Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   2   3   4   5   6   7   8   9   ...   41

 

vür, məlumat. 3. Hər hansı nəyinsə dərki üsulu və səviyyəsi. 4. Öz 



spesifik  əlamətlərinə, tamlığına görə obyekt siniflərinin ümu-

miləşdirilməsinin tərtibatı. Obyektin mühüm əlamətlərinə görə 

düşünülmüş ümumiləşdirmə elmi anlayışın obyektinə çevrilir. Dil 

işarəsinin köməyi ilə dil mənası ilə anlayışın işarələnməsi. 



Annotasiyanın strukturu – 

aşağıdakı  bəndlərdən ibarətdir: 

1) predmet rubrikası; 2) mövzu; 3) mənbənin  əsas verilmişləri; 4) 

materialın sıxlaşmış xarakteristikası; 5) ilkin mənbənin tənqidi də-

yəri. 

Anoforik  əvəzliklər 

– mətndə semantik münasibətlərin 

valentliyi kimi də şərh oluna bilər. Əvəzlik mətndə təkrarı qabardan 

və fərqləndirən elementlərdən biridir. 



Antonimlər lüğəti 

– əks sözlərin antonimik sırasını izahla və 

onların işlənmə nümunələrini göstərən lüğət. 

Ara alqoritmik dil – 

universal xarakter daşıyan və hər hansı 

məsələnin təsvirində iştirak edən ikinci nəsil alqoritmik dil; o alqo-

ritmlərin yazısını asanlaşdırır, həll metodlarının standartlaşmasına 

kömək edir, proqramın tərtib olunub EHM özünə verilməsi üzrə işin 

bir hissəsinə imkan verməklə, proqramlaşma proseslərində avtomat-

laşmanı stimullaşdırır. 

Ara dil – 

1. İkipilləli sinxron tərcümə zamanı bütün tərcümə-

çilərin həyata keçirdiyi tərcümə və onlara məlum olan dildir ki, adə-

tən, pilot-kabinədən digər işçi dillərə  və  əksinə aparılır. 2. Bu, elə 

ara (ünsiyyət vasitəsi olan) dil deməkdir. 

Aradan qaldıran  əlaqə – 

protomətnə kontroverz münasibət 

özünü onda göstərir ki, mətnin seqmentləri atılır, yaxud bütöv kimi 

aradan götürülür. Mətnin mətnə qarşı aradan götürmə münasibəti 

eyni zamanda interpretasiya faktoruna (amilinə) çevrilir və, deməli, 

semiotik izah nümunəsi kimi xidmət edə bilir. 



Aralıq (ortadakı) adresat – 

informasiyanı verən və  qəbul 

edən şəxs, daha doğrusu, tərcüməçi, yaxud adresat-əvəzedici. 

Ardıcıl tərcümə – 

1. Dinlənildikdən və bütün məlumat sona 

çatdıqdan sonra onun bir dildən digər dilə şifahi tərcümə olunması, 

həmsöhbətin, natiqin, radioməlumatın və s. tam deyilməsi; səsli 

 

10

nitqin qavrayışını və çıxış məlumatının şifahi şəkildə formalaşdırıl-



masını nəzərdə tutur. 2. Dinlənildikdən sonra mətnin şifahi tərcümə-

si. Aşağıdakı ardıcıl tərcümə növləri fərqləndirilir: yazılı və abzas-

cümlə tərcüməsi və eləcə də birtərəfli tərcümə və ikitərəfli tərcümə. 

Əksər hallarda ardıcıl tərcüməni eşitmə ilə peşəkar tərcümə 

fəaliyyətinin növü kimi şifahi tərcümə adlandırırlar. 3. İlkin mətn 

səsləndiriləndən sonra aparılan  şifahi tərcümə növü. 4. Eşitməyə 

görə aparılan şifahi tərcümə. O, beləliklə, səs nitqinin qavrayışına, 

çıxan, göndərilən məlumatın  şifahi nitqdə formalaşdırılmasını 

nəzərdə tutur. Ardııl tərcümənin  əsas xüsusiyyəti ilkin və 

göndərilən məlumatın zaman kəsiyində qırıq-qırıq verilməsidir. Bu, 

zaman baxımından kəsik-kəsik zaman kəmiyyəti ilə ilkin məlumatın 

danışana verməsi ilə bağlı zəruri olan uzunluqdur ki, onun uzunluğu 

daha çox ola bilər. Bu amil tərcüməçinin işini xeyli çətinləşdirir. 

Çünki o, yaddaşında informasiyanın həcmini bu zaman kəsiyində 

saxlamalıdır ki, əksər hallarda o yaddaşın operativ imkanlarını də-

fələrlə ötür, üstələyir. Bu vəzifəni yerinə yetirmək üçün tərcümə-

çinin yaddaşını həddən artıq yükləməmək məqsədi ilə (qismən) xü-

susi yazma sistemindən istifadə olunur. 5. Dinlənildikdən sonra 

mətndə pauzalarda müəllif mətninin müəyyən hissəsinin yerinə 

yetirilməsi. 6. Dinlənildikdən sonra mətnin digər dilin vasitələri ilə 

verilməsi. 

Ardıcıl tərcümədə yazı sistemi – 

bax: ardıcıl tərcümədə yazı. 



Ardıcıllıq – 

bir-birinin ardınca gələn iki, yaxud bir neçə nitq 

seqmenti, yaxud nitq vahidi. 

Arximətn – 

əsil, ilkin mətn haqqında mücərrəd təsəvvür, 

mətnlərarası əlaqələrdəki ilkin (janrın ilk nümunəsi). 

Arxisema və onun tərcüməsi 

– ilkin mənanın poetik mətnin 

variant vahidləri ilə gercəkləşən planları (Y.M.Lotman); semiofik 

vahidi. Tərcümədə arxisema mətnin invariant hissələri ilə  əla-

qələnir, deməli, o, belə demək mümkünsə, mətnin dərinlik struk-

turunu yenidən yaradır (işarələr səviyyəsində olan tərcümə). 



Atalar sözü – 

1. Obrazlı xarakterli və nəsihətli məna bildirən 

tamamlanmış deyim. Mətnə daxil edilib tərcümə üçün nəzərdə tutul-



 

11 


muş atalar sözü tərcümə vahidi kimi qiymətləndirilir, çünki o da 

mətndəki digər vahidlər kimi tərcümə həlli tələb edir. 2. Atalar sözü 

obrazlı, tamamlanmış deyim olmaqla və  nəsihətamiz məna da-

şımaqla, spesifik ritmik-fonetik tərtibata malikdir. 



Ayrıca söz 

– kontekst xaricində konkret, müəyyən mənası ol-

mayan və buna görə də tərcüməyə yatmayan nitq-dil vahidi. 

 



 

Baş məcmu strukturu – 

o nomenklatur model (tədqiqat) kor-

pusunun yaxşı aparılmış inventarizasiyanın, sistemləşdirmənin və 

təsnifatının ortaya çıxarılmasıdır ki, onun nəticəsində struktur – təş-

kili sxem-modelin qurulması gedir. Bax: baş məcmu. 

Başqa istiqamətə keçirilmə vərdişi – 

1. Mətn vahidinin yeni 

koda (dilə) keçirilməsi üçün avtomatlaşdırılmış  əməliyyat axtarışı 

və onun gerçəkləşdirilməsini həyata keçirmə bacarığı. Adətən başqa 

istiqamətə keçirilmə  vərdişi  əməliyyatı formal-işarə  səviyyəsində 

nəzərdə tutulur. 2. İşarə  əlaqələrini avtomatdırılmış  şəkildə qurma 

bacarığı: bir dildəki leksik vahidlərə (söz birləşməsi, danışıq  şab-

lonlarına) digər dildə müvafiq ekvivalentlərin tapılması. Başqa 

istifqamətə keçirilmə  vərdişi subordtinativ bilinqvizmin əsasında 

dayanır. 



Başlıqaltı – 

bax: başlıq. 



Beynəlxalq dil – 

1. Süni köməkçi dildir ki, beynəlxalq ünsiy-

yət vasitəsi kimi təklif olunur; 2. Dünyanın xeyli ölkələrinin xalqları 

üçün beynəlxalq ünsiyyət vasitəsi kimi istifadə edilən təbii dil; 3. 

Geniş miqyasda siyasi-ərazi birlikləri nümayəndələri arasında 

ünsiyyət üçün vasitə kimi təklif olunmuş sosial-dil qurumu. 



Bədii ədəbiyyat tərcüməsi – 

bax: bədii tərcümə. 



Bədii ədəbiyyatın tərcüməsi 

– burada tərcümə obrazlı-emo-

sional məqamların verilməsində maksimal dərəcədə adekvat olmalı-

dır. Məhz belə  tərcümədə müəllifin  əhval-ruhiyyəsi və hisslərinin, 

onun spesifik üslubunun verilməsi xüsusən zəruridir. 

 

12



Bərabər uzunluqlu avtomatlaşmış maşın lüğəti – 

bu, lüğət 

(leksik) vahidləri, lüğət vahidlərinin uzunluğu üzrə sahmanlanmış, 

daha doğrusu, hər bir leksik vahiddə sözformalarının sayı  nəzərdə 

tutulmuş lüğətdir. 

Bilavasitə tərcümə – 

orijinalla birbaşa tərcümə manipulyasi-

yası əsasında realizə olunan tərcümə. 

Bilavasitə  təşkil edənlər 

– bu, iki elementdir ki, onlardan 

bilavasitə daha yüksək səviyyəli (daha böyük xətti uzunluğa malik) 

vahid əmələ gəlmişdir. 



Bildirən – 

fərqləndirilən obyektə görə leksik vahid, söz.  



Bilinqvizm mexanizmi – 

formalaşmış vərdişə görə bir dildən 

digərinə keçmə bacarığıdır ki, onun həyata keçirilməsi həm ilkin

həm də tərcümə dilində nitqi eşidib qəbul etmə vərdişindən, ehtimal 

proqnozlaşdırmadan və özününəzarətdən asılıdır. 

Birbaşa transformasiya – 

transformasion modeldə nüvə 

cümlələrinin səthi strukturlara dəyişməsi işarəsi ilə göstərilir. Sözün 

birbaşa mənası – bu elə sözün əşyavi-məntiqi mənası deməkdir. 



Birbaşa tərcümə – 

orijinaldan birbaşa aparılan tərcümə. 



Birbaşa sinxron tərcümə – 

xarici (ana) dilində  çıxış edən 

birbaşa sinxron tərcümədə natiqin nitqidir ki, bilavasitə bütün tər-

cümə kabinələrinə verilir və o andaca müvafiq işçi dillərə tərcümə 

olunur. 

Birbaşa məna – 

məcazi mənadan fərqli olaraq sözün xüsusi 

mənada olan mahiyyəti deməkdir. 

Birdilli xüsusi lüğət – 

bu, elə xüsusi ensiklopedik lüğətdir ki, 

onun məqalələrində müxtəlif sözlərin quruluşu təsvir olunur, xüsusi 

terminlər izah edilir, müxtəlif istehsalat proseslərində  işlənən 

üsulları, avadanlıq və s. Haqqında illüstrasiyalı çertyojlar, sxemlər, 

şəkillər şəklində məlumatlar verilir. 



Birdilli lüğət 

– 1. Sözlərin sırasını müəyyən ardıcıllıqla (adə-

tən,  əlifba sırasına görə), eyni dildə sözlərin, anlayışların, yaxud 

predmetlərin izahını, təriflərin, təsvirlərin, nümunələrin, eləcə  də 

sinonimlərin və yaxud antonimlərin köməyi ilə verən kitab. 2. 

Bütün informasiyanı eyni dildəki vasitələrlə verən lüğət. 3. Sözlərin 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə