21
dəyişikliyin aparılmasına yol vermir. Tərcümə zamanı cümlənin
quruluşu fikrin və mənanın bütöv şəkildə aydın və dəqiq verilməsi
məqsədini güdür ki, burada cümlənin hissələrə bölünməsindən,
onun hissələrinin yenidən qruplaşdırılmasından, hissələrinin
birləşməsindən cümləyə xələl gəlmir.
Elmi-texniki informasiya –
Üç əsas axına (hissəyə) bölünür:
1. Mübadilənin başlıca forması olan patent ədəbiyyatına, daha doğ-
rusu, elm və texnika sahəsində bütün yeni hər nə varsa patent kimi
və ondan törəmə forması kimi qeyd olunur; 2. Elmi-texniki
informsiya mübadiləsi üçün xüsusi nəzərdə tutulmuş dövri
mətbuata, məsələn, referatlar, annotasiyalar və adlar olan sahə bül-
letenlərinə; xüsusi xarakterli hesabat məqalələrinə, problematik və
diskussiyalı məsələləri əhatə edən sahə elmi-texniki jurnallarına;
sənaye məhsullarının kəşf olunması və mövzuların adı olan
biblioqrafik göstəricilərə və eləcə də bəzən bu sahə üzrə olan işlərin
tematik şərhini özündə əks etdirən annotasiyalara; 3. Müxtəlif elmi-
texniki mübadilə üçün xüsusi nəzərdə tutulmayan dövri və qeyri-
dövri nəşrlərdir ki, onlardan həmin məqalədə istifadə etmək olar,
məsələn: buna oxşar xüsusi kitablar və Jurnallar, reklam
materialları, sərəncamlar və s. xüsusi informasiya mənbələri.
Elmi tərcümə –
Xüsusi elmi mətnlərin tərcüməsi. Bax: elmi-
texniki tərcümə.
Elmi-texniki tərcümə –
1. Onun başlıca cəhəti mühüm termi-
nologiyaya söykənməklə, materialı obrazlı – emosional ifadə vasitə-
lərinin köməyi olmadan şərh etməkdir. Elmi və texniki materialların
terminologiya ilə zənginliyi tərcüməçidən nəinki dillərin qarşılıqlı
qoşadilliliyin təsiri nəticəsində terminologiyanı əla bilməsini, həm
də ondan düzgün istifadə etməni tələb edir. Burada iki qar-
şılaşdırılan dildən birində müvafiq realiya və terminoloji ekviva-
lentlərin yoxluğu zamanı tərcümə üsulları və metodlarından istifadə
edə bilmək olduqca əhəmiyyətlidir. Bax: texniki tərcümə. 2. Elmi
və texniki mövzular sahəsində ünsiyyət üçün xidmət edən xüsusi
tərcümə janrlarından biri. 3. Spesifik metodla həyata keçirilən, bədii
əsər tərcüməsindən fərqlənən, elmi-texniki xarakterli xüsusi
22
mətnlərin (sənədlərin) tərcüməsidir ki, burada dəqiqlik, müxtəsərlik,
aydınlıq və s. kimi tələblər mütləq qorunulmalıdır. Əksər hallarda
«elmi tərcümə» termini «elmi-texniki tərcümə» termini ilə öz
mənasına görə üst-üstə düşür. «Texniki mətnlərin tərcüməsi» söz
birləşməsi də təxminən eyni məna verir.
Elmi və ictimai-siyasi ədəbiyyat tərcüməsi –
belə mətnləri
dilin tələbləri ilə uzlaşan bütün cəhətləri nəzərə almaqla tərcümə et-
mək lazımdır. Üstəlik əgər müəllif qədim dövrə aiddirsə, bu təq-
dirdə ana dilindəki arxaik formalardan əvvəlki dövrlərin spesifik
dilini oxucuya hiss etdirmək üçün imkan vermək lazımdır.
Epiqraf
– bədii mətnin o komponentidir ki, oxucunu ilkin
mətnə istiqamətləndirir və assosiasiya şəbəkəsini proqramlaşdırır.
Bədii mətnin o işarəsidir ki, intrasemiotik uyğunluq yaratmağa
qadirdir. Epiqraf açıqlığı ilə səciyyələnən mətn parçası-kəsiyidir.
Epitetlər lüğəti –
isimlərin sifətlərlə uyğunluğunu özündə əks
etdirən lüğət.
Eşitmə ilə mənimsəmə və nitqin sinxronlaşma vərdişi –
Eyni vaxtda tərcümənin iki mühüm əməliyyatını - ilkin mətnin mə-
nimsənilməsi və tərcümənin tərtib edilməsini həyata keçirə bilmək
bacarığı.
Eşitmə ilə sinxron tərcümə –
adətən, sinxron tərcümə adla-
nır; sinxron tərcümənin başlıca növlərindən biri. Xüsusi sinxron
tərcümədə ilkin mətn tərcüməçi tərəfindən qəbul edilir və o, ilkin
mətni tərcümə edir.
Eyni referenti ardıcıl göstərən markerlər –
özündə şəxs
əvəzliklərini (he, she, they), deyktik əvəzlikləri (this, that) və
sinonimləri (dog, animal, pet, puppy) birləşdirir.
Ə
Ədəbi kommunikasiya –
ekspedient və persipientin ədəbi
mətnin köməyi ilə kommunikativ əlaqəsi.
23
Ədəbiyyatdaxili tərcümə –
bu, əsas etibarı ilə qədim ədə-
biyyat kontekstində gedən tərcümədir. Ədəbiyyatdaxili tərcümə ori-
jinal mətnin müxtəlif səviyyələrində baş verən əvəzlənməni nəzərdə
tutur və buna görə də dillərarası tərcümə kimi ədəbi tərcümənin
bütün atributlarına malikdir. Ədəbiyyatdaxili tərcümə mətnyaratma
əməliyyatı nöqteyi-nəzərdən bilərəkdən köçürülmüş mətn və tərcü-
məyə bölünür. Ədəbiyyatdaxili tərcümənin praqmatik motivləşməsi
bədii mətnlərin kommunikativ tələbatı, müasir ədəbiyyatın klassik
irsə münasibəti və əvvəlki ədəbi mərhələlərə münasibəti, qədim
mətnlərin ədəbi savadlılıq sferasına qoşulması və ədəbiyyatın
ictimai dövriyyəsi (dövr etməsi) və eləcə də ədəbi prosesdə ədəbi
strukturların yeniləşməsidir.
Əks tərcümə –
tərcümə olunmuş mətnin əvvəlki dilə ekspe-
rimental tərcüməsi.
Əks transformasiya –
transformasiya modelində səthi struk-
turların nüvə (aparıcı) cümlələrlə əvəz olunması.
Əksinə (tərsinə) lüğət –
materialın əlifba, lakin sözlərin əv-
vəlinə yox, onların sonuna görə, daha doğrusu, sağdan sola ardı-
cıllığını qorunub saxlayan lüğət.
Əksinə tezlik lüğəti –
1. Bu, sözlərin sonundan başlayaraq
sözlərin əlifba sırasında düzülüşünü əks etdirən lüğətdir. Əksinə
(tərsinə) lüğətlərdən adətən ədəbiyyatşünaslıqda və qədim mətnlərin
oxunulmasında istifadə olunur. 2. Bu elə tezlik lüğətidir ki, burada
sözlər əlifba sırasında elə düzülür ki, iki sözün müqayisəsi əvvəlki
hərflərdən yox, sondakı hərflərdən başlayır və beləliklə, sözün so-
nundan əvvəlinə davam edir və ilk iki sözdən hansında sonuncu hərf
əlifbanın əvvəlinə yaxındırsa, eyni sonuncu hərflərdə ikinci, üçüncü
və s. hərflər müqayisə olunur.
Əksinə (tərsinə) tərcümə –
Tərcümə mətninin orijinalın
dilinə tərcüməsi.
Dil modeli –
bu, linqvistik hadisələrin cəmi, daha doğrusu,
elə mexanizmdir ki, o leksik vahidlər və qaydaların düzgün, zəncir-
vari qrammatik qaydalara uyğun olaraq mətn yaratmasına imkan ve-
rir. Bu mənada nəinki dilaltı modeli yazılı şəkildə realizə olunan
24
mətnləri, həm də potensial mövcud olan, daha doğrusu, yazıla bilə-
cək mətnləri də əhatə edir.
Dilin statistik modeli –
dilaltı alınmış funksional – kom-
munikativ modelin təşkil olunmuş strukturunda duran modeldir ki,
onun köməyi ilə tezlik lüğətləri seriyasının yaradılmasında nəticə
olan ehtimal-statistik korpusun səmərəli yolla aparılmasını göstərir.
Əl nitqi –
kinetik nitq.
Əl tərcüməsi –
bax. Ənənəvi tərcümə.
Əlaqəli informasiya –
sistemin təşkililiyinin sıralanmasını
xarakterizə tam obyektiv olaraq mövcuddur. Onun təhlili və hiss
olunub görülməsi üçün adi təbii-elmi aspektdən istifadə olunur.
Əlaqəli informasiya üçün nümunə kimi hüceyrələrin genetik apa-
ratının informasiyası, konstruktorunun texnikada mexanizmdə, tex-
niki quluşun ilkin informasiyası və s. üçün xidmət edə bilər. Təsa-
düfilik elementi yalnız onun yaranması zamını baş verir, lakin bu
kəmiyyət dəyərində özünü əks etdirir. Əlaqəli informasiyanı vermək
üçün statistik aparatdan istifadə tələb olunur. Əlaqəli informasiya
bir sıra hallarda kəmiyyət nöqteyi-nəzərdən daha dəqiq müasir ri-
yazi metodlar ilə tam şəkildə müəyyən oluna bilər. 2. Tərcümə
mətninin ilkin dilə tədrisi məqsədilə salınması.
Əlamət –
1. Hər hansı bir şeyin əlamətini müəyyən etmək
üçün işarə, göstərici. 2. Predmetin, prosesin və digər əlamətlərin
keyfiyyətini, kəmiyyətini və dərəcəsini bildirən semantik kateqoriy-
a.
Əlavələrin əsas məqsədi –
sənəd tam şəkildə oxunmazsa,
onun düzgün başa düşülməsi də çətinlik yarada biləcəyini diqqət
mərkəzinə çəkmək lazımdır. Bax: referatın həcmi.
Əməliyyat –
hərəkətin, yaxud onun komponentinin konkret
fəaliyyət şəraitinə uyğun üsulla yerinə yetirilməsi.
Ərazi dialekti –
bu, konkret ərazinin dialekti deməkdir.
Ərazi lüğəti –
bu, elə dialekt lüğəti deməkdir.
Əsas (kök) –
sözün formayaradıcı şəkilçisini götürərkən və
bu sözün leksik mənası ilə bağlanan söz formasının hissəsi.