Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə5/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   2   3   4   5   6   7   8   9   ...   79

məsələlərini qaldıran mətbuat çıxışlarının üstündən çox vaxt 
sükutla keçirlər. 
Keçən ilin sentyabr ayında «Kommunist» qəzeti  İstisu 
kurortunda müalicə olunanlara son dərəcə yarıtmaz xidmət 
göstərildiyini kəskin tənqid etmişdi. Lakin məqalədə adları 
çəkilən nazirliklər, idarələr və təşkilatlar, habelə Kəlbəçər Rayon 
Partiya Komitəsi kurortda qayda yaratmaq üçün əsaslı  tədbirlər 
görməmiş, AHİŞ-in, Səhiyyə Nazirliyiiin və  Mədəniyyət 
Nazirliyinin rəhbərləri isə  qəzetin tənqidinə heç cavab da 
verməmişlər. Bakı  Şəhər  İçraiyyə Komitəsinin və onun 
idarələrinin rəhbərləri də  mətbuatın bir çox tənqidi çıxışına 
əhəmiyyət vermirlər. 
Bununla birlikdə Azərbaycan KP MK qeyd etmişdir ki, 
«Kommunist», «Bakinski raboçi» və «Kommunist» (erməni 
dilində) qəzetlərinin tənqidi çıxışlarında mövzu məhdudluğu və 
birtərəflilik müşahidə edilir. Bu materiallaqarda çox mühüm 
sənaye sahələrinii, kənd təsərrüfatıiın, tikintinin geri qalmasının 
səbəbləri, mədəniyyət, xalq maarifi, gənclərin tərbiyəsi sahəsində
ayrı-ayrı partiya və sovet orqailarının iş üslubunda və 
metodlarında olan ciddi nöqsanlar kifayət qədər açılıb göstərilmir. 
Qəzetlərin redaksiyaları öz çıxışlarının təsirini artırmaq üçün 
lazımınça səy göstərmişlər. Bəzi materialların kifayət qədər dürüst 
və  səhih olmaması, onlarda əsassız çıxışlara, çox vaxt haqlı 
şikayətlər doğuran təhqiramiz hüçumlara yol verilməsi bu 
yazıların təsir gücünü zəiflədir. Bununla yanaşı, qəzetlər 
mətbuatın tənqidinə əhəmiyyət verməyənlər və ya bu tənqidi ört-
basdır etməyə  çalışanlar haqqında az yazırlar. 
«Kommunist» və «Bakinski raboçi» qəzetlərinin 
redaksiyalarında zəhmətkeşlərin məktublarına baxılması  işində 
hələ  də ciddi nöqsanlar vardır. 1969-cu ildə «Kommunist» 
qəzetində dərc olunmuş məktubların sayı əvvəlki ildəkinə nisbətən 
azalmışdır, halbuki alınan məktubların ümumi sayı, demək olar, 
dəyişməmişdir. «Bakinski raboçi» qəzeti redaksiyasının 
şöbələrində xeyli məktub və material uzun müddət yatıb qalır. 


Azərbaycan KP MK «Kommunist», «Bakinski  raboçi», 
«Kommunist» (erməni dilində) qəzetlərinin redaksiyalarına bir 
vəzifə olaraq tapşırmışdır ki, bu qərarda göstərilən nöqsanları 
aradan qaldırsınlar, özlərinin bütün çıxışlarının doğru və inandırıcı 
olmasını təmin etsinlər, dərc olunan materialların təsirini artırmaq 
üçün konkret tədbirlər görsünlər, tənqidi çıxışlar üzrə görülən 
tədbirlər haqqında  oxuçulara vaxtında məlumat versinlər, 
bürokratları, tənqidi boğanları, mətbuatın, radio və televiziyanın 
çıxışlarına əhəmiyyət verməyən işçiləri ifşa etsinlər. 
Azərbaycan KP vilayət, şəhər, rayon komitələrinə, nazirliklərin 
və idarələrin rəhbərlərinə  təklif olunmuşdur ki, mətbuatda dərc 
olunan materialların təsirini gücləndirmək üçün tədbirlər 
görsünlər, xalq təsərrüfatını daha da yüksəltmək, elm və 
mədəniyyəti inkişaf etdirmək, zəhmətkeşlərin kommunist 
tərbiyəsi işini yaxşılaşdırmaq, partiyanın XXIII qurultayının və 
Sov.İKP MK-nın sonrakı plenumlarının, Azərbaycan KP MK 
avqust, dekabr (1969-çu il) və mart (1970-çi il) plenumlarının 
qərarlarını yerinə yetirmək məqsədilə  mətbuatdan daha fəal 
istifadə etsinlər. Mətbuatın  ən mühüm və prinsipial çıxışlarını 
partiya yığınçaqlarında, istehsalat müşavirələrində, fəhlələrin, 
kolxozçuların, ziyalıların yığıncaqlarında müzakirə etsinlər və 
lazımi , tədbirlər görülməsinə nail olsunlar. 
Partiya komitələri, nazirliklərin, idarələrin, müəssisələrin və 
təşkilatların rəhbərləri mətbuatın, radio və televiziyanın tənqidi 
çıxışlarını  müzakirə etməklə və bu çıxışlar üzrə konkret tədbirlər 
görməklə yanaşı, istehsalatın ehtiyat mənbələrini aşkara çıxaran, 
müsbət iş  təcrübəsini,  əməyin  təşkilinin qabaqcıl üsül və 
metodlarını, yeni texnikanın tətbiqini və  səmərəli işlədilməsini, 
əmək  məhsuldarlığını  yüksəltmək, məhsulun maya dəyərini aşağı 
salmaq və keyfiyyətini yaxşılaşdırmaq yollarını  təbliğ edən 
materiallara ciddi yanaşmalıdırlar.  
Partiya təşkilatları  və  mətbuat orqanları sovet cəmiyyətinə, 
sosialist cəmiyyətinə yabancı olan hallara, müftəxorluq, 
bürokratizm,  ətalət, rüşvətxorluq, sosialist mülkiyyətinin 
oğurlanması, təsərrüfatsızlıq və məsuliyyətsizlik kimi hallara qarşı 


daim qəti mübarizə aparmalıdırlar. Onlar qəzet və jurnalların 
çıxışlarının təsirli olması  uğrunda mübarizəyə  fəal müəllifləri, 
fəhlə və kəndli müxbirləri daha geniş cəlb etməli, fəhlə və kəndli 
müxbir postlarının, içtimai qəbul otaqlarının  şəbəkəsini 
genişləndirilməsi içtimaiyyət nümayəndələrinin iştirakı ilə daha 
tez-tez kütləvi qeydlər keçirməlidirlər. Vilayət,  şəhər, rayon 
partiya komitələri, nazirliklər və idarələr mətbuatın tənqidi 
çıxışlarını operativ surətdə  təhlil etməli və bunun nəticələri 
haqqında redaksiyalara vaxtında məlumat verməli, 
süründürməçilikdə  və başdansovdu cavablar verməkdə müqəssir 
olan, mətbuatın siqnallarına, etinasız yanaşan  şəxsləri, tənqidi    
boğanları isə ciddi partiya məsuliyyətinə  və inzibati məsuliyyətə 
cəlb etməlidirlər. Bu barədə  məlumatlar mətbuatda dərc    
olunmalıdır. Respublika prokurorluğuna və onun yerli orqanlarına 
təklif edilmişdir ki, hər çür fırıldaqçılara, xalq malını  
oğurlayanlara, bürokrat və süründürməçilərə qarşı çıxış edən sovet 
vətəndaşları barəsində  vətəndaşlıq hallarına qarşı mübarizəni 
gücləndirsinlər.  
 
 
*** 
1971 
 
RESPUBLIKANIN INCƏSƏNƏT XADIMLƏRINDƏN BIR 
QRUPUNA AZƏRBAYCAN SSR FƏXRI ADLARININ 
VERILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN 
FƏRMANI 
 
Azərbaycan incəsənətinin inkişafında böyük xidmətlərinə görə 
aşağıdakılara fəxri adlar verilsin: 
 
AZƏRBAYCAN SSR XALQ ARTİSTİ 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə