Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə122/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   118   119   120   121   122   123   124   125   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
331 
 
Digər  bir  hadisənin  nəqlində  C.  Barbaro  qeyd  edir  ki,  “Venne  la 
cosa ad orecchie dil signor el qual lo misse nelle man del cadi laschar”– 
“Bu  söhbət  hökmdarın  qulağına  çatdı  və  o,  həmin  bu  şəxsi  qazi-nin 
mühakiməsinə  verdi”  (yenə  orada).  Ərəb  mənşəli
 “ضﺎﻗ
ٍ ”
  sözündən  olan 
bu leksik vahidin C.Barbaronun hekayəsində yer alması və onun italyan 
dilinə  sırf  türk  dilindən  keçməsi  də  şübhə  doğurmur.  M.Viallon  qeyd 
edirdi  ki,  italyan-venesiya  dili  ilə  türk  dilləri  o  qədər  fərqli  dil 
sistemlərinə  malikdirlər  ki,  bu  dillərdə  heç  bir linqvistik  kontaminasiya 
mövcud  deyil  və  dil  mübadiləsi  anlayışları  olduğu  kimi  mənimsəməklə 
məhdudlaşır [7, səh.7]. C.Barbaronun yazılarında belə mənimsəmələr az 
deyil.  Məs:  “Et  questo  era  vero,  conzosia  che  Buran  Taiapietra  nostro 
truzimanno  haveva  un  occhio  solo...”  -  “Və  bu  doğru  idi,  çünki,  bizim 
tərcüməçimiz,  Buran  Tayapyetranın  bir  gözü  var  idi...”  [6,  səh.75]. 
Gildani  mənşəli  bu  söz  yahudilər  vasitəsilə  ərəblərə  (نﺎﻤﺟﺮﺗ
 -tarǧumān

keçmiş  və  orta  əsrlərdə  Qərb  dünyasında  türk,  ərəb  və  fars  dillərindən 
“tərcümə edən şəxs”i göstərmək üçün ifadə olunmuşdur. “Truzimanno”- 
həmin dövrlərdə həm də savadlı, bilikli şəxs anlamında istifadə edilirdi. 
Lakin  venesiyalılar  bu  sözü  “interprete”  –  dilmanc,  vasitəçi,  tərcüməçi 
anlamında işlədirdilər. Bir çox mənbələrdə göstərilir ki, “turzimanno” – 
“təcüman”, yəni “tərcüməçi” və ya dil “vasitəçi”si olan bu mühüm şəxs  
həm  osmanlı  türkçəsini,  həm  ərəb  dilini  və  bundan  savayı  ən  azı,  bir 
Avropa  dilini  bilməli  idi.  Şərqlə  Qərb  əlaqələrinin  vasitəçisi  olan  bu 
“tərcüməçi”  fiquru  mühüm  diplomatik  mövqeyə  malik  olmaqla  müasir 
məna  tutumundan  daha  geniş  anlayışı  ifadə  edirdi.  C.Barbaronun 
əsərində  “truzimanno”  kimi  qeydə  alınan  bu  söz  müxtəlif  mənbələrdə 
bəzən  “turzimanno”,  bəzən  “torcimanno”  formalarını  almış  və  müasir 
italyan  dilində  “turcimanno”,  “dragomanno”  şəklində  mövcuddur. 
Yuxarıda L.Notaras-dan gətirdiyimiz sitatda yer alan “turbante turco” – 
“türk əmmaməsi” birləşməsindəki turbante sözünün məhz türk dilindən 
italyan  dilinə keçdiyini qeyd etmək  istərdik. Fars  mənşəli 
ﺪѧѧѧѧѧѧѧﻨﺒﻟود 
və  ya
 
 ﺪѧѧѧѧѧѧѧﻨﺒﻟد 
anlamını  verən  bu  söz  türk  dilinə  “tülbent”  şəklində  keçmiş  və 
buradan da “turbante” formasında italyan dilinə daxil olmuşdur. 
Göründüyü  kimi,  orta  əsr  türk-ərəb  mənşəli  alınmalar  əsasən 
realilər, yad elementlər, yəni fərqli təfəkkür və mental  modellərə malik 
xalqların ətraf mühit və dünyagörüşündən yaranan anlayış və ifadələrin 
işarələnməsi  ilə  bağlıdır.  Dini,  siyasi,  bəşəri  “forma  mentis”lə  bağlı  bu 
kimi  məfhumları  ifadə  etməyin  çətinliklərindən  M.Barbaro  (1573), 
G.Mororosini  (1585)  və  digərlərinin  Venesiya  Senatına  etdikləri 
məruzələrində rast gəlmək olar.  Bu ifadə və anlayışların yaranmasında 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
332 
 
coğrafi  məkan,  adət-ənənə  və  ətraf  mühit  də  mühüm  rol  oynamışdır. 
Məs: C.Barbaronun qələmində “caviari” formasını alan və müasir italyan 
dilində “caviale” şəklində leksik fonda daxil olan türk mənşəli “havyar” 
sözü italyan dilində “h” aspiratının olmaması (səslənməməsi) nəticəsində 
“c”  samiti  ilə  əvəz  olunaraq  türk  dilindəki  səslənmə  formasına  yaxın 
“caviaro”-  [kaviaro]  şəklini almışdır. Qara dəniz və  Xəzər  dənizinin ən 
qiymətli  məhsulu  kimi  tanınan  nərə  balığı  və  onun  kürüsü  hələ  orta 
əsrlərdə  venesiyalılar  arasında  qiymətli  və  ən  çox  tələb  olunan  qida 
məhsulu  kimi  tanınırdı.  Belə  ki,  öz  səyahətlərindən  bəhs  edərkən 
Venesiya elçisi C.Barbaro yazırdı: “..ritrovai li pescatori li quali disseno 
haver  pescato  la  invernata,  et  haver  salate  molte  morene  et  caviari..”  - 
“..oradakı balıqçılar  qış boyu balıq tutduqlarını və çoxlu nərə balığı və 
kürü duza qoyduqlarını dedilər..” [yenə orada].  
 Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  türk-ərəb  mənşəli 
alınmaların  böyük  əksəriyyəti  həm  də  ərzaq  və  qida  ənənələri  ilə  sıx 
bağlıdır. Bu baxımdan tədqiqat obyekti olan mənbədə rast gəlinən bir sıra 
mənimsəmələrə  digər  mənbələrdə  rast  gəlinməməsi  də  maraq  doğurur. 
Belə ki, “Səyahətnamə”də “bossa” kimi qeyd olunan və müvafiq qeydlə 
əsərin  sonunda  izah  olunan  səs  təqlidi  mənimsəmənin  fars  və  türk 
dillərində  “pivə”  içkisini  ifadə  etmək  üçün  istifadə  olunan  “būza” 
sözündən  olduğu  bildirilir  [6,  s.147].  Maraqlıdır  ki,  XIV  əsrin 
əvvəllərində  İbn  Battuta  adlı  ərəb  səyyahının  adını  çəkdiyi  bu  içki 
növünün  oxşar  nominasiyasına  dövrün  digər  italyan  mənbələrində  rast 
gəlmədik. İtalyan dilinin öz leksik inventarında yer alan və oxşar tərkibə 
malik  “birra”-nın  mövcudluğu,  görünür,  bu  spesifik  içki  növünün 
adlanmasının daimi status qazanmasına mane olmuşdur. Oxşar halı digər 
“müvəqqəti” leksik mənimsəməyə də aid etmək olar. Belə ki, “Mi rispose 
esser  messa  per  hibuth  peres,  zoè  per  i  idolatri.”  –  “Cavab  verdi  ki, 
“hibuth peres”, yəni bütpərəstlər üçün qoyulub” [6, səh. 81]. Belə ki, fars 
mənşəli “bütpərəst” sözünün təhrif olunmuş variantı olan “hibuth peres” 
eyni mənbədə həm də “burpares” kimi qeydə alınır: “Et io li dissi che era 
figura de qualchuna de le dee antique che adoravano i burpares, cioè li 
idolatri” – “Cavab verdim ki, o,  burpares-lərin yəni bütpərəstlərin sitayiş 
etdiyi  hansısa  qədim  ilahələrdən  biridir”  [6,  səh.126].  İtalyan  dilində 
“idolatra”  mənasını  verən  “but  parast”  anlayışını,  görünür,  C.Barbaro 
dəqiqliklə xatırlamadığından əsərin müxtəlif hissələrində bu nominasiya 
vahidini fərqli şəkildə qeyd etmişdir.  
M.Viallonun  qeyd  etdiyi  kimi,  ərəb  qrafik  qaydalarına  tabe  olan 
türk  dillərinin  ifadə  və  anlayışlarının  mənimsənilməsində  çox  vaxt 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə