Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə121/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   117   118   119   120   121   122   123   124   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
328 
 
 
                                                                       Günel Bayramova  
                                                                     ADU,  
filologiya üzrə fəlsəfə doktoru                                           
gunelf@mail.ru 
 
Orta əsr Venesiya yazılı mənbələrində türk və ərəb 
dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri 
 
Açar sözlər: mədəniyyət,  mənimsəmə, mental model, 
etimologiya, kontaminasiya 
Ключевые  слова:  культура,  заимствование,  ментальная 
модель, этимология, контаминация 
Key words:   culture, adoption,  mental model, etymology, 
contamination 
 
Avropaya  türk  dilinin  gəlişi  türklərin  Balkan  yarımadasında 
yerləşməsi,  Osmanlı  imperiyasının  qurulması  və  onun  Qərbin  ən  yaxın 
sərhədlərinə  qədər  kök  salması  mərhələsinə  təsadüf  edir.  Məhz  tarixi 
hadisələrin belə inkişafı bu mərhələyə qədər bir növ diqqətdən kənarda 
qalan  türk  dilinin  əhəmiyyətini  xeyli  dərəcədə  artırırdı.    Artıq  Avropa 
türk  dilinin  hegemon  olduğu  yeni  bir  reallıqla    hesablaşmaq 
məcburiyyətində  qalırdı.  Əlbəttə,  ilkin  mərhələdə  bu  prosesin  kütləvi 
şəkildə baş verdiyini demək olmaz. Çünki, hələ səlcuqlardan başlayaraq 
Yaxın  Şərqə  doğru  irəliləməyə  başlayan  türk  tayfaları  (bunların 
içərisində  oğuz  qrupuna  aid  olan-  salurlar,  bayatlar,  bayandırlar, 
qaramanlar  və  s.  var  idi)  özləri  də  müxtəlif  ləhcələrdə  danışırdı. 
A.N.Samoyloviç qeyd edirdi ki, günümüzə gəlib çatan türk ədəbi dilinə 
aid  əsərləri  XIII-XIV  yüzilliklərə  aid  etmək  olar.  M.Mansuroğlu  isə 
Anadoluya  səlcuqlarla  birlikdə  gələn  türklərin  “eski  Türk  kültürünün 
temsilcileri  olmadığını”(?!-G.B.)  irəli  sürmüşdür  [1,  səh.6].  Onun 
fikrincə, bu, türklərin öz yazılarının olmadığından, buna görə də ərəb və 
fars dillərində yazmaq məcburiyyətində qaldıqlarından irəli gəlirdi. Biz, 
əlbəttə,  ərəb  və  fars  qrafikasının  tarixin  müəyyən  mərhələsində  türk 
dilləri üçün əsas götürülməsi faktını türklərin qədim “türk mədəniyyətinin 
təmsilçiləri olmaması” üçün səbəb hesab etmirik. 
Avropada  Türk-Azərbaycan  dilinə  aid  ilk  əsərlər  XIV  əsrin 
sonlarından  etibarən  yazılmağa  başlamışdır.  Bunlardan  ilk  olaraq 
İ.Şiltberger (1427), Pietro Ferraguto (1611), Pietro della Valle (1620), B. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
329 
 
Pianzola [2] Poletti Andrea [3]  və digərlərinin adlarını çəkmək olar. Bu 
isə  hələ  orta  əsrlərdə  Qərb  dünyasında  Türk-Azərbaycan  dili  və 
mədəniyyətinə  olan  marağın  göstəricisidir.  Bəkir  Çobanzadə  yazırdı  ki, 
qrammatika  Şərqdə  dini  kitabları,  Qərbdə  isə  qədim  ədəbiyyat 
memoriallarını  düzgün  anlamaq  zərurətindən  irəli  gəlmişdir.  Orta 
əsrlərdə  bu  sahədə  aparılan  araşdırmaların  əsas  məqsədinin  dini 
mətnlərin öyrənilməsi və missionerlik fəaliyyətinin başqa ölkələrə doğru 
genişləndirilməsi  ilə  sıx  bağlı  olunduğu  düşünülür  [bax:  4,  səh.106]. 
Lakin araşdırmamız onu da müəyyən edir ki, bu məqsədlər arasında həm 
də  siyasi-diplomatik  əlaqələrin  qurulması,  Venesiya  Respublikası  kimi 
qüvvətli dəniz dövlətinin öz sərhədləri yaxınlığında digər güc mərkəzinin 
-  Osmanlıların -möhkəmlənməsi ilə də əlaqədar idi. 
Qərbdə  şərqşünaslığa  olan  marağın  miqyasını  müəyyənləşdirmək 
üçün  bir  sıra  mənbələrin  adlarını  çəkməyi  məqsədəuyğun  hesab  edirik: 
Xorvatiyalı humanist Lüdovik Krijeviç Tuberonun (Ludovik Crijevic Tu-
beron)  De  Turcarum  Origine,  Moribus,  &  Rebus  Gestis  Commentariis 
(Floransa,  1590);Alman  diplomat  İohan  Lövenklau  (Johannes  Löwenk-
lau) Historiae Musulmanae Turcorum (Frankfurt, 1590);Alman humanist 
Yoaxim Kamerar (Joachim Camerarius) De Rebus Turcicis Commentarii 
Duo (Frankfurt, 1598); italyan dilçi alimi Pietro Ferraguto-nun Gramma-
tica  Turchesca  (1611);Alman  dilçi  və  şərqşünası  Yeronim  Miqizanın 
(Hieronymus  Megiser)  Institutionum  Linguae  Turcicae  Libri  Quattuor 
(Leipzig,  1617);Fransız  şərqşünası  Andre  dü  Ryenin  Rudimenta  Gram-
matica Linguae Turcicae (Paris, 1630);Yeddi il Türkiyədə yaşamış macar 
soylu Yakob Harşani-Nagın (Jakab Harsányi-Nagy) Colloquia Familia-
ria  Turcico-Latina  seu  Status  Turcicus  Loquens  (Köln,1672);Alman 
şərqşünası  J.D.Şifedekerin  (J.D.  Schieferdecker)  Grammatica  Turcica 
(Weissenburg,  1695);F.  Meninskinin  Thesaurus  Linguarum  Orientali-
umTurcicae,  Arabicae,  et  Persicae:  Lexicon  Turcico-Arabico-Persicum 
& Grammatica Turcica (Viyana, 1680) və ayrıca əlavə olaraq nəşr etdiyi 
Latinca-Osmanlıca kiçik lüğət Onomasticum (Viyana, 1687) əsəri və bir 
çox adlarını çəkmədiyimiz əsərlər. [4, s.114-116]. 
Hələ  1500-1600-cü  illərdə  məqsədyönlü  qələmə  alınmış  və 
missionerlik və ya tədqiqat yönümlü araşdırmaları nəzərə almasaq belə, 
Türk-Azərbaycan, ərəb-fars dilinin izlərini bir çox öncəki mərhələlərə aid 
qədim  əlyazmalarda  da  müşahidə  etmək  olar.  Bu  mərhələdə  hələ 
qrammatik qaydalar, morfoloji xüsusiyyətlər və ya sintaktik quruluşdan 
bəhs  etmək  yersizdir.  Belə  ki,  yeni  dünyanın  ilk  təzahürü  onun  yad 
elementləri olan fərqli təfəkkür xüsusiyyətlərinə xas ifadə və anlayışların 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
330 
 
təqdimatında öz əksini tapmışdır. Burada hələ sırf şərqşünaslıq ənənələri 
deyil,  yeni təfəkkür  modeli ilə  qarşı-qarşıya  dayanan  ayrı-ayrı  fərdlərin 
fərqli  dil  faktlarını  ifadə  etməsi  üçün  yaranan  ilkin    tələbat  və 
çatışmazlıqlardan söhbət gedir.  
Öz  mənafeyi  naminə  Osmanlıya  xüsusi  “diqqət”  göstərən,  Aralıq 
və  Qara  dəniz  hövzəsində  özünəməxsus  mövqeyə  malik  Venesiya 
Respublikası  bir-birinin  ardınca  öz  elçilərini  şərq  kəşfiyyatlarına 
yönəltmişdir.  Bu  baxımdan  bir  tərəfdən  Qafqaz  sərhədlərində  yaranan 
Ağqoyunlu  dövləti  və  onun  hökmdarı  Uzun  Həsənin  sarayına,  digər 
tərəfdən  Konstantinopola  “Böyük  Qapı”ya  göndərilən  Venesiya 
elçilərinin  orta  əsr  əlyazmalarında  Türk-Azərbaycan,  ərəb-fars  mənşəli 
ifadələrin  əks  olunması  maraq  doğurur.  Bu  məqamda  Lukas  Notarasın 
(1453)  dilçilik  baxımından  irəlidə  aydınlıq  gətirəcəyimiz  məşhur 
deyimini də nəzərə çatdırmaq istərdik: “Meglio vedere in città il potere 
del  turbante  turco  che  non  quello  della  tiara  latina.”-  “Şəhərdə 
(Konstantinopol  –  G.B.)  türkün  əmmaməsinin  hökmranlığını  görmək 
latının  tacını  görməkdən  daha  yaxşıdır”  [5].    İfadənin  ilk  baxışdan 
anlaşılmaz görünə biləcəyini nəzərə alaraq onun şərhini vermək istərdik. 
Katolik kilsəsini təmsil edən “latın tacı” ifadəsi burada İslam dini və ya 
müsəlman  hakimiyyətini  təmsil  edən  “türk  əmmaməsi”  ilə 
qarşılaşdırılmışdır.  Konstantinopolun  fəthi  ərəfəsində  Bizans 
imperiyasının  sonuncu  hersoqu,  yunan  mənşəli  L.Notaras  tərəfindən 
söylənilən  bu  ifadə  katolik  kilsəsindənsə  Osmanlı  himayəsinin  üstün 
tutulmasını aydınlığı ilə əks etdirir. 
Tədqiqata  cəlb  etdiyimiz  və  hələ  Azərbaycan  oxucusuna  məlum 
olmayan  Venesiya  mənbələrində  rast  gəlinən  ifadə  və  anlayışları  təhlil 
edərkən  məlum  olur  ki,    burada  ilk  növbədə  səs  cildinin  təqlidinə 
əsaslanan  mənimsəmə  üstünlük  təşkil  edir.    Konkret  olaraq  məşhur 
italyan,  daha  doğrusu,  venesiyalı  səyyah  və  diplomat,  Uzun  Həsənin 
sarayında  elçilikdə  olan  Cozafat Barbaro (Giosafat  Barbaro)  1487-ci ildə 
qələmə  aldığı  “Səyahətnamə”sində  bu  cür  səs  təqlidi  alınmaları  müşahidə 
etmək olar. C.Barbaro yazır: “Essendo un giorno io sotto el paviglion de un 
Turco  amico  mio,  capitò  li  uno  di  quelli  dravis...”  -    “Bir  gün  bir  türk 
dostumun çadırında olarkən o dərviş-lərdən biri gəldi...” [6, səh.167]. Qeyd 
edək ki, müasir italyan dilində “derviscio” formasını alan  ərəb-fars mənşəli 
“ﺶﯾورد” – “darwīsh” sözü “kasıb”, “fiziki dünyadan əl çəkən” dindar insan 
anlamını ifadə edir və orta əsrlərdə daha çox “dravis”/ “darvis” formasında 
italyan dilinə daxil olmuşdur.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə