13
mənasını, anlayışları və predmetləri, təriflərin,
təsvirlərin, nümunə-
lərin və eləcə də sinonim və antonimlərin köməyi ilə izah edən
izahedici lüğət.
Birdilli situasiya
– 1. Kommunikativ fəaliyyət eyni işarə siste-
minin kodu altında gedən (həyata keçirilən) situasiya. 2. İnformasiya-
nın işlənib hazırlanmasını elə şəraitdə nəzərdə tutur ki, bu zaman ma-
şının girişində və çıxışında işlənib hazırlanan informasiya eyni təbii
dildə realizə olunur. 3. Bu o zaman baş verir ki, maşının girişində və
çıxışında informasiya eyni dildə daxil olur. 4. İnformasiyanın «insan-
maşın-insan» sistemində hazırlanması elə şəraitdə gedir ki, bu zaman
maşının girişində və çıxışında informasiya eyni dildə realizə olunur.
Belə realizasiya üçün bariz nümunə linvostatistik tədqiqatlar, infor-
masiya-axtarış sistemləri və s. ola bilər.
Birdillik –
bir dil ilə məhdudlaşma.
Birtərəfli tərcümə –
bir istiqamətdə A1 dilindən A2 dilinə
çevrilən tərcümə.
Buraxılma və əlavə –
qrammatik və eləcə də leksik transfor-
masiyalar əlavə sözlərin, yaxud hər hansı elementlərin buraxılması-
nı tələb edir. Buna görə də buraxılma və əlavə əksər hallarda qram-
matik transformasiyanın digər növləri ilə uyğunlaşır və bu, nitq
hissələrinin əvəzlənməsi ilə baş verir. Əlavə sözlərin ortaya qo-
yulması bir sıra əlavə səbəblərlə şərtlənir: cümlənin strukturundakı
fərqlərlə və daha müxtəsər olan ilkin dildəki cümlələr tərcümə
dilində fikrin daha geniş şəkildə ifadəsi tələb olunarkən gedir.
Müvafiq sözün, yaxud bu sözün müvafiq leksik-semantik
variantının olmaması da tərcümədə əlavə sözlərin mətndə istifadə
olunmasına səbəb olur.
C
Cins –
1. Növləri birləşdirən qrup. 2. Müəyyən hal şəkilçisini
xarakterizə edən leksik-qrammatik ad kateqoriyası, uzlaşma xüsu-
14
siyyətləri və onların kişi, qadın və orta cinsi müəyyən etmə əlamət-
ləri vardır.
Cümlə səviyyəsində tərcümə –
adətən spesifik rəngə məxsus
olan və tərcümə zamanı yox olan frazeoloji vahidlərin (atalar sözü,
zərb-məsəllər, idiomatik ifadələr, xalq nitqi və s.) tərcüməsi zamanı
istifadə olunur. Bu baxımdan cümlənin mənası ümumi ilkin dildə
olan cümlənin mənası ilə üst-üstə düşür, lakin bununla belə həmin
cümlələrin daxilindəki sözlər və söz birləşmələri arasında uyğunluq
müəyyənləşdirmək olmur. Bax: kompensasiya.
Cümləbəcümlə tərcümə –
bir cümlənin digərinin ardınca
ardıcıl tərcümə prosesi.
Cümlənin səthi quruluşu
– 1. Bu, cümlənin ünsiyyət prose-
sində nitqdə əldə etdiyi konkret formasıdır. 2. Bu, cümlənin leksik-
sintaktik təşkilidir ki, burada cümlə üzvləri heç də özlərinə uyğun
real substansiya funksiyalarına və əlamətlərinə tam müvafiq olmur.
Məsələn, mübtəda hərəkətin mahiyyətini yox, prosesin obyektini,
yaxud zaman xarakteristikasını göstərmir. Səthi strukturlu cüm-
lələrdə sintaktik əlaqələr situasiyaya nisbətən qismən təsvir
olunanın təsviri xarakterini itirir.
Cümlənin sintaktik strukturu –
Cümlənin sintaktik quruluşu.
Cümləüstü bütövlük –
ən aşağısı iki yanaşı cümlədir ki,
burada bu cümlələr eyni üsullu ifadə, eyni tipli və eyni istiqamətli
olmaqla, onlara struktur – məna korrelyasiya xasdır.
Ç
Çağırış siqnalı –
bədahətən (özündən asılı olmayan) forma-
laşdırma elementi; radiostansiyanın şərti işarəsidir ki, buna görə ra-
dioəlaqə yaratdıqda və danışıq aparanda onu tanımaq olur. O bir,
yaxud iki sözdən, yaxud bir neçə hərf, yaxud rəqəmdən, hərflər, rə-
qəmlər və sözlərin birləşməsindən ibarət ola bilər.
Çoxdilli lüğət -
üç və daha çox bir-biri ilə müqayisə (tutuşdu-
rulan) edilən tərcümə lüğəti.
15
Çoxdillilik –
1. Bir neçə dili mükəmməl bilmək; 2. Konkret
ərazidə bir neçə dilin olması.
Çoxdilli situasiya –
bu, sistemə bir neçə tərcümə dilinin ma-
şın lüğəti yerləşdirildiyi halda baş verir, məsələn, «mütərcimin av-
tomatlaşdırılmış iş yeri», avtomatlaşdırılmış terminoloji lüğətlərdə
və xüsusi leksikada, maşın sahə lüğətlərində və s. bununla belə bu
sistemlərdən hər birində terminal nəticə yalnız kişi - ilkin və tər-
cümə dilinin qarşılığı ilə həyata keçirilir, daha doğrusu, sistemin
özü çoxdilli olmasına baxmayaraq, ikidillilik şəraitində gedir.
Çoxfunksionallıq -
müxtəlif nitq hissələrinin formaca bir-bi-
rinə uyğun gəlməsi, bununla belə bəzi hallarda bu hissələr mənaca
yaxın, bəzi hallarda isə bu sözlər mənaca tamamilə bir-birindən
fərqli olur.
Çoxpilləli tipik ayırma, seçmə -
çıxarış ayırma, seçmə əsas
bütövün ardıcıl olaraq kommunikativ - funksional əlamətə görə
həmcins yarımqruplara (yarımmövzulara) bölünməsini nəzərdə tutur
ki, onlar da öz növbəsində çıxarış (ayırma, seçmə) proqramının
təsnif sxeminə müvafiq olaraq bölmələrə və yarımbölmələrə bö-
lünür. Başqa sözlə, mövzualtılar (yarımmövzular) və onun bölün-
müş payları ümumi çıxarışın cəmi olmaqla, formal - funksional
sxemlə birləşmiş kiçik seçilmişlərin cəmini göstərir. Seçmə proq-
ramının belə təşkili əsas cəmin son dərəcə kiçildilmiş nüsxəsi olur.
Belə olduqda müşahidə vahidi kimi müəyyən həcmdə öyrənilən
dilaltı məzmunca məxsus olan yazılmış mətnin müəyyən hissəsi
kimi çıxış edir.
D
Daha böyük informasiya yükünə malik sözü seçmə
metodu –
məna təhlili metodlarından (ardıcıl tərcümənin yazıya
alınması sistemində istifadə olunur) biridir, bu zaman açar
informasiyası rolunu oynayan sözlər seçilir.
16
Daxili keçidlər markeri -
mətnin «on
the other hand, ho-
wever» tipli yeni bölgülərinin ənənəvi üsulla aparılması – «lakin
digər tərəfdən», «then all of a sudden» - «və birdən», «in contrast
with all this» - «bütün bunlardan fərqli olaraq» və s.
Daimi uyğunluq (müvafiqlik) –
1. (məsələn, terminlər,
coğrafi adlar, qabaqlayıcı yazılar, sitatlar, atalar sözü və s.). 2.
Daimi uyğunluq, həm də ekvivalent müvafiqlik deməkdir.
Danışıq dili –
bu, ədəbi dilin kodlaşmamış forması olan kitab
dilinə qarşı duran xüsusi üslubi həmcins funksional sistemdir.
Danışıq dili özünün xüsusi şəraiti olan, məsələn, deyimin
qabaqcadan düşünülməsi və dil materialının qabaqcadan seçilmə-
məsi, danışıq iştirakçılarının nitq ünsiyyətində bilavasitə nitq
aktında onlar arasında və deyimin özünün xarakterində rəsmiyyətin
olmaması ilə fərqlənir. Danışıq dilinə dil sisteminin bütün səviyyə-
lərinin – fonetikada (tələffüz), leksika, morfologiya və sintaksisdə
özünü göstərə biləcək xüsusiyyətlər xasdır.
Danışıq klişesi –
danışıq dilində istifadə edilən stereotip de-
yim. Danışıq klişesinin fərqləndirilməsi təlimdə kommunikativliyin
realizasiyasına kömək edir.
Dar sintaktik kontekst –
bu, konkret sözün, söz birləşməsi-
nin, yaxud cümlənin işlədildiyi sintaktik konstruksiyadır.
Daralma (daraldılma) –
tərcümə praktikasında konkret-
ləşməyə müvafiq olan semantik transformasiya.
Deyim mənası –
1. Məlumatın invariantı, yəni məlumatı ötü-
rən, yaxud alanın şüurunda bu məlumatın gerçəklik situasiyası ilə
uyğunlaşması. 2. Nitq əsərinin konkret situasiyada məzmunu olub
semantik və situativ məlumatın qarşılıqlı təsiri nəticəsi.
Dərinləşdirilmiş yenidən kodlaşdırma
– orijinalın dərinləş-
dirilmiş strukturunun (bunula belə, səthi strukturda kənarlaşmalar
ola bilər) tərcüməsi.
Diaxron tərcümə –
qeyri-müasir ədəbi mətnin (tarixən əvvəl
mövcud olmuş) müasir tərcüməsi.
Diqqətli auditoriya –
sayca daha böyük qapalı auditoriya.