9
vür, məlumat. 3. Hər hansı nəyinsə dərki üsulu və səviyyəsi. 4. Öz
spesifik əlamətlərinə, tamlığına
görə obyekt siniflərinin ümu-
miləşdirilməsinin tərtibatı. Obyektin mühüm əlamətlərinə görə
düşünülmüş ümumiləşdirmə elmi anlayışın obyektinə çevrilir. Dil
işarəsinin köməyi ilə dil mənası ilə anlayışın işarələnməsi.
Annotasiyanın strukturu –
aşağıdakı bəndlərdən ibarətdir:
1) predmet rubrikası; 2) mövzu; 3) mənbənin əsas verilmişləri; 4)
materialın sıxlaşmış xarakteristikası; 5) ilkin mənbənin tənqidi də-
yəri.
Anoforik əvəzliklər
– mətndə semantik münasibətlərin
valentliyi kimi də şərh oluna bilər. Əvəzlik mətndə təkrarı qabardan
və fərqləndirən elementlərdən biridir.
Antonimlər lüğəti
– əks sözlərin antonimik sırasını izahla və
onların işlənmə nümunələrini göstərən lüğət.
Ara alqoritmik dil –
universal xarakter daşıyan və hər hansı
məsələnin təsvirində iştirak edən ikinci nəsil alqoritmik dil; o alqo-
ritmlərin yazısını asanlaşdırır, həll metodlarının standartlaşmasına
kömək edir, proqramın tərtib olunub EHM özünə verilməsi üzrə işin
bir hissəsinə imkan verməklə, proqramlaşma proseslərində avtomat-
laşmanı stimullaşdırır.
Ara dil –
1. İkipilləli sinxron tərcümə zamanı bütün tərcümə-
çilərin həyata keçirdiyi tərcümə və onlara məlum olan dildir ki, adə-
tən, pilot-kabinədən digər işçi dillərə və əksinə aparılır. 2. Bu, elə
ara (ünsiyyət vasitəsi olan) dil deməkdir.
Aradan qaldıran əlaqə –
protomətnə kontroverz münasibət
özünü onda göstərir ki, mətnin seqmentləri atılır, yaxud bütöv kimi
aradan götürülür. Mətnin mətnə qarşı aradan götürmə münasibəti
eyni zamanda interpretasiya faktoruna (amilinə) çevrilir və, deməli,
semiotik izah nümunəsi kimi xidmət edə bilir.
Aralıq (ortadakı) adresat –
informasiyanı verən və qəbul
edən şəxs, daha doğrusu, tərcüməçi, yaxud adresat-əvəzedici.
Ardıcıl tərcümə –
1. Dinlənildikdən və bütün məlumat sona
çatdıqdan sonra onun bir dildən digər dilə şifahi tərcümə olunması,
həmsöhbətin, natiqin, radioməlumatın və s. tam deyilməsi; səsli
10
nitqin qavrayışını və çıxış məlumatının şifahi şəkildə formalaşdırıl-
masını nəzərdə tutur. 2. Dinlənildikdən sonra mətnin şifahi tərcümə-
si. Aşağıdakı ardıcıl tərcümə növləri fərqləndirilir: yazılı və abzas-
cümlə tərcüməsi və eləcə də birtərəfli tərcümə və ikitərəfli tərcümə.
Əksər hallarda ardıcıl tərcüməni eşitmə ilə peşəkar tərcümə
fəaliyyətinin növü kimi şifahi tərcümə adlandırırlar. 3. İlkin mətn
səsləndiriləndən sonra aparılan şifahi tərcümə növü. 4. Eşitməyə
görə aparılan şifahi tərcümə. O, beləliklə, səs nitqinin qavrayışına,
çıxan, göndərilən məlumatın şifahi nitqdə formalaşdırılmasını
nəzərdə tutur. Ardııl tərcümənin əsas xüsusiyyəti ilkin və
göndərilən məlumatın zaman kəsiyində qırıq-qırıq verilməsidir. Bu,
zaman baxımından kəsik-kəsik zaman kəmiyyəti ilə ilkin məlumatın
danışana verməsi ilə bağlı zəruri olan uzunluqdur ki, onun uzunluğu
daha çox ola bilər. Bu amil tərcüməçinin işini xeyli çətinləşdirir.
Çünki o, yaddaşında informasiyanın həcmini bu zaman kəsiyində
saxlamalıdır ki, əksər hallarda o yaddaşın operativ imkanlarını də-
fələrlə ötür, üstələyir. Bu vəzifəni yerinə yetirmək üçün tərcümə-
çinin yaddaşını həddən artıq yükləməmək məqsədi ilə (qismən) xü-
susi yazma sistemindən istifadə olunur. 5. Dinlənildikdən sonra
mətndə pauzalarda müəllif mətninin müəyyən hissəsinin yerinə
yetirilməsi. 6. Dinlənildikdən sonra mətnin digər dilin vasitələri ilə
verilməsi.
Ardıcıl tərcümədə yazı sistemi –
bax: ardıcıl tərcümədə yazı.
Ardıcıllıq –
bir-birinin ardınca gələn iki, yaxud bir neçə nitq
seqmenti, yaxud nitq vahidi.
Arximətn –
əsil, ilkin mətn haqqında mücərrəd təsəvvür,
mətnlərarası əlaqələrdəki ilkin (janrın ilk nümunəsi).
Arxisema və onun tərcüməsi
– ilkin mənanın poetik mətnin
variant vahidləri ilə gercəkləşən planları (Y.M.Lotman); semiofik
vahidi. Tərcümədə arxisema mətnin invariant hissələri ilə əla-
qələnir, deməli, o, belə demək mümkünsə, mətnin dərinlik struk-
turunu yenidən yaradır (işarələr səviyyəsində olan tərcümə).
Atalar sözü –
1. Obrazlı xarakterli və nəsihətli məna bildirən
tamamlanmış deyim. Mətnə daxil edilib tərcümə üçün nəzərdə tutul-
11
muş atalar sözü tərcümə vahidi kimi qiymətləndirilir, çünki o da
mətndəki digər vahidlər kimi tərcümə həlli tələb edir. 2. Atalar sözü
obrazlı, tamamlanmış deyim olmaqla və nəsihətamiz məna da-
şımaqla, spesifik ritmik-fonetik tərtibata malikdir.
Ayrıca söz
– kontekst xaricində konkret, müəyyən mənası ol-
mayan və buna görə də tərcüməyə yatmayan nitq-dil vahidi.
B
Baş məcmu strukturu –
o nomenklatur model (tədqiqat) kor-
pusunun yaxşı aparılmış inventarizasiyanın, sistemləşdirmənin və
təsnifatının ortaya çıxarılmasıdır ki, onun nəticəsində struktur – təş-
kili sxem-modelin qurulması gedir. Bax: baş məcmu.
Başqa istiqamətə keçirilmə vərdişi –
1. Mətn vahidinin yeni
koda (dilə) keçirilməsi üçün avtomatlaşdırılmış əməliyyat axtarışı
və onun gerçəkləşdirilməsini həyata keçirmə bacarığı. Adətən başqa
istiqamətə keçirilmə vərdişi əməliyyatı formal-işarə səviyyəsində
nəzərdə tutulur. 2. İşarə əlaqələrini avtomatdırılmış şəkildə qurma
bacarığı: bir dildəki leksik vahidlərə (söz birləşməsi, danışıq şab-
lonlarına) digər dildə müvafiq ekvivalentlərin tapılması. Başqa
istifqamətə keçirilmə vərdişi subordtinativ bilinqvizmin əsasında
dayanır.
Başlıqaltı –
bax: başlıq.
Beynəlxalq dil –
1. Süni köməkçi dildir ki, beynəlxalq ünsiy-
yət vasitəsi kimi təklif olunur; 2. Dünyanın xeyli ölkələrinin xalqları
üçün beynəlxalq ünsiyyət vasitəsi kimi istifadə edilən təbii dil; 3.
Geniş miqyasda siyasi-ərazi birlikləri nümayəndələri arasında
ünsiyyət üçün vasitə kimi təklif olunmuş sosial-dil qurumu.
Bədii ədəbiyyat tərcüməsi –
bax: bədii tərcümə.
Bədii ədəbiyyatın tərcüməsi
– burada tərcümə obrazlı-emo-
sional məqamların verilməsində maksimal dərəcədə adekvat olmalı-
dır. Məhz belə tərcümədə müəllifin əhval-ruhiyyəsi və hisslərinin,
onun spesifik üslubunun verilməsi xüsusən zəruridir.
12
Bərabər uzunluqlu avtomatlaşmış maşın lüğəti –
bu, lüğət
(leksik) vahidləri, lüğət vahidlərinin uzunluğu üzrə sahmanlanmış,
daha doğrusu, hər bir leksik vahiddə sözformalarının sayı nəzərdə
tutulmuş lüğətdir.
Bilavasitə tərcümə –
orijinalla birbaşa tərcümə manipulyasi-
yası əsasında realizə olunan tərcümə.
Bilavasitə təşkil edənlər
– bu, iki elementdir ki, onlardan
bilavasitə daha yüksək səviyyəli (daha böyük xətti uzunluğa malik)
vahid əmələ gəlmişdir.
Bildirən –
fərqləndirilən obyektə görə leksik vahid, söz.
Bilinqvizm mexanizmi –
formalaşmış vərdişə görə bir dildən
digərinə keçmə bacarığıdır ki, onun həyata keçirilməsi həm ilkin,
həm də tərcümə dilində nitqi eşidib qəbul etmə vərdişindən, ehtimal
proqnozlaşdırmadan və özününəzarətdən asılıdır.
Birbaşa transformasiya –
transformasion modeldə nüvə
cümlələrinin səthi strukturlara dəyişməsi işarəsi ilə göstərilir. Sözün
birbaşa mənası – bu elə sözün əşyavi-məntiqi mənası deməkdir.
Birbaşa tərcümə –
orijinaldan birbaşa aparılan tərcümə.
Birbaşa sinxron tərcümə –
xarici (ana) dilində çıxış edən
birbaşa sinxron tərcümədə natiqin nitqidir ki, bilavasitə bütün tər-
cümə kabinələrinə verilir və o andaca müvafiq işçi dillərə tərcümə
olunur.
Birbaşa məna –
məcazi mənadan fərqli olaraq sözün xüsusi
mənada olan mahiyyəti deməkdir.
Birdilli xüsusi lüğət –
bu, elə xüsusi ensiklopedik lüğətdir ki,
onun məqalələrində müxtəlif sözlərin quruluşu təsvir olunur, xüsusi
terminlər izah edilir, müxtəlif istehsalat proseslərində işlənən
üsulları, avadanlıq və s. Haqqında illüstrasiyalı çertyojlar, sxemlər,
şəkillər şəklində məlumatlar verilir.
Birdilli lüğət
– 1. Sözlərin sırasını müəyyən ardıcıllıqla (adə-
tən, əlifba sırasına görə), eyni dildə sözlərin, anlayışların, yaxud
predmetlərin izahını, təriflərin, təsvirlərin, nümunələrin, eləcə də
sinonimlərin və yaxud antonimlərin köməyi ilə verən kitab. 2.
Bütün informasiyanı eyni dildəki vasitələrlə verən lüğət. 3. Sözlərin