Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   2   3   4   5   6   7   8   9   ...   41

 

21 


dəyişikliyin aparılmasına yol vermir. Tərcümə zamanı cümlənin 

quruluşu fikrin və mənanın bütöv şəkildə aydın və dəqiq verilməsi 

məqsədini güdür ki, burada cümlənin hissələrə bölünməsindən, 

onun hissələrinin yenidən qruplaşdırılmasından, hissələrinin 

birləşməsindən cümləyə xələl gəlmir. 

Elmi-texniki informasiya – 

Üç əsas axına (hissəyə) bölünür: 

1. Mübadilənin başlıca forması olan patent ədəbiyyatına, daha doğ-

rusu, elm və texnika sahəsində bütün yeni hər nə varsa patent kimi 

və ondan törəmə forması kimi qeyd olunur; 2. Elmi-texniki 

informsiya mübadiləsi üçün xüsusi nəzərdə tutulmuş dövri 

mətbuata, məsələn, referatlar, annotasiyalar və adlar olan sahə bül-

letenlərinə; xüsusi xarakterli hesabat məqalələrinə, problematik və 

diskussiyalı  məsələləri  əhatə edən sahə elmi-texniki jurnallarına; 

sənaye məhsullarının kəşf olunması  və mövzuların adı olan 

biblioqrafik göstəricilərə və eləcə də bəzən bu sahə üzrə olan işlərin 

tematik şərhini özündə əks etdirən annotasiyalara; 3. Müxtəlif elmi-

texniki mübadilə üçün xüsusi nəzərdə tutulmayan dövri və qeyri-

dövri nəşrlərdir ki, onlardan həmin məqalədə istifadə etmək olar, 

məsələn: buna oxşar xüsusi kitablar və Jurnallar, reklam 

materialları, sərəncamlar və s. xüsusi informasiya mənbələri. 



Elmi tərcümə – 

Xüsusi elmi mətnlərin tərcüməsi. Bax: elmi-

texniki tərcümə. 

Elmi-texniki tərcümə – 

1. Onun başlıca cəhəti mühüm termi-

nologiyaya söykənməklə, materialı obrazlı – emosional ifadə vasitə-

lərinin köməyi olmadan şərh etməkdir. Elmi və texniki materialların 

terminologiya ilə  zənginliyi tərcüməçidən nəinki dillərin qarşılıqlı 

qoşadilliliyin təsiri nəticəsində terminologiyanı  əla bilməsini, həm 

də ondan düzgün istifadə etməni tələb edir. Burada iki qar-

şılaşdırılan dildən birində müvafiq realiya və terminoloji ekviva-

lentlərin yoxluğu zamanı tərcümə üsulları və metodlarından istifadə 

edə bilmək olduqca əhəmiyyətlidir. Bax: texniki tərcümə. 2. Elmi 

və texniki mövzular sahəsində ünsiyyət üçün xidmət edən xüsusi 

tərcümə janrlarından biri. 3. Spesifik metodla həyata keçirilən, bədii 

əsər tərcüməsindən fərqlənən, elmi-texniki xarakterli xüsusi 

 

22



mətnlərin (sənədlərin) tərcüməsidir ki, burada dəqiqlik, müxtəsərlik, 

aydınlıq və s. kimi tələblər mütləq qorunulmalıdır.  Əksər hallarda 

«elmi tərcümə» termini «elmi-texniki tərcümə» termini ilə öz 

mənasına görə üst-üstə düşür. «Texniki mətnlərin tərcüməsi» söz 

birləşməsi də təxminən eyni məna verir. 

Elmi və ictimai-siyasi ədəbiyyat tərcüməsi – 

belə  mətnləri 

dilin tələbləri ilə uzlaşan bütün cəhətləri nəzərə almaqla tərcümə et-

mək lazımdır. Üstəlik  əgər müəllif qədim dövrə aiddirsə, bu təq-

dirdə ana dilindəki arxaik formalardan əvvəlki dövrlərin spesifik 

dilini oxucuya hiss etdirmək üçün imkan vermək lazımdır. 



Epiqraf 

– bədii mətnin o komponentidir ki, oxucunu ilkin  

mətnə istiqamətləndirir və assosiasiya şəbəkəsini proqramlaşdırır. 

Bədii mətnin o işarəsidir ki, intrasemiotik uyğunluq yaratmağa 

qadirdir. Epiqraf açıqlığı ilə səciyyələnən mətn parçası-kəsiyidir.  

Epitetlər lüğəti – 

isimlərin sifətlərlə uyğunluğunu özündə əks 

etdirən lüğət. 

Eşitmə ilə  mənimsəmə  və nitqin sinxronlaşma vərdişi – 

Eyni vaxtda tərcümənin iki mühüm əməliyyatını - ilkin mətnin mə-

nimsənilməsi və tərcümənin tərtib edilməsini həyata keçirə bilmək 

bacarığı. 



Eşitmə ilə sinxron tərcümə – 

adətən, sinxron tərcümə adla-

nır; sinxron tərcümənin başlıca növlərindən biri. Xüsusi sinxron 

tərcümədə ilkin mətn tərcüməçi tərəfindən qəbul edilir və o, ilkin 

mətni tərcümə edir. 

Eyni referenti ardıcıl göstərən markerlər – 

özündə  şəxs 

əvəzliklərini (he, she, they), deyktik əvəzlikləri (this, that) və 

sinonimləri (dog, animal, pet, puppy) birləşdirir. 

 

 

Ə 



 

Ədəbi kommunikasiya – 

ekspedient və persipientin ədəbi 

mətnin köməyi ilə kommunikativ əlaqəsi. 



 

23 


Ədəbiyyatdaxili tərcümə – 

bu,  əsas etibarı ilə  qədim  ədə-

biyyat kontekstində gedən tərcümədir. Ədəbiyyatdaxili tərcümə ori-

jinal mətnin müxtəlif səviyyələrində baş verən əvəzlənməni nəzərdə 

tutur və buna görə  də dillərarası  tərcümə kimi ədəbi tərcümənin 

bütün atributlarına malikdir. Ədəbiyyatdaxili tərcümə mətnyaratma 

əməliyyatı nöqteyi-nəzərdən bilərəkdən köçürülmüş mətn və tərcü-

məyə bölünür. Ədəbiyyatdaxili tərcümənin praqmatik motivləşməsi 

bədii mətnlərin kommunikativ tələbatı, müasir ədəbiyyatın klassik 

irsə münasibəti və  əvvəlki  ədəbi mərhələlərə münasibəti, qədim 

mətnlərin  ədəbi savadlılıq sferasına qoşulması  və  ədəbiyyatın 

ictimai dövriyyəsi (dövr etməsi) və eləcə  də  ədəbi prosesdə  ədəbi 

strukturların yeniləşməsidir. 

Əks tərcümə – 

tərcümə olunmuş  mətnin əvvəlki dilə ekspe-

rimental tərcüməsi. 

Əks transformasiya – 

transformasiya modelində səthi struk-

turların nüvə (aparıcı) cümlələrlə əvəz olunması.  

Əksinə (tərsinə) lüğət – 

materialın əlifba, lakin sözlərin əv-

vəlinə yox, onların sonuna görə, daha doğrusu, sağdan sola ardı-

cıllığını qorunub saxlayan lüğət. 



Əksinə tezlik lüğəti – 

1. Bu, sözlərin sonundan başlayaraq 

sözlərin  əlifba sırasında düzülüşünü  əks etdirən lüğətdir.  Əksinə 

(tərsinə) lüğətlərdən adətən ədəbiyyatşünaslıqda və qədim mətnlərin 

oxunulmasında istifadə olunur. 2. Bu elə tezlik lüğətidir ki, burada 

sözlər əlifba sırasında elə düzülür ki, iki sözün müqayisəsi əvvəlki 

hərflərdən yox, sondakı  hərflərdən başlayır və beləliklə, sözün so-

nundan əvvəlinə davam edir və ilk iki sözdən hansında sonuncu hərf 

əlifbanın əvvəlinə yaxındırsa, eyni sonuncu hərflərdə ikinci, üçüncü 

və s. hərflər müqayisə olunur. 



Əksinə (tərsinə) tərcümə  –

Tərcümə  mətninin orijinalın 

dilinə tərcüməsi. 

Dil modeli – 

bu,  linqvistik hadisələrin cəmi, daha doğrusu, 

elə mexanizmdir ki, o leksik vahidlər və qaydaların düzgün, zəncir-

vari qrammatik qaydalara uyğun olaraq mətn yaratmasına imkan ve-

rir. Bu mənada nəinki dilaltı modeli yazılı  şəkildə realizə olunan 

 

24



mətnləri, həm də potensial mövcud olan, daha doğrusu, yazıla bilə-

cək mətnləri də əhatə edir. 



Dilin statistik modeli – 

dilaltı alınmış funksional – kom-

munikativ modelin təşkil olunmuş strukturunda duran modeldir ki, 

onun köməyi ilə tezlik lüğətləri seriyasının yaradılmasında nəticə 

olan ehtimal-statistik korpusun səmərəli yolla aparılmasını göstərir. 

Əl nitqi – 

kinetik nitq. 



Əl tərcüməsi – 

bax. Ənənəvi tərcümə. 



Əlaqəli informasiya – 

sistemin təşkililiyinin sıralanmasını 

xarakterizə tam obyektiv olaraq mövcuddur. Onun təhlili və hiss 

olunub görülməsi üçün adi təbii-elmi aspektdən istifadə olunur. 

Əlaqəli informasiya üçün nümunə kimi hüceyrələrin genetik apa-

ratının informasiyası, konstruktorunun texnikada mexanizmdə, tex-

niki quluşun ilkin informasiyası və s. üçün xidmət edə bilər. Təsa-

düfilik elementi yalnız onun yaranması zamını baş verir, lakin bu 

kəmiyyət dəyərində özünü əks etdirir. Əlaqəli informasiyanı vermək 

üçün statistik aparatdan istifadə  tələb olunur. Əlaqəli informasiya 

bir sıra hallarda kəmiyyət nöqteyi-nəzərdən daha dəqiq müasir ri-

yazi metodlar ilə tam şəkildə müəyyən oluna bilər. 2. Tərcümə 

mətninin ilkin dilə tədrisi məqsədilə salınması. 

Əlamət – 

1. Hər hansı bir şeyin  əlamətini müəyyən etmək 

üçün işarə, göstərici. 2. Predmetin, prosesin və digər  əlamətlərin 

keyfiyyətini, kəmiyyətini və dərəcəsini bildirən semantik kateqoriy-

a. 

Əlavələrin  əsas məqsədi – 

sənəd tam şəkildə oxunmazsa, 

onun düzgün başa düşülməsi də  çətinlik yarada biləcəyini diqqət 

mərkəzinə çəkmək lazımdır. Bax: referatın həcmi. 



Əməliyyat – 

hərəkətin, yaxud onun komponentinin konkret 

fəaliyyət şəraitinə uyğun üsulla yerinə yetirilməsi. 

Ərazi dialekti – 

bu, konkret ərazinin dialekti deməkdir. 



Ərazi lüğəti – 

bu, elə dialekt lüğəti deməkdir. 



Əsas (kök) – 

sözün formayaradıcı  şəkilçisini götürərkən və 

bu sözün leksik mənası ilə bağlanan söz formasının hissəsi. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə