Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə124/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   120   121   122   123   124   125   126   127   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
335 
 
lazımdır.  “Pascià”  –  paşa,  “visir”-  vəzir,  “sultano”-sultan,  “gabella”- 
vergi kimi anlayışlar dilin aktiv fondunda işləklik qazanmasalar da, bəzi 
ifadə və anlayışlar daxilində, nitqdə istifadə olunur. Məs: İtalyan dilinin 
frazeoloji  lüğətinə  daxil  olan  “vivere  come  un  pascià”-  ifadəsi  bir  çox 
hallarda  kontekst  daxilində  ironik  məna  çaları  qazanaraq  “kef  çəkmək” 
(hərfi  anlamda  –“paşa  kimi  yaşamaq”,  yəni,  gözəl,  qayğısız  həyat 
sürmək)  mənasında  işləklik  nümayiş  etdirir.  Sonuncu  nümunə,  yəni 
“gabella”  ilə  bağlı  bir  məsələni  aydınlaşdırmaq  istərdik.  Sadalanan  digər 
alınmalardan  fərqli  olaraq  ərəb  mənşəli    “ﺔﻟﺎﺒﻗ
َ َ َ  ”  –

qabāla”/  “al-  qabāla”  –
“zəmanət”, “girov”, “müqavilə” mənalarından əmələ gələn və vergi növünü 
göstərən “gabella” sözünün italyan dilinə ilkin olaraq fərqli anlamda daxil 
olmasını  güman  edirik.  Belə  ki,  araşdırılan  tarixi  mənbələrdə  rast  gəlinən 
fikrə nəzər yetirək: “Essendo in questa terra in un fontego con quelli de la 
caravana, colui da la gabella (el quale era lì) andava sopravedendo chi erano 
quelli che dovevan pagar...” – “Bu şəhərdə karvandan olan adamlarla birgə 
bir  anbarda  olarkən  vergi  yığan  (orada  olan  şəxs)  gələrək  kimin  vergi 
ödəməli olduğunu 
yoxlayırdı...”.  Göründüyü  kimi,  orta  əsr  əlyazmasında  rast  gəlinən 
“colui da la gabella”- “vergi 
ilə məşğul olan”, yəni “vergiyığan” ifadəsi müasir italyan dilinin lüğət 
fondunda yer alan “gabella”= “tassa”/ “imposta” – vergi, rüsum – anlayışlar-
ından əlavə həm də bu növ vergini yığan şəxsin özünün adlandırılması üçün 
də istifadə edilmişdir [12].  Göstərilən nümunədə digər 
bir sözün – “fondaco”-nun da ərəb mənşəli “
قﺪﻨﻓ 
”- funduk sözündən 
olub,  hərfi  mənada  “ev-anbar”  anlayışını  ifadə  etdiyini  bildirmək  istərdik. 
Müasir  ərəb  ədəbi  dilində  “mehmanxana”  mənasını  verən    bu  söz  orta 
əsrlərdə,  əsasən,  dəniz  şəhərlərinə  xas  olaraq  malların  saxlanıldığı  “tikili” 
mənasını ifadə etmişdir [13].   
 
Qeyd  edək  ki,  təhlil  olunan  mənbələrdən  gətirdiyimiz  iqtibaslar  bir 
çox hallarda italyan dilinin lüğət fondunda bu və ya digər dərəcədə yer almış 
ifadələr olduğu təqdirdə digərləri haqqında bunu demək mümkün deyildir. 
Sözügedən  səyahətnamələrdə  rast  gəlinən  Türk-Azərbaycan  mənşəli 
“Bosagaz” -  [bozaqadz] (bos agaz) adlı yerdən  danışarkən  müəllif özü  də 
izah edir. O, bu barədə yazır ki, “...bu adın mənası boz ağac” deməkdir [6, 
səh.74].  Digər  bu  növ  leksik  mənimsəmə:  “Li  homini  di  fatti  sonno 
valentissimi et animosissimi, in tanto che alcun di loro per excellentia fi 
chiamato  talubagater,  che  vuol  dir  matto  valente...”-  “Hərbiçilər  çox 
təcrübəli  və  cəsur  idilər  və  hətta  bəzilərinə  cəsurluğuna  görə  dəliqanlı 
mənasını  verən  talubagater  (talubaqater)  adı  verilirdi...”-  burada  ifadə 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
336 
 
olunan  “talubagater”  sözünün  türk-fars  mənşəli  “ulu-bahadır”-dan 
mənimsənilmə  olduğu  güman  edilir  (bax:  Səyahətnamə,  qeyd,  s.249). 
Nümunədən  də  göründüyü  kimi,  müəllif  bu  anlayışın  izahını  verməyə 
cəhd etmiş və həmin sözün “dəliqanlı” mənasını verdiyini qeyd etmişdir. 
C.Barbaro hətta venesiyalılarda “gözəl”, “müdrik” anlamını verən “Pietro 
el savio” (müdrik Pyetro) , “Paulo el bello” (gözəl Paulo) ilə müqayisələr 
də aparmışdır. Qeyd etmək istərdik ki, bu nümunələrdə yer alan ifadələr 
iki  fərqli  xalqın  etik-mənəvi  priotetlərinin  üzə  çıxarılmasında  xüsusi 
önəm daşıyır. 
Bir məsələni də diqqətdən qaçırmaq olmaz ki, M.Viallon Venesiya-
Türk  diplomatik-ticari əlaqələrinin sıx olmasına  baxmayaraq,   XV-XVI 
əsrlərdə  türk  dilinin  italyan  dilinə  təsirinin  səthi  olduğunu  iddia  edir. 
Müəllif,  bu  “səthi  təsirin”    səbəbini  Osmanlı  imperiyasının  mütləq 
hakimiyyət  quruluşu  və  müstəbid  idarə  üsulu  ilə  izah  edir  və  onu 
Venesiyanın azad zadəgan zümrəsinə qarşı qoyur. Lakin müəllif özü də 
bir  qədər  əvvəldə  dini-fəlsəfi  inqilablar  əsrində  İnkvizisiya 
məhkəməsinin türk dünyasından gələ biləcək təhlükələri nəzarət altında 
saxladığını və buna baxmayaraq “..mentre la Venezia ufficiale conserva 
un  disprezzo  distante  per  una  società  disordinata  e  per  una  politica 
dominata dalla figura despotica del sultano, lo stesso patriziato sviluppa
in  privato,  un  interesse  sempre  maggiore  per  un  mondo  nuovo  e 
raffinato.”-  “..rəsmi  Venesiya  sultanın  müstəbid  idarəsinə  və  qaydasız 
cəmiyyətə qarşı uzaqdan nifrət bəsləsə də, patrisilər ayrılıqda bu yeni və 
gözəl  mədəniyyətə  getdikcə  daha  çox  maraq  göstərirdilər”  –  deyə  əks 
fikir də bildirmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, ərəb əlifbası 
ilə ilk çap olunan Quranın  məhz Venesiyada 1537-1538-ci illərdə nəşr 
edilməsi  faktı  məlumdur.  1987-ci  ildə  Venesiya  kitabxanasında  tapılan 
həmin nüsxə Alessandro Paqanini tərəfindən nəşr olunmuş və hal hazırda 
Marçiano kitabxanasında qorunub saxlanılır[14]. 
Biz isə düşünürük ki, istər qeyd edilən dövrlərdə, istərsə də ondan 
əvvəlki və sonrakı dövrlərdə kifayət qədər çoxlu sayda türk-ərəb mənşəli 
anlayış  və  ifadələr  italyan  dilinin  və  xüsusilə  də  Venesiya  respublikası 
dövründə Venesiya dialektinin leksik inventarına daxil olaraq bu xalqın 
təfəkkür modelini zənginləşdirmişdir. Bunu istər Venesiya mənbələrinin 
özündə mövcud olan qədim əlyazmalarda rast gəlinən anlayış və ifadələr, 
istərsə  də  ümumilikdə  italyan  dilinin  lüğət  tərkibində  yer  alan  müxtəlif  
söz və terminlər sübut edir. 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə