Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

8

 

inkişafdan qalaraq, saralır və soluxur. Zərərvericinin intensiv 



qidalanması yeni cücərtilər  əmələ  gələn vaxtlara təsadüf edərsə 

(səpin vaxtı gecikdikdə), sahədə seyrəklik 35-40%-ə çatır. 



Mübarizə tədbirləri. Taxıl böcəyinə qarşı başlıca aqrotexniki 

tədbirlər düzgün və vaxtında tətbiq edilməlidir. Bunlar aşağıda-

kılardır: 

1.

 Taxıl sahələri səpinə hazırlanarkən forfor gübrəsi torpaq 

altına bölgə üçün optimal normada verilməlidir; 

2. Torpaq ön kotancıqlı kotanla 25 sm dərinlikdə şumlanmalı 

və malalanmalıdır; 

3.  Səpin vaxtında və normaya uyğun aparılmalıdır;  

4. Taxıl böcəyi yayılmış sahələri suvarmaq mümkündürsə, 

suvarma kollanma dövrünə yaxın aparılmalı, suvarma ilə azot 

gübrəsi verilməli, taxıl qısa müddətdə və itkisiz yığılmalıdır; 

5. Biçindən dərhal sonra sahə 20-25 sm dərinlikdə          şum-

lanmalı, səpinə qədər 40-45 gün müddətində şum altında olmalıdır; 

6. Növbəli  əkin sistemi tətbiq edilməlidir. Dənli paxlalılar, 

günəbaxan və yonca əkinləri sələf kimi daha səmərəlidir.  

Taxılın aqrotexniki becərmə qaydalarına daxil olan yuxarıdakı 

tədbirlərin tətbiqi taxıl böcəyinin əhəmiyyətli dərəcədə azalmasına 

səbəb olur. 

Göstərilən tədbirlərin yerinə yetirilmədiyi və taxıl böcəyinin 

kütləvi çoxaldığı illərdə onun qarşısının alınmasında kimyəvi 

mübarizə vasitələrindən istifadə olunmalıdır. 

Taxıl bitkilərinin kollanma mərhələsində  zərərvericilərin 

sürfələrinə qarşı (əgər 1 m

2

 sahədə 6-10 ədəd zərərverici tapılırsa) 



Arrivo 25 EC (Sipermethrin 250 qr/l) insektisidi 0,3 l/ha, Santer 

OD 300 (Beta-cyflutyna) 0,3-0,5 l/ha, Deltharin 2,5 EK 

(Deltamethrin), Redsunny 250 (Lyamda-Cyhalothirin 50 qr/l) 0,4-

0,6 l/ha məsarif normasında olmaqla, bu insektisidlərin hər hansı 

birindən 300 l/ha işçi məhlulu çiləməklə mübarizə aparılmalıdır. 

Bu preparatların taxıl böcəyinə qarşı  səmərəliliyi 90-95% olur. 

Kimyəvi mübarizə zamanı  fərdi mühafizə vasitələrindən istifadə 

edilməsi vacibdir. 

 



9

 

Taxıl sümürtgən böcəkləri 



 

Azərbaycanda sümürtgən böcəklərin nümayəndələrindən  ən 

geniş yayılanlar Ağqalxanlı sümürtgən (Anisoplia  Cast.), tarla 

sümürtgəni (Anisoplia segetum Hlbst), taxıl sümürtgəni  (A. 



Austriymca major Roiff), xaçlı sümürtgən ( A. Farraria Eq.) və çöl 

sümürtgənidir (A. Desetticola Fisch.). Qeyd olunan növlərin yayıl-

ması və vurduğu zərər fərqli olmasına baxmayaraq, onlar ayrı-ayrı 

illərdə yetkin halda olanda dənli taxıl bitkiləri sünbüllərini ciddi 

zədələyərək dənlərin sünbüllərdən tökülməsinə səbəb olur. 

Ağqanadlı sümürtgən  böcəyinin qanad üstlüyü yuxarı 

tərəfdən parlaq narıncı və qonur rənglərdə olan tükcüklərlə örtül-

müş olur. Qanad üstlüyünün ön tərəfində yumru ağ tükcüklərlə 

örtülmüş ağ ləkə vardır. Böcəyin döş və qarıncığının alt hissəsi ağ 

tükcüklərlə  sıx örtülür. Zərərvericinin adı da buradan götürül-

müşdür. Böcəyin uzunluğu 10-15 mm arasındadır (Şəkil 5). 



Taxıl sümürtgən böcəyi 15-20 mm ölçülərində, tünd şabalıdı, 

qonur rənglərdə olan qanadüstlüyünün tikişi boyu tünd qara xətt 

uzanır. Qanadların  əsasında, qalxancığın  ətrafında dördkünc 

formada qara ləkə vardır. Baş, qarıncıq və ayaqları qara rəngdədir 

(Şəkil 6). 

Xaçlı sümürtgən  böcəyinin yetkin fərdləri 10-14 mm-dir. 

Böcəyin sərt qanad üstlüyündə eninə olmaqla, qara xətt gedir. 

Qanadüstlüyünün birləşən orta yerindən uzununa qədər qara xəttə 

perpendikulyar olan xətlər kəsişərək xaç şəklini alır. Zərərvericinin 

adı da buradan götürülmüşdür. Böcəyin qanadüstlüyünün ümumi 

fonu sarımtıl-qəhvəyi rəngdədir (Şəkil 7). 

Taxıl sümürtgən böcəklərinin həyat tərzi elə qurulmuşdur ki, 

puplardan çıxma vaxtı arpa və buğdanın sünbülləmə dövrünə 

düşür. Böcəklər süd və mum yetişmə dövründə dənlərlə qidalanır. 

Onlar sünbülü başı ilə  eşir. Buna görə  də sünbüldə olan dənlərin 

bir hissəsi yerə tökülür. Hər bir böcək bir neçə gün qidalanma 

dövründə 10 qrama yaxın dəni korlayır. Qidalanmanı başa çatdıran 

hər bir dişi böcək torpağın 10-20 sm dərinliyinə 140-a qədər 

yumurta qoyur. 




10

 

Sümürtgən böcəklərinin yumurtadan çıxan sürfələri 2 il torpaq 



altında müxtəlif bitkilərin kök və kök boğazlarını  gəmirərək 

yaşayır. Bəzən bitki olmadıqda peyin və bitki qalıqları ilə qida-

lanır.  İlkin yaşda olan sürfələr taxıl  əkinlərində cücərtilərin kök 

boğazını gəmirir. Kütləvi yayılma illərində taxıl sahələrində 25%-ə 

qədər seyrəklik yaradır. 

Mübarizə  tədbirləri. Torpaqda olan ehtiyyatlarını  və sürfə-

lərini məhv etmək üçün məhsul yığımından sonra dərin dondurma 

şumu aparılmalı, taxıl  əkiləcək sahələr alaq otlarından təmiz 

saxlanmalıdır. 

Yetkin sümürtgən böcəklərin yalnız taxıl bitkiləri ilə qida-

landıqlarına görə növbəli əkin sistemi tətbiq edilməlidir. Sələf kimi 

dənli paxlalılar, texniki bitkilər də yüksək səmərəlilik verir. 

Sümürtgən böcəklərinin kütləvi yayıldığı sahələrdə  səpindən 

qabaq şum altında Hektaş Diazinon 63 EM (Diazinon) 40-60 kq/ha 

məsarif normasında verilməlidir. 

Taxıl  əkinləri düzgün aqrotexniki qaydada becərilərsə

sümürtgən böcəklərin inkişafı minimuma enir və  əlavə mübarizə 

tədbirlərinə ehtiyac qalmir. 

 

Taxıl mənənələri 



 

Aphidinea yarım dəstəsinin nümayəndələridir, ölçüsü 1-4 mm 

həşəratlardır. Azərbaycanda taxıl bitkilərinə  mənənələrin bir neçə 

növü zərər vurur. Bu qrupa daxil olan mənənələr köçəri və oturaq 

həyat tərzi keçirirlər. 

Taxıl bitkilərini müxtəlif vegetasiya dövrlərində zədələyirlər. 

Ən geniş yayılmış nümayəndələri 

- Adi taxıl mənənəsi (Schizaphis qraminum Rond.) (Şəkil 8) ; 

- Arpa mənənəsi (Brachycolus noxius Mordv.) (Şəkil 9). 

- Böyük taxıl mənənəsi (Sitobion avenae F.) (Şəkil 10).  

Mənənələr deşib soran ağız aparatına malikdirlər. Bundan 

istifadə edərək taxıl bitkilərinin, eləcə  də başqa bitkilərin yarpaq, 

gövdə, çiçək, sünbül və başqa orqanlarının  şirəsini sormaqla 

qidalanırlar. 



Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə