Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə4/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   2   3   4   5   6   7   8   9   ...   79

Azərbaycan SSR dövlət mükafatlarının hər biri 2.500 manat 
miqdarında müəyyən edilmişdir.  
Mükafatlar Azərbaycan SSR dövlət mükafatları komitələrinin 
təqdimatı ilə iki ildə bir dəfə, Azərbaycanda Sovet hakimiyyəti 
qələbəsinin ildönümü günü verilir. Azərbaycan SSR dövlət 
mükafatlarına layiq görülən şəxslərə diplom və döş nişanı təqdim 
edilməklə «Azərbaycan SSR Dövlət mükafatı laureatı» adı verilir. 
Azərbaycan SSR dövlət mükafatları komitələrinin qərarları 
Azərbaycan KP MK və Azərbacan SSR Nazirlər Soveti tərəfindən 
təsdiq edilərək, respublika mətbuatında dərc olunur. 
Azərbaycan SSR Nazirlər Sovetinin dövlət mükafatları 
komitələrinə tapşırılmışdır ki, Azərbaycan SSR dövlət mükafatları 
haqqında  əsasnaməni, Azərbaycan SSR Dövlət mükafatı 
laureatının döş nişanı  və diplomunun eskizlərini bir ay 
müddətində hazırlayıb respublika Nazirlər Sovetinin təsdiqinə 
versinlər. 
Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 5 dekabr və 
1966-cı il 22 yanvar tarixli qərarları qüvvəsini itirir. 
 
AZƏRBAYCAN KP MK-DA 
MƏTBUATIN TƏNQIDI ÇIXIŞLARININ TƏSIRINI 
ARTIRMALI 
 
Azərbaycan KP MK «Kommunist», «Bakinski raboçi», 
«Kommunist» (erməni dilində) qəzetlərinin tənqidi çıxışlarının 
təsiri haqqında məsələ müzakirə etmişdir. Qəbul olunmuş qərarda 
deyilir ki, Sov.İKP MK-nın dekabr plenumundan, Azərbaycan KP 
MK-nın avqust və dekabr (1969-çu il) plenumlarından sonra 
«Kommunist», «Bakinski raboçi», «Kommunist» (erməni dilində) 
respublika qəzetləri təsərrüfatın idarə olunmasının 
təkmilləşdirilməsi, partiya və dövlət intizamının 
möhkəmləndirilməsi, bütün sahələrdə kadrların tapşırılan iş üçün 
məsuliyyətinin yüksəldilməsi məsələlərinə daha çox fikir verməyə 
başlamışlar. Ayrı-ayrı  təşkilatların və idarələrin, onların 


rəhbərlərinin işindəki nöqsanları  aşkara çıxaran prinsipial 
materiallar mətbuatda tez-tez verilir. 
Qəzetlərin oxuçularının fəallığı artmışdır. Oxucular öz 
məktublarında iqtisadiyatın və  mədəniyyətin daha da inkişaf 
etdirilməsinə aid mühüm problemlər qaldırır, işdəki ciddi səhvlər 
və nöqsanlar haqqında, ayrı-ayrı  vəzifəli  şəxslərin nalayiq 
davranışı haqqında siqnallar verirlər. Qəzetlərdə. «Oxucular xəbər 
verirlər», «Ciddi siqnal», «Redaksiyanın poçtundan», «Sizin 
məktublar», «Məktubun izi ilə» və s. başlıqlar altında müntəzəm 
materiallar verilir. 
Qəzetlərin tənqidi çıxışları indi daha təsirli olmuşdur. Partiya 
təşkilatları, nazirliklər, idarələr və yerli orqanlar həmin çıxışlar 
üzrə  əsasən vaxtında tədbirlər görür və bu barədə redaksiyalara 
məlumat verirlər. 
Quba rayonundakı  tədarük məntəqələri, Sov.İKP XXP 
qurultayı adına neftayırma zavodunun qışa hazırlaşması, 
Orconikidzeneft Mədənlər  İdarəsinin geri qalması, respublika 
Quşçuluq Sənayesi  İdarəsində  təsərrüfatsızlıq və sair haqqında 
«Kommunist» qəzetinin materialları müvafiq partiya, təsərrüfat 
orqanlarında müzakirə olunmuş  və  aşkara çıxarılan nöqsanların 
aradan qaldırılması üçün tədbirlər  görülmüşdür. 
Respublika Yenilikçilərinin təkliflərinin istehsalatda  2-tətbiqi, 
Bakının maşıiqayırma zavodlarında neft avadanlığı üçün ehtiyat 
hissələr buraxılması problemi, Kür-Araz Su Qurğuları Tikintisi 
Baş  İdarəsi istehsal bazasının tikintisində, daş karxanalarında 
yükvurma-yükboşaltma işlərinin təşkilində olan nöqsanlar, Tibb 
İşçiləri Həmkarlar  İttifaqı Respublika Komitəsinin keçmiş 
sədrinin öz vəzifəsiidən tamahkarlıq məqsədilə sui-istifadə etməsi 
və başqa məsələlər barəsində «Bakinski raboçi» qəzetinin çıxışları 
partiya komitələri, oxuçular tərəfindən prinsipial 
qiymətləndirilmişdir. 
«Kommunist» (erməni dilində) qəzeti neftçıxarma sənayesi 
müəssisələrində  əməyin təşkilində, bəzi rayonlarda kənd 
təsərrüfatı istehsalatında, DQMV-də heyvandarlığın inkişafı üçün 
mövcud ehtiyat mənbələrindən istifadə olunmasında və başqa 


sahələrdə ciddi nöqsanları  aşkara çıxaran bir sıra tənqidi 
materiallar dərc etmişdir. Qəzetin materialları üzrə  işi 
yaxşılaşdırmaq üçün tədbirlər görülür. 
Lakin mətbuatdakı  tənqidin (üstündən sükutla keçmək, ona 
qeyri-partia münasibəti bəsləmək halları da olur. Bəzi partiya 
komitələri, bəzi nazirliklərin, idarələrin, müəssisələrin və 
təşkilatların rəhbərləri Azərbaycan KP MK-nın avqust və dekabr 
plenumlarının qərarlarından lazımi nəticələr çıxarmamışlar, 
mətbuatın tənqidi çıxışlarına yenə  də formal münasibət bəsləyir, 
başdansovdu cavablar verməklə kifayətlənir, aşkara çıxarılmış 
nöqsanların aradan qaldırılması, müqəssirlərin cəzalandırılması 
üçün lazımi tədbirlər görmürlər. 
1969-cu ilin oktyabr ayında «Kommunist» qəzeti «Zərdabdan 
məktublar» başlığı altında verdiyi materialda Zərdab rayonunda 
kadrların seçilməsində, yerləşdirilməsində 
və 
tərbiyələndirnlməsində, ideoloji işin təşkilində ciddi nöqsanlar 
aşkara çıxarmışdı. Rayon partiya komitəsinin birinçi katibi 
F.Əfəndiyev yoldaş  qəzetin tənqidi materialını  təhlil etmək və 
lazımi nəticələr çıxarmaq  əvəzinə Azərbaycan KP MK-ya 
müraçiət edib nöqsanları danmış  və materialın müəlliflərini 
cəzalandırmağı xahiş etmişdir. Halbuki qəzetin 
göstərdiyi faktlar yoxlama zamanı əsasən təsdiq olunmuşdur. 
Sumqayıt  Şəhər Partiya Komitəsi,  Şaumyan, Nərimanov, 
Qaradağ (Bakı  şəhəri), Göyçay, Lənkəran, Füzuli, Hadrut, 
Kəlbəçər və bəzi başqa rayon partiya komitələri qəzetlərin tənqidi 
çıxışından sonra adətən susurlar. 
1969-cu ilin avqust və oktyabr aylarında «Bakinski raboçi» 
qəzeti Bakı süd kombinatında və onun filiallarında məhsulun 
oğurlandığını  xəbər vermişdi. Respublikanın  ət və süd sənayesi 
naziri S.Zülfüqarov yoldaş redaksiyaya göndərdiyi cavablar 
ictimaiyyəti çaşdırmış  və kombinatda qayda yaratmaq, 
cinayətkarları  məsuliyyətə  cəlb etmək üçün heç bir tədbir 
görməmişdir. 
Respublika Neftçıxarma Sənayesi Nazirliyinin rəhbərləri 
istehsalın ehtiyat mənbələrindəi daha yaxşı istifadə olunması 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə