Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə123/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   119   120   121   122   123   124   125   126   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
333 
 
venesiyalılar  “qulaq  yaddaşına”  əsaslanmışlar.  Belə  ki,  müasir  italyan 
dilində  “giannizzeri”  (“gianizzeri”-[cianidzdzeri])  kimi  mövcud  olan 
“yeni  çeri”  (yeniçərlər)  ifadəsi  məhz    bu  növ  alınmalardan  olub  türk 
dilinin  tələffüz  qaydalarını  özündə  əks  etdirən  tonik  vurğunu  da 
saxlamışdır [7, səh.7].  
Qeyd  edək  ki,  türk  dilinin  yazı  qaydalarının  latın  qrafikasına 
keçməsi yalnız 1927-ci il dil islahatından sonra baş vermişdir. Bu dövrə 
qədər  türk  dili  mürəkkəbliyinə  görə  ərəb  dili  ilə  müqayisə  edilirdi. 
Təsadüfi  deyil  ki,  müasir  italyan  dilinin  frazeoloji  lüğətində  yer  alan 
“parlare turco” – “türkcə danışmaq” idiomatik ifadəsi “parlare arabo” – 
“ərəbcə  danışmaq”  ifadəsi  ilə  sinonimlik  təşkil  edib  “anlaşılmaz  tərzdə 
danışmaq”,  “fikrini  qəliz  ifadə  etmək”  və  yaxud  “aydın  olmayan  bir 
mövzudan  bəhs  etmək”  kimi  mənalarda  ironik  tərzdə  yüksək  işlənmə 
tezliyi ilə seçilir[bax: 8].  
C.Barbaronun qeyd edilən “hibuth peres” və “burpares” kimi ikili 
nominasiya vahidləri də, çox güman ki, M.Viallonun bəhs etdiyi “qulaq 
yaddaşı”nın fəsadı olaraq ortaya çıxır. Belə ki, əsərin sonradan, yəni real 
xronoloji  əsasda  deyil,  “yaddaşa  əsaslanan”  (bax:  Barbaro, 
“Səyahətnamə”)  ardıcıllıqda  qələmə  alındığını  nəzərə  alsaq,  bunun 
səbəbini anlamaq olar.  
M.Viallonun  fikrincə,  əsrlər  boyu  davam  edən  sülh-müharibə 
əvəzlənməsini nəzərə alsaq, Venesiya – Osmanlı əlaqələrinin linqvistik, 
mədəni,  ədəbi-bədii  səviyyədə  qarşılıqlı  təsir  və  inkişafının  məntiqi 
aspektdə olduğunu deyə bilərik. Bu baxımdan müəllif Venesiya – Türk 
əlaqələrinin  inkişafını  üç  müstəvidə  araşdırır:  dil,  mədəniyyət  və 
ədəbiyyat. [7, səh. 5]. Əlbəttə, fərdlər arasında ilk əlaqə və mübadilənin 
ünsiyyət  vasitəsilə  yarandığını  nəzərə  alsaq,  Osmanlı  imperiyası  ilə 
Venesiya Respublikasının əlaqələrində türk dilinin əhəmiyyətini anlamaq 
olar. Böyük Osmanlı İmperiyasında türk dilinin  hələ vahid dil olmadığı 
dövrlərdə,  bir-birindən  əhəmiyyətli  dərəcədə  fərqlənən  ayrı-ayrı  yerli 
dialekt və ləhçələr Venesiya səfirləri üçün çətinlik yaradırdı. Venesiyalı 
türkoloq  Pietro  Businello  təsadüfi  deyil  ki,  “...Avropada  türk  dili  heç 
istifadə  olunmur...”
*
deyə  fikir  bildirmişdir.  Yalnız  1688-ci  ildə 
Cambattista  Donanın  (Giambattista  Donà)  Lettera  de’  Turchi  əsərinin 
işiq  üzü  görməsindən  sonra  Venesiyada  siyası,  ticari  və  diplomatik 
danışıqların tərcüməsi üçün yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, 
onu  da  qeyd  edək  ki,  araşdırmaya  cəlb  etdiyimiz  XV  əsr  əlyazmaları 
                                                 
*
Pietro Busenello, Lettere informative della cose de’ Turchi, 1744, p. 95 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
334 
 
müasir italyan dilindən əhəmiyyətli dərəcədə fərqlənən Venesiya dialektində 
qələmə alınmışdır. Burada həmçinin orta əsr ənənələrinə uyğun olaraq latın 
dilinin  xalq  danışıq  forması  da  müşahidə  olunur.  Bununla  belə,  təhlil 
etdiyimiz  mətnlərdə  türk-ərəb  dilinə  aid  ifadə  və  anlayışları  aşkar  etmək 
müəyyən etimoloji araşdırmalar nəticəsində mümkün olmuşdur. 
 İtalyan dilinin lüğət fonduna daxil olan Türk-ərəb mənşəli alınmaların 
daha  çox  məişət,  ticarət,  gündəlik  həyat  tərzi,  adət-ənənə  və  davranış 
qaydalarından tutmuş, siyasi-diplomatik leksika, sosial struktur, dənizçilik, 
hərbi sahəyə qədər geniş məzmunu əhatə etdiyini aşkar etmək mümkündür. 
Belə  ki,  italyan  xalqının  gündəlik  həyat  tərzinin  ayrılmaz  hissəsi  olan 
“caffè”  (qəhvə)-nin  məhz  türk-ərəb  mənşəli  alınma  olduğunu  qeyd  etmək 
Şərqin Qərbə verdiyi mədəniyyət elementlərinin əhəmiyyətini göstərmək 
üçün  kifayətdir.  İlk  dəfə  P.Alpini  tərəfindən  De  Plantis  Aegipti  (1592) 
əsərində  təsvir  olunan  bu  bitki  növü  XIV  əsrdə  sufilər  tərəfindən  dua 
mərasimlərində uzun müddət ayıq qalmaq üçün istifadə olunmuşdur[9]. 
İlkin mənası ərəb mənşəli “ةﻮﮭﻗ” sözündən olan və orta əsrlərdə Osmanlı 
türkləri tərəfindən geniş istifadə olunan bu içki “kahve” adı ilə tanınmış 
və  venesiyalılar tərəfindən italyan mədəniyyətinə gətirilmişdir. Venesiya 
mədəniyyətinə  çox  illər  sonra  daxil  olan  bu  içki  1475-ci  ildə  ilk  dəfə 
İstanbula gətirilir. Orta əsrlərdə ərəb ənənələrinə uyğun olaraq dəmləmə 
şəklində  hazırlanan  bu  içki  növünün  hal-hazırda  İtaliyada  50  -yə  yaxın 
hazırlanma qaydası mövcuddur[10; 11]. 
 İtalyan  dilinin  lüğət  fonduna  daxil  olan  türk  mənşəli  “köşk” 
sözündən  olan  “chiosco”  (chiosco  [kiosko]);  ərəb  dilindən  türk  dilinə 
“şerbet”  formasında  keçən  “sorbetto”;    ərəb  mənşəli  “qafṭān”,  türk 
dilində  “kaftan”  formasını  alaraq  italyan  dilinə  daxil  olan 
“caftano”(caftano-[kaftano]);  fars  mənşəli  “tabseh”,  “tabeh”  (xalça) 
sözündən  olan  “tappeto”,  türk  dilindən  “bey-armudu”  ifadəsindən 
yarandığı güman edilən “bergamotto” (berqamot) kimi anlayışlar da buna 
misal ola bilər [7, səh.7].  
C.Barbaronun  tədqiqata  cəlb  olunan  bu  avtobioqrafik  və  məruzə 
xarakterli əsərində bəzən müəllifin rastlaşdığı reallıqlar məişət üslubunda 
təsvir  olunmuşdur.  Məs:  “Allozato  che  è  el  signor,  subito  li  bazari 
mettono zoso...” – “Hökmdar bir yerdə məskən saldıqda dərhal bazarlar 
açılırdı...”.[6,  səh.83]    Nümunədə  gördüyümüz  “bazar”  sözü  müasir 
italyan dilinin lüğət tərkibinə  ərəb və fars dillərindən keçmişdir ( 
رازﺎѧѧѧѧﺑ – 
bāzār). 
Digər  tərəfdən  orta  əsr mənbələrində,  xüsusilə  saray  vəzifələri  və 
titullarının  da  italyan  dilinin  passiv  fondunda  yer  aldığını  qeyd  etmək 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə