Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə113/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   109   110   111   112   113   114   115   116   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
308 
 
lanmaq,  suya  qoymaq”.  E.Klein  ingilis  dilindəki  soak  sözünün  kökünü 
qədim ingilis sözü olan sūcan “sormaq” feili ilə əlaqələndirir (CEDEL, 
1466). Ancaq həmin fikir inandırıcı deyil. Qədim hind-Avropa dillərində 
*seu // *su “yağış” kökü işlənmişdir (13, II, 866). Su sözü topoformant 
kimi  də  türk  xalqlarının  onomastik  vahidlərinin  tərkibində  mövcuddur. 
Məsələn,  Başqırdıstanda  Usen  adlı  çay  var.  Su  morfeminin  mənşəyi 
digər kök sözlər kimi səs təqlidi ilə bağlıdır. 
F.Cəlilov  su  sözünün  müxtəlif  dillərdəki  analoji  variantlarının 
yaranmasını dil kontaktlarının nəticəsi ilə əlaqələndirir (1, 131). Halbuki 
bu cür faktlar dil kontaktlarının deyil, ortaq mənşəyin, homogenliyin iz-
ləridir. Ç.Qaraşarlı etrusk dilindəki es // esi sözünü qədim türk dillərin-
dəki us // usa “içməyə meyil göstər” sözü ilə müqayisə edərək, onların 
eyniköklü  olması  qənaətinə  gəlir  (4,  110).  A.K.Matveyev  hidrotopo-
nimlərdəki  as  //  us    (“su,  kicik  çay”)  komponentini  hind-Avropa 
mənşəli hesab edir (7, 153, 301). Ancaq bizim araşdırmamız sübut 
edir  ki,  su  kökü  nostratik  mənşəlidir.A.B.Dolqopolski  nostratik  kök 
kimi suvo morfemini “maye” mənasında bərpa edir və suva // sıva // sıvı 
kökünün  müxtəlif  dillərdə  fonetik  divergensiyaya  məruz  qaldığını  gös-
tərir  (ND,  1885).  Türk  dilindəki  sıvı  “maye”,  Azərbaycan  dilindəki 
suvamaq  sözlərinin  kökündə  su  morfemi  dayanır.  Su  anlayışı  bildirən 
sözün həm də “bataqlıq, göl, çay, maye” anlamları ifadə etməsi çox təbi-
idir,  çünki  semantik  sahə  baxımından  bir-birinə  yaxın  anlayışları  ifadə 
edən sözlərdə məna keçidləri normal proseslərdir. 
K.Quliyeva su sözünün ça, sa, şa, ha variantlarında şaxələn-
diyini və türk dillərində çay // say // şay // hay sözlərinin  mənşə-
yində  su  morfeminin  dayandığını  göstərmişdir  (5,  37).V.M.İlliç-
Svitıç Alt. *ū “su”, ev. ū “dalğa”, Ural. *uwa “axın” sözlərinin nostratik 
mənşəli olmasını qeyd etmişdir (11, 334). B.Xəlilov bildirir ki, yu-, su-, 
mö-, mu-, vu-, vo-, ya-, çə-, ça-, cö-, si-, sı, sö- allomorfları eyni bir kökün 
etimon sferasından nəşət etmişdir. Allomorfların rekonstruksiyasından bəlli 
olur ki, ilkin kök *u- olmuşdur. Bu söz türk dillərinin morfoloji quruluşu ilə 
bağlı olaraq sonralar struktur və morfoloji dəyişikliyə uğramışdır. Lakin il-
kin kök baoan dilində və monqor dilinin xuçzu dialektində “içmək” məna-
sında  işlənir  (2,  112).  Biz  də  hesab  edirik  ki,  müxtəlif  dillərdəki  *su, 
*şu,*cu, *tu, *bu, *mu, *vu, *ku, *yu, *zu, *xu, *hu “su” köklərinin mənşəyi 
eynidir. 
Nostratik  mənşəli  su  kökünün  müxtəlif  dillərdəki  digər  paralellərinə 
nəzər salaq: çin. sŏu “göl” (БКРС, 429), qəd.hind. *sibi “bataqlıq” (ИСП, 
172), sindhu “çay”, skif., sind.-meot. sindus “çay” (ИСП, 70, 72), qəd.hind. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
309 
 
sira  “çay”  (ИСП,  70),  şum.  še  “yağış,  yağış  yağmaq”,  šu  “tökülmək, 
axmaq” (SL, 28), çan. šu, meq. šu // šə “nəm, yaş” (ЭСКЯ ,174).Yuxarıda 
qeyd etdiyimiz kimi, qədim türk yazılı qaynaqlarında su sözü qapalı hecalı-
dır. Məsələn, “Badai al-luqat” əsərində suv biçimində işlənmişdir: Suv aka 
başladi  “Su  axmağa  başladı”  (7,  275).  Digər dillərdə  də  analoji  paralellər 
mövcuddur: ub. şue “dəniz”, lak. şin “su” (ЭСАЯ, I, 105), adıq. psı “su” 
(ЭСАЯ,  I,  16),  indonez.  susuk  “kanal”,  qəd.hind.-Avr.  *seu  “nəmişlik, 
rütubət” (CCМСИЯ, 77), kelt. *sei “nəm”, qəd.isl. sogn “dəniz”, adıg. su 
“nəm” (ЭСКЯ, 173).  
Yu allomorfu: Su kökünün allomorflarından biri yu köküdür, yəni 
su  və  yu  sözlərinin  mənşəyi  eynidir.  Spesifik  y~s~j  əvəzlənməsinin 
nəticəsində su kökündən yeni sözlər yaranmışdır: qəd.türk. yul “bulaq” 
(DLT,  III,  147;  DLTT,  III,  4),  özb., noq., türkm. yuv-, qaz. ju-, Alt. 
yun-, uyğ. juy-, türk. yıka-, qırğ. juu- “yumaq”. Müasir Azərbaycan 
dilində  yu-  feili  su  //  yu  kökünün  qədim  sinkretikliyinin  izini  əks 
etdirir.Orta əsrlərə aid türk yazılı qaynaqlarında yul sözü “bulaq” məna-
sındadır. Yu “su” kökü də müxtəlifsistemli dillərdə morfonoloji cəhətdən 
şaxələnmişdir:  mans.  ya  “çay”,  mac.  yo  “çay”,  kom.  yu  “çay”  (СНГТ, 
459),  vax.  yupk  “su”  (ЭСВЯ,  432),  kom.  yuni  “içmək”,  qəd.perm.  *yu 
“içmək”,  mar.  yüäm,  fin.  yuoda,  est.  yooma  “içmək”,  Ural.  yoki  “çay” 
(EDUL, 39), fin. yoki “çay”, liv. yoq “çay”, mar. yoqı “axın”, qəd.perm. 
yuq,  est.  yoqi  “çay”,  yap.  yu  “çay”,  tox.  yok  “içmək”,  çin.  ying  “dəniz, 
okean” (БКРС, 554). Qədim türk dilində işlənən yulaq “çay” (ДТС, 278) 
sözü də bu allomorfdan təşəkkül tapmışdır. 
*Zu allomorfu: Bask dilində də bir çox dillərdə olduğu kimi, bu 
nostratik  kök  z  //  s  refleksi  ilə  metatezaya  uğramışdır:  iz  “su” 
(EDB, 57). Şumer dilində zu “su” anlamında olmuşdur. Şumer mifologi-
yasında  Abzu  sözü  su  teonimini  ifadə  etmişdir  (MНM,  22).  Həmin 
sözdəki  ab  və  zu  komponentlərinin  hər  ikisi  “su”  mənasındadır. 
Müqayisə edək: çin. zao “yuyunmaq, çimmək” (БКРС, 52). 
*Çu allomorfu. Bu allomorf  cu // cü // çu  // ça // çı variantlarında 
yayılmışdır: qəd.türk. čı “şeh, nəm, yaş” (ДТС, 145), qırğ. cū “yumaq”, 
Alt.dial. çun- “yumaq”, tac. çuy “kiçik çay”, erm. cur “su”, gür. ça “su 
quyusu”,  samod.  çu  “çay”,  çin.  çu  “su  kanalı”,  çuan  “su  axını”,  çul., 
şor.,  selk.  çul  “çay”,  fars.  cu  “arx”,  Tib.  çu  “su,  kiçik  çay”  (СНГТ, 
430,  444,  528).  Azərbaycan  dilində  işlənən  çay  sözü  də  bu  allomorfun 
derivatıdır. Dialektlərimizdə cü sözü “kiçik arx” anlamını ifadə edir (5, 
37). B.A.Əhmədovun fikrincə, su sözünün əsli cu olub, “maye” mənasını 
əks etdirmişdir (ADQEL, 259). Azərbaycan dilində “su qabı” mənasında 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə