Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə128/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   124   125   126   127   128   129   130   131   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
346 
 
kəlmədir”  (3,s.12).  Demək  lazımdır  ki,    ə  və  a  sözlərini  yuxarıdakılarla 
məhdudlaşdırmaq olmaz. Bunlar bütün dialektlərdə və ədəbi dildə də işlənir.  
Şumer dilində a səsindən ibarət bir neçə söz olmuşdur. Onlardan a-
axmaq; a-ailə; a-güc; a-əl; a-axar su sözlərini göstərmək olar. Qədim türk 
dilində  də  a  səsi  həmin  mənalardan  bəzilərində  müstəqil  söz  kimi 
işlənmişdir.  
E  səsi  qədim  türk  dilində  təklikdə  müstəqil  söz  olub,  ev  və  olmaq 
mənaları bildirmişdir (4,s.756). Şumer dilində e səsi təklikdə müstəqil söz 
kimi  ev;  getmək;  eşiyə  çıxmaq;  enmək;  eləmək  anlamlarında  işlənmişdir 
(5,s.102).  
Bayram Əhmədov yazır ki, ı səsi mənbələrdə bitki, kol, ağac, orman, 
ağaclıq  (3,s.12)  anlamı  bildirmişdir.  Tonyukuk  abidəsində  ı  sözü  meşə 
anlamında  işlənmişdir  (6,s.309;  7,s.113).  Həmin  mətndə  meşədə  sözü  ıda 
şəklində  yazılmışdır  ki,  burada  ı  sözün  kökü,  da  yerlik  hal  şəkilçisidir. 
Qədim  türk  dilində ı  səsinə  toxum,  əkin  və  ağac  anlamlarında  rast  gəlinir 
(4,s.759).   
 İ  səsi  iyə,  yiyə,  sahib;  u-yuxu  mənalarını  bildirmişdir  (3,s.12). 
Bayram  Əhmədov  iş  sözünün  i  kökündən  yarandığını,  əzab,  əziyyət 
mənasını bildirdiyini yazmışdır. Onun fikrincə iməci sözünün də kökü i-
dir (3,s.12). Bu doğrudan da belədir və i+mə+ci sözünü hecalara böləndə 
bunu aydın görmək olur. Saitlə başlayan sözləri hecalara bölərkən birinci 
sait səs ayrıca heca əmələ gətirirsə, deməli o, sözün köküdür, çünki heca 
qanunu belə tələb edir. Vaqif Aslanova görə də, inlə feilinin əsası olan in 
sözü i kökündən törəmişdir və i ulu dildə əzab çək, iztirab çək mənalarını 
vermişdir.  Dilin  ən  qədim  inkişaf  mərhələsində  əzab,  əziyyət  mənası 
verən  i:ş  sözü  sonradan  məcazlaşmış  və  müasir  dilimizdəki  mənanı 
almışdır (8,s.42). “Türk dillərinin etimoloji lüğəti”ndə də iş sözünün i+ş 
tərkib hissələrindən ibarət olduğu göstərilmişdir (4,s.395). Bu o deməkdir 
ki,  i  sözkökü  olmuş,  ş  samit  səsi  ona  sonradan  artırılmışdır.    İ  şumer 
dilində də müstəqil söz olub, yağ anlamında işlənmişdir. 
Ö  səsi  müstəqil  söz  kimi  Gültəkin  abidəsinin  kiçik  mətnində 
fikirləşmək  anlamı  bildirmişdir  (6,s.317).  Qədim  türk  dilində  ö  səsinin 
fikirləşmək və bilmək anlamları qeydə alınmışdır (4,s.758).  
U səsi də Şumer dilində bir neçə mənada işlənmiş sözdür. Onun o 
şəxs əvəzliyi yerində işləndiyi yuxarıda göstərildi. Şumer dilində u səsi 
çox işlək olmuş, aşağıdakı mənalarda işlənmişdir: u-su; u-ox; u-o; u-yola 
düşmək.  Mogilyan,  Tonyukuk  və  Gültəkin  abidələrində  u  sözü  yuxu  və 
bacarıqlı anlamlarında işlənmişdir (6,323). U sözünə türk dillərində yuxu 
ilə yanaşı, güc, qüvvə, yamsılamaq, oxşatmaq anlamlarında da rast gəlinir 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
347 
 
(4,s.564,759). Uy, uyğu, uyu, uyumaq, yuxu, yuxulamaq sözlərinin hamısı 
birbaşa u sözündən və ya onun törəmələrindən yaranmışdır.  
“Dədə  Qorqud”da  u  söz ü  yuxu  və  ağıl  bildirmişdir.  Şundan,  bəri 
ağlım,  usum  bilmən  (2,s.34).  Qədim  türk  lüğətində  və  Mahmud 
Kaşğarinin  “Divan”ında  u  sözünün  yuxu  mənası  qeydə  alınmışdır 
(9,s.216;  10,s.181).  “Dədə  Qorqud”da  u  sözü  həm  də  umud  anlamında 
işlənmişdir.  
Basat  Təpəgözün  bütün  ölüm  həmlələrindən  sağ  qurtarır  və  onun 
gözünü  çıxardır.  Onda  Təpəgöz  Basatdan  həm  kim  olduğunu,  həm  də 
kimə umud bəslədiyini soruşur: 
Qalarda-qoparda yigid, yerin nə yerdir? 
Qaranqu dün içində yol azsan umun nədir? 
   
Basat da ona cavab verir: 
 
Qalarda-qoparda yerim Günortac. 
Qaranqu dün içində yol azsam umum allah (2,s.123). 
 
Hər  iki  halda  u  sözün  köküdür.  Bunu  sözlərin  hecalara  bölünmə 
prinsipi də aydın göstərir: u-mum və u-mun. Bu sözləri um+um və um-un 
kimi hecalara bölmək olmur.  
Deməli, Şumer və türk dillərində ilk sözlər tək sait səslərdən ibarət 
olmuşdur. Bu dillərdə samit səslər heç vaxt heç bir məna bildirməmişdir. 
Burada  yenə  də  heca  qanununun  verdiyi  hökm,  qoyduğu  tələb  özünü 
qabarıq  şəkildə  göstərir.  İlk  sözlər  ən  azı  bir  hecadan  ibarət  olmalı  idi. 
Samit  səslər  saitlərsiz  heca  əmələ  gətirə    bimədiyinə  görə,  heç  vaxt 
təklikdə söz yaratmır. Çünki söz yaradıcılığının ana prinsipi, təməl daşı 
heca  qanunudur.  Sait  səslər  təklikdə  də  heca əmələ  gətirdiyinə  görə  bu 
prinsipə  tam  uyğun  gəlir  və  müstəqil  sözə  çevrilib  semantik  məna 
qazanır.  Sait  və  samit  səslərin  fərqi  ondadır  ki,  birincilərin  canında 
gələcək  inkişafın,  yəni  söz  yaradıcılığının  kökündə  duran,  doğub-
törəmənin  mayasını  təşkil  edən  rüşeym  var,  ikincilərdə  bu  rüşeym 
yoxdur. Samit səslər söz yaradıcılığının köməkçi vasitələridir. 
Şumer  və  türk  dillərində  bütün  sait  səslər  semantik  yuva  rolunu 
oynamışdır. İki və üç səsdən ibarət bir hecalı sözlərin hamısı məhz sait 
səslərin sonuna və ya əvvəlinə, yaxud həm sonuna, həm əvvəlinə samit 
səslərin  artırılması,  qoşulması  yolu  ilə  yaranmışdır.  Hər  üç  halı  bir-bir 
nəzərdən keçirək. Əvvəlcə sait səslərin sonuna samit səslərin qoşulduğu 
hala baxaq: 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
348 
 
a=ab, ad, ağ, az, ac, as, aş, al, at, ay, an, ar, af 
i=il, it, iş, iç, is, id, ig, ir, in, ir, iz, iy, ip 
ö=öz, öd, ör, öt, ön, öy, öc, ög 
u=ur, un, uz, ud, ub, uc, uç, ut, uğ, uş, us 
e=el, eş, eb, en, et, ey, em, eg, ev, er 
ə=əl, ən, ət, əs, ək, əm, əz, ər, əc, əy 
Yuxarıdakı sözlərin çoxusu öz ilkin mənasını və formasını qoruyub 
saxlamışdır  və  bugün  də  işlənməkdədir.  Onların  hamısı  qədim  dildə 
müstəqil  söz  olmuş,  sonradan  semantik  yuvaya  çevrilərək  bir  çox 
sözlərin  kökündə  qalmış,  asemantikləşmişdir.  Qədim  qaynaqlarda  və 
yazılı  abidələrdə  həmin  sözlərin  bir  çoxuna  rast  gəlinməsi  bu  fikri 
təsdiqləyir.  Uz  sözünü  götürək.  M.Kaşğarinin  “Divan”ında  bu  söz  uz 
şəklində  yazılmış  və  bacarıqlı  anlamını  bildirmişdir  (10,s.119).  Uzman 
sözü  də  uz  kökünə  man  sözdüzəldici  şəkilçisi  qoşulmaqla  yaranmışdır. 
Bayram  Əhmədov  yazır  ki,  uz  qədim  sözdür,  uzaşmaq,  uzun,  uzanmaq 
sözlərinin  köküdür  (3,s.18).  Lakin  heca  qanununun  tələblərini  nəzərə 
alsaq  görərik  ki,  uz+man,  uz-laş-ma,  uz-laş-maq  sözlərinin  kökü  uz,  u-
zun,  u-zan-maq,  u-zun-luq,  u-laş-maq,  u-lu,  u-tu,  u-zaq  sözlərinin  kökü 
isə  u-dur.  Əslində  uz  sözünün  də  kökündə  u  durur.  Ona  z  samiti 
qoşulmaqla  uz  alınmışdır.  Mahmud  Kaşğarinin  “Divan”ında  özək  söz ü 
(ağacın)  öz,  eniş  sözü  en,  oyuq  sözü  oy,  ağsaqqal  sözü  ak 
(10,s.119,122,147), “Dədə Qorqud”da eşik sözü eş, sahib, yiyə sözü həm 
is,  həm  də  iyə  şəkillərində  (2,s.115,53,99)  yazılmışdır.  Bundan  başqa, 
M.Kaşğarinin    “Divan”ında  ağ  sözü  qalxmaq,  çıxmaq,  uş  sözü  quyruq, 
üm  sözü  şalvar  (10,s.303,11,112),  Tonyukuk  abidəsində  öz  sözü  ağıllı, 
ayıq,  öd  sözü  Mogilyan  abidəsində od  və  tale,  kağız  üzərində  yazılmış 
göytürklərə  aid  “Irk  bitig”  abidəsində  öyrənmək,  Gültəkin  abidəsinin 
böyük  və  kiçik  mətnlərində  taxt  və  tale  (6,s.317)  anlamlarında 
işlənmişdir  ki,  hazırda  onların  heç  biri  həmin  mənanı  daşımır.  Deməli, 
sait  səslərin  sonuna  samitlərin  qoşulması  yolu  ilə  yaranmış  iki  səsdən 
ibarət bir hecalı sözlərin hamısı qədim dildə müstəqil söz olub hər hansı 
bir məna bildirmişdir. Saitlə başlayan iki səsli sözlərin hamısında sait səs 
sözün kökünü bildirir, samit səs ona qoşulmuşdur.  
Sait səslərin əvvəlinə samitlərin artırılması yolu ilə də çoxlu yeni 
sözlər yaradılmışdır. Məsələn: 
Ba, da, ca, sa, ma, na, ka, ya, za, pa 
Bi, di, si, mi, ni, ki, yi, zi, pi 
Bı, cı, dı, yı, mı, nı, kı, zı 
Bu, du, cu, su, mu, nu, ku, yu, zu, pu 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə