Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

5

 

olan durğun suların qurudulması; 



c) yarımsəhra, tapdanmış  və seyrəkləşmiş otaqlarda qara 

heriyin tətbiqi; 

ç)  əkin sahələrində biçindən sonra dərhal dərin  şum 

aparılması; 

d) ocaqları tapılmış və dəqiqləşdirilmiş yerlərə aldadıcı yemlər 

səpilməsi; 

e) zərərvericinin miqdar dinamikasının öyrənilməsi  və onun 

inkişafının nəzarətdə saxlanılması üçün bölgə mütəxəssislərinin 

vaxtaşırı müşahidələr keçirməsi. 

2.  İntensiv inkişaf və  zərərvurma dövründə  tətbiq edilən 

metodlar: 

Çəyirtkənin inkişafı  nəzarətdən çıxdıqda və onların başqa 

yerlərdən kütləvi surətdə  gələrək zərər vurduğu dövrdə kimyəvi 

mübarizə metodları tətbiq edilir. Bu məqsədlə aldadıcı yemlərin və 

insektisidlərin birbaşa səpilməsindən istifadə edilir. Əgər zərər-

verici sürü şəklindədirsə, bu zaman aviaçiləmələrdən və aviasiya 

vasitəsi ilə aldadıcı yemlərin səpilməsindən istifadə çox yüksək 

səmərə verir. Aviasiyadan istifadə mümkün deyilsə, yerüstü 

çiləyicilərdən və aldadıcı yemlər səpən mexanizmlərdən istifadə 

edilməlidir. 

Aldadıcı yemlər bir neçə formada quru və yaş halda hazırlana 

bilər. Bu məqsədlə yaşıl qarğıdalı yarpağı, kəpək, ağac kəpəyi, 

jımıx, at və ya qoyun peyini, şrot və b. vasitələrə Arriban 55 EC 

(Chlorpyrifos-ethyl), Deltharin 2,5 EK (Deltamethrin), Redsunny 

250 (Lyamda-Cyhalothirin 50 qr/l) preparatlarından müvafiq 

normada qatılaraq aldadıcı yem hazırlanır və hər hektara 20-25 kq 

hesabı ilə səpilir. 

Çəyirtkələr sürü halında hücum edərkən onların hərəkət 

istiqamətinə perpendikulyar olaraq 1-1,2 metr enində  dərin 

xəndəklər qazılmalı  və onlara aldadıcı yemlər tökülməlidir. Bu 

halda xəndəklərə tökülmüş  çəyirtkələri torpaqla örtüb basdırmaq 

da olar. 

 

 

 



6

 

Ziyankar bağacıq 



 

Yarımsərtqanadlılar (Hemipteria) dəstəsinə  mənsubdur, 



Eurygaster integriceps Puta adlanır. Azərbaycanın başlıca taxıl-

çılıq bölgələrindən Şəki-Zaqatala, Qəbələ-İsmayıllı, Gəncə-Qazax

Mil-Qarabağ regionlarında, Cəlilabad, Masallı və Lənkəran rayon-

ları  ərazisində geniş yayılıb. Zərərli taxıl bağacığının yetkin 

fərdinin üzəri qalxanvari yarımsərt qanadla örtülür. Adi halda 

bağaya oxşadığına görə belə adlanır. Bədənin uzunluğu 8-12 mm, 

eni 5-8 mm-dir, rəngi bozumtul, açıq yaşıl, tutqun-darçını rəngdə 

olur (Şəkil 3).  

İlkin yazda havanın orta temperaturu 10-12°C, xəzəllərin 

altında isə temperatur 16-17°C olduqda yetkin halda qışlamış 

ziyankar bağacıqlar qışlama yerlərindən uçaraq taxıl zəmilərinə 

gəlir. Bir neçə gün qidalandıqdan sonra erkək və dişi fərdlər 

çütləşir. Yetkin dişi fərdlər 200-ə qədər yumurta qoyduqdan sonra 

ölür. Yumurta mərhələsindən 8-15 gün sonra sürfələr çıxır, 30-40 

gün taxılın  şirəsini sormaqla qidalanır və 5-6 yaş dövrü keçirir. 

Sürfələr xarici görünüşlərinə görə yetkin böcəklərə oxşayırlar, 

lakin ölçüləri yaş dövrlərindən asılı olaraq 2 mm-dən 6-9 mm-ə 

qədər dəyişir. 

Ziyankar taxıl bağacığı kütləvi inkişaf etdiyi illərdə 25-35% 

məhsul itkisinə səbəb olur. 



Mübarizə  tədbirləri. Ziyankar taxıl bağacığının Azərbay-

canda geniş yayıldığı və taxıl əkinləri məhsuldarlığını xeyli aşağı 

saldığı üçün ona qarşı mübarizə aparılması vacibdir. 

Aqrotexniki mübarizə.  Əkinlərdə seyrəkiliyə yol verilmə-

məlidir. Səpin normasına düzgün riayət olunmalıdır. Alaq otlarına 

qarşı müntəzəm mübarizə aparılmalıdır. Taxıl vaxtında və itkisiz 

toplanmalı və taxıl biçinindən sonra sahədə dərhal dərin şum (20-

25 sm) aparılmalıdır. 

Zərərvericiyə qarşı mübarizənin düzgün təşkil edilməsi üçün 

onun iqtisadi ziyanlı həddə (İZH) çatdığı öyrənilməlidir. Yəni 1 m

sahədə müşahidə edilən bağacığın sayı 2 və daha artıq olarsa, 



mübarizə aparılmalı, 2-dən az olarsa, ona qarşı mübarizə iqtisadi 


7

 

cəhətdən səmərəsiz hesab edilir. 



Kimyəvi mübarizə.  İqtisadi ziyanlı  həddə çatmış sahələrdə 

Deltharin 2,5 EK (Deltamethrin), preparatının 0,25 l/ha məsarif 

norması 300 l/ha işçi məhlulu sərf olunmaqla çiləmələr 

aparılmalıdır. Çiləmələr kiçik sahələrdə (1-5 ha) əl çiləyiciləri ilə, 

böyük sahələrdə isə (10 ha və daha çox) çiləyici mexanizmlərin 

traktora qoşulması yolu ilə keçirilməlidir. 

 

Taxıl böcəyi 

 

Taxıl böcəyini  Zabrus tenebriodes eleqantus Men., Z. Mori-



men.,  Z. Trinii Fish, Z. Spinipes ruqosus Men. növləri Azərbay-

canın ayrı-ayrı bölgələrində,  əsasən, dəmyə  şəraitdə becərilən 

sahələrdə geniş yayılaraq, taxıl əkinlərini zədələyir. 

Taxıl böcəyinin yetkin fərdləri qara rənglidir, uzunluğu  

13-16 mm olub, gecələr aktiv fəaliyyətdə olur. Gecə  həyat tərzi 

keçirmələri onlara qarşı mübarizəni çətinləşdirir. Yetkin böcəklər 

gizləndikləri yerlərdən çıxaraq axşam düşəndən səhərə qədər yeni 

əmələ gələn sünbüllərdə dolmaqda olan dənlərdə qidalanır. Yayın 

isti vaxtlarında taxıl böcəklərinin fəaliyyəti zəifləyir,  əksər vaxt-

larda torpağın 25-30 sm dərinliklərində diapauza halına keçirlər. 

Payızın sərin havaları başlayanda (təxminən sentyabr ayının axı-

rında) taxıl böcəkləri diapauzadan çıxaraq dərin şum aparılmayan 

sahələrdəki kövşənlərin, quru alaq otları, ot və saman topalarının 

altına yığışırlar. Cütləşdikdən sonra torpağın 3-7 sm dərinliyində 

yumurta qoyurlar. 15-18 gün sonra yumurtadan çıxan sürfələr taxıl 

çürüntüləri ilə, onlar olmadıqda isə birillik alaq otları ilə qida-

lanırlar. Taxıl böcəyinin kiçik yaşlı sürfələri bozumtul ağ rəngdə, 

3-cü yaş dövrü sürfələri isə qonurlaşmış rəngdə olur (Şəkil 4). 

Qış  sərt keçən illərdə taxıl böcəyi sürfə  mərhələsində 

diapauzaya gedir. Havalar qismən mülayimləşən kimi onlar 

diapauzadan çıxaraq payızlıq taxıl əkinlərinə güclü ziyan vurmağa 

başlayır. Onların zədələdiyi kolların aşağı  və orta yarpaqları 

tarpağa dartılaraq spiralvari burulmuş  və ya deformasiyaya uğra-

mış kimi görünür. Sürfələr tərəfindən zədələnmiş yarpaqlar 




Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə