Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 
- 70 -
kifayətlənməyərək, zehniyyətimizi də sağaldan və 
ona saf mənəvi çeşmələrdən məlhəm qoyan doktor 
Cavad Heyətdir. Dilin varlığı, fikrin varlığı  və cis-
mani mövcudluqla zehniyyətin dialektik vəhdətinin 
varlığı! Və  nəhayət, imzalar içərisində imzamızın 
varlığı olan “Varlıq” jurnalı  və bütün bu varlıqları 
özündə təcəssüm etdirən doktor Cavad Heyət!  
Cavad Heyət türk dünyasının böyük bir dü-
şünürü kimi, Azərbaycan xalqının indiki dövrdə hər 
şeydən əvvəl məhz fəlsəfəyə ehtiyacı olduğunu dərk 
edir və onu bizə öz dilimizdə və üslubumuzda çat-
dırmaq üçün yollar axtarır. Onun tariximiz, dilimiz 
və ədəbiyyatımızla bağlı araşdırmaları milli özünü-
dərk yolunda mühüm addımlardır. İndi təqdim olu-
nan kitab da klassik fəlsəfi nümunələrlə tanışlığa 
xidmət edən dəyərli vəsaitdir. B.Rassel kimi böyük 
bir riyaziyyatçı alim dünya fəlsəfi fikrinin öz xal-
qına sadə  şəkildə çatdırılmasına nəyə görə ehtiyac 
hiss edirdisə, bu gün görkəmli cərrah, təbiətşünas 
alim Cavad Heyət də məhz həmin səbəbdən diqqə-
timizi fəlsəfəyə yönəldir.  
B.Rasselin riyaziyyat və riyazi məntiq sahə-
sindəki böyük xidmətlərinə  rəğmən, onun dünya 
miqyasında məşhurlaşması da, Nobel mükafatına la-
yiq görülməsi də əsasən humanitar biliklərin yayıl-
ması, maarif və sülh sahəsindəki xidmətləri ilə bağ-
lıdır. B.Rasselin dindən, təhsildən, sevgidən, insan 
xoşbəxtliyindən bəhs edən  əsərləri daha çox yayıl-
mışdır.  


 
- 71 -
 
Azərbaycanda Cavad Heyəti məşhur həkim 
kimi tanıyan, onun tibbi xidmətindən istifadə edən-
lər də az deyil. Amma daha geniş təbəqə onu məhz 
maarifçilik xidmətinə görə, tariximizi, ədəbiyyatı-
mızı mükəmməl bilən, “dil içində dil bəsləyən”, di-
limizin nəinki istifadəsinə, həm də nəzəri tədqiqinə 
yönəli böyük işlər görən vətənpərvər ziyalı kimi 
tanıyır. Bu mənada “ensiklopedik zəka sahiblərinin 
dövrü keçmişdir” fikri ilə razılaşmaq düzgün ol-
mazdı. Çünki dar ixtisaslaşmanın labüdlüyü ilə ya-
naşı, bütövlük naminə müxtəlif sahələrdəki bilik-
lərin bir araya gətirilməsi də vacibdir. Yoxsa insan 
təfərrüatlar içərisində itib-batar, dünyanın ümumi 
mənzərəsinin canlanmasında çətinlik yaranar. Təsa-
düfi deyil ki, Cavad Heyətin təqdimatında dil də, 
ədəbiyyat da, sənət də, tarix də, fəlsəfə  də eyni 
müstəviyə gətirilir. Onun “Türklərin tarix və mədə-
niyyətinə bir baxış” kitabı da belə bir təbii inteqra-
siyanın məhsuludur. Cavad Heyət yaradıcılığında 
isə müxtəlif sahələrdəki biliklər eyni bir ideya xətti 
boyunca ipə-sapa düzülür.  
Ümuminin zirvəsindən baxanda, xüsusilər da-
ha aydın görünür. Yəqin ona görədir ki, Cavad 
Heyətin yazdığı  “Ədəbiyyatşünaslıq” kitabı çağdaş 
ədəbiyyatçılarımızın hələ də qalxa bilmədiyi yüksək 
nəzəri təfəkkür səviyyəsində  qərar tutur və klassik 
nümunə rolunu oynayır: aydın, yığcam, sistemli... O 


 
- 72 -
saat görünür ki, müəllif yazdıqlarına fəlsəfi fikir 
səviyyəsindən baxa bilir.  
Bir daha tərcümə  məsələsinə qayıtsaq, bu ki-
tab belə bir zərurəti təkrarən vurğulamağa ehtiyac 
yaradır ki, hər hansı bir əsərin doğma dilimizdə ye-
nidən doğula bilməsi üçün əvvəlcə dilin özü, müva-
fiq terminologiya yetərincə inkişaf etməlidir. Bunun 
üçün isə  həmin dildə orijinal əsərlər yazılmalıdır. 
Yəni biz milli fəlsəfi fikrimizi müasir düşüncənin 
tələbləri səviyyəsində yaşada bilməsək və bununla 
bahəm dilimizi də  fəlsəfi məfkurə yönündə inkişaf 
etdirə bilməsək, başqa xalqların fəlsəfi yaradıcılı-
ğını mənimsəmək də çətin olacaqdır. Bu baxımdan, 
bir daha vurğulamaq istəyirəm ki, Cavad Heyətin bu 
addımı bir tərcümə xidməti olmaqdan daha çox, 
Azərbaycan fəlsəfəsinə bir dirçəliş, oyanış çağı-
rışıdır: “Gəlin, milli fəlsəfi düşüncə ənənələrini bər-
pa edək, dünyaya öz gözlərimizlə baxmağı öyrənək 
və başqa xalqların böyük filosoflarını da öz düşüncə 
auramıza daxil edək!” 
 
“525-ci qəzet”, 3 avqust 2013-cü il 


 
- 73 -
 
 
 
 Ədəbiyyatdan fəlsəfəyə 
(Filosof-tənqidçi Yaşar Qarayev haqqında) 
 
Yaşar Qarayev nə yazıçı, 
nə  də  şairdir. O, hər  şeydən  əv-
vəl fikir sahibidir. Lakin onun fi-
kirləri bədii bir ahənglə ipə-sapa 
düzülür. Elmi fikir bədiiləşir. 
Yaşar Qarayev elm aləmi-
nin  şairi,  ədəbi-bədii aləmin ali-
midir. Onun təfəkkürü bədii du-
yumla rasional düşüncənin üzvi 
vəhdətindən yoğrulmuşdur. O, 
yəqin ki, hər iki istiqamətdə: həm elmi, həm bədii 
yaradıcılıq sahəsində uğur qazana bilərdi. Lakin Ya-
şar Qarayev intellektual poeziya nümunələri yarat-
maq deyil, poeziyada intellektual məqamları araş-
dırmaq yolunu tutmuşdur. O, tədqiqat predmeti ola-
raq elmi deyil, ədəbiyyatı, sənəti seçmişdir. Lakin 
sənət dünyasının araşdırılmasına elmi rasional dü-
şüncə potensialı ilə qatılmışdır.  
Ədəbiyyatçılar içərisində ifrat rasionallığı  və 
mürəkkəb düşüncə  tərzi ilə seçilən və  bədiilik 
elementlərindən intellektin ancaq yüksək pilləsində 
istifadə edənYaşar Qarayev doğmalar içərisində yad 
adam təsiri bağışlayır. Tədqiqat predmetlərinin ey-


 
- 74 -
niyyəti, mövzu yaxınlığı  şəraitində bu yadlıq təəs-
suratı, görünür, intellektual məsafə fərqindən doğur.  
Azərbaycan xalqının milli inkişafında  ədəbi-
bədii fikrin rolu həmişə böyük olmuşdur. Obrazlı 
düşüncə bir təfəkkür tərzi kimi rasional elmi dü-
şüncəni həmişə üstələmişdir. Xalqımızın milli-fəl-
səfi fikri də çox vaxt öz əksini elmi traktatlar 
monoqrafiyalarda deyil, bədii  ədəbiyyatda tapmış-
dır. Ona görə də elmi düşüncəyə və fəlsəfi təfəkkürə 
gedən yolda əsasən ədəbiyyatdan keçmişdir. Obrazlı 
deyimlərin rasional elmi dilə «tərcümə edilməsi» 
xüsusi yönümlü bir istedad tələb edir. Ona görə də 
rasional idrak vərdişinə malik olan insanların  ədə-
biyyat aləminə müraciət etməsinə böyük ehtiyac 
vardı. Bu baxımdan böyük elmi rasional düşüncə 
potensialına malik olan Yaşar Qarayev kimi şəxslə-
rin təbiətşünaslıqla deyil, ədəbiyyatşünaslıqla məş-
ğul olması bizim milli maraqlarımıza daha çox 
uyğundur. Çünki bu zaman o, ancaq bir şəxsin fərdi 
rasional düşüncəsinin bəhrəsini verməklə  məhdud-
laşmayıb, əsrlər boyu yazıb-yaratmış böyük ədiblə-
rimizin  ədəbi-bədii yaradıcılığındakı rasional dü-
şüncə məqamlarının da çağdaş oxucuya çatdırılma-
sına nail olur.  
Bu sahədə Yaşar Qarayevin xidmətinin üç is-
tiqamətində  nəzərdən keçirmək olar. Birinci istiqa-
mətdə  ədəbiyyatda infrastrukturu və funksiyaları 
araşdırılır. Tədqiqatçı bu və ya digər konkret ədəbi 
canrın ümumiyyətlə bəddi ədəbiyyatda, ədəbiyyatın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə