Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə127/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   123   124   125   126   127   128   129   130   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
343 
 
 
Arifa Huseynova 
 
Sociolinguistic Measurement Method 
Abstract 
 The  article  is  devoted  to  an  actual  theme  –  a  sociolinguistic 
research  of  language  and  mass  media  in  their  relations  with  social 
environment. The role of media in the modern world is rapidly growing 
and  became  a  major  area  of  study  from  a  broad  multidisciplinary 
approach. Sociology intend to find to find possible ways of mass media 
impact on society, mentality mind and human behavior. Linguistics pays 
special  attention  to  literary  norms  of  language  used  in  media  and  to 
stylistic  features  of  written  and  spoken  types  of  social  communication. 
The  objective  of  sociolinguistic  study  is  to  discover  the  mechanism  of 
mass  media  impact  upon  language  as  a  variable  entity  and  actual 
linguistic  processes,  which  is  demonstrated  on  style  formational  and 
word formational levels of language.  
 
Arifə Hüseynova 
                                  Sosiolinqvistik ölçmənin metodu   
Xülasə 
 
Məqalə  aktual  mövzuya  –  dil  və  kütləvi  medianı  sosial  mühitlə 
əlaqələndirən    sosiolinqvistik  tədqiqata    həsr  olunmuşdur.  Medianın 
rolunun sürətlə artdığı  müasir dünyada bu sahəyə multidisiplinar (hər hansı 
bir  mövzuya    yaxud  problemə  müxtəlif  akademik  qaydalar  və  ya  profes-
sional  yanaşma) yanaşma tələb olunduğundan  bu sahənin öyrənilməsi hərt-
ərəfli  tədqiqat  tələb  edir.  Sosiologiyanın      əsas  məqsədi  kütləvi  medianın 
cəmiyyətəvə  insan  davranışına  təsir  edən  müxtəlif  yollar  tapmaqdır. 
Linqvistika  mediada  istifadə  olunan  dilin  ədəbi  normalarına  və  sosial 
ünsiyyətin yazılı və şifahi növlərinin üslubi çalarlığına xüsusi diqqət tələb 
edir. Sosiolinqvistik tədqiqatın əsas vəzifələrindən biri dilin üslub yaratma 
və sözdüzəltmə səviyyələrini nümayiş etdirməkdir.   
 
 
 
 
 
 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
344 
 
Türk dilləri 
 
İslam Sadiq 
AMEA Folklor İnstitutu, 
filologiya üzrə elmlər doktoru 
islamsadiq1953@yahoo.com 
 
Şumer və türk dillərində ilk sözlər və səs artımı yolu ilə söz 
yaradıcılığı 
 
Açar sözlər: Şumer, türk, ilk sözlər, sait, samit, söz yaradıcılığı 
Ключевые  слова:  шумерский,  тюркский,  первичные  слова, 
гласные, согласные, словообразование 
Key  words:  Sumerian, Turkic,  primary  words,  vowel,  consonant, 
word-formation. 
 
Şumer  dilində  sözlərin  böyük  əksəriyyəti  bir  hecadan  ibarət 
olmuşdur.  Gəlib  bizə  çatmış  gil  kitablarda  belədir.  Bunu  bəzi 
mütəxəssislər  belə  başa  düşmüşlər  ki,  sözlərin  ilk  hecaları  yazılmış, 
sonrakılar  buraxılmışdır.  Kağızın  olmadığı  dövrdə  şumerlər  bir  gil 
lövhəyə daha çox mətn yazmaq məqsədilə bunu eləyə bilərdilər. Lakin bu 
gün qarşıya başqa sual çıxır:  
-Doğurdanmı  şumerlər  sözlərin  ilk  hecalarını  yazıb,  sonrakıları 
buraxmışlar?  
Bu  suala  düzgün  cavab  vermək  üçün  Şumer  və  türk  dillərində  ilk 
sözlərin necə yarandığını bilmək lazımdır. Öncədən demək lazımdır ki, Şu-
mer  və  türk  dillərində  heca  qanunu  var  (1).  İndiyə  qədər  Şumer  və  türk 
dillərində heca qanununun mövcudluğu bilinmədiyinə görə, dildə gedən bir 
çox proseslər diqqətdən kənarda qalmışdır. Bunun da nəticəsində müəyyən 
yanlışlıqlara yol verilmişdir.  
Şumerlər sözləri heca-heca yazırdılar. Bu qətiyyən təsadüfi deyildi və 
dildə heca qanununun mövcudluğundan irəli gələn bir tələb idi. Əgər belə 
olmasaydı,  Şumer  yazılarında  heca  prinsipi  bu  qədər  dəqiqliklə  gözlənilə 
bilməzdi.  Şumer  dilində  sözlərin  heca-heca  yazılması  ilk  sözlərin 
müəyyənləşdirməsini,  söz  yaradıcılığı prosesini mərhələ-mərhələ izləməyi, 
kök və şəkilçiləri də bir-birindən ayırmağı xeyli dərəcədə asanlaşdırır.  
Yarandığı  gündən  indiyə  qədər  Şumer  və  türk  dillərində  gedən 
proseslərin  heç  birini  heca  qanunundan  kənarda  təsəvvür  etmək  və 
öyrənmək  olmaz.  Araşdırmalar göstərir ki,  Şumer  və  türk dillərində  ilk 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
345 
 
sözlərin  yaranmasından  tutmuş  sonrakı  mərhələlərdə  baş  verən  ən 
mürəkkəb  proseslərə  qədər  hər  şey  heca  qanununun  prinsiplərinə  tabe 
olmuşdur.  Şumer  mətnlərində  sözlərin  heca-heca  yazılması  və  türk 
dilində  sözlərin  heca-heca  tələffüz  edilməsi  də  bu  fikri  söyləməyə  tam 
əsas  verir.  Deməli,  Şumer  və  türk  dillərində  ilk  sözləri  və  söz 
yaradıcılığının  prinsiplərini,  mərhələlərini  də  yalnız  məsələyə  heca 
qanununun  tələbləri  prizmasından  baxmaqla  düzgün  müəyyənləşdirmək 
olar. Yeri gəlmişkən burada bir fikri də vurğulamaq lazımdır ki, Şumer 
və türk dillərindən hər hansı birində ilk sözlər, söz yaradıcılığının ilkin 
prinsipləri və mərhələləri haqqında söylənənlər olduğu kimi digərinə də 
aiddir.  
Bugünkü iki, üç və daha çox hecalı sözlər başlanğıcda bir hecadan 
ibarət  olmuşdur.  Bu  fikri  görkəmli  dilçilər  öz  əsərlərində  dönə-dönə 
söyləmişlər. Lakin bir sıra səbəblər üzündən bu məsələ sona qədər həll 
edilməmişdir.  Bu  səbəblər  arasında  ən  başlıcıları  ilk  sözlərin  necə 
yaranmasının hələ də yetərincə aydınlaşdırılmaması və bununla bağlı bir 
çox məqamların qaranlıq qalmasıdır.  
Şumer  və  türk  dillərində  ilk  sözlər  yalnız  bir  səsdən-saitlərdən 
ibarət  olmuşdur.  Bu  fikri  əksər  dilçilər  də  qəbul  edirlər.  Sait  səslərin 
təklikdə  müstəqil  söz  olduğunu  qaynaqlar  da  göstərir.  Bundan  başqa, 
hazırda  dilimizdə işlənən  bir  sait səsdən  ibarət  sözlərin  mövcudluğu da 
bu fikrin doğruluğunu təsdiqləyir. Türk dilində o şəxs və işarə əvəzlikləri 
bir sait səsdən ibarətdir. Bu sözlər Şumer dilində də bir sait səsdən ibarət 
olub, a və ya u səsləri ilə ifadə edilmişdir. Qədim və orta əsrlərə aid türk 
dilindəki  yazılı  abidələrdə,  həmçinin  “Dədə  Qorqud”da  da  bu 
əvəzliklərin a  və  ya  u  səsləri  ilə  ifadə  olunduğunu  görürük.  Bu,  qədim 
dildə o səsinin yoxluğu və onun sonradan yaranmağı ilə bağlı ola bilər. 
Azərbaycan dilində a və ə səsləri hazırda müraciət etiketlərində çox tez-
tez  işlədilir.  Bu  səslər  müstəqil  mənalı  sözlər  olub,  müraciəti 
yönləndirmə vasitəsi yerində çıxış edir. Buna “Dədə Qorqud” dastanında 
və digər yazılı qaynaqlarda da rast gəlinir:  
“Ölmüşmüydün, itmişmiydin, a Qazan”!  
Qanda gəzərdin, nərədəydin, a Qazan!. (2,s.36), 
“A  bəy  baba!”,  “A  bəylər!”,  “A  bəy  baba,  eşidirəm  (nə  dersən) 
(2,s.73,76).  
Bayram  Əhmədov  yazır  ki,  “Azərbaycan  dili  şivələrinin  lüğət 
tərkibini  nəzərdən  keçirdikdə  aydınlaşır  ki,  burada  tək  saitdən  ibarət 
sözlər var. Bunlar yuxarıda qeyd etdiyimiz ə (keçid şivələrində) qadının 
ərinə  müraciət  sözü  və  Bakı  dialektindəki  a:  “təəccüb,  nida”  mənalı 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə