17
Dil daxilində tərcümə –
bax: transformasiya, dildaxili tər-
cümə.
Dilin struktur səviyyəsinin təşkili –
tərcümənin stratifikasi-
yaya müvafiq mətn səviyyələrinə görə realizasiyası təsnifatı. Bədii
tərcümə heç də yalnız bir səviyyədə realizə olunmur, o çox şeyləri
əhatə edir. Bununla belə, o heç də bir dominant səviyyə ilə qurulma
imkanlarını da istisna etmir. Mətnin qurulmasının ayrı-ayrı səviy-
yələrinə uyğun olaraq tərcümədə yenidən kodlaşdırma həyata ke-
çirilir. Bu, fonematik səviyyədən başlayaraq, morfematikdən keçə-
rək, leksik, frazeoloji, dialekt, dialektüstü mətn səviyyələrinə qədər
hər şeyi əhatə edir. Tərcümədə realizə olunan tərcümənin dil sə-
viyyəsinə görə öyrənilməsi – bu, tərcümənin evristik mərhələsinin
tədqiqidir.
Dil sistemaltısı –
mətnin nisbətən müstəqil hərəkət (fəaliyyət)
qruplarının kommunikativ fəaliyyətin sistemaltı kimi sıxılmış
modelin hissəsi.
Dil üslubu –
1. Seçim, uyğun işlənmə və dil vasitələrinin təş-
kilində xüsusiyyətləri ilə xarakterizə olunan növ müxtəlifliyi
məlumat vəzifələri ilə səciyyələnir. 2. Üslub dil sisteminin sistemal-
tından biri kimi (yaxud belə sistemaltının kombinasiyası kimi) digər
nitq üslublarından fərqli olaraq belə sistemaltının tətbiqində nitqin
tipik tətbiqi sferasında istifadə olunur.
Dil üslubu –
dil sisteminə mənsub əlamətlərin reallaşması ki-
mi götürülən üslub. Dildə funksional və ekspressiv ifadə vasitə-
lərinin işləndiyi üslub.
Dil modeli –
bu, linqvistik hadisələrin cəmi, daha doğrusu,
elə mexanizmdir ki, o leksik vahidlər və qaydaların düzgün, zəncir-
vari qrammatik qaydalara uyğun olaraq mətn yaratmasına imkan ve-
rir. Bu mənada nəinki dilaltı modeli yazılı şəkildə realizə olunan
mətnləri, həm də potensial mövcud olan, daha doğrusu, yazıla bilə-
cək mətnləri də əhatə edir.
Dilin statistik modeli –
dilaltı alınmış funksional – kom-
munikativ modelin təşkil olunmuş strukturunda duran modeldir ki,
18
onun köməyi ilə tezlik lüğətləri seriyasının yaradılmasında nəticə
olan ehtimal-statistik korpusun səmərəli yolla aparılmasını göstərir.
Dilarası analogizmlər –
bax: tərcüməçinin yalançı dostları.
Dilarası əlaqələrinin alt sinifləri –
bax: dilarası əlaqələr.
Dilarası kommunikasiya (ünsiyyət) –
dil hüdudlarından
(sərhədlərindən) kənara çıxan kommunikasiya.
Dilarası omonimiya –
iki və daha artıq müqayisə edilən dillə-
rin zahiri və semantik paralellik yaradan oppozisiyası (qarşılığı), da-
ha doğrusu (iki dilin müqayisəsi zamanı) ən azı dörd üzvlü struktur
nəzərdə tutulur ki, burada müxtəlif dillərdə omonimlərin oxşarlığı
müşahidə olunur. Dilarası omonimlər tam (bütöv), yarımçıq və ya-
lançı (qeyri-dürüst) leksik paralelin (müqayisə edilən hər bir dildə)
omonimik müqayisəsini nəzərdə tutur.
Dilarası omonimlər – bax:
tərcüməçinin yalançı dostları.
Dilarası situasiya –
bu, elə bir dilarası situasiyadır ki, bu za-
man ünsiyyət prosesində iki dildən istisfadə olunur.
Dilarası tərcümə –
1. Bir dildən digər dilə tərcümə, ikidilli
(qoşadilli) situasiyada tərcümə, dilarası kommunikasiya şəraitində
tərcümə; 2. Dilarası tərcümə bir dilin elementlərinin digər dilin
elementləri ilə əvəz olunması kimi müəyyən edilə bilər; 3.Verbal
işarələrin hər hansı digər dilin köməyi ilə interpretasiyası- yəni
tərcüməsi; 4. İnformasiyanın hər hansı işarə sisteminin köməyi ilə
digər informasiyaya çevrilməsidir ki, bu, digər işarə sistemi ilə ifadə
olunur; 5. Tərcümə, yaxud bir dilin söz işarələrinin digər dilin söz
işarələrinin köməyi ilə izahı, şərhi.
Dilarası (interlinqvistik) tərcümə
– iki təbii dil sistemləri
arasında həyata keçirilən tərcümə.
Dilarası intersemiotik tərcümə –
iki semiotik sistem arasın-
da həyata keçirilən tərcümə. Burada əsasən, semiotikaarası trans-
formasiyadan, məsələn, ədəbiyyat dilindən film (kino) dilinə, yaxud
təsviri sənət dilindən musiqi dilinə tərcümədən və s. söhbət gedir.
Dildaxili tərcümə –
vahid dil sistemi çərçivəsində mətnin,
yaxud onun elementlərinin transformasiyası. Bu, semantik sinoni-
19
mika səviyyəsində həyata keçirilir (mətndə izah etmə, snoskalarda
şərhlər və s.).
Dilin lüğət vahidi –
lüğət məqalələrində başlıq bildirən söz.
Dilin makrolinqvistik təsviri –
dil sisteminin əsaslandırılmış
qarşılıqlı ekstralinqvistik hadisələrlə tərcümə obyektinin mövcud-
luğu şərtlərinin və quruluşunun predmetini müəyyənləşdirən nitq
əsəri.
Dilin semantik – sintaktik modeli
– semantik və sintaktik
əlaqələrin orqanın birləşməsini nəzərdə tutan dil modeli.
Dillərarası uyğunluğun statistik sxemi –
əsas etibarı ilə mü-
qayisəli dilçiliyə meyillənir və tərcümə nəzəriyyəsi üçün son dərəcə
məhdud dəyərə malikdir.
Diskurs
– filoloji ədəbiyyatda geniş yayılmış termin (frans.
discours, lat. dis-curere – ora-bura, müxtəlif tərəflərə qaçmaq)
fransız dilində ənənəvi olaraq “mühakimə”, “fikir yürütmə”
mənalarında işlədilib. 50-ci illərdə E.Benvenist deyim nəzəriyyəsini
hazırlayaraq diskursu nitqin xarakteristikası kimi müəyyənləşdirir:
“Birincinin müəyyən şəkildə ikinciyə təsir etmək cəhdi”. Yaxud
İ.Derrida diskursu yazan və oxuyanların təcrübəsində canlı dərk
olunmuş mətn təsəvvürü” adlandırır. Z.Xerrisə görə diskurs verbal
kommunikasiyada mətn, qrammatik formaların, bir-birinin dalınca
sıralanmış frazaların ardıcıllığıdır. T.A.Van Deykə görə, diskurs
“kommunikativ hadisədir”.
Diskursiv praktika
– dil baxımından müəyyən məna yaxın
funksiyal alternativ dil vasitələrindən istifadə tendensiyasıdır. (Ger-
çəkliyin variativ interpretasiyası).
Doğruluqlar lüğəti –
bu, bir tərəfdən, düzgün, doğru söz iş-
lətmə və forma yaradıcılığı məsələləri ilə bağlı təkliflər, digər tərəf-
dən, müvafiq normaların pozulmasına qarşı hazırlanmış lüğətdir.
Dövrə (oborot) –
1. Tezliklər lüğətində dövrə iki və daha ar-
tıq sözformalardan (adətən, beşdən artıq olmayaraq) olan xətti mətn
ardıcıllığı hesab olunur ki, onlar mətndən formal seqmentlərin
fiksasiya olunmuş uzunluğu (dekadadan-iki sözdən istifadə,
triadadan-üç, tetradadan-dörd, pentadadan - beş) əvvəlcədən ve-
20
rilmiş nüvə (aparıcı) sözformalara söykənmişdir. Nüvə (aparıcı) söz
formalardan asılı olaraq bu dövrələr feli, ismi, zərfi, cümlə,
bağlayıclı, əvəzlikli sol və sağ valentliyi göstərilməklə, həm də
onsuz ola bilər. 2. Dövrə həm də konstruksiya kimi başa dü-
şülməlidir.
Düşürtmə, düşmə –
1. İlkin mətnin izafı semantik element-
lərinin qısaltma və kompressiya yolu ilə buraxılmasıdır. 2. Cümlə
üzvlərindən hər hansı birinin onun «sıfır» ifadəsi kimi qəbul olunma
yoxluğu. 3. Tavtologiya halların istifadə olunan priyom, eyni
mənalı yanaşı duran sözlərdən birinin buraxılması. Bax: həm də bu-
raxma və əlavə. 4. Əlavələrin əksi. Burada ona semantik cəhətdən
izafi olan sözlər məruz qalır, daha doğrusu, mətndən onların köməyi
olmadan mənanı ifadə edən söz çıxarılır.
E
Ehtimal proqnozlaşdırma mexanizmi –
mühüm, xüsusən
sinxron tərcümə üçün mənbədəki mətn vahidindən və hətta situasiya
elementlərini göstərən və qeyd edən məqamları hiss edib tapa
bilmək bacarığı.
«Ekspress-informasiya» tipli tərcümə –
ana dilində orijina-
lın əvvəlcədən ixtisarı aparılmadan müxtəsər və obyektiv xarici
dildə olan elmi-texniki referat, yaxud məqalənin tərtib olunmasında
istifadə olunan yazılı xüsusi tərcümə növü.
Elmi ədəbiyyat tərcüməsi –
elmi ədəbiyyatın tərcüməsi bu
dilin normalarına cavab verməlidir. Tərcümənin düzgün olunması
üçün kontekstdə nədən söhbət getdiyini və onu düzgün başa düşmək
tələb olunur. Xarici dildəki yeni termin hər bir sözün, onun
kontekstlə əlaqələrini və onun dəqiq mənaya uyğun quruluşunun
məntiqi-linqvistik təhlil yolu ilə açılmasını tələb edir. Variantın
düzgün seçimi o zaman zəruri olur ki, nə vaxt xarici termin üçün
ana dilindəki sözlərlə alınmış sözlər arasında uyğunluq mövcuddur.
Tərcümənin bu janrı ilkin mətndəki faktik materialda heç bir kiçicik