Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

31

 

zərər vuran başlıca məftil qurdlar şıqqıldağ  (Elateridae) fəsilə-



sindən olan böcəklərin sürfələridir. Azərbaycanda  əsasən Çöl 

şıqqıldaq böcəyi və Tarla şıqqıldaq böcəyi daha geniş yayılmışdır. 

Böcəklərin sürfələri tarla əkinlərinə daha çox zərər vurur. Zərər-

vericilər turş reaksiyalı meşə torpaqlarında, hiqroskopik torpaq-

larda yayılaraq burada əkilən mədəni taxıl və qarğıdalı bitkilərinin 

kök sisteminə daha çox ziyan vurur.  

Məftil qurdları bütün vegetasiya dövründə qarğıdalının kök və 

gövdə hissəsi ilə qidalanır. Məftil qurdlar quraqlığa cox həssasdır. 

Havanın quraq keçən vaxtlarında onlar qarğıdalının sulu orqanları 

ilə qidalanmaqla orqanizmlərinin nəmlik balansını  bərpa edir və 

özlərini qoruyub saxlayır. 

Məftil qurdların qarğıdalı ilə qidalanması cücərti dövründən 

məhsul yığımının axırına qədər davam edir. Onlar gövdənin 

daxilinə, özək hissəsinə daxil olaraq qarğıdalının qida və su balan-

sını pozur, məhsuldarlığı minimuma endirir. Məftil qurdlarının 

kütləvi çoxalma illərində qarğıdalının məhsuldarlığı 46-65%-ə 

qədər azalır. Bəzi illərdə qarğıdalı cücərti vaxtı tamamilə  məhv 

olur. 


Şıqqıldağ böcəklərin sürfələri olan məftil qurdlar, növlərindən 

asılı olaraq, 3-5 il torpaqda yaşayır. Bu müddətdə müxtəlif  bitki-

lərin kök sistemləri ilə qidalanır.  Əlverişsiz quru hava şəraitində 

torpağın 50-70 sm dərinliklərinə gedə bilir. Məftil qurdları torpa-

ğın altında yaşadıqları üçün onlara qarşı mübarizə  tədbirlərinin 

tətbiqi çətinləşir. 



Mübarizə tədbirləri. Aqrotexniki mübarizə tədbirləri başlıca 

əhəmiyyətə malikdir. 

Torpaq ön kotancıqlı kotanla 27-30 sm dərinliyində  şumlan-

malıdır.  Şum  əsasən, taxıl və qarğıdalı  yığıldıqdan sonra iyul-

avqust aylarında aparılmalıdır. Bu dövrdə  məftil qurdlar 8-15 sm 

dərinlikdə puplaşır və  dərin  şum pupların 90-95 %-nin məhvinə 

səbəb olur. 

Qarğıdalı toxumlarının vaxtında səpilməsi, onların tez bir 

zamanda çıxış verib böyüməsi başlıca  şərtlərdəndir. Səpinin 

dərinliyi də böyük əhəmiyyət kəsb edir. Səpin zamanı qarğıdalı 

toxumu dərinə düşərsə, bu zaman onları  məftil qurdlarının zədə-



32

 

ləmə dərəcəsi artır, cücərtinin yer üstünə çıxması ləngiyir.  



Torpağa mineral gübrələr verilməsi məftil qurdların hərəkətini 

minimuma endirir və qarğıdalının zədələnməsini 20-25% aşağı 

salır. Məftil qurdlar yayılan sahələrdə toxumun səpin norması 

artırılmalıdır. 



Kimyəvi mübarizə  tədbirlərinin müxtəlif metodları  tətbiq 

edilir. Toxumların səpinqabağı insektisidlərlə  dərmanlanması 

məqsədilə 12%-li heksoxloranın 1kq-ı 100 kq toxumla qarışdırıl-

malıdır. 25%-li Arriban 55 EC (Chlorpyrifos-ethyl), 20 qramı 100 

kq toxumla qarışdırmaqla səpinqabağı  dərmanlamaq lazımdır. 

Torpağa dərmanlı qarğıdalı toxumu düşdükdə  məftil qurdlar 

zəhərin təsirindən məhv olur. 

Aldadıcı yemlərin səpilməsi məftil qurdlarının geniş yayıldığı 

sahələrdə yüksək səmərə verir. Bu məqsədlə  jımıx, at peyini, 

enliyarpaq alaq otları  və yoncadan istifadə edilə bilər. Aldadıcı 

yemləri Arriban 55 EC (Chlorpyrifos-ethyl), 10%-li Fastak, 

Hekthionex 36 EC (Endosulfan)  preparatlarının birindən müvafiq 

normada qataraq topa halında sahəyə qoyurlar. Aldadıcı yemlərin 

üzəri bitki qabıqları ilə örtülərsə, yetkin böcəklər onun altına 

yığılar və orada qidalanıb məhv olarlar. Bu metod məftil qurd-

larının kütləvi yayıldığı və zərər vurduğu illərdə tətbiq edilir. 



Gövdə  kəpənəyi (Pyrausta nubilalis Hb.) Azərbaycanın 

Lənkəran-Astara, Zaqatala-Şəki və  Gəncə-Qazax bölgələrində 

yayılmışdır. Yetkin kəpənək qanadları açılmış halda 27-32 mm, 

bədənin uzunluğu 13-15 mm-dir. Qanadları açıq-sarımtıl rəng-

dədir. Əsas ziyan vuran kəpənəklərin qoyduğu yumurtalardan çıx-

mış  tırtıllardır (qurdlardır). Tırtılların 16 ayağı olur, sarımtıl-boz 

rəngdədir. Uzunluqları 25 mm-ə  qədərdir. Kürək hissədən bütün 

beli uzunu tutqun zolaq gedir (Şəkil 25).  

Kiçik (1-ci və 2-ci) yaşlı  tırtıllar qıçaların saçaqları ilə  və 

süpürgənin əsası ilə qidalanır. 3-cü yaşdan onlar qarğıdalının göv-

dəsinə daxil olur. Onun içərisində qidalanaraq orada müxtəlif 

yollar açırlar. Qarğıdalının su və qida maddələri ilə  təchizatı 

pozulduğundan bitki saralıb soluxur və məhsuldarlığı aşağı düşür. 

İri yaşlı  tırtıllar qidalandıqdan sonra gövdənin aşağı hissəsinə 

yığışaraq orada puplaşır. Puplaşmadan qabaq tırtıl kəpənəyin uça 



33

 

bilməsi üçün gövdənin xaricinə xüsusi deşik açır. İldə 2 nəsl verir. 



Yağıntılı keçən illərdə gövdə kəpənəyi daha çox zərər vurur. 

Mübarizə  tədbirləri. Qarğıdalı  kəpənəyi gövdənin daxilində 

yaşadığından onun ehtiyatının məhv edilməsi üçün yaşıl yem, 

yaxud silos üçün əkilmiş qarğıdalı tez biçilərək basdırılmalıdır. 

Qarğıdalının qıçaları yığıldıqdan sonra qalan hissələri sahədən 

təmizlənməli və döyülərək təyinatı üzrə istifadə edilməlidir. 

Sahənin  ətrafı iri gövdəli alaq otlarından təmizlənməlidir. 

Məhsul yığımı başa çatan kimi sahə ön kotancıqlı kotanla 25-30 

sm dərinliyində şumlanmalıdır. 

Əgər fermerlər tırtılların 1-ci, 2-ci yaş dövrlərini dəqiq 

bilsələr, bu zaman sistem təsirli insektisidlərdən 10%-li Fostakın 

(Alfa-sipermethrin) 0,8-1,5 l/ha məsarif normasında, 1 hektara  

500 litr işçi məhlulu hesabı ilə çiləmə apara bilərlər.  

Gövdə  kəpənəyi Azərbaycanda dövri çoxalan zərərverici 

olduğundan göstərilən kimyəvi mübarizə onun kütləvi yayılma 

illərində tətbiq edilməlidir. 

Mənənələr. Azərbaycanda qarğıdalı əkinlərinə 2 növ: adi taxıl 

mənənəsi (Schizaphis qraminum Rond) (Şəkil 26) və qarğıdalı 

mənənəsi (Rhopolosiphum maydis Fitch. (Aphis avenae Kolt.) 

(Şəkil 27) zərər vurur. Zərərvericinin nimfa və sürfələri yaşıl 

rəngdədir. 

Mənənələr sürətlə böyüyüb çoxalır.  Əlverişli  şərait və qida 

mənbəyi olduqda bir ildə 15 və daha çox nəsil verir. Yaşıl rəngdə 

olan nimfalar diri bala doğmaqla çoxalır, qarğıdalının qıçaları  və 

yarpaqların  şirəsini sormaqla qidalanırlar. Mənənə kolonyalarının 

sayı artdıqca müxtəlif orqanizmlər də onların ifrazatı ilə qidalanır 

və başqa xəstəliklərin yayılmasına şərait yaranır. 

Qarğıdalıya zərər vuran başqa mənənə növləri də vardır. 

Başlıca yayılan adi taxıl və qarğıdalı  mənənələridir. Onlar qışı 

yumurta halında keçirirlər.  



Mübarizə tədbirləri. Aqrotexniki mübarizə. Qarğıdalı əkin-

lərinin məhsulu yığıldıqdan sonra sahədə  dərin dondurma şumu 

(25 sm) aparılmalıdır. Qarğıdalı  əkiləcək sahələrdə  və onların 

ətrafında olan alaq otları  məhv edilməlidir, çünki mənənələr 

əvvəlcə alaq otları üzərində inkişaf edir, sonra isə qarğıdalı üzərinə 



Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə