- 80 -
sas etibarı ilə ədəbiyyatşünas olsalar da, istər-istə-
məz bu sənətkarların yaradıcılığında zəngin olan
fəlsəfi ideyaların təhlilinə də müraciət etməli olmuş-
lar. Və bu sırada mən bir tədqiqatçını xüsusi fərq-
ləndirmək istərdim. Bu, rəsmi ixtisasına görə ədə-
biyyatçı olsa da, təfəkkür tərzinə görə filosof olan
Yaşar Qarayevdir. O, həm Cavidin, həm də Cabbar-
lının poetik-dramaturji yaradıcılıq dünyasına, bu
dünyanın ən dərin qatlarına bəlkə də hamıdan çox
baş vurmuş, bu sahədə müstəsna uğurlar qazanmış-
dır.
Neçə minillik tarixi olan rəsmi fəlsəfənin bü-
tün qayda-qanunları ilə təhlil aparıb gəldiyim qə-
naətlər son nəticədə çox vaxt Yaşar Qarayevin tən-
qidçi-filosof qələminin məhsulu ilə üst-üstə düşür.
Bir fərqlə ki, keçdiyimiz yollar əsasən eyni olsa da,
istiqamətlər müxtəlifdir. Mən fəlsəfədən ədəbiyyata
gəlirəm, Yaşar müəllim ədəbiyyatdan fəlsəfəyə. Bi-
zim yaradıcılıq yolundakı görüşümüz bir növ Cavid
və Cabbarlının görüşünü xatırladır (Bax: bu kitabın
birinci fəsli). Elə fərq də daha çox metodlarda üzə
çıxır. Yaşar Qarayev bütün incəliyi ilə bildiyi ədəbi-
bədii materialları ümumiləşdirməklə (induktiv me-
todla) ədəbi-elmi konsepsiya yaradır, mən ideyadan
təsirlənərək esse yazıram və onu sonradan seçdiyim
detallarla konkretləşdirməyə çalışıram.
Girişdə məhz Yaşar Qarayevi yada salmağıma
gəlincə, nə yaxşı ki, mən onun bu kitaba yazdığı ön
sözə həssaslıqla yanaşa bildim. «Cavid və Cabbar-
- 81 -
lı»ya ön söz olaraq Yaşar Qarayev «Bədii seyrə işıq
fəlsəfədən düşür» adlı gözəl məqalə yazmışdır. Və
burada kitaba münasibətdən daha çox, oradakı ide-
yaları daha da inkişaf etdirmək təşəbbüsü gördüm.
Özü də bu təşəbbüs çox uğurlu alınmışdır. Ancaq
Yaşar müəllimə məxsus bir təvazökarlıqla «bura-
dakı fikirlərin bir qismini mən artıq demişəm», –
yox, «bu fikirləri belə də demək olar» formasında
bir sətiraltı məna sezdim. Və götürüb Yaşar müəlli-
min dörd il öncə mənə bağışladığı «Tarix: yaxından
və uzaqdan» kitabındakı müvafiq məqalələri diqqət-
lə oxudum. Və mənə daha yaxın olan fikirləri seçib
hansı formadasa bu kitaba daxil etmək qərarına
gəldim.” Yaşar müəllim bir söz deməsə də, bu əla-
vələrdən məmnun qaldığını düşünürəm.
Bu kitab çıxandan sonra səhhəti ilə bağlı Ya-
şar müəllimlə az-az görüşürdük. Axırıncı dəfə evlə-
rində ona baş çəkdim. Yataqda olmasına rəğmən,
son kitabını (iri həcmli bu kitab “Azərbaycan
ədəbiyyatı: XIX və XX yüzillər” adlanırdı) öz əli ilə
yazıb mənə bağışladı. Bu, bir növ yekun kitab idi.
Şərq-Qərb Tədqiqat Mərkəzindəki son çıxışla-
rı yadıma düşür. Həmsöhbətləri prof. Cavad Heyət,
prof. Nurəddin Rzayev və s... Görünür, həkimlərlə
təmasdan irəli gəlirdi ki, son vaxtlar o, təbabətin
terminologiyasından da yaradıcı və orijinal şəkildə
istifadə edirdi. Özü infarkt keçirdikdən sonra insan
orqanizminə məxsus bu xəstəliyin ictimai həyata
transformasiyasına dair çox dəyərli bir məqalə
- 82 -
yazmışdı. Maləsəf, bir neçə il infarktla mücadilədən
sonra xalqımız bu böyük təfəkkür sahibi ilə
vidalaşmalı oldu. Şərq-Qərb Tədqiqat Mərkəzi ola-
raq biz öz sıralarımızdakı bu itkini özünəməxsus bir
“yas mərasimi” ilə qeyd etdik. Xoşagəlməz bir təsa-
düf Mərkəzin ağsaqqallar korpusu ilə “Gənc iste-
dadlar” korpusu arasında balans yaratdı: gənc jur-
nalist Elşad Qaravalov da dənizdə boğularaq dünya-
sını dəyişmişdi. Və biz onların xatirəsinə həsr olun-
muş qeyri-ənənəvi yas mərasimində “Həyatın mə-
nası”, “Həyat və ölüm” mövzularında fəlsəfi diskurs
təşkil etdik. Yaşar Qarayevin ailə üzvləri və
AMEA-nın Ədəbiyyat İnstitutunun da nümayəndə-
ləri mərasimə qatıldılar.
Bu gün ölkəmizdə ziyalı defisiti şəraitində
Yaşar Qarayevin yeri çox aydın görünür. Amma o
vaxt əsası qoyulan ənənələr ən azı Şərq-Qərb Təd-
qiqat Mərkəzində davam etdirilməkdədir.
- 83 -
İmtina fəlsəfəsi
(Filosof-tənqidçi Asif Əfəndiyev haqqında)
Azərbaycanda
fəlsəfi düşüncə ən-
ənələri həmişə şifahi
xalq ədəbiyyatı və
milli poetik fikirlə sıx
surətdə bağlı olmuş-
dur. Rusiya ilə əlaqə-
lərin artmasına bax-
mayaraq, XX əs r Azərbaycan fəlsəfi fikri yenə də
bədii ədəbiyyat, obrazlı fikir üzərində köklənmişdi.
XIX əsrin axırlarından başlayaraq A.Bakıxanov,
M.F.Axundov, H.B.Zərdabi və s. bu kimi maarif-
pərvər ziyalılarımızın bütün səyləri Qərb ziviliza-
siyasının, yeni elmi-fəlsəfi dəyərlərin ölkəmizdə ya-
yılmasına yönəldilmişdi. Bununla belə, peşəkar fəl-
səfi məktəb formalaşmamışdı. XX əsrin əvvəllə-
rində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cab-
barlı kimi böyük fikir sahibləri də öz ideyalarını
əsasən ədəbi-bədii yaradıcılıqları vasitəsi ilə ifadə
edirdilər.
Oktyabr inqilabından sonra kommunist ideo-
logiyası və marksist-leninçi fəlsəfənin çərçivəsinə
salınan fəlsəfi və bədii təfəkkür artıq öz yaradıcı
- 84 -
mahiyyətindən uzaqlaşaraq təsvirçilik və təbliğatçı-
lıq funksiyasını icra etməyə başladı. Belə bir şə-
raitdə hər hansı yeni fəlsəfi təlimin yaranması qeyri-
mümkün idi. Daha doğrusu, belə bir addım atmaq
üçün əvvəlcə marksizm çərçivəsindən çıxmaq, kom-
munizm ideologiyasından imtina etmək lazım idi.
37-ci ilin və sonrakı dövrün repressiyalarındın sonra
belə bir addım atmaq üçün sadəcə yaradıcı fəlsəfi
təfəkkür deyil, həm də inqilabçılıq missiyası, özünü
fəda etməyə hazır olmaq, ideya səmasında kamikad-
zelik tələb olunurdu.
Yaradıcı fəlsəfi təfəkkürün iflic vəziyyətində
olduğu, dünya fəlsəfi məkanında gedən yeni proses-
lərin gizli saxlandığı və ya ancaq tənqid olunduğu
bir dövrdə SSRİ-nin əsas elm və mədəniyyət mər-
kəzləri olan Moskva və Leninqrada da belə fərqli
düşünən insanları, dissidentləri barmaqla saymaq
mümkün idi. Yeni fəlsəfi təlim yaratmaq isə ki-
minsə heç ağlına da gələ bilməzdi. Belə bir şəraitdə
– XX əsrin 70-ci illərində SSRİ-nin əyalətlərindən
sayılan Azərbaycanda Asif Əfəndiyev fenomeni baş
qaldırdı və əvvəlcə ədəbi-bədii prosesə fərqli mü-
nasibət kimi, sonra kommunist ideologiyasından
imtina və yeni üslub, yeni metod kimi, daha sonra
isə yeni düşüncə tərzi və müstəqil bir fəlsəfi təlim
kimi formalaşdı. Ocaq hərəkatı yarandı. Bu hərəkat
ideya despotizmindən bezmiş olan mütərəqqi dü-
şüncəli gənclərin böyük bir qismini arxasınca apa-
Dostları ilə paylaş: |