlıqda 0,10-1,15 km/km
2
, ortadağlıqda 1,00-
2,00 km/km
2
, yüksəkdağlıqda 0,30-0,60 km/km
2
 arasında dəyişir. 
Zəngəzur və  Dərələyəz silsilələrində çay şəbəkə  sıxlığı düzənlik və al-
çaqdağlıqda (1200 m-ə  qədər) 0,10-0,40 km/km
2
, ortadağlıqda                  
0,50-1,00 km/km
2
, yüksəkdağlıqda 0,40-0,60 km/km
2
 təşkil edir. 
Lənkəran vilayətində çay şəbəkə sıxlığının ən böyük həddi alçaqdağlıq-
da (1,60-2,20 km/km
2
), ən kiçik həddi isə ortadağlıqdadır (0,20-0,50 km/km
2
). 
Dağətəyi  ərazilər və düzənlikdə isə bu qiymətlər 0,80-1,40 km/km
2
 arasında 
dəyişir. 
Azərbaycanda çay şəbəkə sıxlığının ən kiçik qiymətləri Kür-Araz ovalı-
ğında (Kür boyu zolağı  çıxmaqla), Qobustan-Abşeron bölgəsində, Cey-
rançöldə, Naxçıvanın düzənlik hissəsinin qərbində olmaqla 0,05-0,10 km/km
2
-
dən artıq deyil. 
Azərbaycanın çay şəbəkəsinin inkişafı, respublika ərazisinin relyefinin 
(böyük morfostrukturların) inkişafı ilə  sıx bağlıdır. Paleogen-neogen dövrü 
çöküntülərinin təhlili göstərir ki, Böyük və Kiçik Qafqaz qalxmaları sahəsində 
çaylar həmin dağların böyük morfostruktur zonalarına uyğun olaraq paralel 
sistemlər əmələ gətirirdi. Bu çayların qısa qolları yenicə qalxmaqda olan dağ-
ların yamaclarını kəsirdi. Neogendə dağlıq ərazilərin intensiv qalxması, tekto-
nik və morfostruktur planda baş verən dəyişikliklər və çay qovuşmaları tədri-
cən müasir çay şəbəkəsinin yaranması ilə nəticələndi (Müseyibov, 1998). 
Üçüncü dövrün axırı  və dördüncü dövrdə Böyük Qafqazın cənub-şərq 
yamaclarında (Vəlvələçaydan cənub-şərqə, Qobustanda), Acınohurda, Həkərə 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə