- 104 -
nin fəlsəfi tədqiqindən tutmuş fəlsəfə tarixinə və
ictimai-siyasi həyatın aktual problemlərinə qədər
olduqca müxtəlif mövzularda əsərlər yazmış, bey-
nəlxalq forumlarda məruzələr etmiş, ölkəmizi xarici
ölkələrdə ləyaqətlə təmsil etmişdir.
Akademik Fuad Qasımzadənin fəaliyyəti ən
çox Bakı Dövlət Universiteti ilə bağlı idi. O, yarım
əsr ərzində BDU-nun fəlsəfə kafedrasına rəhbərlik
etmiş, universitetdə vaxtilə özünün də məzun oldu-
ğu fəlsəfə fakültəsinin bərpası üçün səylər göstərmiş
və bu fakültə üçün kadr hazırlanmasında böyük rol
oynamışdır. Bunu da qeyd etmək yerinə düşər ki, o,
yarım əsr ərzində fəlsəfə üzrə Dissertasiya Şurasının
sədri olmuş, bir müddət Azərbaycan Respublikası
Prezidenti nəzdində Ali Attestasiya Komissiyasının
Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
Mən də 1973-cü ildə BDU-nun fizika fakültə-
sini bitirərək elə həmin ildə fəlsəfə kafedrasının as-
piranturasına daxil olmuş və Fuad Qasımzadənin
rəhbərliyi ilə namizədlik dissertasiyası yazmışam.
Əslində mən Fuad müəllimi bir az da əvvəl, üçüncü
kursda oxuyarkən tanıyırdım. Mən o vaxt fəlsəfi
mövzuda tələbə elmi işi yazmışdım və bizə tarixi
materializm fənnini tədris edən dosent Cümşüd Ha-
cıyev məni kafedra müdiri ilə görüşdürdü və mən
bu tədqiqat işini gələcəkdə də davam etdirmək
barədə Fuad müəllimdən məsləhətlər aldım. Sonrakı
ildə mənim yazdığım iş tələbə elmi işləri üzrə Res-
publika müsabiqəsinin qalibi oldu və Ümumittifaq
- 105 -
müsabiqəsinə təqdim edildi. Beşinci kursda oxu-
yarkən mənim ilk elmi məqaləm Fuad müəllimin
tövsiyəsi ilə BDU-nun Elmi əsərlərində – “Tarix,
Fəlsəfə və Hüquq” seriyasında çap olundu. Daha
sonra tədqiqatlarımı aspiranturada davam etdirdim
və 1976-cı ildə Fuad Qasımzadənin elmi rəhbərliyi
ilə onun sədr olduğu Dissertasiya Şurasında nami-
zədlik işini müdafiə etdim.
Bizim elmi yaradıcılıq əlaqələrimiz sonrakı
illərdə də müntəzəm surətdə davam etmişdir. Düz-
dür, mən doktorluq dissertasiyasını bir qədər fərqli
istiqamətdə yazdığımdan əsasən moskvalı həmkar-
larımla məsləhətləşməli olurdum, amma Fuad müəl-
limlə münasibətlərimiz başqa müstəvidə davam
edirdi. Mən ilk növbədə Respublikamızda fəlsəfənin
tədrisi ilə əlaqədar bir çox məsələlərin birgə mü-
zakirəsini nəzərdə tuturam. Pedaqoji Universitetdə
- 106 -
fəlsəfə kafedrasının müdiri olduğum müddətdə də
Elmi-metodiki Şura xətti ilə BDU-nun fəlsəfə ka-
fedraları ilə və ilk növbədə Fuad müəllimlə əmək-
daşlıq edir, onun məsləhətlərini nəzərə alırdım.
Azərbaycan Universitetində rektor olduğum müd-
dətdə ölkənin ən qabaqcıl mütəxəssislərini, ən yaxşı
müəllimlərini tədrisə cəlb etmək proqramı çərçivə-
sində ilk dəvət etdiyim görkəmli professorlar sıra-
sında, heç şübhəsiz, akademik Fuad Qasımzadə də
var idi. O, həm dərs deyir, həm də Universitetin
nəzdindəki Şərq-Qərb Tədqiqat Mərkəzinin yığın-
caqlarında fəal iştirak edirdi. O, mənim bir neçə
kitabımın redaktoru olmuş, ön söz yazmış, mətbuat-
da mənim elmi fəaliyyətimlə bağlı məqalələrlə çıxış
etmişdi. Yaxşı xatırlayıram, Gülüstan sarayında mə-
nim Heydər Əliyevə həsr olunmuş “Lider. Dövlət.
Cəmiyyət” kitabımın təqdimat mərasimində çıxış
edərkən məni öz yetişdirməsi saydığını və bununla
qürur duyduğunu bildirdi. Ümumiyyətlə, özünün ən
böyük nailiyyətləri sırasında ilk növbədə yetişdirdi-
yi kadrlarla fəxr edərdi. Çətin elə adam göstərmək
olar ki, fəlsəfə sahəsində alim hazırlığında Fuad
müəllim qədər yüksək məhsuldarlıq göstərmiş ol-
sun.
Biz yeni siyasi şəraitdə müstəqil Azərbaycan
Respublikasında yeni ideologiyanın formalaşdırıl-
ması, fəlsəfə proqramlarının yenidən hazırlanması,
ölkəmizdə fəlsəfi maarifçilik işinin canlandırılması
və s. bu kimi məsələlərdə yenə də Fuad müəllimin
- 107 -
fəal həyat mövqeyinin şahidi olurduq. Fəlsəfə və
Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA)
təsis qurultayında, AFSEA xətti ilə keçirilən kon-
franslarda, seminarlarda Fuad müəllimin çıxışlarını
və təşkilati fəaliyyətini də xüsusi qeyd etmək istər-
dim. O, “Fəlsəfə” jurnalının yaradılmasında, Redak-
siya Heyətinin toplantılarında da lap son illərə qədər
fəal iştirak edir, yaşını heç vaxt biruzə vermirdi.
Fuad Qasımzadə lap gənc yaşlarından elmlər
doktoru, professor və fəlsəfə kafedrasının müdiri
olmaqla XX əsrin ortalarından başlayaraq ölkəmizin
əksər ziyalıları, alimləri və sənət adamları ilə birgə
tədbirlərdə iştirak etmiş, ən ali məclislərdə söz sa-
hibi olmuşdur. Ona görə də Fuad müəllimin çox
zəngin xatirələri var idi; danışmaqla qurtarmaq bil-
mirdi. Biz əvvəlki nəslin bir çox ziyalıları haqqında
məhz Fuad müəllimdən eşitmişdik.
Akademik Fuad Qasımzadə həm də ictimai-
- 108 -
siyasi xadim olmaqla dövlət işlərində öz köməyini
əsirgəmir, ulu öndər Heydər Əliyevin həyata keçir-
diyi geniş quruculuq planlarının həyata keçirilmə-
sində və təbliğində xüsusi fəallıq göstərir, həmişə
ön xətdə olurdu. Təsadüfi deyil ki, o, müstəqil Azər-
baycan Respublikasının ilk Konstitusiyasının hazır-
lanmasında da iştirak etmiş, Konstitusiya Komissi-
yasının üzvü olmuşdur. Bu da təsadüfi deyil ki,
Azərbaycan filosofları içərisində ilk dəfə “İstiqlal”
ordeninə layiq görülən də məhz Fuad müəllim idi.
Fuad müəllim Azərbaycan fəlsəfi fikrinin gör-
kəmli nümayəndəsi olaraq bu sahədə çalışan alim-
lərin və müəllimlərin ağsaqqalı, xeyirxah və nəcib
insan kimi hərtərəfli fəaliyyət göstərirdi. O,
AFSEA-nın fəlsəfə bölməsinin və Təhsil Nazirli-
yinin ictimai elmlər üzrə metodşurasının sədri, Dini-
Elmi Şuranın və Şərq-Qərb Tədqiqat Mərkəzinin
fəxri üzvü, Azərbaycan Ağsaqqallar Şurasının sədr
müavini və jurnalımızın Redaksiya Şurasının fəal
üzvlərindən biri kimi ölkəmizdə fəlsəfi və ictimai-
siyasi fikrin inkişaf etdirilməsi və təbliğində böyük
xidmət göstərirdi.
Mənim xatirimdə Fuad müəllim məhz belə
hərtərəfli, ictimai-siyasi fəallığı ilə seçilən, istər fəl-
səfi fikir sahəsində, istərsə də ölkənin ictimai hə-
yatında həmişə ön xətdə dayanan yüksək mədəniy-
yətli xeyirxah insan, hərtərəfli tədqiqatları ilə se-
çilən alim, gözəl müəllim, mötəbər bir ziyalı kimi
qalmışdır.
Dostları ilə paylaş: |