D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
72
rast gəlmək mümkündür. Türk mənşəli mifonimlərə Nar qızı Nardan
Xatun, Təpəgöz, Kəlləgöz, ərəb və fars mənşəli mifonimlərə Səməndər,
Hürizad, Pərizad, Şəms Qəmər, Səlsəbil və başqalarını nümunə
göstərmək olar.
Azərbaycan folklorunda rast gəlinən alınma onomastik vahidlərin
arasında mifohidronimlərin özünəməxsus yeri vardır. Mifohidronimlərə
mifik su obyektlərinin adları aiddir. Folklorda Dirilik suyu, Abi-həyat,
Abi-kövsər və s. mifohidronimlərə rast gəlinir. Mifik təsəvvürə görə,
dirilik suyundan kim içsə, o bir andaca ölümsüz olur deyirlər. Dirilik
suyu haqqında mifik təsəvvürlərə başqa xalqların folklor nümunələrində
təsadüf olunur.
Abi-həyat mifohidroniminə Azərbaycan folklorunda daha çox rast
gəlinir. İnsan həmişə həyat və ölüm məsələsi barədə düşünmüş və bu da
ədəbi həyatı əldə etmək mifik ideyalarının yaranmasına səbəb olmuşdur.
Bununla bağlı müxtəlif mifik təsəvvürlər yaranmışdır. Əfsanəyə görə,
zülmətdə olan bir çeşmənin suyu, dirilik suyu Abi-həyat adlanır. Bu suyu
içən nə qocalır, nə də ölür. “Əsli və Kərəm” dastanında “Abi-həyat”
bulağının adı çəkilir:
Abi-həyat kimi daim axarsan,
Haqqın camalına hərdən baxarsan,
olana-dolana evlər yıxarsan,
Mənim Əslim buralardan keçdimi?
“İskəndərin qaranlıq dünyaya getməsi” nağılında Abi-həyat
bulağının suyundan Xızır içir. N.Gəncəvinin “İskəndərnamə”
poemasının “Şərəfnamə” hissəsində İskəndərin dirilik suyunu
axtarmasından danışılır. Iskəndər zülmətdəki dirilik suyunu (Abi-həyat)
axtarmağa gedir. Bu səfərə ona Xızır köməklik edir. Xızır dirlik bulağını
tapır:
Doyunca həm çimdi, həm də yuyundu.
Doyunca içdi o həyat suyundan
Əbədi içdi o həyat suyundan
Əbədi həyata çatdı arayan (5.s.251)
Folklorda rast gəlinən mifhidronimlərdən biri də abi-kövsərdir.
Abi-kövsər cənnətdə Kövsər bulağının suyudur. “Qurbani” dastanında
abi-kövsər mifohidroniminə təsadüf olunur.
Qəflətdən ayıldım, açdım gözümü,
Xaki-övliyaya sürtdüm üzümü,
Dindirdilər, haqq danışdım sözümü,
Al, iç abi-kövsərdən, qan, dedilər.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
73
Folklorda Abi-kövsər mifohidronimi yanaşı Kövsər də işlənir. Abi-
kövsər, Kövsər bulaq adlarının folklorda işlənməsi islam dini ilə
bağlıdır.
Səyyad deyər, sənə namə gətirdim,
İçmişəm Kövsərdən bada, gəlmişəm. (Səyyad və Sədət)
Bir aya bənzər qabaq,
Kövsərə bənzər dodaq. (Tahir və Zöhrə)
İslam dini ilə əlaqədar folklorumuzda işlənən mifohidronimlərdən
biri də Səlsəbildir. Səlsəbil cənnətdə yüngül, dadlı sulu çeşmənin adıdır.
Girdim bağa, bağım təğayir oldu,
Xoryat əli dəydi, tağ ayir oldu.
Gözüm gördü, ağlım təğayir oldu.
Çayi-səlsəbilin zülalın gördüm. (Novruz)
Nağıllarda mifik heyvanların adına tez-tez təsadüf olunur.
Mifozoonim – Real həyatdan mövcud olmayan, əsatiri səciyyəli
canlının, varlığın xüsusi adı: Div, ağ div, qara div, Ağ qoç, Simurq,
Əjdaha, Nasnaq, Səməndər, Qaqnus, Dülbül, Ədabil (quşu), Hüthütə
Huma Cənnət quşu, Qızıl öküz, Yer öküzü, Yusif-Nəsib. (1 s. 300).
Azərbaycan folklorundakı mifozoonimlərdən biri də divlərdir. Əksər
hallarda div mənfi surətdir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə fars
mənşəli div sözü belə izah olunur: Div - şərq nağıllarında müsbət qəh-
rəmanlara qarşı qoyulan çirkin, eybəcər, həddən artıq cəsamətli, buuynuzlu
əfsanəvi vücudlu heyvan (6, s. 650). Nağıllarımızda divlərə maraqlı adlar
verilir: Ağ div, Qara div, Kərə div, Əş-əş div, Devi-cadu və s.
Azərbaycan folklorunda geniş yayılmış mifonimlərdən biri də
Səməndər quşunun adıdır. “Moltanı padşahı” nağılında əfsanəvi Səməndər
quşunun adına rast gəlirik. Nağılda göyərçinlər söhbət edərkən deyirlər:
“Ay bacılı, gərək o oğlan o qədər gözləyə ki, Səməndər quşu od tutub yana,
onun külünün içindən bir qor kimi yumurta çıxa, o külün qırağınnan bir
çiçək göyərə, o çiçək Səməndər çiçəyidir. Özü də onu köklü qopartmax
olmaz, onda o adam özü də yanıb, kül olar. Gərək çiçəyi elə qoparda ki,
kökü yerdə qala”.
Əfsanəyə görə, Səməndər quşu dərya kənarında yaşarmış. Dimdiyi
poladdan, ayaqları daşdanmış. Səməndər hər dəfə ayaqlarını dimdiklədikdə
oradan qığılcım qalxar və quşu alov basarmış. Quş alovlanıb yandıqda
özünü suya atarmış. Başqa bir əfsanəyə görə, Səməndər nəhəng bir
quşdur. Yeddi ildən bir yumurta yumurtlayır, özünü yumurtaya sürtüb,
oradam qığılcım çıxardardı.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
74
“Ərəb və fars sözləri lüğəti”ndə fars mənşəli səməndər sözünün
İran əsatirində odda yaşayan bir heyvan, su kərtənkələsi mənalarını
daşığıdı qeyd edilir. (4.s 548) Səməndər quşunun istər əfsanələrdə, istərsə
də nağıllarda odla əlaqədar olduğu göstərilir. Dastanlarımızda səməndər
quşundan bəhs edilir.
Çoxu aşıqlığı asan şey sandı,
Cəfasını gördü, çox tez usandı,
Abbas bir pərinin oduna yandı,
Görənlər dedilər: bax, səməndərdi. (Abbas və Gülgəz)
Aşıq Ələsgərin yaradıcılığında səməndər mifoniminə rast gəlinir:
Qaldım səməndərtək qəm dəryasında;
Yandı balü-pərim nara dəyməmiş.
Dastanlarda təsadf olunan mifozoonimlərdən biri də Düldüldür.
Düldül Həzrət Əlinin atının adıdır.
Mərdi iyid mərd deyər mərd oğlu mərddən,
Sərraf olan seçər ləli gövhərdən,
Düldülün sahibi ya Şahi-mərdan,
Ağa, məni dərdə salan gəlindi! (Seydi və Pəri)
Azərbaycan nağıllarında təsadüf olunan mifozoonimlərdən biri də
dara, çətinə fəlakətə düşənlərin xilaskarı Zümrüd quşudur. Bu quş
qəhrəmanları yeraltı dünyadan işıqlı dünyaya çıxardır, tükünü
yandırdıqda köməyə gəlir. Zümrüd ərəb mənşəli söz olub, “yaşıl rəngli
qiymətlil daş” mənasında işlənir. Görünür, xilaskar quş yaşıl rəngdə
təsəvvür etdiklərdindən ona bu adı vermişlər.
Nağıllarımızda Simurq quşu adına da rast gəlirik. Bu quşun adı
nağıllarda Zümrüd quşu ilə əvəz edilir. Quşların hər ikisi eyni işi görür,
xeyirxahdır. Tədqiqatçılar Simurq quşu haqqında maraqlı fikirlər
söyləmişlər: “Simurq quşunun böyüklüyü, qoçaqlığı tədqiqatçıları belə
qənaətə gətirmişdir ki, çoxluğun işini gördüyündən ona Simurq, yəni otuz
quş adı vermişlər. Bəzi alimlər isə bunu siyah mürğ (qara quş) kimi izah
edirlər.” (7. s.262)
Nağıllarda rast gəlinən mifozoonimlərə at adları da aiddir.
Nağıllardakı qeyri-adi, möcüzəli atlardan biri dəryadan çıxdığı üçün)
“Şah oğlu Bəhrəmin nağılı”nda Dərya atı adlanır.
Folklorda rast gəlinən mifik obrazlardan biri də pərilərdir.
Folklorumuzda pərilər gözəllik rəmzi, simvoludurlar. Məsələn, Başına
döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni! (Qurbani)
Misilsiz gözəlliyi təsəvvür edərkən belə bir ifadə işlənir: “Aya deyir sən
çıxma mən çıxım, günə deyir sən çıxma mən çıxım”. Pəri fars mənşəli
Dostları ilə paylaş: |