Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə114/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   110   111   112   113   114   115   116   117   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
310 
 
cürdək,  “suçu”  mənasında  cuvar  sözləri  var.  Dialekt  və  şivələrimizdə 
işlənən  culva  “iki  əkin  sahəsinin  arasından  keçən  arx”,  cülyə  “quyu”, 
“gölməçə” (ADDL, 81, 83 ) sözlərində də cu // cü “su” mənasındadır. 
Tu allomorfu: Şumer dilində tu “tökülmək, axmaq, yuyunmaq, 
çimmək”  sözü  işlənmişdir  (SL,  17,  36).  Bir  sıra  müasir  dillərdə 
(əsasən, Ural dillərində) indi də tu kökü “su, göl” mənasındadır: samod. 
to  “göl”,  nivx.  tu  “göl”,  mans.  too,  mac.  too  “göl”,  kom.  tı  “göl” 
(КЭСКЯ, 292). Deməli, su kökünün fonoloji inkişafında məxrəccə yaxın 
olan t~s əvəzlənməsi müşahidə edilir. Q.Kazımov thu // tu sözünü, haqlı 
olaraq,  su  kökünün  variantı  hesab  edir  (3,  234).  Müqayisə  üçün  qeyd 
edək ki, sən əvəzliyinin arxetipi olan *si kökü müxtəlif dillərdə tı biçi-
minə transformasiya olunduğu kimi, eləcə də su~tu keçidinin baş verməsi 
normal fonoloji əvəzlənmə kimi qəbul edilməlidir. 
Mu  allomorfu:  Vaxtilə  ölü  dillərdə  *mu  “su”  kökü  işlənmişdir: 
urar. mu “su” (АСУЯ, 15), muna “çay” (АСУЯ, 210), ass. a-mu “dəniz” 
(CDAL,  52).  Müasir  Altay  dillərinin  bir  çoxunda  həmin  kökün  ilkin 
praforması mühafizə olunmuşdur: ev. mu, ulç. mu, or. mu, sol. mu, neq. 
mu “su” (ССТМЯ, I, 559), yap. mi “su”. Qədim türk yazılı qaynaqlarında 
mürən sözü “çay” mənasında işlənmişdir (QTAS, 75; QTAL, 125). Müasir 
türk dillərində tərkibində ma // mu  “su” kökünü mühafizə edən müxtəlif 
sözlər  mövcuddur:  qırğ.  mürök  “bulaq  suyu”,  uyğ.  müren  “çay”,  başq. 
məreü  “nəm  olmaq”,  yak.,  dolq.  muora  “dəniz,  okean”  ,  s.uyğ.  mörin  // 
main “çay”. Dialektlərimizdə (Ağdam,  Naxçıvan) mora sözü “kiçik arx” 
mənasındadır (ADDL, 360).  
Mu  “su”  kökünün  nostratik  mənşəli  söz  kimi  geniş  şərhi  ilk  dəfə 
V.M.İlliç-Svitıçın lüğətində verilmişdir. O, protoaltay dilləri üçün həmin 
kökü *mō (“su”) formasında bərpa etmişdir (ОСНЯ, II, 60, 63). B.Xəlilov 
V.M.İlliç-Svitıça istinadən Alt. mürə // mürə “dəniz, çay”, kartv.-meq. mere 
“göl”, lat. mare “dəniz”, qəd.isl. marr “dəniz göl”, qəd.ing. mor “bataqlıq” 
sözlərində olan mü // mu komponentini kök hesab edir (2, 14).  
Dünyanın  əksər  dillərində  bu  nostratik  kökün  derivatları  var:  tunq.-
manc. murũ “çay” (ССТМЯ, I, 559), meder “dəniz” (ССТМЯ, I, 564), ev., 
neq., or. omo “göl” (ССТМЯ, I, 40), çin. mu “su ilə yuyunmaq, çimmək” 
(БКРС, 320), esk. mık // mılq “su”, mak “axmaq, tökülmək”, qəd.perm. 
mıs’k  “yuyunmaq”.  Bəzi  dillərdə  *mu  “su”  kökündə  anlautda  protetik 
səslər  müşahidə  olunur:  amer.  uma  “ada”,  esk.  uma,  protokor.,  proto-
yap. umi “dəniz”, manc. omo “göl”.Türk dillərindəki yağmur sözündə də 
həmin  kök  qorunmuşdur,  yəni  yağmur  “yağan  su”  deməkdir.  O.N.Tru-
baçev qədim kimmerlərin dilində *mar // *mor kökünün “dəniz” məna-


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
311 
 
sında  olduğunu  və  Türkiyədəki  Marmara  //  Mərmərə  dənizinin  adında 
həmin  komponentin  qorunduğunu  yazır  (ИСП,  68).  Altay  etimoloqları 
prototunqus-mancur dilləri üçün *mū, protokoreya dili üçün *mir, proto-
yapon dili üçün *mi kökünü “su” mənasında bərpa edirlər (EDAL, 233).  
T.V.Qamkrelidze  və  V.V.İvanov  hind-Avropa  dillərində:  qəd.irl. 
muir, qot. marei, qəd.alm. mari, alm. meer, litv. mares “dəniz”, qəd.slav. 
morje  “dayanmış  su,  bataqlıq”,  xet.  marmara  “bataqlıq”,  oset.  mal 
“dərin, durğun su”  sözlərinin arxetipini *mori formasında bərpa edirlər 
(13, II, 673, 943). Q.E.Kornilov qəd.yəh. may “su”, akk. mū “su”, ər. mə-
un // maun “su”, yap. midzu “su” sözlərinin mənşəyini səs təqlidi ilə bağ-
layır (12, 73). Müqayisə edək: frak. *mar “dəniz” (ИСП, 68), həb. may, 
ar. mayyo, yəh. mayım “su”, akk. mau “su”, mon. moren // mörön “çay”, 
kor. mir // mur “su”, duns. moren “çay”, daq. muri // mure // muru “çay”, 
merden “çay sahili”, bury. muren “çay”, litv. mares “körfəz”, qot. mare 
“dəniz”,  lat.  mare  “dəniz”,  qəd.isl.  mariada  “dəniz  sahili”,  rus.  мыть 
“yumaq”, морцо “göl”, bol. mi “yumaq”, qəd.ing. mere // meri “dəniz, 
göl”,  xvarq.  madu  “çay”,  tabas.  muq  “çay”  (СССДЯ,  74).  V.İ.Abayev 
osetin  dilindəki  mal  “dərin,  durğun  su”  sözünü  skif-Avropa  izoqlosuna 
aid edir və bu kökün hind-Avropa mənşəli hesab olunması fikrinə etiraz 
edir.  O,  osetin  dilində  işlənən  mori  sözünün  ilkin  mənasının  “dəniz” 
deyil,  “durğun  su”  olduğunu  iddia  edir  (ИЭСОЯ,  II,  69).  Mu  “su” 
morfemi digər  dillərdə də müxtəlif “su”  semantikalı  sözlərin  tərkibində 
müşahidə edilir: çeç. mala “içmək”, malar “içki”, çeç.dial. mol “içmək”, 
germ. mad // mat “nəm, yaş”, meut “rütubət”, mol. mare // mer “dəniz”, 
ing. mud (mad) “palçıq”, fin. mӓrkӓ “nəm, rütubətli”, meri “dəniz”.  
  Bu  allomorfu:  kom.  ba  “su”,  samod.  ba  //  bi  //  bu  “su,  çay” 
(CНГТ,  51).  Türk  dillərində  bu  allomorf  aşağıdakı  variantlardadır:  tat. 
bua, başq. bıua, Sib.tat. bue “su” (СДСТ, 140). Qərbi Sibir türklərinin, 
yəni kamasin, koybal, karakas xalqlarının dilində bu “su” kökü müstəqil 
şəkildə işlənməkdədir. Bu allomorfun morfonoloji inkişafında b~p əvəz-
lənməsi  müşahidə  edilir:  alb.  pi  “içmək”,  qəd.hind.-Avr.  *pi    “içmək”. 
Bulaq  sözü  tarixi-etimoloji  cəhətdən  bu+laq  şəklində  formalaşmışdır,  -
laq məkan düzəldən aktiv şəkilçidir. Həmin sözün Altay dillərində müx-
təlif variantları var: tat. bolak “kiçik çay”, ev. bolak “çeşmə”, mon. bulaq 
“çeşmə”. Bulaq sözünün müasir tatar dilində “çay” mənasında işlənməsi 
onun  kökünün  “su”  anlamı  ifadə  etməsini  təsdiq  edir.  Praforma  şumer 
dilində  p  anlautu  ilə  qorunmuşdur:  şum.  pu  “bulaq”.  Təsadüfi  deyil  ki, 
Q.Kazımov şumer dilindəki pu “bulaq” sözü ilə türk dillərində işlənən bi-
nar “bulaq” sözünün homogen olduğunu qeyd edir (3, 134). 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə