“Koroğlu”nun şeir dili
157
Xan Eyvaz,
min Ərəb ata,
Bəlli Əhməd fərmana gəlir.
Burada şivə tələffüzünün transkripsiyasını şərt-
ləndirən detalları belə ümumiləşdirmək olar: ərəb mənşəli
“xəta” (günah, təqsir, səhv...) sözü bir sıra şivələrimizdə, o
cümlədən qərb şivələrində “xata” şəklində işlənir; zəngin
qafiyələrdəki (xata-yata-ata) semantik dinamika “xata”
sözü ilə başlanır; “yat” (maq) feli və “Ərəb at” zooniminə
qoşulan şəkilçi morfemləri (“-a” arzu şəklinin qrammatik
forması, “-a” yönlük hal şəkilçisi) də məhz “xata” sözünün
assosiativliyi ilə işlənib.
“Koroğlu”dakı şeir parçalarında müşahidə olunan
şivə tələffüzünün transkripsiyasını aşağıdakı kimi sistem-
ləşdirmək olar:
– incə saitlərin qalın saitlərlə əvəzlənməsi: ə→a
əvəzlənməsi – amanat (əmanət). “Bazubəndi amanatı”;
ataş (atəş). “Can qovrulu ataşında”; çara (çarə). “Olmadı
dərdimə çara”; xavar (xəbər). “Söylə Möminədən
mənə bir
xavar”; ciyar (ciyər). “Görcək səni yara oldu ciyarım”
...Dilçiliyimizdə bu cür əvəzlənmə daha çox qərb
şivələrinə aid edilir;
– o → a əvəzlənməsi: qavar (qovar). “Biri qaçar, biri
qavar”. Qeyd etdiyimiz kimi, bu hadisəyə daha çox
Azərbaycan dilinin cənub şivələrində təsadüf edilir;
– i → u, ə → a və i → ı əvəzlənmələri: sufatlı
(sifətli). “O misri qılınclı, aslan sufatlı..,”. M.Şirəliyevə
görə, “sifət” sözünün “sufat” şəklində işlənməsi yalnız
Qarabağ şivələri üçün xarakterikdir (Azərbaycan dialek-
tologiyasının əsasları. Bakı, 1962, səh.50). Halbuki bu
Язизхан Танрыверди
158
hadisəyə qərb qrupuna daxil olan bütün şivələrdə rast
gəlinir;
– e → ö əvəzlənməsi: sövda (sevda) “Sövdasın
saldı başıma”; söyün (sevin). “Arxa veriv söyündüyüm”.
Bu hadisə Azərbaycan dilinin qərb şivələri üçün səciy-
yəvidir;
– a→ ə əvəzlənməsi: nazik (nəzik). “Belin nəzik,
qəddin uca, üzün gül...”. M.Şirəliyev “a→ ə” əvəzlən-
məsinin
dilimizin bütün şivələri, xüsusən də şərq və
cənub şivələri baxımından səciyyəvi olduğunu göstər-
məklə yanaşı, “nəzix`” (nazik) formasının yalnız Qazax
çivəsinə aid olduğunu da qeyd edir (Azərbaycan dialek-
tologiyasının əsasları. Bakı, 1962, səh.40). Müəllif
haqlıdır, amma “nəzix`” deyiliş şəklinin qərb qrupuna
daxil olan bütün şivələr üçün xarakterik olduğunu da inkar
etmək olmaz. Burada bir məqamı da qeyd edək ki,
“Koroğlu”nun şeir dilində “nazik” formasına, yəni
orfoqrafik normalara uyğun şəkildə yayazılmaya
da rast
gəlinir: “Gümüş kəmər, nazik belin qurbanı!”;
–
ı → u və i → ü əvəzlənmələri (labiallaşma
hadisəsi): adamdandur (adamdandır). “Hər nə desən adam-
dandur”; alur (alır). “Koroğlu alur salamı...”; dəmdür
(dəmdir). “Koroğlum der: dəm bu dəmdir...”; möhkəmdür
(möhkəmdir). “İmam ləşkəri möhkəmdür”. Dialektolo-
giyaya dair araşdırmalarda labiallaşma hadisəsinin Azər-
baycan dilinin Təbriz və Ordubad şivələri üçün səciyyəvi
olduğu göstərilir. Burada xüsusi olaraq vurğulayaq ki,
labiallaşma hadisəsi ilə bağlı təqdim etdiyimiz
nümunələr
də ilk dəfə Elyas Muşeqin “Nəğmələr kitabı”nda verilib
(Təbriz nüsxəsi, 1721).
“Koroğlu”nun şeir dili
159
–
e → a və ı→i əvəzlənmələri: qaydına qalmaq
(qeydinə qalmaq). “Günüm ahü-zar görünür // Bir qaydıma
qalan yoxdu...”. Buradakı “qaydına qalmaq” frazemi
Azərbaycan dilinin qərb şivələri üçün xarakterikdir.
Maraqlıdır ki, sonuncu misrada həm şivə, həm də ədəbi
tələffüzün transkripsiyası özünü göstərir: qaydına qalmaq
– qeydinə qalmaq; yoxdu – yoxdur;
–
müasir ədəbi dilimizdə “demək”
feli indiki
zaman şəkilçisini qəbul etdikdə “deyir” formasında
işləmir. “Koroğlu”nun şeir dilində isə “der” şəklindədir:
“Muradbəyli derlər bizə”; “Koroğlu der: məhşər günü bu
gündür”. Burada bir həqiqəti xüsusi olaraq vurğulamaq
lazım gəlir: “Koroğlu”ya qədərki Azərbaycan yazılı
abidələrin dili üçün səciyyəvi olan “de:r” (deyir) forması
Azərbaycan dilinin qərb şivələrində eynilə mühafizə
oluunur.
–
Müasir ədəbi dilimizdəki “o qədər” ifadəsi bir
sıra şivələrdə, xüsusən də qərb şivələrində “o qarta” şək-
lində işlənir (ə→a sait əvəzlənməsi, yanaşı olmayan d-
r→r-d yerdəyişməsi və d→t əvəzlənməsilə) “Koroğlu”nun
şeir dilində də məhz “o qarta” formasında verilib: “Bu gün
bu məclisdə bir gözəl gördüm // O qarta gözəllik xana
yaraşır...”Yeri gəlmişkən, bu cür nümunələrdə “Kor-
oğlu”nun şeir dilinin daha çox Azərbaycan dilinin qərb
şivələri ilə səsləşməsi açıq-aydın şəkildə görünür.
–
v→y əvəzlənməsi: döyran (dövran). Bu döyran-
lar ərzənindi...”;göydə (gövdə)... Başım getsə, göydəm
qalsa yurd kimi...”.
Yuxarıda
qeyd etdiyimiz kimi, bu hadisəyə daha
çox Azərbaycan dilinin qərb şivələrində təsadüf edilir;
Язизхан Танрыверди
160
–
“r” ilə başlanan ərəb-fars mənşəli sözlərin əvvə-
linə sait artımı (proteza): “i” artımı – irazı. “Elçi göndər
irazıyam..,”; irast. “Yol yörürkən irast gəldim davada..,”;
irəng. “Suyu zəhər ola, irəngi qara...”; “ü” artımı – ürbənd
(rübənd). “Qaldır ürbəndini, görüm gül üzün!..”.
Göründüyü kimi, şivə tələffüzünün transkripsiyası
müşahidə olunan nümunələrin bir hissəsi daha çox
Azərbaycan dilinin qərb (Qazax, Borçalı...),
digər hissəsi
isə cənub (Təbriz, Ordubad...) şivələri üçün səciyyəvidir.
Bu isə o deməkdir ki, həmin şeirlər məhz Azərbaycan
dilinin qərb və cənub şivələrinin daşıyıcıları olmuş el
sənətkarları, aşıqlar tərəfindən yaradılıb. Həm də bir sıra
şeirlər elə yaradılıb, elə düzülüb-qoşulub ki, buradakı ayrı-
ayrı dil vahidlərini orfoqrafik normalara uyğun şəkildə
yazmaq qeyri-mümkündür. Daha doğrusu, bu tip qaydalar
tətbiq edilərsə, həmin şeirlərin
poetik strukturu bütövlükdə
sıradan çıxa bilər. Deməli, “Koroğlu” şeirləri şivə tələffü-
zünün transkripsiyası kontekstində də böyük və zəngindir.
Ən maraqlısı isə budur ki, bu şeirlərin yazıya alınmasında
dörd cəhət əsas götürülüb:
orfoqrafik normalara uyğun
şəkildə yazılma: əl-ayaq. “Üstündə əl-ayaq yığşırıl-
mayan...”; qurd. “Dəyirman mədəli, ac qurd yeyimli...”;
bağlayaram. “Coşub qılınc bağlayaram”...;
ədəbi tələffü-
zün transkripsiyası: yalıyar (yalayar). “Qoç igid yalıyar
özü öz qanın...”; bulut (bulud). “Bulut olub Çənlibelə
yağaram...”; çoxdu (çoxdur). “Koroğlunun malı çoxdu”;
şivə tələffüzünün transkripsiyası: ciyar (ciyər). “Görcək
səni yara oldu ciyarım”; söyünmək (sevinmək). “Arxa
verib söyündüyüm”; xançal (xəncər). “Dal xançallar
düşman qanında gərək!”;
leksik-fonetik arxaizmlərin
olduğu kimi transkripsiyası: bəni (məni), kibi (kimi).