Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə116/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   112   113   114   115   116   117   118   119   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
314 
 
Kuy derivatı:Bu derivat dünya dillərində kay // kad // kud // kut // 
kod  //  koy  //  quy  fonovariantlarında  yayılmışdır:  yap.  kay  “dəniz” 
(ГНМ,  449),  tup.  quay  “çay”  (ГНМ,  434),  kartv.  kad  //  kod  “kiçik 
çay”, oset. kada “kiçik çay” (ИЭСОЯ, I, 616), lat. qutta “su, maye dam-
cısı” (EDL, 276), ev. kuduk “duzlu suyu olan kiçik çay”  (СМГТ, 122), 
mac. kut “quyu, fontan” (ВРС, 435), kutv “quyu suyu” (ВРС, 436). 
Müasir türk dillərində *ku “su” kökünün derivatlarından biri quyu // 
kuyu  sözüdür.  “Türk  dillərinin  etimoloji  lüğəti”ndə  kuyu  sözü  macar 
mənşəli  kut  “quyu”  sözü  ilə  müqayisə  edilsə  də,  onun  etimologiyası 
açılmır  (ЭСТЯ,  VI,  120).  Əksər  qaynaqlarda  quyu  sözünün  kuy-  //  quy- 
“tökmək,  axıtmaq”  feilindən  yarandığı  iddia  olunur  (VEEWT,  116; 
СМГТ, 131). Əslində, “tökülmək, axmaq” semantikası da dolayısıyla “su, 
maye” anlamını ifadə edir. Fikrimizcə, quy- “tökmək, axmaq” feilinin də 
kökü qu // ku “su” morfemi ilə bağlıdır, yəni kuy- // quy- kök deyil, gövdə-
dir. Azərbaycan dilindəki ikihecalı quyu sözünün paralelini digər dillərdə 
də  görmək  mümkündür:  hind. kua “quyu”,  mon.  quu  “çuxur”  (MTS,  I, 
565).  Təkhecalılıq  prinsipinə  əsaslansaq,  müasir  türk  dillərindəki  kuyu 
forması  derivatdır  və  onun  prasemantikası  su  anlayışı  ilə  bağlıdır.  Eti-
moloji  araşdırmada  semantik  meyar  aparıcı  amildir.  Bu  baxımdan,  quyu 
sözünün su semantikası ilə bağlılığını analoji leksik paralellərlə isbat edəcə-
yik.Kuyu // quyu sözü türk dillərində fərqli fonovariantlardadır: uyğ. kuduğ, 
qar.-balk.  kuyu,  bar.tat.  kuyunq,  qaz.  köyö,  başq.  kozok  (ЭСТЯ,  VI,  118). 
Həmin sözün qədim variantı qapalı hecalıdır: kuduğ // quduğ (ДТС, 464).  
Kuyu  //  quyu  sözü  müxtəlif  türk  dillərində  və  dialektlərində  “quyu, 
bataqlıq, çuxur, çayın, gölün donmamış yeri” mənalarındadır (ЭСТЯ, VI, 
118). Əski uyğur türkcəsində quduğ // quyuğ sözünün “quyu, bulaq, dəniz” 
(QTAL, 121) mənasında işlənməsi həmin sözün kökünün su semantikası 
ilə bağlılığını isbat edir. “Qədim türk lüğəti”ndə quδuγ sözü “quyu” anla-
mında verilmişdir: quδuγda suv bar ït burnï tegmäs “Quyuda it burnu dəy-
məyən qədər su var” (ДТС, 464). Quy- sözü qədim türk dilində “tökmək, 
axmaq” anlamında olmuşdur (ЭСТЯ, VI, 108): er küpgä suv qujdï “Kişi 
qaba su tökdü” (ДТС, 464). Həmin söz Azərbaycan dilinin Dərbənd dia-
lektində indi də mühafizə olunmuşdur. Müasir türkmən və tatar dillərində 
kuyu- feili “tökmək, axıtmaq” anlamındadır (СМГТ, 131). 
Yuxarıda da qeyd etdiyimiz kimi, kuyu // quyu sonrakı variantdır, 
auslautda (söz sonunda) samit reduksiyası baş vermişdir: kuyu // quyu < 
kuyuğ // kuduğ. Çağdaş başqırd dilində koyon “çimmək, yuyunmaq” sözü 
mövcuddur. Bu fakt da kök morfemin *ko // *ku biçimində və “su” anla-
mında  olduğunu  təsdiqləyir.  M.Rəsənen  türk  dillərindəki  quyu 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
315 
 
lekseminin  monqol  dillərindəki  quduq  “fontan,  bulaq,  quyu”  sözündən 
alındığını iddia edir (VEEWT, 116).Tatar dialektlərində quyu sözünün koy 
// kuy biçimində işlənməsinə təsadüf edilir (TTDS, 200). Ancaq kuy- for-
masının  özü  də  etimoloji  cəhətdən  törəmədir,  yəni  *ku  “su”  kök  morfe-
mindən  yaranmışdır.  Həmin  kök  morfonoloji  inkişaf  nəticəsində  açıq 
hecalıdan qapalıya keçmiş, sonradan isə qapalı hecalı kök şəkilçiləşmiş və 
sonda,  bir  çox  türk  dillərində  səciyyəvi  olan  samit  reduksiyasına  uğra-
mışdır: *ku-kuy-+uğ-kuyu // quyu. Kuduğ // kuyuğ variantları qədim türk 
dialekt  fərqləri  kimi  meydana  çıxmışdır.  Türkmən  dilində quyma  “su  ilə 
dolu  çuxur”,  qırğız  dilində  kuyma  “çay  axını”  (СНГТ,  164)  sözlərinin 
mövcudluğu da quyu sözünun *ku “su” kök morfemi ilə bağlılığını təsdiq-
ləyir.  Digər  tərəfdən,  tunqus-mancur  dillərində  kuduk  “bulaq,  kiçik  çay” 
sözü  işlənməkdədir  (ССТМЯ,  I,  423).  Azərbaycan  dilinin  şivələrində 
küdri  sözü  “susuz,  su  çıxmayan  yer”  mənasındadır  (ADDL,  265).  Mü-
qayisə edək: mon. qooyix “axmaq, tökülmək”.  
Deməli,  ka  //  ku  “su”  kök  morfemini  özündə  yaşadan  sözlərdən 
biri türk dillərindəki kuyu // quyu leksemidir. K.Quliyeva da quyu sözü-
nün qu “su” sözü ilə bağlı olması fərziyyəsini irəli sürmüşdür (5, 137). 
Macar  dilində  kut  (“quyu”)  fonovariantının  mövcudluğu  (ЭСТЯ,  VI, 
120) kuyu və kut sözlərinin homogenliyini və praformanın*ku olduğunu 
təsdiqləyir.  Müqayisə  edək:  mon.  qudul  “kiçik  su  hövzəsi,  kiçik  çay” 
(MTS, I, 581), tel. kuttuk “bulaq”. Quyu sözünün prasemantikasının “su” 
anlayışı ilə bağlılığını qeyri-türk dillərindəki leksik paralellər də təsdiq-
ləyir.  Məsələn,  dravid dillərində kuti //  kudi feili “içmək” anlamındadır 
(DED, 151). Dialektlərimizdə işlənən güyüm “səhəng, su qabı” (ADDL, 
191)  sözü  k  //  g  refleksinə  əsasən  güy  //  kuy  “su”  derivatını  mühafizə 
edən sözlərdəndir.  
Kul derivatı: Q.E.Kornilov Altay dillərindəki kal, göl, kol, kul, kam 
“çay, göl” sözlərinin *ko- // *ku “su, göl” morfeminin derivatları olduğunu 
göstərir (12, 33). Müqayisə edək: sansk. kulya “su kanalı, kiçik çay” (СРС, 
168), kula “sahil” (СРС, 170),  mans., xant. kal // kel “bataqlıq” (CНГТ, 
239),  qəd.hind.-ar.  kulya  //  kolla  “su  kanalı,  kiçik  çay”  (EWA,  377), 
qəd.mon.  qol  “çay,  çay  dərəsi”,  aq.,  lak.  kulla  “bulaq”,  erm.  gel  “çay”. 
Kartvel dillərində də bu gövdəni mühafizə edən sözlər var: meq. qal “kiçik 
çay”,  çan.  qal  “kiçik  çay”,  svan.  qel  “kiçik  çay”  (CНГТ,  143).  Dialekt-
lərimizdə işlənən qulla sözü “su saxlamaq üçün evin qabağında qazılan da-
yaz quyu”, “su qabı” mənalarındadır. Azərbaycan dilinin Quba dialektində 
qulla sözü “quyu, su anbarı” anlamındadır.  Altay dillərində bu derivatın 
izi onlarla sözdə müşahidə olunur: daq. qoli “çay”, sol. qolo “çay”, manc. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə