Microsoft Word Toplu esas Toplu 8 doc


parts according to the peculiarities of understanding, information about them



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.06.2022
ölçüsü1,61 Mb.
#89051
1   2   3   4   5   6   7   8

parts according to the peculiarities of understanding, information about them 
is given. 
It is stated that common words are the words that are understood in 
the same manner by everyone in our language. 
Used by Certain groups of people, certain social groups that are 
separated because of territory, specialty, socio-political and scientific-
cultural aspects and not understood by everyone in the same way words are
non-common words. Includes them: vocational and art lexicon, terms, 
obsolete words, new words and dialects. Certain information is given by 
providing concrete examples of the language facts mentioned above. 
Rəyçi: Şəlalə Abdullayeva
Filologiya üzrə fəlsəfə doktoru 


Filologiya məsələləri, № 8 2018 
186
FİRƏNGİZ PƏNAHOVA,
NİGAR HƏSƏNOVA
AzTU 
nigar@mail.ru 
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ CÜMLƏNİN İNKAR 
FORMASININ DÜZƏLDİLMƏSİNİN METOD VƏ ÜSULLARI 
Açar sözlər: 
inkar, inkarlıq kateqoriyası, inkarlıq vasitələri, ikiqat inkarlıq, 
polineqativlik. 
Key words: 
negation, negation category, means of negation, double nega-
tion, poly-negation. 
Ключевые слова:
отрицание, категория отрицания, отрицания, двой-
ное отрицание. 
İnkarlığın linqvistik təbiəti geniş tədqiq edilmiş məsələlərdən 
biridir.İnkarlıq həm ümumi aspektlərdən, həm də konkret dilin materialları 
üzrə, həm də müxtəlif dillərin materialları əsasında müqayisəli şəkildə 
araşdırılsa da, onun tipoloji aspektdən qiymətləndirilməsi, belə vasitələrin 
dilin yarusları üzrə bölgüsünə az diqqət yetirilmişdir. 
Qohum və qohum olmayan dillərin, müxtəlif sistemli dillərin 
materialları əsasında inkarlığın öyrənilməsi bu sahədə ümumi faktaloji 
materialı artırmış, problemin daha geniş müstəvidə araşdırılması üçün zəmin 
yaratmışdır. Şübhəsiz ki, müxtəlif sistemli dillərdə, o cümlədən ingilis və 
Azərbaycan dillərində inkarlıq vasitələrinin müqayisəli-tipoloji tədqiqi 
böyük maraq doğurur.”Sırf qrammatik və struktur-tipoloji tədqiqatla 
məhdudlaşan araşdırmalarda təsdiq və inkar kateqoriyalarının məzmun və 
ifadə planlarının qarşılıqlı münasibətinin, eləcə də qarşılıqlı əlaqəsinin incə 
məqamları, onun semantic-üslubi və kommunikativ-praqmatik aspektləri 
açılmır” Ona görə də müxtəlif sistemli dillərdə qeyd edilən kateqoriyanın 
müqayisəli şəkildə araşdırılmasına ehtiyac artmışdır. 
Dil forması kimi qəbul edilən inkar təstiqlə birlikdə fikrin iki formasının-
anlayış və mühakimənin mahiyyətidir. İnkara bütün dillər üçün universali kimi 
baxmaq olar. “Qrammatik kateqoriya dedikdə, həmcins əşya və hadisələrin 
müəyyən qruplar üzrə toplanması haqqında anlayış nəzərdə tutulur. … 
Qrammatik mənalar və onların dildə ifadə vasitələrinin vəhdəti qrammatik 
kateqoriya adlanır”. İnkarlıq da belə kateqoriyalardan biridir. Təstiq/inkar 
kateqiyasının semantic potensialının təhlili zamanı “təstiq/inkar”,”pozitiv/-
neqativ” terminlərinin başa düşülməsində meydana çıxan bəzi anlaşılmazlıqları 
aradan qaldırmaq lazım gəlir. 


Filologiya məsələləri, № 8 2018 
187
M.Hüseynzadə göstərir ki,”sözün öz əsas mənasından başqa, onun 
nitqdə cümlə daxilində bir və ya bir neçə qrammatik mənası olur. Sözün 
qrammatik mənası leksik mənasından çox olur. …qrammatik məna nitqdə 
sözün anlaşılmasını dəqiqləşdirir. ...sözlərin bir-biri ilə əlaqəsini göstərir, 
...danışan şəxsin haqqında danışdığı əşya və ya hadisəyə münasibətini 
bildirir.İngilis dilində önşəkilçilər (prefikslər) inkarlığın morfoloji ifadə 
vasitələridir. Bu dildə inkar affikslərinin böyük əksəriyyəti önşəkilçilərdir. 
Söz kökünün əvvəlinə qoşulan, sözdüzəltmə səciyyəsinə malik şəkilçi 
morfemlərin elə növləri vardır ki, onlar yeni yaranan sözdə inkarlıq, yoxluq 
kimi mənalar yaradır. Bu üsulla sözdüzəltmə həm adlar, həm də fellər üçün 
xarakterikdir. Məs, common-uncommon; grateful-ungrateful; satisfactory- 
unsatisfactory; trained-untrained; ability-disablity; approvel-disapprovel; 
trust-disturst; responsible-irresponsible və s. 
Affikslərin əsas nitq hissələri ilə müxtəlif birləşmə formaları vardır. 
Müxtəliflik yalnız fərqli dillər üçün deyil, eyni bir dil üçün özünü göstərir. 
Bəzi Hind-Avropa dillərində affikslər(prefix və az halda suffikslər) əsasən 
adlara, nadir hallarda fellərə birləşir, digərində isə belə məhdudiyyət yoxdur. 
İngilis dilində un-, in-, mis-, anti-, counter- önşəkilçilər inkar mənası yarat-
maq üçün istifadə olunur.Un- önşəkilçisi Hind-Avropa dillərinin çoxunda 
müxtəlif formalarda işlənir. Bu, məhsuldar önşəkilçi olub müxtəlif nitq 
hissələrindən yeni sözlər əmələ gətirir. İnkar vasitəsi daha çox sifət və zərf-
lərdə artırılır.The only thing that makes me unhappy is that I’m making you 
unhappy –Məni sevindirməyən yeganə şey, mənim səni sevindirmə-
məyimdir.She had met innumerable people of all kinds and I think she 
summed them up shreüdly enough according to the standards of the small 
Virginian town where she was born and bred. He’d have invented the most 
extravagant and incredible sins to confess to. Must you talk in that awful dry 
inhuman way?. Ne was indefstigable. 
Mis- ümumgerman mənşəli önşəkilçidir. Bu prefiks çox zaman 
fellərdən törəmə əsaslar yaradır. Əmələ gələn yeni sözlərdən bəziləri 
yanlışlıq, səhv, bəziləri isə inkarlıq ifadə edir. Məsələn, miscalculate- 
hesablamada səhv etmək; mistrust-inanmamaq. I have never begun a novel 
with more misgiving/ The barometer is useless^ it is as misleading as the 
newspaper forec.Dildə inkarlıq leksik-qrammatik kateqoriyadır. İnkarlıq 
leksik, qrammatik, o cümlədən də sintaktik yolla ifadəsini tapır. Dil 
universalisi kimi inkar dilin müxtəlif səviyyələrində leksik, qrammatik və 
fonetik səviyyələrdə qeydə alınır. İnkarlığın leksik və qrammatik ifadə 
vasitələri arasında kəskin fərq yoxdur.İngilis dilində inkarı ifadə edən bir çox 
leksik vasitələr vardır. Bu vasitələr inkar mənalı fellərdir.To deny (etməmək, 
həll etməmək, qərara gəlməmək); He denied breaking into the shop 
(Murthy). To doubt (şübhə etmək): I doubt whether he was really ablo to do 


Filologiya məsələləri, № 8 2018 
188
that (Christie).To fail (bacarmamaq, öhdəsindən gəlməmək) I waved to 
Katherine, but failed to attract her attention (Christie).Bəzi isimlər də inkar 
mənasını ifadə edir. Məsələn, failure (iflas): Bobby had a sort of failure 
(Chrisdtie). Lack (çatışmazlıq): He used to have a lack of Money (Wells).Bir 
sıra zərflər ingilis dilində inkar mənasında işlənir. Məsələn, hardly –we 
could hardly understand him (Christie); scarcely-She scarcely seems to care, 
does she? (Murthy).Azərbaycan dilində də inkarı ifadə edən əsas leksik 
vasitələrdən biri “yox” sözüdür. Bu sözün hansı nitq hissəsinə aid edilməsi,, 
onun dəqiq semantikasının təyini çətindir. “Yox” sözü inkar hissəciyi 
funksiyasında çıxış edir. Cümlədə müxtlif mövqelərdə duraraq bu söz inkarı 
bildirir. Bu zaman ya əvvəlki fikirlə razılaşmamaq, əvvəlki mülahizəni rədd 
etmək, nədənsə imtina etmək və s. Baş verir. “Yox” sözünün ədatlarla birgə 
işlədilməsi zamanı inkar güclənir. İnkarın implisit ifadəsi məqsədilə Azərbaycan 
dilində “olmaz” forması da geniş istifadə olunur. Danişiq dilinin sintaksisi üçün 
təstiq cümlələrinin inkar cümləsi funksiyasında işlədilməsi də baş verir.İngilis 
dilində İnkar inkar zərfləri, əvəzlikləri və ya inkar bağlayıcıları ilə düzəlir. “Not, 
no, nothing, nobody, no one, none, neither, neither...nor, never, nowhere@ 
ingilis dilində istifadə olunan belə inkar vasitələrindəndir.No inkar vasitəsi 
isimlərlə işləndikdə “not a/not any” mənalarını ifadə edir. Bu zaman “no” və 
“not”eyni məqamlarda işlənə bilir. Fellerlə işlənmə zamanı “not” inkar 
vasitəsinə üstünlük verilir. 
He has no monet./ He doesn’t have any money.She has no friends./ She 
doesn’t have any friends.I found no information about it./ I didn’t find any 
information about it.“No” hissəciyi ilə düzəlmiş sözlərdən də inkar vasitəsi 
kimi geniş istifadə edilir. Məsələn,He said nothing./ He didn’t say 
anything.She saw no one./ She didn’t see anyone/We went nowhere last 
week./ We didn’t go anywhere last week.İngilis dilində “not” çox zaman 
köməkçi feldən sonra gəlir. Zaman formasında iki fel olduqda “not” birinci 
feldən sonra işlənir. 
İnkar vasitələrinin istifadə olunması dillərdə polineqativlik və 
mononeqativlik xüsusiyyətləri əmələ gətirir. Polineqativ sistemlərdə inkar 
predikativliyi inkar xəbəri mövqeyindən yaradılır. Xəbər imkarını, yeganə 
sintaktik mənalı inkarı başqa üzvlərin inkarı da doğrula bilər. Mononeqativ 
sistemdə inkar predikativliyi həmin predikativ xətt daxilində bir inkar üzvü 
əsasında formalaşa bilir. Ona görə də mononeqativ sistemlərdə ümumi 
inkarlı cümlənin yaradılması üçün müxtəlif sintaktik mövqelər geniş istifadə 
olunur. Bu əsasda onların tipologiyasını aydınlaşdırmaq imkanı da 
yaranır.Polineqativ sistemdə inkar leksemlərinin köməyi ilə ümumi inkarlı 
cümlənin formalaşması zamanı belə leksemlərin sayı sintaktik mövqelərin 
ümumi sayı ilə məhdudlaşır. Real nitq fəaliyyəti şəraitində inkar 
elementlərinin sayının beşdən artıq olması gözlənilən deyildir.Misal: Heç 


Filologiya məsələləri, № 8 2018 
189
kim - heç vaxt – heç kimə - heç nə - deməmişdi. İngilis dilində də bu 
cümləyə qarşı vahid inkar göstəricili cümlə qurulur.İngilis və Azərbaycan 
dillərində semantik ekvivalent olan ümumi inkarlıq ifadə edən cümlələrin 
müqayisəli təhlili göstərir ki, ümumi inkar cümləsinin mononeqativ sistemdə 
formalaşması zamanı müəyyən leksik-semantik qrupa aid sözlərin müəyyən 
sintaktik mövqedə işlənməsi lazım gəlir. Başqa sözlə desək, polineqativ 
sistemin inkar elementlərinə mononeqativ sistemdə müəyyən tərtib sözlər 
müvafiq gəlir. Onları inkarlığı müşayiət edən sözlər kimi təyin etmək olar. 
İnkarlığı müşayiət edən sözlərin semantik və funksional 
xüsusiyyətlərini ingilis dili üçün ayrı-ayrı müəlliflər araşdırmışdır. Lakin bu 
qrup daxıl olan sözlərin sayı və konkret tərkibi fərqli şəkildə göstərilir. Bu 
sözlərin terminoloji təyinində də fərq özünü göstərir. Bəzi müəlliflər belə 
sözləri “inkarlığın ikinci göstəricisi”, “any tipli sözlər”, “non-negated 
indeterminates” adlandırırlar. Qeyd etmək lazımdır ki, belə sözlər bəzən inkar 
formalarına qarşı qoyulur, bəzən isə təcrid edilmiş şəkildə öyrənilir. 
Polineqativlik və mononeqativlik dillərin struktur normasıdır, real ifadə olunma 
formasıdır. S.Abdullayevin fikrinə görə “Vahid inkarlıq konstituentinin 
reallaşması ilə cümlənin bütün mikrosahələrinin struktur təşkilini təmin edə 
bilən sintaktik tip mononeqativ quruluş, cümlə daxilində iki və daha artıq 
inkarlıq konstituentinin reallaşması imkanı ilə səciyyələnən sintaktik tip isə 
polineqativ quruluş adlanır”.Beləliklə, aydın olur ki, həm mononeqativ, həm 
də polineqativ quruluşlarda inkarlıq elementlərinin işlənməsi dilin qram-
matikası və bu dildə formalaşmış, bitmiş və ya nisbi bitmiş inkarlıq məz-
munun, fikirlərin ötürülməsi dilin kateqorial qrammatik vasitələrinin işlənmə 
və variativlik xüsusiyyətlərindən aslıdır. 
Ədəbiyyat 
1.
Абдуллаев С. Немецкий контекст. Баку xxl YNE. Аффирмативная 
форма предл. 
2. Məmmədov N, Axundov A, Dilçiliyə giriş. Baku: Maarif, 1980
3. Hüseynzadə M. Müasir Azarbaycan dili. Baki Maarif, 1973
4. Xəlilov Azarbaycan dilinin morfologiyası.Baki, 2002 
Ф.Панахова, 
Н.Гасанова 
Сравнительный анализ средств отрица в разносистемных языках 
Резюме 
В статье рассматриваются общие вопросы категории отрицания В 
разносистемных языках на материале aнглийского и азербайджанского 
языков. определяется корпус средств выражения указaнных языках. 


Filologiya məsələləri, № 8 2018 
190
Лексические, морфологические и синтаксические средства отрицания 
азербайджанского английского языков изучаются и сравнительном 
аспекте исследование показывает, что при оформлении общеorриtатель-
ных предложений в мононеrативной системе, возникает необходимость 
использования слов, относящийся конкретной лексико грамматической 
группе, в определенной пакт еской позиции. Другими сип словами, отри-
цательным элементам полинerrтивной системы соответс- вуют определен-
ные слова в ой системе. Как в мононегативной, так полинега-тивной 
струкyрах передача высказываний зависит от особенностей вариат-
ивности и использования категориальных грамматических средств языка, 
их можно определить как сопутс- твующие отрицани 
F.Pankhova, 
N.Gassanova 
Comparative analysis of negation in languages belonging
to different families 
Summary 
The article studies the category of negation in languages belonging to 
different language families, i.e. to the English and Azerbaijani languages 
The means of expression of negation in the mentioned languages is defined. 
Lexical, morphological and syntactical means of negation in the Azerbaijani 
and English languages are studied comparatively. Research shows that usage 
of certain words of lexical-semantics group in certain syntactic situation is 
necessary during formation of common negative sentence of mononegative 
system. In other words, some complied words of mononegative system 
appropirate to negative elements of plynegative system. They are likely to be 
determined words accompaning negativeness. The tranmission of ideas both 
in mononegative and plynegative depends on usage of categorical 
grammatical means of language and variability features. 
Rəyçi: Nuriyyə Rzayeva 
Filologiya üzrə fəlsəfə doktoru,dosenе 


Filologiya məsələləri, № 8 2018 
191
NƏCİBƏ ORUCOVA 
ADNSU 
naciba@mail.ru 
CÜMLƏ VƏ CÜMLƏ ÜZVLƏRİNİN XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər
: cümlə üzvləri, söz birləşmələri, bağlılıq, şəxs sonluqları, zaman 
şəkilçiləri, baş üzvlər,leksik məna, qruplaşma, özünəməxsus, xüsusiyyət. 
Ключевые слова:
члены предложения, словосочетания, 
принадлежность, личные окончания, суффиксы времен, главные члены 
Keywords
: sentence members, phrases, affiliation, personal endings, 
suffixes of times, main members 
Söz birləşmələri kimi cümlə problemi də dilçilikdə mühüm məsə-
lələrdən biri hesab olunur. Dildə sözlərin birləçməsi, fikrin maddi dil şəklinə 
düşməsi üçün cümlədə sözlərin və söz birləşmələrinin həm forma,həm də 
mənaca bir-biri ilə bağlanması lazımdır. Cümlədə sözlər, söz birləşmələri 
arasında belə bağlılıq olmadan dil əmələ gələ bilməz və bitmiş bir fikir də 
ifadə oluna bilməz. 
Cümlənin və cümlə üzvlərinin ilk yaranma dövrlərindən başlayaraq, 
mübtəda ilə xəbər və ümumiyyətlə,cümlə üzvləri bir-biri ilə dialektik 
vəhdətdə, biri digəri ilə qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Bu 
inkişaf sadəcə olaraq müəyyən dairə ətrafında hərlənmək deyil, sadədən 
mürəkkəbə,aşağıdan yuxarıya doğru inkişafdadır. Bu nöqteyi-nəzərdən də 
cümlə və cümlə üzvlərinə yanaşdıqda onlarn da daima təkmilləşmə və 
səlisləşmə halında olduğunu müşahidə etmək heç də çətin deyildir. Məktəb 
qrammatikalarında cümləyə belə tərif verilir:” Bitmiş bir fikri ifadə edən bir 
sözə və ya bir neçə sözün birləşməsinə cümlə deyilir.” Bu tərif bəsit olsa da 
orada cümləyə xas olan əsas əlamətlər öz əksini tapmışdır. Cümlə bir 
sözdən, bir neçə sözdən ibarət ola bildiyi kimi,onda bitmiş nisbi bir fikir də 
ifadə olunmalıdır Cümlənin tərifi haqqında dilçilər arasında bi çox fikirlər 
söylənilmişdir. Bəzi dilçilər ( F.İ.Buslayev və başqaları), cümləni sözlə ifadə 
olunan hökm adlandırır; bəziləri (A.A.Potebnya) isə cümləyə belə tərif 
verir: “Psixoloji hökmlərin sözlə ifadəsinə cümlə deyilir”. 
Peterson cümləyə tərif verərkən yazır ki,bitmiş bir fikri ifadə edən 
və intonasiya vahidi olan sözə və söz birləşməsinə cümlə deyilir. 
Bunlardan fərqli olaraq, akadem.V.V.Vinoqradov cümləyə belə 
tərif vermişdir:”Cümlə hər hansı bir dilin qrammatik qanunları əsasında 
düzələn dil vahidi olub,fikrin formalaşması və ifadə edilməsinə xidmət edən 
əsas vasitəyə deyilir” 


Filologiya məsələləri, № 8 2018 
192
Y.M. Qalkina-Fedorukun redaktorluğu ilə nəşr olunan” Современный 
русский язык” adlı əsərdə cümlənin tərifi haqqında belə deyilir:”Başqaları 
ilə ünsiyyət saxlamaq üçün qrammatik cəhətdən formalaşmış, intonasiya 
cəhətdən bitmiş bir fikri, hiss və hökmü ifadə edən vasitəyə cümlə deyilir”.
Bizcə, Qalkina-Federukun redaktorluğu ilə nəşr olunan əsərdə cümləyə 
verilən tərif və akad. Vinoqradovun tərifi daha düzgün və dolğundur. 
Deməli, cümlə bu və ya başqa bir dilin qanunları əsasında formalaşan, 
intonasiya cəhətdən bitmiş bir fikri ifadə edən dil vahididir.Əlbəttə, bitmiş 
bir fikir ifadəsi də dildə nisbi xarakter daşıyır.Cümlə nitqin ünsürü olduğu 
üçün onda (cümlədə) əşya və hadisələrin bütövlüyü haqqında deyil,onun
müəyyən bir hissəsi haqqında məlumat verilir. 
Cümləyə xas olan cəhətlərdən biri də predikativlik və intonasiyanın 
olmasıdır. Bu əlamətlər olmadan heç də fikrin bitməsindən, hökmün 
ifadəsindən də danışmaq olmaz. Predikativlik üçün zaman şəkilçilərinin, 
şəxs sonluqlarının,modallığın və.s mühüm rolu vardır. 
Cümlənin ikinci xüsusiyyəti ona(cümləyə)aid intonasiyanın olmasıdır. 
İntonasiya sayəsində həm ayrı-ayrı sözlər, həm də söz birləşmələri cümləni 
əmələ gətirə bilir. 
Predikativliyin özü də nitq prosesində yaranır. Predikativ əlaqə de-
dikdə onu həm hökm üzvlərinin (subyekt və predikat) həm də cümlə 
üzvlərinin( mübtəda, xəbər) əlaqəsində axtarmaq lazımdır. Predikativlik 
anlayışı subyekt və predikat arasındakı əlaqədən geniş götürülməlidir. Çünki
təktərkibli cümlələrin xəbər və ya mübtəda arasında formalaşmasına 
baxmayaraq, onlarda da predikativlik vardır. 
Cümlə hökmlə sıx surətdə əlaqədardır.Lakin cümlə ilə hökm bir biri 
ilə dialektik vəhdətdə olsalar da, onlar eyniyyət təşkil etmir: çünki hökm 
təfəkkür kateqoriyası –məntiqi kateqoriya olduğu halda, cümlə qrammatik 
kateqoriyadır. Hökmdə yalnız ya bir şey təsdiq, ya da inkar olunur. Odur ki, 
hökmdə yalnız bir fikir ola bilər. Cümlədə isə bir və bir neçə hökm ola bilər. 
Məhz buna görə də cümlə ilə hökm bir-birinə uyğun gələ də bilər, 
gəlməyədə bilər. Məsələn: Zaur oxudu. Nərgiz danışdı cümlələrində Zaur və 
Nərgiz sözlərində həm qrammatik mübtəda, həm də məntiqi subyekt, oxudu 
və danışdı sözlərində isə həm qrammatik xəbər, həm də məntiqi predikat 
ifadə olunmuşdur. 
Nədənsə, istər, ümumiyyətlə dilçilikdə və istərsə də türk dillərinə 
aid yazılmış bəzi əsərlərdə cümlədən danışarkən burada mütləq iki qütbün 
olmasını vacib sayırlar.Guya cümlədə həmişə iki qütb-subyekt və predikat 
öz ifadəsini mütləq tapmalıdır.Məsələn, N.K.Dmitriyev başqırd dilinə aid 
yazdığı qrammatika kitabında bu haqda belə yazır: “Cümlədə həmişə 
müəyyən bir fikir bitkinliyi olur. Bu bitkinlik burada mübtəda ilə xəbərin 
əsasında olan müəyyən qarşılıqlı əlaqə nəticəsində əldə edilir. Mübtəda və 


Filologiya məsələləri, № 8 2018 
193
xəbər prinsip etibarı ilə cümlənin zəruri ünsürləridir. Beləliklə,hər bir 
cümlədə( istər onu məntiqi, istərsə də qrammatik planda götürək)iki qütb 
müəyyənləşməlidir. 
Əlbəttə, mübtəda ilə xəbər iştirak edən və mübtədası təsəvvür 
olunan sadə cümlələr üçün bu fikir doğrudur. Lakin Azərbaycan dilində( 
mübtəda və xəbər) olmasını bütün cümlələrə aid etmək doğru olmaz. Çünki
Azərbaycan dilində bir qrup təktərkibli cümlələr vardır ki, onlarda iki qütbü 
eyni zamanda axtarmaq mümkün deyildir.
Məntiq təfəkkür qanunlarını, qrammatika isə dil qanunlarını öyrənir. 
Bir qayda olaraq mübtəda qrupu bir, xəbər qrupu isə bir neçə atributiv 
ünsürdən ibarət ola bilər.Məlum olduğu üzrə, ikinci dərəcəli üzvlərdən 
tamamlıq və zərflik həmişə feli xəbər qrupuna daxil olduqları halda, təyinlər 
həm baş üzvlərə və həm də ikinci dərəcəli üzvlərə aid olur. 
Xəbər qrupuna daxil olan üzvlər cümlədə daha çox mütəhərrikdir. 
Başqa sözlə desək, cümlənin məntiqi quruluşundan asılı olaraq bunlar( xəbər 
quruluşuna daxil olan üzvlər)cümlədə öz yerini dəyişə bilər .Lakin bu 
üzvlərin cümlədə öz yerini dəyişməsindən asılı olmayaraq,onlar yenə də 
xəbərə aid olur.
Lakin təyinin cümlədəki vəziyyəti başqadır. O (təyin) təyin etdiyi 
cümlə üzvündən(təyinlənəndən) heç bir şəraitdə ayrıla bilməz. Təyin təyin 
etdiyi cümlə üzvünün yanında gəlməlidir.Məhz buna görə də cümlədə 
mübtəda və xəbər qruplarını çox asanlıqla bir-birindən ayırmaq olur. Deməli, 
mübtəda və xəbər qrupuna daxil olan üzvlər qrammatik cəhətdən bir-birinə 
bağlanmalıdır. 
Lakin cümlədə elə sözlər olur ki, onlar cümlənin ümumi məzmunu ilə 
bağlı olsalar da qrammatik cəhətdən cümlə üzvü ola bilmir. Belə sözlərə 
xitablar ara söz və ədatlar daxildir. 
İstər, ümumiyyətlə, türkologiyada və istərsə də Azərbaycan dilçiliyində 
cümlə üzvlərinin bölgüsü haqqında vahid bir fikir olmamışdır. Dilçilərin bir 
qrupu (İ.A.Batmaqanov, N.A.Dırenkova, A.P .Potselyevski, Ə.Dəmirçizadə
və.b.) zərfliyi cümlə üzvləri sırasında inkar edir, ikinci dərəcəli üzvlərdən 
ancaq tamamlıq və təyini qəbul edirlər. İkinci qrup dilçilər isə (V.A.Qordle-
vski, N.K.Dmitriyev, N.Məmmədov M.Hüseynzadə, S.Cəfərov və.b)türk 
dillərində cümlənin ikinci dərəcəli üzvləri sırasında tamamlığı, təyini və zərf-
liyin olduğunu qəbul edirlər. 
Azərbaycan dilçiliyində cümlə üzvlərindən bəhs edərkən M.Kazımbəy 
onları iki yerə bölmüşdür. Birinci dərəcəli fikirləri ifadə edənlər və ikinci 
dərəcəli fikirləri ifadə edənlər. Birinci dərəcəli fikirləri ifadə edən üzvlər
sırasına mübtəda, xəbər və tamamlıqları, ikinci dərəcələri fikirləri ifadə edən
üzvlər sırasına isə təyinedici və keyfiyyət, hal- vəziyyət bildirənləri daxil 
etmişdir. 


Filologiya məsələləri, № 8 2018 
194
Prof. Ə.Dəmirçizadə M.Kazımbəyin. M.Ə.Vəzirovun, Y.Talıbzadənin 
və başqalarının cümlə üzvlərinin bölgüsü haqqında olan fikirlərinin 
xülasəsini verdikdən sonra, öz bölgüsünü vermişdir . O, cümlə üzvlərinin 
bölgüsü haqqında M.Ə.Vəzirovun fikrinin doğru olduğunu qeyd edərək yazır: 
“ Cümlə üzvlərinin bölgüsü haqqında M.Ə.Vəzirovun bölgüsünü daha düzgün 
və Azərbaycan dilinin xüsusiyyətlərinə daha uyğun hesab etmək olar.” Cümlə 
üzvləri dedikdə Vəzirov tamamilə haqlı olaraq xəbər, mübtəda, tamamlıq və 
təyini tanımış, “ zərflik “ adlanan üzvü bu sıraya daxil etməmişdir. 
Ə.Dəmirçizadə mübtədanı baş üzvlər sırasından çıxarıb ikinci dərəcəli 
üzvlər sırasına daxil etmiş, zəfliyi isə tamamilə cümlə üzvləri sırasından kənar 
etmişdir. O,zərfliyi ikinci dərəcəli üzvlər sırasından çıxarıb, onun vəzifəsini 
tamamlıqla təyinin arasında bölüşdürmüşdür. Onun fikrincə, Azərbaycan
dilində zərflik adlanan cümlə üzvü, ümumiyyətlə “qondarmadır”. Buna görə də 
tərzi- hərəkət, keyfiyyət və kəmiyyət zərflikləri adlanan cümlə üzvlərini də
təyin qrupuna daxil etmək lazımdır. 
Beləliklə, müstəqil leksik mənaya malik hər hansı bir söz və söz 
birləşməsi cümlə üzvü ola bilər .Bunların hamısı cümlədə daşıdığı vəzifəsinə 
görə eyni rola malik deyildir. Belə ki, cümlə üzvlərinin bir hissəsi fikrin 
ifadəsində əsas, həlledici rola malikdirsə( baş üzvlər mübtəda və xəbər) digər bir 
hissəsi baş üzvləri bu və ya başqa cəhətdən tamamlamağa, aydınlaşdırmağa, 
izah etməyə xidmət edir. 
Deməli, cümlədə istər baş və istərsə ikinci dərəcəli üzvlərin özünə-
məxsus müəyyən xüsusiyyətləri vardır. Baş üzvlər müstəqil surətdə fikrin 
bitməsinə xidmət edə bilirsə, ikinci dərəcəli üzvlər belə bir rola malik ola 
bilmir. Buna gorə də ikinci dərəcəli üzvlər baş üzvlərin ətrafında qrup-
laşaraq, ya baş üzvləri, ya da bir-birini izah edir. 
Mübtəda
. Mübtəda cümlənin baş üzvlərindən biridir. O, heç bir cümlə 
üzvündən asılı deyildir. Əksinə, başqa üzvlər bu və ya başqa cəhətdən
mübtədadan asılı olur. Mübtəda cüttərkibli cümlənin baş üzvü olub 
qrammatik cəhətdən cümlənin başqa üzvlərindən asılı olmayıb, əlaməti 
xəbərdə müəyyən olunan əşyanı bildirməklə, adlıq hal formasında isimlərlə, 
əvəzliklərlə və hallanan digər üzvlərlə ifadə olunur. 
Mübtəda adlıq halda əşya bildirən və ya əşyalaşan((substantivləşən) hər 
hansı bir nitq hissəsi ilə ifadə olunur. Mübtədanın adlıq halda işlənməsindən 
danışarkən bir məsələni də aydınlaşdırmaq lazımdır. O da adlıq halda mübtəda 
vəzifəsində işlənən sözlərlə həmin halda təyin vəzifəsində işlənən isim, sifət, 
say, əvəzliklər arasındakı fərqdən ibarətdir. Adlıq halda mübtəda vəzifəsində
işlənən sözlər heç bir cümlə üzvündən asılı olmur. 
Xəbər
. Xəbər mübtədaya aid hal, hərəkət, hökmü, mübtədası olmayan
cümlələrdə isə obyektiv varlıq hadisələrini bildirən cümlə üzvüdür. Xəbər 
qrammatik cəhətdən mübtədadan asılıdır. Odur ki, xəbər mübtəda ilə ifadə 


Filologiya məsələləri, № 8 2018 
195
olunan əşyanın əlamətini, yəni iş , hal, hərəkəti və.s. göstərir
Tamamlıq , təyin, 
zərflik
. Məlum olduğu üzrə, cümlənin ikinci dərəcəli üzvləri- tamamlıq, təyin 
və zərflik baş üzvləri bu və ya başqa cəhətdən. tamamlamağa, izah etməyə, 
aydınlaşdırmağa xidmət etdikləri kimi, bir- birini də izah etməyə xidmət edirlər. 
Lakin bu ümumi cəhətləri ilə birlikdə ikinci dərəcəli üzvlərin özünə aid 
xüsusiyyətləri də vardır. Tamamlıq başqa üzvlərdən tam mənası ilə asılı deyildir. 
Təyin və zərflik isə cümlədə müstəqil işlənə bilməz. Bunlar ancaq təyin-
lənən üzvlə birlikdə işlənməlidir 
Ədəbiyyat 
1.
Буслаев. Ф.И. Историческая грамматика русского языка, изд. 
М.1863. 
2.
Виноградов. В.В. Русский язык,М-Л,1948. 
3.
Dəmirçizadə Ə. Müasir Azərbaycan dili (cümlə üzvləri), Bakı 1947. 
4.
Hüseynzadə M. və Şirəliyev M. Azərbaycan dilinin qrammati-
kası.1958. 
5.
Rüstəmov R.Ə. Cümlə üzvləri(mübtəda, xəbər, tamamlıq, təyin, 
zərflik)Bakı 1959. 
Н.Оруджова 
Особенности предложений и членов предложения 
Резюме 
В статье под названием "Особенности предложений и членов 
предло-жения" рассказывается о проводимых исследованиях предложе-
ний и их членов. В статье рассказывается о взаимосвязи слов и словосо-
четаний в предложениях. Также затрагиваются такие понятия, как 
суффиксы времён, окончаний лиц
для предикативности, и о роли мода-
льности. Затрагиваются специфические особенности как главных, так 
второстепенных членов предложения.
Рассказывается о второй особен-
ности предложения - интонации. Она тесно связанна с предложением. Нет 
единой идеи распределении предложений в тюркологии и в азерб айд-
жанской лингвистике. Таким образом, любая комбинация слов и фраз, 
имеющих независимый лексический смысл, может быть предложением. 
Следовательно, в предложении главные и второстепенные члены имеют 
конкретные характеристики.
Второстепенные члены предло-жения 
сплачиваясь вокруг главных членов являются либо главными членами, 
либо поясняют друг друга. 


Filologiya məsələləri, № 8 2018 
196
N.Orucova 
Features of proposals and members of the proposal 
Summary 
The article, entitled "Features of proposals and sentence members", 
describes the ongoing research of proposals and their members. The article 
describes the relationship of words and phrases in sentences. Also touched 
upon are concepts such as suffixes of times, endings of persons for 
predicativity, and the role of modality. Specific features of both the main and 
secondary members of the proposal are touched upon. It is told about the 
second feature of the sentence - intonation. It is closely related to the 
proposal. There is no single idea of the distribution of proposals in 
Turkology and in Azerbaijani linguistics. Thus, any combination of words 
and phrases that have an independent lexical meaning can be a sentence. 
Consequently, in the sentence, both members of the chapter and the second 
class have specific characteristics. Members of the second class are members 
of the group, either main or to each other. The secondary members of the 
proposal rallying around the main members are either the main members, or 
explain each other. 
Rəyçi: Afaq Ağayeva
Filologiya üzrə elmlər doktoru, professor


Filologiya məsələləri, № 8 2018 
197
NAİBƏ 
ƏHMƏDOVA 
ADU 
ahmedovanaibe78@hmail.com 
FEİLİ BAĞLAMANIN FRANSIZ VƏ AZƏRBAYCAN DİLLƏRİNİN 
BƏDİİ MƏTNLƏRİNDƏ MÜQAYİSƏSİ 
Açar sözlər:
feili bağlama, tipologiya, tərcümə, müqayisə, fransız dili, 
Azərbaycan dili , morfologiya 
Key words:
gerund, typology, translate, comparison, French language, 
Azerbaijani language, morphology 
Ключевые слова
: деепричастие, типология, перевод, cравнение, 
французский язык, Азербайджанский язык, морфология 
Dünya dilləri müxtəlif və rəngarəngdir.Hər biri ayrı-ayrılıqda özü-
nəməxsus səciyyə daşıyır. Bu özünəməxsusluqluqları qarşılaşdırmaq dilçilik 
elmində həm çox maraqlı, həm də çox faydalı arqumentlərin əldə olun-
masına gətirib çıxarır. Qarşılaşdırma zamanı oxşar və fərqli cəhətlərin üzə 
çıxması maraqlı faktlarla rastlaşmağa imkan verir. Hər iki dildə yazılmış 
bədii mətnlərin qarşılıqlı müqayisəsi zamanı hər iki dilin mövcud struktur 
fərqi, leksik tərkibi, dillərin özünəməxsus semantik bazası, hər iki dildə 
mövcud frazeoloji birləşmələr, nitq hissələri və s. tutuşdurulur. Təbii ki, hər 
xalqın dili fərqli olduğu kimi təfəkkürü də fərqlidir. Bu da bir mətnin digər 
dilə tərcüməsi zamanı yaranmış bədiilikdə özünü daha açıq büruzə verir.
Biz bu məqalədə fransız və Azərbaycan dilinin bədii mətnlərində feilin 
təsriflənməyən formalarından biri olan feili bağlamanı tutuşduran zaman 
meydana çıxan maraqlı faktlar barədə məlumat verəcəyik. Hər iki dilin bədii 
mətnlərindən götürülmüş nümunələrə nəzər salaq: 
En attendant que ma dissertation résolve enfin le problème 
géographique qui tient toute l’Europe savante en suspens, je veux vous 
raconter une petite histoire (Prosper Mérimée, Carmen, p.-473). 
Şamil Zaman bu cümlənin tərcüməsini belə vermişdir: 

Hələ ki, öz həllini tapmamış, Bütün Avropa ziyalılarının 
maraqlandığı bu coğrafi problemi mənim elmi tədqiqatım həll etməmişdən 
əvvəl sizə kiçik bir əhvalat danışmaq istəyirəm.” 
Biz isə bu cümləni bu şəkildə tərcümə edərək, mənanın orijinala 
daha yaxın versiyasını əldə etdiyimizi düşünürük:
“Bütün ziyalı Avropanı tərəddüd içində qoymuş, nəhayət ki, mənim 
yazılı təhlilimdən öz həllini gözləyən bu coğrafi problemdən əvvəl, sizə 
kiçik bir əhvalat danışmaq istəyirəm.” 


Filologiya məsələləri, № 8 2018 
198
Hər iki dildə verilmiş eyni cümləni müqayisə edərkən görürük ki, fransız 
cümləsində “en attendant” ifadəsi “resolve” feilinə aid olaraq feili bağlama 
(jerondif) rolunda çıxış etsə də, bədii tərcümə zamanı omonimlik xarakteri 
daşıyan “-mış
4
”, “-an
2
” şəkilçiləri feilə aidlik xüsusiyyətini itirərək, “cografi 
problem” ifadəsinə , yəni, ismə aid olaraq feili sifət vəzifəsi daşıyır. Belə ki, feili 
bağlamalar sintaktik baxımdan feilə aidlik xüsusiyyəti daşıyırsa, feili sifətlər 
cümlədə ismə aidlik xüsusiyyətinə malikdirlər. Əgər, biz bu cümlənin 
tərcüməsini başqa şəkildə versək, o zaman “en attendant” ifadəsi “həll edəcək” 
ifadəsinə aid olaraq feili bağlama vəzifəsi daşıyar: 
Gözləyərək ki, mənim yazılı təhlilim nəhayət ki, bütün ziyalı Avropanı 
tərəddüd içində qoyan bu coğrafi problemi həll edəcək, sizə kiçik bir 
əhvalat danışmaq istəyirəm. 
Artıq qeyd etdiyimiz kimi, feili bağlama feilin 
və zərfin xüsusiyyətlərini daşıyaraq feilə aid olur. Feili sifət isə feilin və 
sifətin xüsusiyyətlərini daşıyaraq ismə aid olur. Misal üçün, bu cümlədə 
“tərəddüd içində qoyan” ifadəsi “coğrafi problem”ə aid olduğu üçün bu 
ifadədəki -an şəkilçisi feili sifət şəkilçisidir. Başqa bir misala nəzər salaq: 
Tantôt il se roulait sur le pont, en appelant sa chère Ayché; tantôt il 
se frappait la tête contre les planches, comme pour se tuer (Prosper 
Mérimée).Bununla bərabər, o, gah sevimli Ayişəsini haraylaya-haraylaya 
göyərtədə yumaq kimi dığırlanır, gah da özünü öldürmək qəsdilə başını 
taxtalara hara gəldi çırpırdı (Şamil Zaman).
Bu cümlələrdə verilmiş jerondif və feili bağlama bir-birlərinə 
ekvivalentlik təşkil edirlər. Çünki, “en appelant” və “ haraylaya –haraylaya” 
ifadələri feilə aiddirlər. Bildiyimiz kimi, fransız dilində feili bağlama bir üsul-
la, yəni, feili sifətin indiki zaman xəbər formasına “en” sözönünün müşaiyəti
ilə yaranır. Azərbaycan dilində isə feili bağlama müxtəlif şəkilçilərin köməyi ilə 
düzəlir. Yuxarıda qeyd etdiyimiz cümlələri yenidən müqayisə edək: 
Tantôt il se 
roulait sur le pont, en appelant sa chère Ayché; tantôt il se frappait la tête 
contre les planches, comme pour se tuer (Prosper Mérimée). 
1)
Bununla bərabər, o, gah sevimli Ayişəsini haraylaya-haraylaya 
göyərtədə yumaq kimi dığırlanır, gah da özünü öldürmək qəsdilə başını 
taxtalara hara gəldi çırpırdı(Şamil Zaman).
2)
Bununla bərabər, o, gah sevimli Ayişəsini haraylayaraq göyərtədə 
yumaq kimi dığırlanır, gah da özünü öldürmək qəsdilə başını taxtalara 
hara gəldi çırpırdı.
3)
Bununla bərabər, o, gah sevimli Ayişəsini haraylayıb göyərtədə 
yuaq kimi dığırlanır, gah da özünü öldürmək qəsdilə başını taxtalara hara 
gəldi çırpırdı.
4)
Bununla bərabər, o, gah sevimli Ayişəsini haraylayanda 
göyərtədə yumaq kimi dığırlanır, gah da özünü öldürmək qəsdilə başını 
taxtalara hara gəldi çırpırdı.


Filologiya məsələləri, № 8 2018 
199
5)
Bununla bərabər, o, gah sevimli Ayişəsini harayladıqca 
göyərtədə yumaq kimi dığırlanır, gah da özünü öldürmək qəsdilə başını 
taxtalara hara gəldi çırpırdı.
6)
Bununla bərabər, o, gah sevimli Ayişəsini haraylayarkən 
göyərtədə yumaq kimi dığırlanır, gah da özünü öldürmək qəsdilə başını 
taxtalara hara gəldi çırpırdı. 
Bütün bu cümlələrdə verdiyimiz feili bağlama versiyaları fransız 
dilində götürülmüş cümləyə tam uyğundur, cümlənin mənasını dəyişmir və 
orijinalla ekvivalentlik təşkil edir.
Lakin, Azərbaycan dilinin feili bağlama şəkilçilərinin hamısını ayrı-
ayrılıqda eyni cümlədə işlətsək, cümlə öz mənasını qoruya bilməyəcəkdir. 
Nəzərə alsaq ki, Azərbaycan dilində feili bağlamanın 14 göstəricisi, şəkilçisi 
var. Yəni Azərbaycan dilinin qrammatikasında 14 növ feili sifət şəkilçisi var. 
Məsələn əgər biz yuxarıda verdiyimiz cümlədə
“-madan
2
”, “-ar-maz; -ər-
məz”

“-caq
2

və yaxud 
“-inca
4
”, “-alı,-əli” 
şəkilçilərini 
“haraylamaq”
feilinə 
əlavə etsək cümlə öz orijinal mənasından kənara çıxacaq. 
“-madan”, “-mədən” ,”-armaz”, “-ərməz” 
şəkilçiləri isə fransız dilində 
feili bağlamanın, yəni, jerondifin inkar formasına uyğundur. Jerondifin inkar 
forması 
“en”
sözünündən sonra
“ne”
hissəciyi, feil formasından sonra isə
“pas”
hissəciyinin əlavəsi ilə düzəlir. Məsələn: 
en sortant de la maison-evdən çıxaraq 
en ne sortant pas de la maison-evdən çıxmayaraq 
Jerondifin inkar forması əsasən 
“sans”
sözönü 
+ məsdər
forması ilə əvəz 
edilir. 
Sans sortir de la maison –evdən çıxmadan 
Tərcümə zamanı qarşıya çıxan maraqlı faktlardan biri də odur ki,
fransız cümləsi Azərbaycan dilinə tərcümə edilərkən feili bağlamanın cümlədə 
ifadə vasitəsi olan söz mənaya nəzərən dəyişilir: 
Elles se sauvèrent en courant (Guy de Maupassant). 
Hamlet Qocayev bu cümləni mətnin ümumi məzmununa uyğun olaraq 
bu cür çevirmişdir: 
Nədən qorxduqlarını özləri də bilmədən qaçıb uzaqlaşdılar
(Hamlet 
Qocayev). 
Qarşılaşdırılmış hər iki cümlədə feili bağlamaları təhlil edək. Birinci 
cümlədə “en courant” cümlədə feili bağlamadır. Azərbaycan dilinə tərcümə 
edilmiş ikinci cümlədə isə “bilmədən” sözü feili bağlamadır. Hər iki cüm-
lədə feili bağalama iştirak etsə də, bir birləri ilə ekvivalentlik təşkil etmirlər. 
Əslində birinci cümlənin tərcüməsi bizim fikrimizcə, aşagıdakı kimi 
edilməlidir: 
Onlar qaçaraq canlarını qurtarırlar
.
Gi dö Mopassanın “Pyero” adlı əsərində belə bir cümləyə rast gəlirik: 


Filologiya məsələləri, № 8 2018 
200
Alors, elle voulut le revoir, se promettant de le rendre heureux jusqu’à 
sa mort (Guy de Maupassant). 
H.Qocayev bu cümləyə semantik baxımdan yanaşaraq aşagıdakı 
kimi çevirmişdir: 
Xanım, iti quyudan çıxarmaq fikrinə düşdü və özünə söz verdi ki, ölənə 
qədər onu sığallaya-sığallaya saxlayacaq (H.Qocayev). 
Göründüyü kimi, tərcümə zamanı meydana çıxan cümlədə artıq 
feili bağlama iştirak edir. Burada feili bağlama kimi “sığallaya-sığallaya” 
sözü “-a
2
-a
2
” şəkilçisinin köməyi ilə yaranıb. Bir az əvvəl qeyd etdiyimiz 
kimi, hər bir xalqın dilində özünəməxsus ifadələr var. Bu cümlədə də 
“rendre heureux jusqu’à sa mort” ifadəsi fransızlara məxsus ifadədir. Belə ki, 
Azərbaycan dilində hansısa bir “itə ölümünə qədər xoşbəxtliyini qaytarmaq” 
ifadəsi anlaşılmaz səslənir. Odur ki,çevirmə zamanı məna tərcüməsi verilir 
və cümlələr tərcüməçinin üstünlük verdiyi üsluba əsasən bədiiləşdirilir. 
Hesab edirik ki, dilimizin zəngin feili bağlama bazası da cümlələrdə işlənərək 
ümumi mətnə rəngarənglik qatır. Hətta, Azərbaycan dilində bir feili bağlama 
şəklini digərləri ilə də əvəz edərək cümlələri qurmaq olar. Bəzən bu 
əvəzlənmələr nəticəsində yaxın mənalı cümlələr alınsa da, bəzən fərqli mənalı 
cümlələr meydana çıxır. Müxtəlif şəkildə feili bağlamaları eyni cümlədə 
işlədərək alınan cümlələri müqayisə etdikdə ortaya maraqlı fikir çıxır. 
P.Merimenin “Tamango” əsərindən bir nümunənin həm orijinal versiyasına 
həm də Ş.Zaman tərəfindən tərcüməsinə baxaq və feili bağlamanı başqa feili 
bağlama şəkilçiləri ilə əvəzləyərək məna müqayisəsi edək: 
Tamango mit fin à cette scène en poussant un cri de joie 
(Prosper Mérimée) 
Tamango bu səhnəyə sevinc səsləri çıxarmaqla son qoydu (Şamil Zaman). 
İndi isə ikinci cümlədə mövcud feili bağlama şəkilçisini digər feili 
bağlama şəkilçiləri ilə əvəz edərək mənanın dəyişib dəyişməməsinə baxaq. 
Tamango bu səhnəyə sevinc səsləri çıxararaq son qoydu.
Burada feili bağlama şəkilçisi digəri ilə əvəz edilsə də, məna dəyişməsi 
baş vermədi. Demək ki,
-la
2
şəkilçisi –araq şəkilçisi ilə sinonim şəkilçidir. 
Tamango bu səhnəyə 
sevinc
səsləri çıxarınca son qoydu (Şamil 
Zaman).
Burada da 
–inca
2
şəkilçisi yuxarıdakı birinci və ikinci şəkilçi 
formaları ilə sinonimlik təşkil edir. Belə ki, bu əvəzlənmədə heç bir məna 
dəyişməsi təzahür etmədi. 
Tamango bu səhnəyə sevinc səsləri çıxarmadan son qoydu. 
Bu cümlə isə
-madan 
şəkilçisinin əvəzlənməsi ilə inkar forması 
aldı.Demək ki, bütün feili bağlama şəkilçiləri sinonim xarakterli deyil. 
Tamango bu səhnəyə sevinc səsləri çıxarar-çıxarmaz son qoydu. 
Bu cümlə də 
-arar-armaz
şəkilçi formasının qoşulması ilə əsas 
cümlə ilə eyni mənalı cümlə olur. 


Filologiya məsələləri, № 8 2018 
201
Tamango bu səhnəyə sevinc səsləri çıxarmamış son qoydu. 
Lakin burada –
mış
şəkilçisinin iştirakı cümlədə elə məna yaradır ki, 
yəni, Tamango bu səhnəyə son qoyanda hələ sevinc səsləri çıxarmamışdı. 
Odur ki, -mış şəkilçisi də bu cümlədə feili bağlama yaradaraq inkarlıq 
bildirir. 
Tamango bu səhnəyə sevinc səsləri çıxarcaq son qoydu. 
Artıq bura qədər müqayisə etdiyimiz cümlələrdə feili bağalamaların 
qarşılıqlı işlənməsinə nəzərən deyə bilərik ki, nəinki əsərin müəllifinin feili 
bağlamalardan istifadəsi üslub məsələsidir, o cümlədən də tərcümə zamanı, feili 
bağlamalrdan istifadə tərcüməçinin üstünluk verdiyi cümlə quruluşundan, 
mətndəki bədiiliyi çatdırma üslubundan asılıdır. 
Bəzən cümlədə “en” sözönü, –ant sonluqlu feil forması arasında hansısa 
bir söz və ya ifadə işlənə bilər. Misal üçün, vasitəli və vasitəsiz tamamlıq kimi 
işlənən əvəzliklər. 
Bu hal cümlədə feili bağlama (gérondif) işlənməsi halını dəyişmir. 
Sadəcə burada da mütləq “en” sözönünün öndə gəlməsi şərtdir.Belə ki, fransız 
dilinin qrammatikasında feili bağlamanın (gérondif) standart forması « en » 
sözönü + feili sifətin indiki zaman forması (participe présent) şəklindədir. 
Quelquefois elle s’élançait pour attraper une bête volante, et s’écriait en 
la rapportant (Guy de Maupassant). 
Hərdən kəpənək dalınca qaçır, (onu)tutanda isə qışqırırdı (H.Qocayev). 
En dansant, il coudoya un homme qui, ayant aussi perdu tout son argent, 
était de fort mauvaise humeur (Prosper Mérimée) 
Bu nümunə Prosper Merimenin “La vase estruque” əsərindən 
götürülmüşdür. Burada feili bağlama kimi “En dansant” ifadəsi iştirak edir və 
“il coudoya” feili ilə eyni zamanda baş verir və eyni mübtədaya aiddir. 
Burada feili bağlama hərəkəti tərzi-hərəkət baxımından aydınlaşdırır. Feili 
bağlamanın cümlədə yeri məsələsinə gəldikdə isə bu cümlədə feili bağlama 
cümlənin əvvəlində aid olduğu mübtədanın qarşısında işlənmişdir. 
Nümunənin orijinal versiyadan tərcüməsi Şamil Zaman tərəfindən aşağıdakı 
şəkildə verilmişdir:
Rəqs edərkən elə həmin gecə son qəpiyinə qədər uduzan, 
qanıqara başqa bir cənaba təsadüfən toxundu (Şamil Zaman). 
Fransız və Azərbaycan dillərinin bədii mətnlərində feili bağlamalara 
tipoloji cəhətdən nəzər saldıqda görürük ki, hər iki dildə feili bağlamaların 
semantik funksiyası təxminən eynidir. Lakin fransız dilindən Azərbaycan 
dilinə çevrilmiş cümlələrdə feili bağlama tərcümə zamanı ya özünü qoruyub 
saxlayır, ya feili sifət+qoşma vasitəsilə əvəz edilir, ya da tamamilə itir. 
Lakin tərcümə zamanı elə cümlələr də ərsəyə gəlir ki, həmin cümlələrdə feili 
bağlama iştirak etsə də, orijinal feili bağlamanın tərcüməsi olmur. Belə ki, 
bildiyimiz kimi, feili bağlama eyni zamanda baş vermiş iki hərəkətdən birini
ifadə edir. Bu səbəbdən də bəzən tərcümə zamanı bu deyil, digər hərəkətin 
ifadəsini feili bağlama ilə verirlər. Bəzən də tərcümə zamanı cümlənin tam 


Filologiya məsələləri, № 8 2018 
202
tərcüməsinə əhəmiyyət verilməyərək, ekvivalent cümləni kontestə uygun 
olaraq tərcümə edirlər və yaxud mətnin kontekstinə uyğun olaraq cümləni ya 
qismən ya da tamamən itirirlər. 
İstifadə olunmuş ədəbiyyat: 
1.
Əliyev V. Az.dilində feili bağlama(Dərs vəsaiti). Bakı, 1989, 96 s.
2.
Kazımov Q.S. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, ”Elm və 
təhsil”, 2010, 448 s. 
3.
Hüseynzadə M. Müasir Azərbaycan dili.3-cü hissə. Morfologiya. Bakı, 
”Şərq-Qərb”, 2007, 280 s.
4.
Gi dö Mopassan, Hekayələr və Novellalar, “Şərq-Qərb”, Bakı. 2006
5.
Prosper Merime. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2013,192 s.
6.
Asgarov V. Gerondif, Participe présent, Adjectif Verbal. Presses 
Academiques Francophones .93p. 
7.
GETTRUP Harald. 
Le gérondif, le participe présent et la notion de 
repère temporel, 
Revue Romane

Bind 12/1977-2 
8.
HALMOY Jean-Odile, 
A propos de l’adjectif en – 
ant 
dit « verbal »,
Revue Roman, Bind 19/1984-1 
9.
Kleiber Georges ¨Gerondif et manière¨, Langue française 2011/3 
(n°171)
10.
Prosper Mérimée. Nouvelles, Moscou, 1976, p.68 
11.
Ги Де Мопассан Рассказы на французском языке, Издательство 
«Прогресс», 1974 
Aхмедова Н

Сравнение деепричастии в художественных текстах 
азербайджанского и французского языков 
Резюме 
этой статье проводится исследование деепричастии и сравнение ее 
некоторых особенностей во французском и Азербайджанском языках. 
Сравнивается сходные и отличительные особенности деепричастии в 
обоих языках. Входе работ устанавливается, азербайджанский и французс-
кий языки, как правило, различны. Появление и также использование 
деепричастии в этих языках тоже различны. Примеры в статье взяты из 
оригинальной версии романов Проспера Мериме, Ги де Мопассана 
переведенные с азербайджанского языка Шамилем Заманом, Гамлет 
Годжаевем. Анализируется мнение лингивистов. В результате устанавли-
вается, что во французском “gérondif” формируется с одним способом, но 
в Азербайджанском языке, с помощью 14 разных суффиксов. В обоих 
языках смысл выражения деепричастии и роль деепричастии в 


Filologiya məsələləri, № 8 2018 
203
синтаксисе идентичен. С типологической точки зрения в художествен-
ных текстах французского и азербайджанского языков мы видим, что 
семантическая функция деепричастев на обоих языках примерно оди-
накова. 
Ahmedova N. 
Comparison of the cerunds in the art texts of Azerbaijani and French 
languages 
Sammary 
The article is dedicated to the cerund as a comparison of certain features 
of the French and the Azerbaijani languages.. Cerund is compared in both 
languages. İt appears that as these languages are different typologically, the 
appearance and the use of cerund in Azerbaijani and cerund in French are 
different. The examples in the article are taken from the original version of the 
novels by Prosper Merim, Guy de Maupassant and its translations into 
Azerbaijani by Shamil Zaman, Hamlet Qodjaev. The opinions of linguists are 
analysed. As a result, it is that cerund appears by one way in French and cerund
by 14 suffixes in Azerbaijani. The meaning and the syntactical function of
cerund is the same in both languages. From the typological point of view in the 
artistic texts of French and Azerbaijani, we see that the semantic function of the 
cerunds in both languages is approximately identical. 
Rəyçi: Ülfət İbrahim 
Filologiya üzrə fəlsəfə doktooru, dosent


Filologiya məsələləri, № 8 2018 
204
ТАРАНА ГУЛИЕВА
SDU 
e-mail: tarana_65@inbox.ru
«Мы шли по земле по воле Господа, 
единого для всех народов…»
Т.Уварова 
ВДОХНОВЕНИЕ 
Açar sözlər : 
rus dili, yaradıcılıq, şairə, müəllif, ilham, şeir
Key words: 
Russian language, creativity, poetess, author, inspiration, poems 
Ключевые слова
: русский язык, творчество, поэтесса, автор, вдох-
новение, стихи
Я работаю в вузе, преподаю русский язык, люблю свою про-
фессию. До знакомства с Т.Уваровой, у меня не было творческих успехов. 
Что заставило меня обратиться к творчеству Т.Уваровой? Вышеуказанная 
цитата, которую я прочитала чисто случайно.
Прочитав, я поинтересовалась автором этих строк, которые 
повлияли на меня высоким и эмоциональным зарядом надежды и 
оптимизма! Читая ее стихи, во мне зажглась искорка, которая по воле 
Господа стала разгораться, проснулись дремлющие чувства. В рамках 
подготовки к 55-летнему юбилею Сумгаитского государственного 
университета планировалось провести серию выступлений об известных 
творческих женщинах, и я решила написать о Татьяне Уваровой. Говоря 
об известности, может Т.Уварова, мало знакома азербайджанскому 
читателю, но литературной элите, хорошо знаком этот почерк.
Жизненный путь Татьяны Уваровой шел долго, то прямо по гладкой, то 
по неопознанным, не протоптанным местам, пока не привел ее к месту 
назначения. По национальности русская, родилась в Грозном, в семье 
офицера. С родителями, а позднее с мужем офицером, с которым жила в 
разных уголках бывшего СССР, ГДР. Среднюю школу окончила в 
Харькове, университет – в Ростове-на-Дону (филологический факультет, 
журналистика), работала в редакции газет, заведовала библиотеками, 
преподавала словесность в школах, журналистику в лицеях, готовила 
материалы для радио и газет. В 1994 году переехала в город 
Дзержинский, Московской области и сразу влилась в ЛИТО «Угреша».
В 2008 году Московская областная организация Союза писателей 
России наградила Татьяну Уварову золотой Есенинской медалью. 
Комитет по общественным наградам удостоил Татьяну Иосифовну 


Filologiya məsələləri, № 8 2018 
205
орденом Екатерины великой 2-ой степени. В 2012 году награждена 
лауреатской медалью «Александр Пушкин», званием «Заслуженный 
литератор СТС». В 2013 году памятной медалью «Ярослав Емельянов» 
в связи со 100-летием выдающегося поэта «Михаил Лермонтов. 1814-
1841». 2014 году удостоена нагрудным знаком «Союз писателей 
России» и медали «60 лет Московской городской писательской 
организации». Стихи Татьяна Уварова пишет с детства. Прозу с юных 
лет. Ее произведения публиковались в периодических изданиях поэтичес-
ких сборниках и альманахах. Выпустила в свет авторские сборники 
стихов: «
Полуночный аккорд
» (1990), «
Молитва о Руси»
(1996), «
Осенние 
листья
» (1998), «
Предзимье»
(2004), «
Послесловие к любви
» (2008), «
Поз-
дние астры
» (2012).
Хотелось бы рассказать о сборнике «
Предзимье
», хоть я и 
перечитала все сборники ее стихов. Почему?
Наверное, как первая любовь, как первый ребенок в семье, и, 
вообще, все первое, оставляющее в душе человека особый несравненный 
отпечаток растерянности, который преследует его всю жизнь. Читая 
«
Предзимье
» я впервые почувствовала себя в происходящих событиях, то 
ли это тема о природе, то ли потусторонний мир, то ли крик о помощи. 
Творчество Т.Уваровой послужило толчком, раскрывая во мне новые 
качества. 
Когда я была в городе Салоники в Греции, на меня нахлынула волна 
эмоций, я была в душевном смятении, как будто этот город делился на 
древнее, т.е. прошлое и настоящее. Греки один из тех народов, которые 
могут гордиться своими достойными представителями. В древнем – 
бродил дух Цезаря, А. Македонского, а в настоящем – Д.Руссоса… Люди 
и наяву делились на древних и современных. И это способствовало 
явлению новых чувств, эмоций, мыслей. Бродя по городу, я смотрела, 
изучала, оглядывалась, словно что-то с чем-то сравнивала. И вдруг я 
увидела старую, несчастную женщину, которая протягивала руку, просила 
милостыню и как будто она создавала образ из стихов «
Молитвы о 
бездомных
» Т.Уваровой.
Помолюсь в своих пенатах скромных, 
Я о доле сирых и бездомных.
Дай, господь, им крышу, стены, двери – 
Дом родной, войти в него с доверьем
.
В глазах ее был безмолвный, рыдающий крик и стон о помощи, 
она словно своим примером просила у Бога помощи не только себе, но 
и всему человечеству. Ведь церковь – это мать, которая всегда 
поможет. Наверное, именно так создаются художественно-поэтические 
произведения, образы для которых берутся из жизни.


Filologiya məsələləri, № 8 2018 
206
Вдохновившись, я обратилась к новым стихам Татьяны Уваровой, 
сделала несколько построчных переводов этих стихотворений, а 
известный азербайджанский поэт Ибрагим Ильяслы перевел их на 
азербайджанский язык: 
«Сад страстей», «Гроза», «Осень», «Сергей 
Есенин», «Кто мы?»,
«Колыбельная
» и т.д. которые были 
опубликованы в газете «Ədəbiyyat» 17.XII.2010 г. Эти переводы попали 
в первую пятерку на конкурсе проведенном переводческим центром 
при Кабинете министров Азербайджанской Республики. Переводы 
привлекли внимания известных литераторов, журналистов таких как, 
Василя Усубова, Академик Низами Джафаров член- корреспондент 
НАН Азербайджана в журнале «Улдуз» отметил высокий уровень 
перевода и мастерство переводчика. Большое впечатление на меня 
произвело стихотворение «Кто мы?». Философия стихотворения 
порождает мысль кто мы? Откуда? Зачем мы пришли? Какова миссия 
человека на этой земле, что нас ожидает? Эти вопросы заставляют 
человека внутренне призадуматься, поразмыслить, куда мы идем? 
Правильно ли мы идем дорогой, предначертанной судьбой? Можем ли 
мы изменить свой путь?
Или возьмем стихотворение «
Колыбельная»
, которую поет каждая 
женщина на разных языках, перевод которого всем известен: 
lay-lay
на 
азербайджанском языке, 
баю-бай
на русском… Даже не зная языка мы 
можем определить какая это песня, потому что мотив – один!
Ночь еле слышно бьет бубен луны, 
Звёзды звенят, как стеклярус на платье. 
С музыкой этой небесные сны, 
К ним подплывают, раскрывши объятья. 
У Татьяны Уваровой выверенная, опробованная временем 
классическая манера стихотворения и письма. Однако это не мешает ей 
оставаться не только неповторимой и неподражаемой, но и легко 
узнаваемой в многочисленном ряду поэтических сестер. Татьяна 
Уварова относится к тем людям, чей внутренний мир порождает 
внешний. Она художник своих мыслей, которая « рисует » в итоге 
стихи. И конечно же эту неповторимость я постаралась сохранить и в 
наших переводах. После этих опубликованных переводов я решила 
написать статью «
Дорога
в юность
», которая была издана в газете 
«Зеркало» от 20.IX.2011 г. Творчество Т.Уваровой вернуло меня в 
детство, в юность, где бушевали любовь, вера, надежда, интриги… Был 
бурный всплеск эмоций, все эти перемены произошли после того, как я 
обратилась к творчеству талантливой поэтессы. Мы из Кавказа, может 
это сыграло большую роль? Т.Уварова по национальности русская, 
родилась и выросла на Кавказе. Она знает обычаи, традиции, обряды и 


Filologiya məsələləri, № 8 2018 
207
это отражается в ее стихах, как арабская вязь, заплетая ее строки. 
Татьяна Уварова – человек поэтически одаренный, умеющий чутко 
прислушиваться к жизни и внутреннему голосу. Камертон ее души 
созвучен с тревожным пульсом времени. После ее стихов я написала 
несколько стихотворений «
Мама», «Взлетай высоко
!» и т.д. Делая 
первые шаги, попросила выразить свое мнение о напечатанном.
«…Душа ваша работает, не стесняйтесь, излагайте свои мысли, стих 
белый, без рифмы. Это требует от него особой образности – новейшей. 
Находок, которых до вас не было. Это требование только для 
произведений высшего класса. В вашем случае это обычная попытка 
выразить себя, если душа просит. Значит Всевышнему это угодно» - 
Т.Уварова.Ну конечно же, делающей первые шаги в творчестве, это были 
громкие слова. Далее я обратилась к творчеству Ч.Айтматова, как раз 
приближался юбилей моего любимого писателя. Сделала построчный 
перевод рассказов, а перевел на азербайджанский язык И.Ильяслы. 
Сотрудничество с поэтом расширило мой кругозор и обогатило 
национальное мировоззрение .В Баку в посольстве Кыргызстана в 
Азербайджане состоялась презентация изданной книги. На мероприятии 
организованном по инициативе и при организационной поддержке 
посольства, присутствовали глава департамента по странам Европы и 
Америки, МИД Кыргызстана Канат Турсункулов, посол Кыргызстана в 
Азербайджане Айджилит Буранов, Председатель СПА, народный 
писатель Анар и депутаты. Председатель СПА Анар поделился своим 
мнением по поводу издания книги и отметил, что книга является 
образцом удачного перевода. Посол А.Буранов сказал, что его очень 
обрадовало издание книги «Рассказы» Чингиза Айтматова в серии 
мастера рассказа. Мне кажется главным достижением авторов 
является интерес современников к их творчеству и актуальность тем на 
сегодняшний день.У Татьяны Уваровой свое видение мира и посему 
свой образный мир и творческое кредо:
Обидно девочке надменной 
Бездарной кистью рисовать.
А слова: «Зрячие руки рождают совершенство» - можно смело 
отнести ко многим стихам самой Т.Уваровой. Валерий Аушев член 
Союза писателей России, Академик.
Литература 
1. Уварова Т.И. Полуночный аккорд. М.: Сов. Россия, 1990. - 95.
2. Уварова Т.И.Рой. М.: Советский писатель, 1996. – 102 с.
3. Уварова Т.И.Осенние листья. М.: Маркетинг, 1998. 


Filologiya məsələləri, № 8 2018 
208
4. Уварова Т.И.Предзимье. М.: Моск. гор. орг. Союза писателей России, 
2004. - 270 с 
5. Уварова Т.И.Поздние астры. М.: У Никитских ворот, 2012. - 127 с 
T.Quliyeva
İlham 
Xülasə 
Məqalədə Tatyana Uvarovanın yaradıcılığından söhbət açılır. Tatyana 
Uvarova milliyətcə rus olmuşdur. O, Qroznu şəhərində zabit ailəsində
dünyaya göz açmışdır. iki xalqın adət -ənənələrini öz yaradıcılığında 
birləşdirə bilən yazıçıdır. Özünə məxsusu bir yol seçən Tatyana Uvarovanın 
şeir yaza bilməsi sonralar onun bir professional dəsti xəttə çevrilməsinə 
səbəb oldu. İllərlə püxtələşib öz ədəbi yolunu müəyyən edən şairin şeirləri 
oxucunun ruhlanmasına, yaradıcı inkişafına bir təkan verir. Şeirləri 
Azərbaycan dilinə İ.İlyaslı və T.Mehdiyeva tərəfindən tərcümə edilib. Onun 
şeirləri vətənə, torpağa məhəbbət, sevgi, xeyirxahlıq mövzularında öz əksini 
tapır. Yaradıcılığında inkişafına görə bir çox mükafatlarla təltif olundu. 
Məşhur yazıçı Azərbaycan oxucularına tanış olmaya bilər, lakin ölkənin 
ədəbi elitası bu imzanı yaxşı tanıyır.
T.Guliyeva
Inspiration 
Summary 
The article covers Tatyana Unarova’s creation. Tatyana Unarova was 
Russian by nationality. She was born in Grozny in a family of officer. She 
was able to join traditions of two nations in her creation. Tatyana Unarova 
chose a specific way for herself and her ability of writing poems turned to a 
professional style. The poetess getting matured for years determined her 
literary way and her poems stimulate reader's inspiration and creative 
development. Her poems have been translated into Azerbaijani language by 
I.Ilyasli and T.Mehdiyeva. The poems reflect benevolence and love for 
motherland. She was rewarded with several awards for the development in 
the creation. The famous writer may not be familiar to Azerbaijani readers, 
but literary elite of the country know this signature very well. 
Rəyçi: Şölə Yunusova 
Filologiya üzrə fəlsəfə doktoru, dosent


Filologiya məsələləri, № 8 2018 
209
ABİDƏ İSGƏNDƏROVA
GDU 
abide@mail.ru 
CÜMLƏDƏ SÖZ SIRASI VƏ TƏRCÜMƏ 
(Ingilis və Azərbaycan dillərinin materialları əsasında) 
Açar sözlər
: sintaktik əlaqələr, söz sırası, tərcümə, cümlə quruluşu, diskurs 
Key words:
syntactic relationship, word order, translation, sentence 
structure, discourse 
Ключевые слова:
синтаксическая связь, порядок слов, перевод, 
структура предложения, дискурс 
Dillərin müqayisəli öyrənilməsi zamanı onlar ən müxtəlif səviyyə-
lərdə qarşılaşdırılır. Bu həm leksik, həm qrammatik kateqoriyalar, həm də 
sintaksis səviyyəsində həyata keçirilir. «Sintaktik əlaqələrin müxtəlif dillərdə 
işlənmə miqyası təsadüfi olmayıb, hər bir konkret dilin morfoloji quruluşu 
ilə şərtlənir» (1). «Söz sırası həmişə müəyyən normalara tabe olur və həmişə 
bu və ya digər qrammatik, məna və stilistik funksiyaları yerinə yetirir» (2, 
s.660). Sintaksis səviyyəsində aparılan təhlillərin tərcümə materialları 
əsasında aparılması ingilis və Azərbaycan dillərində söz sırasının xeyli fərqli 
olduğunu göstərir. Bu dillərdə söz sırasının fərqli olması tərcümədə cümlənin 
yenidən qurulmasını tələb edir. İngilis dilində cümlə üzvləri adətən belə 
ardıcıllıqda yerləşir: mübtəda, xəbər, tamamlıq, zərflik. Azərbaycan dilində 
cümlə üzvlərinin sırası nisbətən sərbəstdir, lakin bu sərbəstliyin özü də nisbidir, 
çünki o yalnız müəyyən hallarda və müəyyən hüdudlarda mümkündür və 
konkret məqsədlərlə şərtlənir.
İngilis və Azərbaycan dillərinin cümlə quruluşunda əsaslı fərq oldu-
ğundan ən sadə cümlələrin quruluşunun saxlanılması demək olur ki mümkün 
olmur . Məsələn, «He lives in Baku» kimi sadə cümlənin tərcüməsində söz 
sırasını saxlamaq mümkün deyil, amma fikri Azərbaycan dilinin qaydalarını 
gözləməklə çatdırmaq mümkündür («O, Bakıda yaşayır»). «Egypt refuses to 
yield to pressure» cümləsində də söz sırasını saxlamaq mümkünsüzdür: 
«Misir təzyiqə güzəştə getməkdən imtina edir». Bu konstruksiyada fikir 
çatdırılsa da, cümlənin özü Azərbaycan dili üçün ağır səslənir. Publisistik 
yazıda işlədildikdə bunu belə də çatdırmaq olar: «Təzyiqə baxmayaraq, 
Misir güzəştə getmək istəmir». Bu konstruksiyada, zənnimizci, fikir tam 
çatdırılıb və cümlə daha aydın və dilimizin qanunlarına müvafiqdir.
Bu misallardan çıxış edərək demək olar ki, əksər hallarda leksik, 
frazeoloji və qrammatik xüsusiyyətlər hər dil üçün tipik səciyyə daşıyır. 
Məsələn, Azərbaycan dilindəki mənsubiyyət formasını ingilis dilində olduğu 


Filologiya məsələləri, № 8 2018 
210
kimi çatdırmaq qeyri-mümkündür. Məsələn, «Mən insanam» ifadəsini 
çatdırmaq üçün ingilis dilində mütləq köməkçi feldən istifadə etmək lazım gəlir. 
Frazeoloji söz birləşmələrin tərcüməsində ümumiyyətlə hərfi tərcümə 
etmək, yəni birləşmənin tərkibindəki sözlərin ilkin mənasından çıxış etmək 
olmaz. Məsələn: «quite a few» əmələ gətirən sözlərdən birincisi «tamamilə», 
ikincisi isə «bir neçə» kimi tərcümə olunsa da, birləşmənin mənası dilimizdə 
«xeyli çox» kimi verilə bilər. «Sooner or later the weather will change»ifadə-
sinin «hava gec-tez dəyişəcək» kimi tərcümə olunması dəqiq hesab oluna bilər, 
halbuki orijinalda və tərcümədə söz sayı fərqlidir. Bu isə hər dilin özünün 
leksik-qrammatik özəllikləri ilə şərtlənir. 
Məsələn, konversiya deyilən üsulla söz düzəltmək ingilis dilinin 
səciyyəvi xüsusiyyətlərindəndir: «a hand» isim, «to hand» fel, «hand» isə 
sifətdir (məsələn, «hand labour» ifadəsində). Konversiya ingilis dilində geniş 
yayılıb və onun analitik xarakteri ilə sıx bağlıdır. O, çox vaxt daha yüksək 
ekspressivlik yaratmaq və yığcamlıq məqsədilə işlədilir. Belə yığcamlıq çox 
vaxt tərcümədə saxlanıla bilmir.
Məsələn: 
«The peace campaign snowballed rapidly». 
«Sülh uğrunda mübarizə çox tez geniş miqyas aldı». 
«To snowball» feli «snowball» ismindən konversiya yolu ilə 
düzəldilmişdir. Azərbaycan dilində oxşar obrazlı fel olmadığından onu ney-
tral ifadə ilə vermək lazım gəlir. 
«A press conference was recently held in Essen» (Daily Worker, 
1956). - «Bu yaxınlarda Essendə mətbuat konfransı keçirilmişdir». 
Azərbaycan dilinə tərcümədə cümlənin söz sırası ciddi dəyişikliyə 
uğramışdır - zaman və yer zərflikləri cümlənin əvvəlində, mübtəda və xəbər 
axırındadır, amma həm ingilis, həm də Azərbaycan dillərinin söz sırasına 
uyğun olaraq tərcümədə də mübtəda xəbərdən əvvəl gəlir. Amma qeyd 
etmək lazımdır ki, mübtədanın yeri Azərbaycan dilində ingilis sintaksisin-
dəki kimi mütləq deyil. 
«United States and Chinese negotiators held the fifth session of their 
talks on the problem of civilian repatriation at U. N. headquarters in Geneva 
today». (Daily Worker, 1956) - «Bu gün Cenevrədə BMT-nin mənzil-
qərargahında Amerika Birləşmiş Ştatları və Çin nümayəndələrinin mülki 
şəxslərin repatriasiyası məsələsi üzrə beşinci iclası keçirilmişdir». 
Bu cümlənin tərcüməsi zamanı onu tamamilə yenidən qurmaq lazım 
gəlmişdir, çünki orijinalın Azərbaycan dilində bərpasının gedişində söz 
sırasını olduğu kimi saxlamaq qeyri-mümkündür. Belə olarsa, sadəcə olaraq 
deyimin mənası Azərbaycan dilində anlaşılmaz olar.
Tərcüməni orijinalla müqayisə edək: 


Filologiya məsələləri, № 8 2018 
211
1) Azərbaycan dilində zaman və yer zərflikləri cümlənin 
əvvəlindədir; 
2) Orijinalda cümlənin əvvəlində gələn mübtəda və ona aid olan 
sözləri çatdıran söz birləşməsi mübtəda qismində çıxış etmir və cümlənin 
ortasında verilmişdir; 
3) «the fifth session of their talks» vasitəsiz tamamlığı tərcümədə 
mübtəda olmuşdur («beşinci iclası»); 
4) orijinalda bilavasitə mübtədadan sonra gələn xəbər tərcümədə 
Azərbaycan dilinin qanunlarına uyğun olaraq cümləni tamamlayır; 
5) «talks» sözünün təyinini («on the problem of civilian 
repatriation») «mülki şəxslərin repatriasiyası» kimi vermək lazım gəlmişdir; 
6) İngilis dilində «United States» deyimi nə qədər aydın olsa da, 
dilimizdə onu tam - «Amerika Birləşmiş Ştatları» şəklində vermək qəbul 
olunmuşdur; 
7) ingilisdilli mətbuatda «U. N.» abbreviaturası geniş işlədildiyindən 
və bu formada verilməsi qəbul olunduğundan onun açmasına ehtiyac yoxdur, 
Azərbaycan dilində isə onu mütləq BMT kimi vermək lazım gəlir. 
İngilis dilində baş cümlədən əvvəl gələn budaq cümlədə mübtəda çox 
vaxt əvəzliklə, baş cümlədə isə isimlə ifadə olunur. Azərbaycan dilində isə 
bu mümkün deyil: 
«When she entered the room, the teacher saw the students writing». 
«Müəllimə otağa girəndə gördü ki, tələbələr yazı yazır». 
Tərcümədə cümlənin konstruksiyası əsaslı dəyişikliyə uğrayır, baş 
cümlənin mübtədası (müəllimə) cümlənin əvvəlinə keçir, əvəzliklə ifadə 
olunmuş mübtədaya isə yer qalmır, lakin orijinalda ifadə olunmuş fikir tam 
çatdırılır. Cümlənin əsas hissələrinin ardıcıllığını saxlamaqla tərcümə etməyə 
cəhd etsək, tərcümə təxminən belə səslənərdi: «Nə zaman ki, o, otağa daxil 
oldu, müəllimə gördü ki, tələbələr yazı yazır». Bu konstruksiyanın Azərbay-
can dilinin qanunlarına müvafiq olmaması aydındır, digər tərəfdən birinci 
mövqedə şəxs əvəzliyinin verilməsi ikili məna yaradır. Orijinalda «o» 
əvəzliyi müəlliməyə aid olduğu halda, tərcümədə daxil olanın başqa bir şəxs 
olması fikri yaranır. 
Belə düzüm onunla izah olunur ki, ingilis dilində əvəzliyin budaq 
cümlənin, ismin isə baş cümlənin mübtədası olması prinsipi üstünlük təşkil 
edir. Azərbaycan dilində isə isim birinci gələn (baş və ya budaq cümlə 
olmasından asılı olmayaraq) cümlənin mübtədası olur. 
Rəsmi sənədlərin sintaksisi müxtəlif əlavələr və dəqiqləşdirmələrə 
səbəb çox vaxt xeyli mürəkkəb olur. Elmi ədəbiyyatda olduğu kimi burada 
da ingilis dilində feli sifət və məsdər konstruksiyalarından istifadə olunur. 
Rəsmi sənədi dəqiq tərcümə etmək üçün tərcüməçi xüsusi terminologiyanı 


Filologiya məsələləri, № 8 2018 
212
da bilməli və qrammatik və leksik-frazeoloji uyğarlıqlar tapmağı bacarmalı-
dır.BMT-nin Nizamnaməsindən: 
«The Security Council shall, where appropriate, utilise such regional 
arrangements or agencies for enforcement action under its authority» (53-cü 
maddə) (http://www.mpil.de/files/pdf1/mpunyb_villani_6.pdf).
(«Təhlükəsizlik Şurası onun rəhbərliyi altında məcburi hərəkətlər 
üçün, mümkün olan yerdə, belə regional razılaşmalardan və ya orqanlardan 
istifadə edir»)Bu tərcümədə Azərbaycan dilinin qanunauyğunluqlarını 
gözləməklə orijinalın mətni demək olar ki, tam hərfiliklə çatdırılmışdır. 
Tərcümənin orijinaldan fərqi bundadır ki, ingilis mətnindəki gələcək zaman 
forması indiki zaman forması ilə çatdırılmışdır. Bunun səbəbi – ingilis 
dilindəki modal mənalı gələcək zaman formasının (ingilis rəsmi sənədlərində 
məhz bu forma daha çox işlədilir) Azərbaycan dilindəki indiki zaman 
formasının müvafiq olmasıdır. 
Publisistik qəzet materialları olduqca rəngarəngdir. İnformasiya 
səciyyəli materiallar daha yığcamdır və işgüzar üslubla fərqlənir. Bu kimi 
materialların «sökülüb» yenidən «yığılması» cümlələrin sintaksik baxımdan 
yenidən qurulması, struktur dəyişiklikləri və leksik uyğarlıqların istifadə 
edilməsi hesabına əldə olunur. Məsələn: «Taking part in the discussion with 
the President will be the new Secretary of State, the Defence Secretary and 
the special assistant to the President for National Security Affairs» (Daily 
Worker, 1961). («Prezidentlə müşavirədə yeni dövlət katibi, müdafiə naziri 
və prezidentin milli təhlükəsizlik məsələləri üzrə xüsusi köməkçisi iştirak 
edəcək»).Bu qısa xəbərin tərcümə edilməsi üçün cümləni yenidən qurmaq 
lazım gəlir. Qısa xəbər üçün səciyyəvi olan inversiya burada saxlanılmayıb, 
çünki xəbərin əsas hissəsinin önə çəkilməsi və köməkçi felin ondan aralıda 
verilməsi Azərbaycan dili üçün səciyyəvi deyil.
Məqalə, oçerk və bütövlükdə publisistika emosional çalarlı olmaları 
ilə fərqlənirlər və bu emosionallıq müxtəlif stilistik vasitələr və emosional 
məna yüklü sözlərlə yaradılır. Özü də, qeyd etmək lazımdır ki, publisistikada 
tətbiq olan emosionallıq vasitələri nadir hallarda orijinal olduğundan onların 
az itki ilə əvəzlənməsi mümkün olur. Bununla belə emosionallığın bu və ya 
digər formada saxlanılması vacibdir, çünki bu vasitələr müəllifin deyilənə 
münasibətini açıqlayır. İngilis dilində emosionallıq çox vaxt sifətlərlə 
yaradılır, amma Azərbaycan dilində onun olduğu kimi çatdırılması çətin 
olun. Bu da bir çox hallarda məhz dillərin arasındakı fərqlə, leksik vahidlərin 
tam qarşılığının olmaması ilə, qarşılığın olduğu hallarda isə həmin sözlərin 
birləşmə imkanlarının fərqli olması ilə bağlıdır. Məsələn, «There is every 
indication that Congress will give a resounding rebuff to the Chancellor» 
(Daily Worker, 1961) - «Tam əsasla ehtimal etmək olar ki, Konqress 
maliyyə nazirini kəskin dəf edəcək». Belə tərcümədə ifadənin mənası 


Filologiya məsələləri, № 8 2018 
213
çatmır, çünki «resounding rebuff » ifadəsinin mənası Azərbaycan dilində 
«qətiyyətlə yerinə oturdacaq» ifadəsi ilə çatdırıla bilər. Belə olduqda 
orijinalın diskursiv mənası olduğu kimi, daha doğrusu orijinala ən yaxın 
dolğunluqla çatdırılmış olur.Bu isə mənanın çatdırılmasının daha vacib 
olması ilə şərtlənir və bir daha mətnin deyil, bütövlükdə diskursun 
çatdırılmasının vacibliyini təsdiqləyir.Diskursun (mətnin) başqa dilin 
materialı əsasında bərpasının gedişində antonimik tərcümə priyomu da 
işlədilə bilir və bu da əsas məqsədin leksik və qrammatik vasitələrin deyil, 
onların köməkliyi ilə konseptosferin qarşı tərəfin şüurunda tam dolğunluğu 
ilə canlandırılmalı olması ilə izah olunur. Beləliklə, nəzərdən keçirilən 
misallar göstərir ki, ayrı-ayrı elementlərin çatdırılması hələ tamın mexaniki 
canlandırılması deyil, çünki tam bu elementlərin sadəcə cəmi deyil. Bu 
elementlər təcrid olunmuş deyil, onların hər biri qarşılıqlı əlaqədə olub 
qarşılıqlı şərtlənən sistemin ayrılmaz hissəsidir.
Ədəbiyyat 
1. Hacıyeva M.
Söz sırası analitik ifadə vasitəsi kimi
//
Azərbaycan 
müəllimi qəz.

2012, 30 mart. 
2. Грамматика русского языка. М.: изд. АН, 1954, т. II, стр. 660. 
3. Макаров М.Л. Основы теории дискурса. М.: ИТДГК «Гнозис», 2003 
4.Чернейко О.И. Базовые понятия когнитивной лингвистики в их
взаимосвязи / Язык, сознание, коммуникация: Сб. статей / 
Отв.ред.В.В.Красных,А.И Изотов. М.: МАКС Пресс, 2005 
5. Daily Worker, 1956. 
6. Daily Worker, 1961. 
7. http://www.mpil.de/files/pdf1/mpunyb_villani_6.pdf 
A. İsgandarova
Word order in the sentence and translation (On the basis of the English 
and Azerbaijani languages) 
Summary 
In the comparative study of languages, one of the main tasks is to 
identify the specific features of the languages. Specific features of the 
language are most clearly manifested in the translation process, during which 
the material created in one language is "restored" on the other. In the course 
of this "transformation", the order of "words" also changes - the order of the 
members of the sentence. This is clearly manifested in the course of a 


Filologiya məsələləri, № 8 2018 
214
comparative analysis of various English language materials with their 
translations into Azerbaijani. The order of the members of the sentence of 
the English and Azerbaijani languages is very different. Because, even when 
translating the simple sentences, it is not possible to preserve the order of the 
original words in the target language. In English, the predicate follows the 
subject, but in the Azerbaijani language the last position. In the article, based 
on specific examples of stylistically different materials (information, 
journalistic, business, etc.), a comparative analysis of the originals and their 
translations is conducted and it is concluded that when translating it is 
necessary to "recreate" the original proposal in accordance with the laws of 
the target language. Otherwise, the contents of the original will be distorted 
and the translation will not be reached its goal. 
Искандерова Абида Рафиг 
Порядок слов в предложении и перевод (На материале 
английского и азербайджанского языков) 
Резюме 
При сравнительном изучении языков одной из основных задач 
является выявление специфических особенностей исследуемых языков. 
Они наиболее ярко проявляются в процессе перевода, в ходе которого 
материал, созданный на одном языке, «восстанавливаются» на другом. 
В ходе этой «трансформации» меняется и лексический состав текста, и 
порядок «слов» - порядок расположения членов предложения.
Порядок расположения членов предложения английского и 
азербайджанского языков резко отличаются. Из-за этого даже при пере-
воде самых простых предложений сохранить порядок слов оригинала в 
языке перевода не удается. В английском языке сказуемое следует после 
подлежащего, а в азербайджанском – на последней позиции. В статье на 
конкретных примерах стилистически разных материалов (информационн-
ых, публицистических, деловых и др.) проводится сравнительный анализ 
оригиналов и их переводов и делается вывод, что при переводе необхо-
димо «воссоздавать» предложение оригинала в соответствии с законами 
языка перевода. В противном случае содержание оригинала будет иска-
жено и перевод цели не достигнет.
Rəyçi Fikrət Cahangirov
Filologiya üzrə elmlər doktoru, professor


Filologiya məsələləri, № 8 2018 
215
ƏDƏBİYYATŞÜNASLIQ 
SƏRXAN XAVƏRI 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
sarxan.xaveri@mail.ru 
MİLLİ VƏ ETNİK MƏDƏNİYYƏT MÜNASİBƏTLƏRİ 
MÜSTƏVİSİNDƏ FOLKLOR VƏ SİYASİ İDARƏŞİLİK 
Açar sözlər: 
Siyasi idarəetmə,
dövlətçilik, folklor, sosial təşkil, etnos, milli 
mədəniyyət, etnik mədəniyyət.
Key words: 
political management, statehood, folklore, social organization, 
ethnos, state, national culture, ethnic culture.
Ключевые слова:
политическое управление, государственность, 
фольклор, социальная организация, этнос, государственная 
национальная культура, этническая культура
Əsas mətn. Şərti olaraq «mental kosmos» adlandırdırıla bilən xalqın 
milli özünütəşkilində daim təkrarlanan, müxtəlif kombinasiyalarda ritmləşən 
elə dəyişməz struktur unuversumlar, etnik davranışın elə qəlib strukturları 
vardır ki, milli siyasi idarəçilik ideologiyasının elmi əsaslarla hazırlanması 
üçün o strukturlar geniş tədqiq olunmalıdır. Və həmin qəlib-modellər heç bir 
digər təsisatda olmadığı kimi yalnız xalqın folklorunda qorunub saxlanıl-
mışdır. 
Məlumdur ki, əski mədəniyyətlərdə hər hansı bir ideyanın kütləvi olaraq 
aşılanmasında, ictimai rəyin formalaşmasında kollektiv yaddaşa əsaslanan 
folklor yeganə sosial təsisat olmuşdur. Bu günün özündə belə folklor 
funksional imkanlarını reallaşdırma effektivliyinə görə qeyri-adi bir intensivliyə 
və miqyaslılığa malikdir. Folklorun funksionallıq imkanları ilk növbədə onunla 
şərtlənir ki, o yazı mədəniyyətindən fərqli olaraq özünü kollektiv yaddaşın hazır 
qəlibləri əsasında reallaşdırır, buna görə də informativ siqnalların göndərilməsi 
ilə sosial inteqrativ sahənin yaranmasına daha çevik nail olur. 
Bu mənada kollektiv yaddaş mexanizmlərinə əsaslanan folklor, onun 
müvafiq janrları bütün digər xüsusiyyətlərlə yanaşı, xalqın siyasi idarəçilik 
təfəkkürünün həm yaranma və formalaşma arealı, həm də yaranmış təcrübənin 
qorunduğu fonddur. Buna görə də Azərbaycan folklor nümunələri, xüsusən 


Filologiya məsələləri, № 8 2018 
216
epik folklor mətnləri xalqımızın siyasi idarəçilik ənənələrini də özündə 
mükəmməl şəkildə ehtiva edir.
Lakin nə folklorşünaslığın özü, nə tarix, nə fəlsəfə, arxeologiya, etnoq-
rafiya ayrılıqda götürülən elm sahəsi kimi həmin ənənə modellərini mükəmməl 
müəyyənləşdirmək qüdrətində deyil. Siyasi idarəçilik ideologiyasının etnik-milli 
dəyərlər hesabına gücləndirilməsi, həmçinin Azərbaycanın perspektiv ideoloji 
inkişafının proqnozlaşdırlması və ssenariləşdirilməsi baxımından bu modellərin 
məhz multidissiplinar və kulturoloji olaraq araşdırılması zəruridir. 
Bu baxımdan müasir mərhələdə folklorun siyasi idarəçilik ideologiyasının 
formalaşmasında yeri və rolunun araşdırılması müstəsna əhəmiyyət daşıyır. 
Beləliklə, Azərbaycan milli mədəniyyəti və etnik mədəniyyət kontekstində 
folklor və siyasi idarəçilik münasibətlərinin elmi təhlilin predmetinə çevrilməsi 
iki aspektdən xüsusi əhəmiyyət daşıyır: 
Birinci aspekt, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın toplum olaraq 
müasir mürəkkəb sosial-mədəni, siyasi və geosiyasi şərtlər daxilində optimal və 
perspektivli ideoloji sistem yaratmq zərurəti ilə əlaqəlidir.
Tarixi təcrübə sübut edir ki, siyasi idarəçilik ideologiyası millətin 
özünüdərk aktı olaraq adətən milli mövcudluğa təhlükə yaranan anlarda 
meydana gəlir və etnik-milli tərəqqinin intibahını şərtləndirir. Bu mənada son 
illərdə müxtəlif səviyyələrdə dövlətçlik təfəkkürünə dönüş, milli ideoloji 
axtarışlar hər şeydən əvvəl milli intibah axtarışlarından xəbər verir. Sivil 
xalqların tarixində milli ideyanın konseptuallaşması, ideologiyanın yaranması 
bir tərəfdən milli-mənəvi yüksəlişin zirvə məramı, intibah yekunudursa, digər 
tərəfdən növbəti yeni sosial tərəqqinin etibarlı və möhtəşəm təməlidir. 
İkinci aspekt Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 
qloballaşma prosesinin sürətlənməsi dövrünə təsadüf etməsi ilə bağlıdır. 
Hazırda hər bir xalqın öz milli identikliyini qoruması, kənar dəyərlərin milli-
mənəvi dəyərləri sıxışdırmasına yol verilməməsi əsas vəzifələrdən biri kimi 
qəbul edilir.
Bu iki aspektin bir-biri ilə sıx bağlılığı müstəvisində "folklor və siyasi 
idarəçilik" probleminin öyrənilməsi, milli ideologiyanın formalaşmasında 
folklorun rolu məsələsi xüsusi aktuallıq kəsb edir.
Əslində, son illərdə humanitar elmi düşüncədə və ictimai fəaliyyət 
sahələrində xalqın folklorunda yaşayan dəyərlərə total bir dönüş tarixi 
zərurətdən doğaraq Azərbaycan milli mədəniyyətinin öz əsasında dayanan 
etnik mədəniyyətə intensiv qayıdış aktıdır.
Normativləşmiş kulturoloji yanaşmaya görə, etnik mədəniyyət özündə 
etnik yaşama, əsasən əmək və məişət sferalarına aid olan əvvəlki nəsillərin 
ənənənlərini daşıyır. Onun spesfik xüsusiyyətləri folklorda - ənənvi mətbəx 
və geyim mədəniyyətində, peşə və sənət sahələrində, xalq təbabətində və s. 
özünü göstərir. Əksər hallarda bu mədəniyyət şifahi xarakter daşıyır, sonra 


Filologiya məsələləri, № 8 2018 
217
tədricən yazılı mədəniyyətə çevrilir. Etnik mədəniyyətin müəyyənlik keyfiyyəti 
əhəmiyyətli dərəcədə təbii mühütlə şərtlənir. Onda xalqın əsrlərdən bəri 
toplanmış həyat təcrübəsi, mifoloji görüşləri, inanc sistemi və təbii şərtlər 
daxilində formalaşmış təsərrüfat həyatı əks olunur. Konservatizm, varislik və 
ənənəvilik etnik mədəniyyətin əsas əlamətləridir. Müasir günümüzdə etnik 
mədəniyyətin bir sıra detalları bəzi xalqları xarakterizə edən emblem və 
simvollara çevrilmişdir. Məsələn, müasir qloballaşma şəraitində belə samovar 
rusların, damalı şalvar şotlandların, kələmli sosiska almanların, spagetti 
italyanların "etnik yarlığı", "milli emblemi" funksiyasını daşıyır.
Diaxron baxış bucağından yanaşdıqda etnik mədəniyyət milli mədəniyyətin 
ilkin səviyyəsidir.
Milli mədəniyyət isə daha çox yazı mədəniyyəti və təhsil əsasında 
zənginləşir. Bu zənginləşmə də ədəbiyyatda və incəsənətdə, elmdə və fəlsəfədə, 
cəmiyyətin sosil-siyasi və texnoloji inkişafında əks olunur. Milli mədəniyyətin 
ən diqqətəlayiq nailiyyətləri həmin xalqın ən istedadlı nümayəndələrinin, 
maarifpərvər şəxslərinin, bir sözlə elitasının yarıdıcılıq məhsullarıdır. Bu 
mənada milli mədəniyyət daha çox intellektualların dünyagörüşündə əks 
olunur. Güclü milli mədəniyyəti olan xalqın güclü intellektual potensialı, ziyalı 
elitası olmalıdır. Başqa sözlə ifadə etsək, milli mədəniyyətin mükəmməllik 
intiqatorlarından biri milli elitadır. Lakin bütün hallarda milli mədəniyyətin əsas 
bazisi etnik mədəniyyətdir. Milli mədəniyyətin nümayəndələri olan yazıçılar 
etnik mədəniyyətdən obraz və süjetlər, bəstəkarlar melodiya və ritimlər, 
arxetektorlar tikinti üslubları, siyasətçilər xalqın ösixologiyasına uyğun 
idarəçilik texnologiyaları və s. əxz edirlər.
Milli mədəniyyətlə etnik mədəniyyət arasındakı münasibətlər olduqca 
mürəkkəb, bəzi hallarda ziddiyyətlidir. Mühafizə olunan ənənələrin bəziləri 
müasir yaşam normalarına cavab verməsə belə, etnik mədəniyyət daim 
arxaikliyi konservasiya etməyə meyillidir. Daha çox qapalı sistem xarakteri 
kəsb edən etnik mədəniyyət istənilən dəyişmə və yeniliyə yaddır.
Milli mədəniyyət isə daim dəyişmə və yeniləşmədədir. O, digər 
mədəniyyətlərlə kontakta can atır, onların nailiyyətləri ilə özünü zənginləşdirir. 
Əgər etnik mədəniyyət lokal, yerli, hətta ayrıca bir qrupa məxsus məişət 
özəlliklərini, davranış xüsusiyyətlərini və s. qoruyub saxlamağa şalışırsa, milli 
mədəniyyət onlar arasındakı fərqin sürətlə aradan qaldırılmasına meyillidir. 
Etnik mədəniyyətdə topluma məxsus fərdin fərdi avtonomluğu formal 
xarakter daşıyır. Burada etnik toplum, kollektiv özü ayrıca bir fərd 
statusundadır. Obrazlı ifadə etsək, burada mədəniyyətin dili ilə danışan 
kollektivdir. Milli mədəniyyətdə isə "danışan" məhz milli mədəniyyət 
nümayəndələrinin özüdür. Onlar öz fərdi personaları ilə mənsub olduqları 
mədəniyyətin təmsilçiləri statusundadırlar. 


Filologiya məsələləri, № 8 2018 
218
Milli mədəniyyətin açıq sistem xarakterinə malik olmasından irəli gəlir 
ki, qloballaşma şəraitində o, digər mədəni sistemlər tərəfindən udulmaq riski 
ilə üz-üzədir. Və bu riskin önlənməsinin, kənar təsirlərə qarşı immuniteti 
artırmağın yeganə yolu etnik mədəniyyətlə daim təmasda olmaqdır. Burada 
ən böyük paradoskallıq həm də ondan ibarətdir ki, milli mədəniyyət özünü 
kosmopolit qeyri-müəyyən fəzada deyil, məhz mənsub olduğu etnik 
mədəniyyət müstəvisində dərk etdikdə etnos, millət anlayışından bəşəriyyət, 
məhəllə, region anlayışından isə planet, kosmos anlayışına da keçə bilir. Bu 
halda onun struktur bütövlüyündə istənilən sosial-mədəni, siyasi, etnik, 
mənəvi-əxlaqi fərqliliklər bütöv bir tamın ayrı-ayrı fraqmentləri kimi qəbul 
edilə bilir. 
Beləliklə, XX əsr boyu Azərbaycan milli mədəniyyətinin müntəzəm olaraq 
folklora müraciəti mədəniyyətin öz daxilində gedən özünüqoruma, immun 
sisteminin gücləndirilməsi, milli identikliyin mühafizəsi kimi amillərin təsiri ilə 
baş vermişdir. Bu proses bu gün də milli mədəniyyətimizdə olduqca aydın bir 
şəkildə müşahidə olunmaqdadır. Həm də bir məsələni xüsusilə vurğulamaq 
lazımdır ki, müxtəlif tarixi mərhələlərdə milli mədəniyyətin etnik mədəniyyətə 
müraciətində həmin tarixi şəraitin ortaya qoyduğu zərurətə uyğun olaraq fərqli 
yanaşmalar özünü göstərir. Məsələn, XX əsrin əvvəllərində ümummilli faciə 
səviyyəsində dərk olunan milli süstlük və cəhaləti, sosial-ictimai və mənəvi-
əxlaqi neqativləri xalqın özünün anladığı dildə tənqid etmək, son nəticədə 
ümummilli oyanışa nail olmaq zərurəti milli mədəniyyətin nümayəndəsi Cəlil 
Məmmədquluzadənin timsalında etnik mədəniyyətin tiristerik obrazı Molla 
Nəsrəddinə müraciəti zərurətə çevirmişdir. XX əsrin əvvəllərində Azərbaycan 
ictimai şüurunda "Molla Nəsrəddin" fenomeni milli mədəniyyətin etnik 
mədəniyyət potensiyasını yeni şəraitdə aktivləşdirmək baxımından olduqca 
maraqlı faktdır. Və yaxud ötən əsrin altmışıncı illərində etnik-milli oyanış, milli 
azadlıq hərəkatı ideyaları milli mədəniyyətin növbəti görkəmli nümayəndəsi 
yazıçı Anarın yaradıcılığı timsalında qəhrəmanlıq dastanı olan "Kitabi-Dədə 
Qorqud"u ictimai-mədəni səviyyədə fokuslaşdırmışdır. Milli və etnik 
mədəniyyətlər arasında münasibətlərə aid bu tipli nümunələrin sayını kifayət 
qədər artırmaq mümkündür.
Bu kontekstə ötən əsrin ortalarından elmi və ictimai fikirdə "folklor və 
dövlətçik" mövzusunun aktuallaşması sırf elmi sifariş olmaqla yanaşı, həm 
də milli-ictimai sifarişdir. Hazırda isə bu istimatdəki tədqiqatlar qloballaşma 
şəraitində öz dövlət müstəqilliyinin kövrək addımlarını atan bir xalqın 
ziyalılarının, milli mədəniyyət daşıyıcılarının etnik mədəniyyət potensialı 
hesabına müstəqil dövlətçiliyə elmi-ideoloji dəstək aktıdır. 
XX əsrin ən məşhur sosioloqlarından hesab olunan Frensis Fukuyamanın 
yanaşmasına görə, planetar miqyasda konfliktlərin əsas mənbəyi kimi 
görünməsinə baxmayaraq, bəşər sivilizasiyasının ən qədim institutlarından 


Filologiya məsələləri, № 8 2018 
219
olan dövlət Tomas Qobssun ölkə daxilində "hamının hamıya qarşı 
müharibəsi" adlandırdığı xaos rejimindən qurtulmaq yolunda əldə edilmiş ən 
unikal təsisatdır(1, s. 6). 
Sosial özünütəşkil modeli kimi tarix səhnəsində dövlətin meydana 
gəlməsi hər şeydən əvvəl onu yaradan etnosun malik olduğu mükəmməl 
siyasi idarəçilik təfəkküründən qaynaqlanır. Bu yolun başlanğıcı öz start 
məqamını həmişə və hər bir şeydə olduğu kimi, yenə də məhz İdeyadan - 
xalqın milli siyasi idarəçilik təfəkküründən götürür. Dövlətin İdeyanın 
törəməsi olması barədə Platon təklif edirdi ki, ...gəlin polis (dövlət 
mənasında) ideyasını yaradaq”. Əslində bu ideya Platonun onu ifadə etdiyi 
dövrə qədər də mövcud idi. Onun yunan gerçəkliyində konkret məzmun kəsb 
etməsi “polis ideyası”nda həyata keçdi. Siyasi idarəçilik bir ideya hadisəsi 
olaraq (buna milli dövlət obrazı da demək olar) öz növbəsində uzun əsrlər 
ərzində xalqın təfəkküründə, kollektiv etnik yaddaşda yaranıb formalaşır, 
funksional imkanları ilə tədricən tayfanı, qəbiləni, qəbilə birliyini, xalqı, 
milləti vahid sosial struktur - dövlət daxilində təmərküzləşən passionar gücə 
çevirir. Deməli "folklor və siyasi idarəçilik" probleminin ümummədəniyyət 
kontekstində dəyərləndirilməsi ilk növbədə bu problemə kollektiv düşüncə 
anlayışı kontekstində baxışı zəruri edir. Xalq düüncəsinin əsas müəyyənlik 
keyfiyyəti ilə bağlı xüsusiyyətlər onun kollektiv reallığa aid olması, etnik 
səviyyədə universallığıdır. Xalq düşüncəsi daim dinamikada olan, lakin buna 
baxmayaraq arxetiplərlə bağlı obraz, süjet və motivləri metaforik qaydada 
qoruyan, zamanın axınında onların sabitliyini təmin edən, kollektiv 
səviyyədə universallığını təsdiqləyən bir anlayışdır. Kollektiv yaddaş 
dövlətin yaranmasında və formalaşmasında ona görə mühüm rol oynayır ki, 
o toplumun ayrı-ayrı fərdlərinin vahid sosial-siyasi struktur daxilində eyni 
məqsədə doğru hərəkət etməsi, müəyyən bir ideya ətrafında birləşməsi üçün 
mənəvi universallaşmanı təmin edir. Başqa sözlə ifadə etsək, kollektiv 
yaddaşın eyni mexanizmləri əsasında düşünən toplumun fərdləri dövlət 
aparatı tərəfindən asan idarə oluna bilən sosiuma çevrilir. Əski 
cəmiyyətlərdə folklorun həyata keçirdiyi bu missiyanı müasir mərhələdə 
dövlət ideologiyası yerinə yetirir. Kollektiv yaddaşın dövlətin idarə 
olunmasında belə mühüm rolu Karl QustavYunqun "kollektiv qeyri-şüuri" 
anlayışı ilə üst-üstə düşür. K.Q.Yunqa görə, qeyri-şüurinin fərdi 
səviyyəsindən başqa şəxsi təcrübəyə əsaslanmayan digər bir mühüm 
səviyyəsi də vardır. O, həmin səviyyəni irsi olana aid edir. Məhz bu daha 
dərin səviyyə kollektiv qeyri-şüuridir. K.Q.Yunq yazır: “Mən “kollektiv” 
sözünü ona görə seçdim ki, bu, fərdi qeyri-şüuri deyil. Yəni o, fərdi 
psixikanın əksinə olaraq hər yerdə və bütün fərdlərdə cum grano salis (“bir 
damcı” dəyişikliklərlə) fəaliyyətin eyni üsulları və elementlərinə malikdir. 


Filologiya məsələləri, № 8 2018 
220
Başqa sözlə, bütün insanlarda o, özünə identikdir və bunun sayəsində hər bir 
fərddə mövcud olan fövqəlfərdi təbiətin psixi əsasını təşkil edir”(2, s. 249). 
Folklor kollektiv yaddaşa əsaslandığı kimi, həmçinin kollektiv qeyri-
şüuriyə də əsaslanır. İstər ayrılıqda götürülən hər hansısa bir xalqın folkloru, 
istərsə də dünyanın müxtəlif xalqlarının etnik mədəniyyətinin müqayisəsi 
kontekstində heyrətamiz dərəcədə obraz, süjet və motiv anologiyalarını, 
folklorda müşahidə edilən universallıq fenomenini anlamaq üçün Yunqyn 
"kollektiv qeyri-şüuri" anlayışı olduqca dəqiq bir açar vermiş olur. Bu 
baxımdan son dövrlər Azərbaycan folklorşünaslığında bu istiqamətdə 
müşahidə olunan araşdırma tendensiyalarını da alqışlamaq lazımdır. Bizi isə 
bu araşdırma kontekstində folklorun əsaslandığı "kollektiv yaddaş" və 
"kollektiv qeyri-şüuri"nin siyasi idarəçilik ənənələrinin formalaşmasındakı rolu 
daha çox maraqlandırır. Yunqun misal gətirdiyimiz mülahizəsindən aydın olur 
ki, insan psixikasının dərinliklərində müşahidə olunan "kollektiv qeyri-şüuri" 
yalnız dövlətin yaranmasında, formalaşmasında deyil, digər sosial təsisatların 
inkişafında da mühüm rol oynayır.
Folklor və siyasi idarəçilik probleminə aydınlıq gətirmək üçün ilk növbədə 
aşağıdakı məsələlər bir-biri ilə qarşılıqlı müqayisədə müəyyənləşdirilməlidir: 
1. Folklorun mədəniyyətdə yeri və funksiyası; 
2. Dövlətin mədəniyyətdə yeri və funksiyası.
İstər sosial, istər kulturoloji, istərsə də, sosiokulturoloji baxımdan özü-
özlüyündə mürəkkəb problem olan folklor və siyasi idarəçilik münasibətlərinin 
milli mədəniyyət kontekstində tədqiqi bu mürəkkəbliyi bir az da artırmış olur. 
Belə ki, folklor bir tərəfdən milli mədəniyyətin tərkib hissəsidir. Diaxron 
baxışda onun arxetipidir, yaxud da ənənəvi mədəniyyət adlandırılan alt layıdır, 
hətta onun milli müəyyənliyini şərtləndirən, struktur bütövlüyünü qoruyub 
saxlayan "etnik nüvə"dir. "Folklor qədim mədəniyyət mənasında da başa 
düşülür...İbtidai mədəniyyət profan potensialına görə sonrakı təzahür imkanla-
rının məcmusunu özündə ehtiva edir. Yəni o özünün ən sadə, bəsit və ibtidai 
formasında belə kifayət qədər yüksək və özündən sonrakı inkişafın bütün 
potensialını nüvəsində yerləşdirən, açıldıqca açılan, genişləndikcə genişlənən və 
heç zaman özünün ilkin başlanğıcındakı kod, məlumat və sxem səviyyələrindən 
heç olmazsa biri ilə genetik struktur əlaqəsini itirməyən, davamlı, fasiləsiz və 
mürəkkəb sistemdir" (3, s.12). 
Sinxron baxış bucağından folklor müasir mədəniyyətimizin digər 
elementləri ilə qarşılıqlı əlaqədə olan, ümumxalq yaddaşında, hətta müasir 
imformasiya kommunikasiya texnologiyalarında, internetdə canlı olaraq 
yaşamını davam etdirən mədəni institutdur. Bundan əlavə, folklor bir yaddaş 
layı kimi mədəniyyətin bütün mənalı elementlərini özündə birləşdirən bir 
qatdır. Bir az başqa cür ilə ifadə etsək, folklor daxil olduğu mədəniyyət 
sistemini proyeksiyalama ilə həm də "öz içinə" daxil edir. Siyasi idarəçilik 


Filologiya məsələləri, № 8 2018 
221
isə folklorun da daxil olduğu mədəni sistemin siyasi özünüifadəyə və 
cəmiyyətin özünütəşkil təcrübəsinə əsaslanan mühüm laylarından biridir. Bu 
baxış bucağından milli mədəniyyət kontekstində folklor və dövlətçilk vahid 
müstəvi üzərində bərabərhüquqlu münasibətdədirlər. Amma digər tərəfdən 
mədəniyyətin əsas siyasi laylarından olan siyasi idarəçilik folklorun öz içinə 
proyeksiya etdiyi mədəni sistemin mühüm elementi kimi həm də folklora 
daxildir. 
Folklorun ən mühüm müəyyənlik keyfiyyəti onun şıfahi ənənə olması, 
yaxud da şifahi ənəndə olmasıdır. Dövlət quruculuğu və idarəçiliyi ilə bağlı 
vərdişlərin, biliklərin, dəyərlərin məcmusunu özündə ifadə edən siyasi mədəniy-
yət ənənəsi - siyasi idarəçilik əsasən şifahi ənəndir, yaxud şifahi ənənədədir. 
Məsələn, qədim türklərdə dövlət idarəçiliyi ənənələrini özündə əks etdirən 
"törə", daha sonralar "yasa" nəsildən-nəsilə şifahi ənənə vasitəsilə ötürülmüşdür. 
Bu barədə Abdulqadir İnan yazır: "Əski türklərdə qanun mənasına gələn yasa 
(yasaq) termini moğol istilasından sonra islam tarix və etnoqrafiya ədəbiyyatına 
girmiş və çox yayılmış termindir. Göy türklər, xaqanlılar və səlcuqluların qanun 
və nizamı ifadə edən törü-türə termininin yerini tutmuşdur. "Yasa" mənşəyi 
baxımından, şübhəsiz ki, türk sözüdür....Yasa əski türk xaqanlıqlarında qüvvədə 
olan və şifahi olaraq nəsildən nəsilə keçən "törü" və qaydalardan başqa bir şey 
olmamışdır" (4, s.222). 
Deməli, etnosun əldə etdiyi təcrübəyə əsaslanan bütün digər biliklər, 
vərdişlər kimi siyasi idarəçiliklə bağlı bilik və təcrübə də bu mənada folklor 
adlanan universumdan kənarda deyildir, onun semantik strukturuna daxildir. 
Folklor və siyasi idarəçilik münasibətlərinin mürəkkəb qatbaqat strukturu 
məhz buradan irəli gəlir. 
Milli filoloji və folklorşünaslıq elmimizdə "Folklor və siyasi idarəçilik" 
problemi daha çox folklor nümunələrində siyasi idarəçiliklə bağlı sujetlərin, 
obrazların, motivlərin, hətta rəmz və simvolların təhlilə cəlb edilməsi kimi 
başa düşülmüşdür. Nümunələri qarşına qoyub oradakı siyasi idarəçiliklə 
bağlı əlamətlərin seçilməsi və tarixdən salınan işıqda təhlil edilməsi kimi 
başa düşülür. Olduqca zəruri olan bu istiqamət problemin yalnız bir 
aspektidir. Çünki etnosun bütün digər sahələrlə bağlı təcrübələri kimi, siyasi 
idarəçilik təcrübəsi də folklorda qorunub saxlanılır. Zatən saxlanılacaq başqa 
bir fond da yoxdur. Buna görə də istənilən xalqın folkloru həmin xalqın 
tarixi etnoqrafik detalları, tarixən mənsub olduğu dövlətlərin simvol və 
atributları ilə zəngindir. Amma məsələyə digər bir aspektdən də yanaşmaq 
mümkündür. folklor həm də siyasi idarəçiliklı bağlı təcrübəni yaradan sosial-
mədəni təsisatdır. Yəni dövlətçiliyin mühüm şərtlərindən olan sosial 
strukturlaşmanın akkumilyasiyası elə folklor hesabına baş verir. Siyasi 
idarəçiliklə bağlı ənənələr onun akkumiliyativ enerjisi, cəmiyyətin təşkilinə 
funksional təsiri hüsabına yaranır, yaranan təcrübə məhz onda toplanaraq 


Filologiya məsələləri, № 8 2018 
222
təcrübəya çevrilir. Təcrübə yenidən eallaşaraq daha ali mərhələdə dövlətin 
yaranmasında iştirak edir. Yəni folklor siyasi idarəçilik ənənələrini yaradır, 
yaratdıqlarını özünə yığır, yığdığı hesabına yenidən yaradır. Əgər biz 
folklordan yalnız yaddaş bankı kimi bəhs edib onda konservasiya olunmuş 
hazır təcrübənin izlənilməsi və təhlili ilə məşğul olsaq, onda milli siyasi 
idarəçilikdə folklorun mühüm funksionallıq keyfiyyəti tədqiqatdan kənarda 
qalmış olacaq. Qeyd etdiklərimizin ən sadə formulu "folklor dövlət yaradır" 
şəklində ifadə oluna bilər. 
Bizim hazırkı yanaşmada milli mədəniyyət kontekst, folklor və siyasi 
idarəçilik isə tekst statusundadır. Halbuki, heç bir elmi prinsip pozulmadan 
bu tamamilə əksinə də ola bilər. Yəni milli mədəniyyəti və ya dövlətçiliyi 
folklorun, yaxud da folklorun özünün dövlətçiliyin ümumi kontekstində 
tədqiq də heç bir elmi prinsipin pozulması demək olmazdı. İlk növbədə ona 
görə ki, folklor da, milli mədəniyyət də, siyasi idarəçilik də nə ayrılıqda 
götürülən kulturoloji, nə də ayrılıqda götürülən sosioloji anlayışlar olaraq 
deyil, sosiokulturoloji anlayış olaraq bütövlükdə cəmiyyətin sosial tərəqqisi 
prosesində əldə edilən elə təsisatları ifadə edir ki, həmin sosial-mədəni 
institutlar milli və etnik olub olmamasından asılı olmayaraq elə cəmiyyət 
adlanan bütövün müəyyənlik keyfiyyətini, mahiyyətini ifadə edir.
- Sosioloji yanaşmaya uyğun olaraq, mədəniyyətə normalar sistemi kimi 
yanaşdıqda, normalar vasitəsilə cəmiyyətin təşkili prinsipinə əsaslanan 
dövlət anlayışı önə çıxır; 
- Antropoloji yanaşmaya uyğun olaraq, mədəniyyətə biliklər və inamlar 
sistemi kimi yanaşdıqda, ənənə vasitəsilə ötürülən və etnik kollektiv yaddaşda 
yaşayan universal bilik kimi folklor önə çıxır.
Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdik. Mədəniyyətə 
antropoloji yanaşmada "mədəni universalilər" anlayışı mühüm yer tutur. Mədəni 
universalilər dünyanın əksər xalqlarında təsadüf olunan mədəniyyət faktlarıdır. 
Amerika antropoloqu Corc Merdok 70-dən artıq mədəni universali müəyyənləş-
dirmişdir (5). Onlara diqqət etsək görərik ki, bu mədəni universalilərin əksəriy-
yəti folklor artefaktlarıdır. Məsələn, nigah institutu, mülkiyyət hüququ, dini 
adətlər, bədənin bəzədilməsi, birgə əmək, rəqs, dəfn ritualları, qonaqpərvərlik, 
oyunlar və s. birbaşa folklorla bağlıdır. 
Folklorun siyasi idarəçilikdə iştirakı daha çox mədəni universalilər he-
sabına baş verir. Daha doğrusu, folklor, etnik mədəniyyət, mədəni universalilər 
vasitəsilə cəmiyyətin dövlət daxilində təmərküzləşməsi üçün ilkin reseptləri 
təqdim edir. Dövlətin mühüm amillərindən olan sosiumun strukturlaşması 
əvvəlcə folklorun təqdim etdiyi mədəni universalilər hesabına mikrosəviyyədə 
reallaşır, sonradan tədricən ayrı-ayrı mədəni universalilər hesabına strukturlaşan 
mikrostrukturlar birləşərək nisbətən daha iri sosial strukturları yaradır. Daha 
sonra dövlət həmin sosial strukturları ən iri makrostruktur olan dövlət daxilində 


Filologiya məsələləri, № 8 2018 
223
birləşdirir. Sosial mikrostrukturların vahid bir sosial sistem daxilində düzülü-
şündə mifoloji görüşlər də mühüm rol oynayır. Bizim qənaətimizə görə, arxetip 
əsası ilə "müdrik qoca"ya dayanan əcdad kultu mədəni universalilər hesabına 
strukturlaşan mədəni universaliləri vahid sistem daxilində təmərküzləşdirən 
konsentrativ nüvə funksiyasını yerinə yetirir. Belə ki, türk xalqlarında dövlətin 
rəhbəri, hökdar, əslində, əcdad kultunun transformasiyasıdır. Hökmdar dövlətin 
bütün varlığının təminatşısıdır. Sistemin varlığını təmin edən "enerji" məhz 
şaxələnərək ondan yayılır. Hökmdarda olan bu güc, əslində onun dövlət 
təsisatları sistemində malik olduğu hərbi-inzibati gücdən daha çox, uzun əsrlər 
ərzində xalqın mifik təfəkküründə toplaşmış mifik enerjinin gücüdür.
Dövlət sosial təsisatın özüdür. Siyasi idarəçilik isə ən ümumi mənada, 
həmin təsisatla bağlı cəmiyyətin sosial özünütəşkili və idarə edilməsinə, fərd-
fərd və fərd-cəmiyyət münasibətlərinin nizamlanmasına əsaslanan tarixən 
toplanmış təcrübədir və deməli, dövlət quruculuğu üçün ideya bazasıdır. Həmin 
təcrübə digər etnik biliklərlə yanaşı ən konservativ bir şəkildə folklor fondunda 
qorunub saxlanılmışdır. Hələ XI əsrdə Mahmud Kaşqarlı yazırdı ki, «el qalmas 
törü qalır». («dövlət itirilər, adət-ənənə itirilməz»). O, siyasi idarəçilik 
ənənəsinin folklorda yaşamasını, fasiləsizliyini bildirən həmin ata sözünü tarixin 
yaddaşına yazmaqla özü də dövlətçiliyə xidmət etmişdir. Deməli, əsas olan 
ideyanın, qorunub saxlanılmasıdır.
Ədəbiyyat 
1. Фукуяма Френсс. Сильное государство: Управление и мировой порядок 
в XXI веке: Mосква Xранитель, 2006 220 с.
2. Юнг К.Г. Божественный ребенок: Аналитическая психология и 
воспитание. Сб., М.: «Олимп»; ООО «Издательство АСТ-ЛТД», 1997, 
400 с. 
3. Ağaverdi Xəlil. Folklorşünaslığa giriş. Folklor terminləri. Bakı, Nurlan, 2010, 
140 s. 
4. İnan A. Yasa, Töre-Türe ve Şeriat// Abdulqadir İnan. Makaleler ve 
İncelemeler. 2 Baskı, II cilt, Ankara, Türk Tarih Kurumu Basımevi, 1998.4.
5. Джордж Питер Мердок. Социальная структура / Пер. с англ. 
А.В.Коротаева. (Антропология/Фольклор) М.: ОГИ, 2003. 606 с.


Filologiya məsələləri, № 8 2018 
224
S. Khavari 
Folklore and political management in the context
of national and ethnic culture 
Summary 
In the article the problems of folklore and political management are 
investigated from the culturological point of view. For bringing the clarity to the 
folklore and political management in the context of national culture two 
perspectives are mainly determined.
1.
The position and function of folklore in culture 
2.
The position and function of state in culture. 
In the article such savings is noted that from the diachronic point of view 
the folklore is the part of national culture, its archetype, or inner layer which is 
called a traditional (ethnic) culture. At the same time folklore as the structure of 
culture reflects the same structure itself. But the political management is the 
social institution including folklore based on the experience of self-forming of 
society and the political self-defense of the cultural system. From this point of 
view the folklore and political management are equal relationships in the single 
aspect in the context of national culture. From the other side the political 
management as one of the main political institutions of culture includes folklore 
as the important element of cultural system being projection to folklore. The 
political cultural tradition ─ political management expressing the totality of 
habits, skills, values dealing with the state establishment and management is an 
oral tradition. Thus, the skill and experience dealing with the political 
management as habits, other skills based on the experience which the ethnos is 
gained included to the semantic structure of folklore. In the article the structure 
of folklore and political management relations is investigated on the base of 
ancient Turkish texts and Azerbaijani folklore examples.


Filologiya məsələləri, № 8 2018 
225
С.Хавери 
Фольклор и политическое управление в контексте национальной и 
этнической культуры 
Резюме 
В статье исследуется проблема фольклора и государственности в 
аспекте культурологии. Для разъяснения проблемы фольклора и 
государственности в контексте национальной культуры в основном 
определяются два направления: 
1. Место и функции фольклора в культуре 
2, Место и функции государства в культуре 
В статье выдвигается такое предположение что, в диахроническом 
аспекте фольклор - составная часть национальной культуры, его архетип, 
или же нижний слой, называемый традиционной (этнической) культурой. 
Фольклор, входящий в структуру культуры, в то же время обладает 
способностью отражения этой структуры. Политическое управление же, 
является социальным учреждением (институтом) национальной системы 
(которая также охватывает и фольклор), основывающимся на практику 
политического самовыражения и самоформирования общества. В этом 
аспекте фольклор и политическое управление в национальной культуре, 
обладают равноправными отношениями на одной плоскости. С другой 
стороны, политическое управление, являясь основным политическим 
учреждением культуры, как важный элемент культурной системы 
(проецирующий в фольклор) также входит в фольклор. Политическое 
управление – т.е. традиция политической культуры, выражающая в себе 
навыки, знания, ценности, связанные с созданием и управлением 
государства также является устной традицией.
Таким образом, как и все остальные знания и навыки, основы-
вающиеся и полученные практической деятельностью этноса, знания и 
практика, связанные с политическое управлениею, с этой точки зрения, 
входят в семантическую структуру фольклора. В статье структура отно-
шений фольклора и государственности анализируется на основе 
древнетюркских текстов и Азербайджанских фольклорных образцов. 
Rəyçi: Səfa Qarayev 
Filologiya üzrə fəlsəfə doktoru 


Filologiya məsələləri, № 8 2018 
226
AYDAN XƏNDAN 
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti 
Aydan19@mail.ru 
ENIS BEHIÇ KORYÜRƏK POEZİYASININ ƏSAS 
XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər: Poeziya, əruz, türk şairi, Türkiyə respublikası, beş hecaçılar. 
Keywords: poetry, arouz, syllabic meter, turkish literature, Turkish republic 
Ключевые слова: аруз,силлабическая форма, турецкая литература, 
Турецкая республика 
Enis Behiç Koryürəyin uşaqlıq dövrü haqqında məlumat olduqca azdır. 
Şairin atası hərbi həkim olaraq işlədiyindən oğlunu kiçik yaşlarından özüylə 
Makedoniyaya aparmış və Enisin uşaqlıq illəri orada keçmişdir. 
Makedoniyada şair əsasən özəl müəllimlərdən dərslər alaraq təhsil həyatına 
başlamış olur. Xatirələrdən məlum olur ki, Enis Behiç çox erkən yaşlarından 
oxumağa həvəs göstərir və əlinə keçən qəzetlərdə nəşr olunan şeir və 
məqalələrə olduqca böyük maraq göstərirdi. Onun təhsiliylə həm atası, həm 
də anası məşğul olurdu.Orta təhsilinin böyük bir hissəsini
Selanik ve Üsküp idadî okullarında aldəqdan sonra şair, 1909 –cu ildə 
İstanbula gedir. Enisin o dövrlərdə oxuduğu romanlar onun xəyal gücünün 
inkişafına, ədəbi zövqünün formalaşmasına müsbət təsir edirdi. Bu illərdə 
oxuduğu kitablardan biri də əski kitap sandığının içinde tapdığı Mizancı 
Murad Bəyin “Târihî Umumî”sidir. Ancaq atası oğluna bu kitabın olduqca 
gizli və qadağan olunmuş bir kitab olduğunu da bildirir. İlk dəfə 
“cumhuriyyət” haqqında məlumatları da Enis elə bu kitabdan əldə etmiş 
olur. Şairin atası bu dövrlərdə gizli bir cəmiyyətə üzv olduğundan həftədə bir 
neçə dəfə cəmiyyətin iclaslarında iştirak edirdi. Bu hadisə Enisin atasıyla 
qürur duymasına səbəb olmuşdu. Üsküpdə təhsil aldığı illərdə Enis tez-tez 
dərslərdə siyasətlə bağlı fikirlərini açıqca söyləyər və bu,müəllimlərinin 
narahatlığına yol açardı. Çünki o dövrlər Əbdülhəmidin hakimiyyəti dövrü 
olduğundan siiyasi düşüncələri açıqca söyləmək problemlərə yol aça bilərdi.
27 aprel 1909-cu il Sultan II Əbdülhəmid taxtdan endirilir. Elə həmin 
il ailə İstanbula gəlir. Burada Enis İstanbul Sultanisini əla qiymətlərlə 
bitirməyə nail olur. Daha sonra o, təhsilini Mülkiyyə Məktəbində davam 
etdirir. Elə buranı da 1913-cü ildə yüksək qiymətlərlə bitirir. Qeyd etmək 
lazımdır ki, Şairin təhsil aldığı dövrlər müharibələrin davam etdiyi bir tarixi 
ab-havaya təsadüf edirdi. Belə bir dövrdə Enis ədəbiyyata maraq göstərmiş 
və bəyəndiyi şeirləri bir dəftərə yazaraq toplamışdır. Tevetoğlu bu şeir 


Filologiya məsələləri, № 8 2018 
227
defteri ile bağlı olaraq bunları yazır: “Üzerinde (Gençlik) adını taşıyan ve 
içinde 75 yıl önce -1910‟ da toplandığı hâlde nefis renklerini ve mis 
kokularını hâlâ saklayan kır çiçekleri kurusu da bulunan, Enis Behiç‟in son 
derece güzel kaligrafisiyle yazılmış şiir defteri incelenince, çok genç yaşta 
şiire başlamış şâirin, Mülkiye öğrencisi iken, zamanın ve edebiyat 
dünyamızın üstün değerleri arasında yer alacak mertebeye ulaşmış olduğu 
görülür.” Balkan müharibəsi o dövrdə bir çox şair və yazıçılara olduqca 
güclü təsir etdiyi kimi, Enis Behici də sarsıtmışdı. Elə bu fəlakətli dövrü Enis 
Behiç sətirləriylə dilə gətirmiş və içində çəkdiyi iztirab hisslərini beləcə üzə 
çıxarmışdı:
Bütün giryelerden, bütün giryerîz elemlerden aldım, bu ilhâmı ben.
Figanım pür ateş, kanım pür-atîz vatan çiğnenirken, perişan iken,
Elemler kalemden hurûşân iken, bugün ruh-i şiirim enîn ey şebap,
Bugün sâniham korkuyor nefhadan, hayâlim kırılmış, gururum harap… 
Yuxarıdakı misralardan gənc şairin kədərli, göz yaşlarla dolu hisslərini 
öyrənmiş oluruq. 
Dr. Fethi Tevetoğlunun da vurğuladığı kimi Miras şairi, tələbəlik 
illərində ilk şeilərini Şehbal jurnalında nəşr etdirmiş və elə o illərdə (1912-
1913) tanınmağa başlanır. Şehbalda nəşr etfirdiyi il şeiri isə “Vatan 
Mersiyesi” adlı, Namiq Kamalın ruhuna ithaf edilmiş bir şeiri olmuşdur 
(Şehbâl, Sayı: 70, 15 Şubat 1913, s.427). Bu şeir, Balkan Savaşı illərində 
yazılan əsərlərin ən gözəllərindən biri olaraq qəbul edilmişdir. Daha sonra 
yenə də eyni jurnalda “Mersiye-yi Vatan” (Sayı: 73, 1 Nisan 1913, s.7) ve 
“Buhran” (Sayı: 77, 15 Haziran 1913) adlı şeirlərini də çap etdirir.Məhz bu 
şeirlər şairin ilk dövr şeirləri olmuşdur.
Poeziyaya olan marağıyla yanaşı çair həm də musiqiyə də olduqca 
böyük istək duyurdu. Məhz ahəng, ritm axtarışı şeirlə musiqinin sintezini 
yaratmaq arzusunu yaratmış və beləcə şair əruz vəznində əsərlər yaratmağa 
başlamışdı. 1912 –ci ildə Mülkiyyədə təhsil alan şair xarici dillərə maraq 
göstərmiş, xüsusilə də Fransızcanı daha sonra isə macarcanı öyrənərək, bu 
dillərdən tərcümələr etmişdir. 
Şehbalda nəşr olunmuş digər şeir və məqalələri bunlardır: “Mersiye-yi 
Vatan” (1 Nisan 1329/1913, Nu.73, s.7), “Buhran” (15 Haziran 1329/1913, 
Nu.77, s.94), “Kartal” (15 Temmuz 1329/1913, Nu.79, s.130-131), 
“Osmanlıların Sınıf-ı Münevveri Piyer Loti Hakkında Ne DüĢünüyor” (1 
Eylül 1329/1913, Nu.81, s.168.), “Kartal” (15 Eylül 1329/1913, Nu.82, 
s.193.), “ġâirlik” (15 TeĢrinievvel 1329/1913, Nu.84, s.235.), “Mûsikî 
Usullerinin Nazma Tatbiki” (15 TeĢrinisâni 1329/1913, Nu.86, s.270-271.), 
“Mûsikî Usullerinin Nazma Tatbiki, Mağlûplar ve Gruplar” (15 TeĢrinisâni 
1329/1913, Nu.86, s.271.), “Çehiz Takımları” (15 Kanûnisâni 1329/1914, 
Nu.89, s.331.), “Mûsikî Usullerinin Nazma Tatbiki” (15 ġubat 1329/1914, 


Filologiya məsələləri, № 8 2018 
228
Nu.91, s.368-369.), “Mûsikî Usullerinin Nazma Tatbiki” (15 Mart 
1330/1914, Nu.93, s.408-409.), “Mûsikî Usullerinin Nazma Tatbiki, 
Sevgilim ve Kılıcım 1” (15 Mart 1330/1914, Nu.93, s.409.), “Ġn‟ikâs” (15 
Nisan 1330/1914, Nu.95, s.448-449.), “Ġki Yıldız” (1 Haziran 1330/1914, 
Nu.98, s.34.), “Geyikler” (10 Temmuz 1330/1914, Nu.100, s.72.)
Enis Behiçin Şehbalda nəşr etdirdiyişeirlərinin hamısı əruzda yazılmış, 
dili bir qədər qəliz “Servet-i Fünûn” dilidir. Bu şeirlərin mövzuları isə vətən, 
vətən sevgisi, vətənin ağır günləri, fərdi hisslərdir. Enis Behiç bu şeirlərində 
əruz vəznini musiqiyə uyğunlaşdıraraq, yeni vəznlər yartmağa da çalışırdı. 
Poeziyaya əruz vəznində yazdığı şeirləriylə qədəm qoyan şair Ziya Göyalp 
ilə tanış olduqdan sonra heca vəzninə müraciət etmişdir. Enis Behiç Ziya 
Göyalp, Orhan Seyfi və Yusif Ziyayla Bilgi Dərnəyində tanış olur. Yusif 
Ziya Ortaç, “Bizim Yokuş” adlı xatirələr kitabında bu tanışlığın, Ziya 
Göyalpın bir konfransında baş tutduğunu bildirərək yazır: “Ali Canip‟i o gün 
gördüm, Ömer Seyfettin‟le o gün karşılaştım, Celâl Sahir‟le o gün konuştum 
ve Orhan Seyfi ile Enis Behiç‟le o gün arkadaş oldum… Yeşil masanın 
başındaki konuşmayan adam konuştu o gün: Üç dilden, Türkçeden, 
Arapçadan, Farsçadan, karma bir dil yapılamayacağını anlattı… Yazı dilinin 
konuşma dilinden ayrılamayacağını anlattı ve „Anadolu‟nun bile 
„Karadeniz‟in bile giremediği Arûz‟un bizim veznimiz olamayacağını 
anlattı… Tutuk bir Türkçe ile konuşuyordu, düşüne düşüne… İnsanı alıp 
götüren bir konuşma değildi bu. Ama ne kadar özden, ne kadar inandırıcı idi 
bilseniz… Ertesi Cuma, Bilgi Derneği‟ne geldiğimiz zaman Orhan Seyfi‟nin 
de, Enis Behiç‟in de, benim de ceplerimizde hece vezni ile güzel Türkçe ile 
yazılmış birer şiir vardı.” (Ortaç, 1966: 23). Enis Behiç Koryürek, 26 Ekim 
1934 –cü ildə Ankara Halkevində verdiyi bir konfransda Ziya Göyalpa 
ədəbiyyatçı kimi verdiyi yüksək qiymət haqqında bunları söyləmişdir : “Ben 
Gökalp ile ilk önce Balkan Savaşı‟ndaki Türk bozgunundan sonra 
tanıştım… Biraz sonra Edirne‟nin tekrar Türkler eline geçmesi, Selimiye 
Camii‟nin minareleri arasında yine al bayrağımızın dalgalanması için 
kendini toplayan Ordu ileriye atıldı. İşte o vakit, o genç bir de (Ey Meriç!) 
adında bir şiir yazdı. Bu da aruz vezni ile yazılmıştı. Fakat o genç şair bu 
yazısını herkesin, herkesin okumasını istiyordu. Bu sebeple yazısını bir salon 
mecmuası olan (Şehbal)‟e vermeyerek (Halka Doğru) adıyla çıkan bir küçük 
haftalık risaleye vermek için, o zamanlar (Nuruosmaniye)‟de bir küçük evde 
bulunan dergi idârehânesine gitti. Alt kattaki küçük odaya girince tıknaz, 
orta boylu, ağır halli bir adam onu 41 tanıyarak: “_Buyurunuz, Enis Behiç 
Bey!” diye karşıladı ve gülümseyerek yer gösterdi. Ben de bu zâtı şahsen 
tanıyordum: Bu, (Gökalp) idi. Kendisine şiirimi verdim. Dikkatle, ağır ağır 
okudu: “Pek güzel, risâlemize basalım, dedi. Fakat siz eğer bu lügatleri, bu 
aruz vezinlerini, bu eski tantanalı sözleri bıraksanız da millî ölçülerimizle, 


Filologiya məsələləri, № 8 2018 
229
hece vezinleriyle ve sâde Türkçe ile şu tatlı tatlı konuştuğumuz Türkçe 
sözlerle, yüreğinizden koptuğu gibi sıcak ve cana yakın şiirler yazsanız 
bundan pek çok fazla muvaffak olur ve edebiyatımızda tam yerinizi alırsınız. 
Bu üslûp, bu ifâde yarının ifâdesi değil. Yarın bunlar okunmayacak. Siz 
yalnız bugünün şâiri olup da yarının şairi olmak istemiyor musunuz?” 
(Tevetoğlu, 1985: 36-37).
Ziya Göyalpın hecaya dəvəti və şairlərin hansı səbəbdən milli vəznə 
biganə qalması haqqında fikirlərindən sonra Enis Behiç özünün ilk hecada 
olan şeiri “Hodbin”i yazır. Bu şeirdən sonra artıq digər şeirlərini hecada 
yazan şairin, Göyalpı çair olaraq qəbul etməyənlərə qarşı mövqeyi belə olur: 
“(Gökalp) öyle inandırıcı ve kuvvet verici bir tarzda, fakat hiç de jest 
yapmaya lüzum görmeksizin öyle sürükleyici bir ağır edâ ile söylemişti ki, 
(Halka Doğru) idârehânesinden biraz sonra çıktığım vakit içimden: “Niçin 
olmasın, bir kere denemeliyim!” Diyen sesi artık düşüne düşüne dinliyor ve 
artık bu sese uymak istiyordum. Birkaç gün geçince (Hodbin) adını taşıyan 
ilk hece vezinli şiirimi yazdım. Bu yazım çok muvaffakiyet kazandı, çok 
beğenildi. Bunun üzerine artık hep hece vezninde, hep temiz konuşma 
Türkçesiyle şiirlerim birbirinin ardınca doğdu. Ve böylece işte bugüne değin, 
yirmi iki yıldır hep o yolda, (Gökalp)‟ın bana gösterdiği yolda yürüyerek, 
iyi-kötü, az çok bugünkü gençlerin hep bildikleri yazılarımı yazdım. Demek 
oluyor ki, benim şairliğimde (Gökalp)‟ın irşadının büyük tesiri olmuştur. 
Bunu şimdi sizlere söylerken, o zamanlar beni durmadan bu yolda coşturan 
rahmetli (Ömer Seyfeddin)‟in adını da ayrıca anmalıyım. Bunların yanında 
(Ali Cânib) ve (Mehmed Ali Tevfik) adlarını da ozanlığımın kuvvet verici 
değerli dostları diye teşekkürle anarım.” (Tevetoğlu, 1985: 37-38). Enis 
Behiç onun və dostlarının bir milli şair kimi formalaşmasında məhz Ziya 
Göyalpın rolunun olduğunu çıxışlarında dəfələrlə bildirmişdir. 
Hecada şeirlər yazmağa başlayan şair həm də bu vəzndə yeni-yeni 
formalar axtarmağa başlayır, təcrübələr edir. Lakin onu da qeyd etmək lazımdır 
ki, bu tərz şeirlərinin sayı çox deyil. Dövlət işində çalışmağa başlayan şair bir 
müddət poeziyadan uzaq qalaraq fəaliyyətini rəsmi dövlət işinə doğru 
yönləndirir. Beləcə Enis Behiçin yaradıcılığında bir müddət durğunluq dövrü 
başlayır. Xüsusilə Ankarada işlədiyi müddət ərzində şair əsasən tərcüməçilik 
fəaliyyətiylə məşğul olmuş və ppoeziyanı arxa plana atmışdı. 1925- ci il in iyun 
ayında Ədirnədən Ankaraya gedən şair, bu dövrdə “Miras” adlı ilk şeirlər 
kitabını nəşr etdirir. 1927 –ci ildə çapdan çıxan “Miras”da 44 şeir yer almışdır 
.Şairin əsasən 1930-1949 –cu illər arasında Ģişeirlə məşğul olmadığı görünmək-
dədir. 1930-1936-cı illərdə Enis Behiç 6 tərcümə əsər ərsəyə gətirsə də, bu 
əsərlər ədəbi əsər olmamışdır. 
Demək olar ki, şairin 1933-cu ildən sonra mətbuatda heç bir şeirinə rast 
gəlinmir. Lakin onun həyatında baş vermis olan mistik hadisələrin fonunda 


Filologiya məsələləri, № 8 2018 
230
ərsəyə çıxan “Çedikçi Süleyman Çelebi Ruhundan İlhamlar” şeirlər kitabı 
(1949) onun poeziyaya ikinci gəlişi kimi qiymətləndirilə bilər. Nə qədər 
qəribə görünsə də, türk poeziyasında Beş hecaçı şairlərdən biri kimi tanınan 
şair, həyatının son dövrlərində tamamilə başqa ab-havalı şeirlərlə gündəmə 
qayıtmış olur. Xatirələrdən və müxtəlif mənbələrdən alınan məlumatlara 
görə əski tərzdə şeirlərin yaranmasına şairin həyatında baş verən mistik 
hadisə səbəb olmuşdur. Belə ki, həyatının son dövrlərində Enis Behiç bir 
mevləvi şair olan Gədikçi Süleyman Çələbinin ruhuyla təmas yaratmağa nail 
olmuş və bu təmas nəticəsində qeybdən eşitdiyi misraları daha sonra məhz 
bu kitabda toplayaraq nəşr etdirmişdir. Təsəvvüflə maraqlanmağa başlayan 
şairin düşüncələri beləcə tam fərqli bir məzmun və əski divan ədəbiyyatı 
formasında yaranan şeirlərdə öz əksini tapmışdır. Enis Behiç poeziyasını 
gözdən keçirərkən görürük ki, şair əruz. Heca və sərbəst vəzndə də şeirlər 
yazmışdır. Ziya Göyalpın təsiri altında hecada şeir yazan şairin bu vəzndə 
təxminən 90 a yaxın şeiri var. Poeziyaya əruz vəznində və yuxarıda da qeyd 
etdiyimiz kimi Namiq Kamalın təsiri altında yazdığı şeirlərilə gələn şair bu 
vəzndə 19 şeir yazmışdır. Bu şeirlər arasında Vatan mersiyesi, Bir kıta, 
Çocuk balonları, Ey Meriç, Şair ve hilal, Harita karşısında, Vatana mersiye, 
Kartal v.s şeirlərini qeyd etmək olar. Bu şeirlər müxtəlif mövzularda 
yazılmışdır. Onların arasında vətən, qəhrəmanlıq, həyat, məhəbbət mövzuları 
üstünlük təşkil edir. Şairin məhəbbət mövzusunda yazdığı Sevgilim ve 
kılıcım (sevgilim və qılıncım) şeiri maraqlıdır: 
Saçları dağınık, çehresi âsûde,
Sinesi üryan, sinemin üstünde
Sevgilim uyuyor, sevgili mâşûkam,
Âh, onu öpsem, öpsem uyandırsam! 
Belki bu sondur, belki bu son bûse!
Gözyaşı gelsin bûsemi takdise.
Belki yarın sinemden akar hûnum;
Belki yarın ben kırlara meftûnum.
Yârimi öpeyim gaşy ile öyleyse;
Vuslata mâni, hücrede yok kimse.
Yok mu?... Fakat var bir asabî erkek;
Hem bize bakıyor karşıda dargın pek:
Sevgili kılıcım hâlimi seyireyler,
“Harbe giderken ağlamak olmaz!” der. 
_ “Yârini terket; yurdunu koş, kurtar!
“Yurduna girmiş zulmile düşmanlar.
“Memleketinden kıymeti çok aşkın!
“Evde kapanmış, zevcene âşıksın!
_ “Sevgili kılıcım, kızmıya hakkın yok! 


Filologiya məsələləri, № 8 2018 
231
“Yârimi sevmem ben vatanımdan çok. 
“Zevceme aşkım borcu unutturmaz 
Cenk ile akacak hûnumu durdurmaz. 
“Ey koca dostum, zevcemi kıskanma! 
Sen onu âciz duyguludur sanma!
“Harbe giderken biz yarın erkenden,
“_ Belki ölürsem ağlama!-derken ben,
“İşte bu mâşûkam seni, şevk âver,
“Boynuma asarak şöyle veda eyler: _
“Şanlı muharip, şanlı kılıç!asla
“Birbirinizden kılmayınız şekvâ!” 
Bu şeirdə də Namiq Kamalın təsiri açıqca hiss olunur. Şeir Namiq 
Kamalın Vətən şərqisi şeirilə səsləşir. Gördüyümüz kimi əruzda yazılan bu 
şeirdə şairin qəlbində kök salan iki sevgidən bəhs olunur. Bu sevginin biri 
sevgiliyə, digəri doğma vətənə olan sevgidir. Şeirdə qılınc şairi sevgilisinə 
olan hisslərinin vətən qarşısında olan borcunu üstələdiyi üçün günahkar 
hesab edir. Şair isə ona cavab olaraq qılıncına deyir ki, sənin qısqanclığın 
boşunadır, çünki mənim sevgilim məni özü vətən uğrunda döyüşə səni 
boynumdan asaraq yola salır. Beləcə, şair həm özünün, həm də türk qadınının 
vətənpərvərliyindən söhbət açmış olur. 
Musiqiyə olan marağı şeirdə ahəng, ritm axtarışı şairi poeziyasında 
təkrarlara, alliterasiyalara, rədiflərə müraciət etməyə sövq etmişdir. Onun bir 
çox şeirlərində təkrarlara rast gəlirik 
İlâhî, semâdan hilâl isteriz; 
İlâhî, ilâhî, ziyâ -yı rahmeten!..
Işıklar kısılmış veya muhteriz;
İlâhî görünsün büyük meş‟alen, 
Görünsün hilâlin ki zulmet -şiken
İlâhî, niyâzım değil müstecâb,
Figân eylerim hep bu zulmünle ben. 
Vətən Mərsiyyəsi şeirindən alınan bu bənddə şairin İlahi sözünü təkrar 
olaraq işlətdiyini görürük. Beləcə, Enis Behiç şeirinin emosional gücünü 
artırmağa nail olur. Enis Behiçin poeziyası məzmun baxımından olduqca 
geniş və zəngindir. Şairin yaradıcılığına, sözsüz ki, onun həyati təcrübələri, 
keçirdiyi emosional sarsıntıları təsir etmişdir. Beləcə Enis Behiç poeziyasında 
məhəbbət, qısqanclıq, qürur, kədər, qürbət, vətən sevgisi, müharibə, 
qəhrəmanlıq, təbiət, həyat və ölüm, dini-təsəvvüfi mövzuda şeirlərə rast gəlirik. 
Qeyd etmək lazımdır ki, Enis Behiçin yaşadığı dövr Osmanlı 
Dövlətinin ən çətin dövrünə təsadüf edirdi. O dövr çox büyük sosial və siyasi 
hadisələr baş verirdi. II. Məşrutiyyətin elanı (1908), II Əbdülhəmidin taxtdan 
endirilməsi (1909), Trablusgarp müharibəsi (1911-1912), Balkan 


Filologiya məsələləri, № 8 2018 
232
müharibələri (1912-1913), Birinci Dünya Müharibəsi (1914- 1918), Qurtuluç 
Savaşı (1919-1922), TBMM-nin açılışı (1920), Türkiyə Cumhuriyyətinin 
qurulması (1923), II. Dünya Müharibəsi(1939-1945) kimi tarixi hadisələr 
məhz şairin həyat sürdüyü dövrə təsadüf etmişdi. Və sözsüz ki, bütün bu 
tarixi hadisələr şairin yaradıcılığında öz əksini tapmışdır. Yaradıcılığının ilk 
dövrlərindən sonsuz vətən sevgisi, xalq sevgisi şairin ilham mənbəyini təçkil 
etmiş və bu mövzuda çeirlərin yaranmasına vəsilə olmuşdur. Enis Behiçin 
vətən və yurd sevgisi mövzusunda yazdığı şeirlərindən “Ordunun duası”, 
“Vətən mərsiyyəsi”, “Çanaqqla şəhidliyinə”, “Niyaz”, “Ey Meriç”, “Ey 
Türkeli” mənzumələrini misal göstərmək olar.
“Ordunun Duası”nda şair, 
vətən torpaqlarının düşmən tərəfindən ələ keçirilməsi; ana yurdun yabancı 
əllərə getməməsi üçün Allaha dua edir. 1927-ci ildə çapdan çıxan “Miras”da 
yer alan bu çeirinin altında “Umumî Harpte, Çanakkale Cephesinde, 1915 
qeydi var. Münacata bənzəyən bu şeirdə şair Allaha belə səslənir:
Ey ulu Tanrı, işte biz:
İmanımız lekesiz,
Yüz sürdük vatanın toprağına.
Ey ulu Tanrı, işte biz:
Öz Türkoğlu erleriz;
Toplandık “Milliyet” bayrağına.
Bağrımızdan kopup gelen,
Sana kadar yükselen
Bu duâyı kabul eyle, âmin!
Göklerinde dalga vuran, 
Dünyaları dolduran 
Bu duâyı kabul eyle, âmin! 
“Çanaqqala şəhidliyi‟ndə manzuməsində şair, Çanaqqalada vətəni 
uğrunda şəhid olan əsgərlərdən bəhs edir. Yurdunun dərdindən bəhs edən 
şair, onun derdiylə də yanır. “Niyaz”da şair, vətəni üçün Allaha dua edir. 
Vətəni “müşfik, güzel kadın”a bənzədən şair; bu torpaqlar üzərində 
əbədiyyən “Türk‟ün izi olsun” sözlərini duasına əlavə edir.
Göründüyü kimi Enis Behiç həm vətənpərvər, həm də türkçü bir şair 
idi. Onun türklük mövzusunda yazdığı şeirləri də az deyil. Bu qəbildən olan 
şeirlərinə “Turan kızları”, “Münzevi çoban”, “Suvariler”, “Şair ve hilal” 
şeirlərini misal göstərmık olar. Bu şeirlərində Ziya Göyalpın türkçüıük 
fikirlərinin və onun bu mövzudakı şeirlərinin təsiri hiss olunur. 
Ədəbiyyat: 
1.
Ahmet Kabaklı. Türk edebiyatı. III cild. İstanbul, 1997. 
2.
Halit Fahri Ozansoy.Edebiyatçılar çevremde. Ankara, 1970. 


Filologiya məsələləri, № 8 2018 
233
3.
Banarlı Nıhat Sami. Resimli Türk Edebiyatı Tarihi: 2 ciltte, İstanbul: 
Milli Eğitim Basımevi, 1987 
4.
Kocatürk Vasfi Mahir. Türk Edebiyatı Tarihi. Ankara: Türk Dil Kurum 
Yayınları, 1964 
A.Khandan 
The main features of Enis Behich Koryurek poetry 
Summary 
This article is about the poetry of Enis Behich Koryurek. He wrote his 
poems in syllabic meter and arouz. Enis Behiç is a poet who had works in 
the Second Constitutional Era (1908- 1923) and later the Republican Era.
He had some poems handling the theme of individual love beside the 
national and patriotic feelings. His work called “The Revenues of Suleiman 
(1949)” in which he uttered his mystical thoughts and feelings aroused 
considerable interest in literary circles. Besides his poet identity, Enis Behic 
had been to various offices abroad and in his homeland. During World War 
I, Enis Behic served in the Turkish Consulate in Hungary, meanwhile he 
married a Hungarian woman and he made reference to the Hungarians and 
Hungary in some of his poems.
А.Хендан 
Особенности поэзии Энис Бехич Корьюрека 
Резюме 
Статья посвящена поэтическому творчеству поэта хеджеиста Энис 
Бехича. В первый период творчества он писал свои произведения на 
арузе, но примкнув к Пятерице хеджеистов он продолжил свое творчество 
в силлабической форме стихосложения.
Темы его произведений отображают историю народно освободи-
тельного движения турецкого народа. В своих произведениях поэт восх-
валял просторы Родины и героическую историю турецкого народа,-
который смело боролся против западных захватчиков. Энис Бехич создал 
много стихотворений о лидере народа Ататюрке. 
В конце жизни он также писал мистические стихи под влиянием 
классической поэзии, несмотря на то, что он пытался перейти от аруза на 
хедже- силлабическую метрику стихосложения. 
Rəyçi: Rüfət Rüstəmov 
Filologiya üzrə elmlər doktoru, professor


Filologiya məsələləri, № 8 2018 
234
QALİB SAYILOV 
fil.ü.f.d.. dosent, 
AMEA Folklor İnstitutu
qalibsayilov@mail.ru 
AZƏRBAYCAN XALQ YARADICILIĞINDA
“FOLKLOR VƏ İSLAM” PROBLEMİ
Açar sözlər:
folkloru, mif, mifologiya, din, islam, materializm, idealizm, 
ictimai şüur, mifoloji şüur, tarixi şüur 
Key words:
folklore, myth, mythology, religion, Islam, materialism, idea-
lism, social consciousness, mythological consciousness, historical cons-
ciousness 
Ключевые слова:
фольклор, миф, мифология, религия, Ислам, мА-
териализм, идеализм, общественное мышление, мифологическое мыш-
ление, историческое мышление 
“Folkloru və islam” problemi tədqiqat mövsuzu kimi mürəkkəb 
məsələləri, xüsusilə metodoloji xarakterli yanaşmaları əhatə edir. Bu sahədə 
materialist və idealist yanaşmalar bir-birini inkar edir. Din və folklor – hər 
ikisi ictimai şüur forması olduğu üçün onlara münasibətdə fəlsəfi yanaşma 
hər zaman aktualdır. İctimai şüur forması olmaq din və folkloru eyni 
zamanda birləşdirən nöqtələrdən biridir. Bunlar hər zaman yanaşı şüur 
formalarıdır. Din həm politeist inanc, həm də monoteist vəhy kimi bütün 
hallarda insanın “nitqindən keçərək” verballaşır (sözə çevrilir). Bu halda 
istənilən hadisənin nəql edilməsi onu artıq folklorlaşdırır. Çünki “folklor” 
anlayışının bütün mahiyyəti fikrin şifahi ifadələnməsi ilə bağlıdır. Şüurda olanın 
şifahi nitq vasitəsilə ifadə olunaraq “variantlaşması”, “kollektivləşməsi” və 
“improvizasiyalaşması” onu həm də folklor mətninə çevrir. Demək, dinin vəhy 
bilgisi, yəni teokosmik informasiya kimi şifahi nitqlə ifadə olunması onu 
folklorla birləşdirir. Beləliklə, dinlə folklorun mürəkkəb münasibətlərinin bir 
səviyyəsini də məzmunla (din) formanın (şifahi ifadə olunma) münasibətləri 
kimi də təsəvvür etmək olar. İctimai şüur fərdlərdən təşkil olunan cəmiyyəti 
bütövlükdə əhatə edən total düşüncə sistemidir. Bu sistem laylı struktura 
malikdir. Din, fəlsəfə, folklor, ədəbiyyat, elm, incəsənət və s. ictimai şüurun 
formalarıdır. Həmin formalar eyni bir ictimai şüuru müxtəlif kodlar vasitəsi ilə 
ifadə edir. İctimai şüur diaxron strukturuna görə iki mərhələdən ibarətdir: 
mifoloji və tarixi şüur. Elmdə ictimai şüurun iki mərhələsi fərqləndirilir: mifo-
loji və tarixi şüur. Bunlar məkan-zamana baxışlarına görə fərqli sistemlərdir. 
Gerçəkliyi inikasın mifoloji konsepsiyasında məkan-zaman qapalı-təkrarlanan 
struktura malikdir. Varlıq istər bütövlükdə (tam olaraq), istərsə də onun 


Filologiya məsələləri, № 8 2018 
235
tərkib hissələri səviyyəsində bir nöqtədən başlanır, qapalı trayektoriya üzrə 
hərəkət edir və həmin nöqtədə də öz varlığını başa vurur. Bundan sonra yeni 
qapalı dövrə başlanır. Beləcə, mifoloji dünya modelində gerçəklik qapalı, 
təkrarlanan kontinuum (məkan-zaman sistemi) şəklində təsəvvür olunur. 
Tarixi şüur modelində məkan və zamanın qapalılığı dağılır və düzxətli 
kontinuuma keçir. Mifoloji şüur tarixi bəşər düşüncəsinin tarixində ilkin 
mərhələ hesab olunur. Bu mərhələnin sonuna doğru mifoloji şüur 
parçalanmalar dövrünə daxil olur. Onun parçalanaraq dağılması ilə din, 
folklor, elm, incəsənət bir-birindən ayrılmağa, müstəqilləşməyə başlayır. 
Bununla da mifoloji şüur öz yerini tarixi şüur formalarına verir.Mifin 
həqiqətə iddiası digər tədqiqatçılar tərəfindən də qəbul olunur. Bu cəhətdən 
diqqəti ilk növbədə M.İ.Steblin-Kamenskinin məşhur yanaşması cəlb edir. 
O, “Mif” adlı kitabında yazır ki, mif nə dərəcədə qeyri-həqiqət olmasından 
asılı olmayaraq, yarandığı və yaşadığı yerdə həqiqət kimi qəbul olunan 
hekayədir” (8, s. 4). Yaxud K.Levi-Stros yazır: “Mif nə qədər ki mif kimi 
qavranılır, o, mif olaraq qalır” (7, s. 19).Bu “sadə fikir” özündə böyük 
mənaları daşıyır. Burada da mifin mahiyyəti həqiqət anlayışı müstəvisində 
şərh olunmuşdur. “Mif kimi qəbul” olunmaq məhz bunu nəzərdə tutur. Yəni 
bir mif mətni nə qədər ki, həqiqət olaraq qəbul olunur, o, mif olaraq qalır. 
İnsanların mifin “həqiqətinə” inamı itən kimi o, hər hansı folklor mətninə 
çevrilir. İctimai şüurun inkişafında ən mühüm məsələ mifoloji şüurdan tarixi 
şüura keçid mərhələsidir. Burada söhbət mifoloji təsəvvürlər sisteminin 
dağılmasından və yeni tip təsəvvürlər sisteminə keçiddən gedir. Bu keçidin 
necə baş verməsini bu gün bütün ayrıntıları ilə təsəvvür və təsvir etmək çox 
çətin işdir. Çünki məsələ tarixin çox dərin qatları, qaranlıq dövrləri ilə 
bağlıdır. Bizə həmin keçidi əks etdirən birbaşa faktlar gəlib çatmayıb. Ona 
görə ki, biz tarixi şüur daşıyıcıları olan insanların əlində olan bütün faktlar 
artıq transformasiya olunmuş, yəni mif hadisəsi olmaqdan çıxıb, tarixi şüur 
hadisəsinə çevrilmuş bəlgələrdir. Ona görə də bu məsələ ilə bağlı fəlsəfə 
tarixçiləri, mifşünaslar, antropoloqlar, sosioloqlar yalnız 
məntiqi 
ehtimallarla 
fikir yürüdürlər. Biz burada “ehtimal” sözünün qarşısında “məntiqi” təyinini 
kursivlə təsadüfən vermədik. Bunu yazarkən Allahın yaratdığı maddi aləmin 
dəyişməz qanunlarına istinad etdik. Yəni bunlar yaradılış hadisəsi olan varlıq 
aləmi üçün xarakterik olan qanunauyğunlaqlardır və Qiyamətədək dəyişməz 
qalacaqdır. Bu da tədqiqatçılara “keçid” hadisələri üçün ümumi olan 
moddelləri mifdən tarixə keçid prosesinə də tətbiq etməyə imkan verir. 
Azərbaycan folklorşünaslığında mifoloji şüurdan tarixi şüura keçid 
məsələsinə diqqət yetirmiş S.Rzasoy yazır ki, mifoloji şüur və tarixi şüur 
bəşəriyyətin şüur tarixinin iki ardıcıl inkişaf mərhələsi kimi son dərəcə 
böyük zaman kəsimlərini əhatə edir. Mifoloji şüur tarixi şüurdan əvvəldir. 
Mifoloji şüurdan tarixi şüura gedən yol dünyanı fasiləsiz şəkildə qavrayıb 


Filologiya məsələləri, № 8 2018 
236
psixi təcrübəyə çevirən insan şüurunun təkamül yoludur. Elmin və başqa 
təcrübi formaların inkişafı ilə insanın dünya haqqında ümumiləşmiş 
təsəvvürləri genişlənir və buna uyğun olaraq insanla dünya arasındakı 
münasibətlərin ünsiyyət-əlaqə aparatı olan şüur da məzmun, keyfiyyət və 
funksional baxımdan inkişaf edir (3, s. 184).Beləliklə, nə baş veribsə, necə 
baş veribsə, aralıq-keçid mərhələsində baş verib. Bununla bağlı bir neçə fikrə 
diqqət edək. Görkəmli rus alimləri V.V.İvanov və V.N.Toporov mifoloji 
şüurdan tarixi şüura keçidi təsvir və təhlil edərkən bu prosesdə mifoloji və 
tarixi şüur modellərinin bir-biri ilə “kreoalizasiya” etdiyini vurğulamış və 
bunu “modellərin bir-birinə laylanması” kimi şərh etmişlər (6, s. 
8).Alimlərin irəli sürdüyü “kreoalizasiya” hadisəsi çox mühüm məsələdir. 
Bu, bizə izah edir ki, mifik strukturlar yox olmur, transformasiya olunur və 
ən mühümü odur ki, transformasiya nəticəsində meydana çıxan yeni forma 
öz keçmişini qorumaqda davam edir. Yəni mifik modellər yeni strukturun ya 
dərinliklərində, ya periferik, az funksional yerlərində özlərini qorumaqda 
davam edir. Bax bu nöqtə tədqiqatçılara mifik keçmişi bərpa etməyə, onun 
rekonstruktiv modellərini üzə çıxarmağa imkan verir.Bildiyimiz kimi, 
mifologiya dövrünün şüur işarəsi “mif”dir. Yəni biz mifoloji şüur dönəmini 
səciyyələndirərkən hər şeyə mifin gözü ilə baxır, hər bir hadisəni mifin 
strikturu kontekstində dəyərləndiririk. Bu da təbiidir. Biz ictimai şüurun 
başlanğıc epoxasını elə “mif” fenomeninə görə “mifologiya” adlandırırıq. Bu 
halda bizi maraqlandıran əsas məsələ mifin keçid epoxasındakı taleyidir. 
Yəni bu keçid prosesndə miflə nə baş verir.S.Rzasoy yazır ki, mifoloji 
şüurdan tarixi şüura keçid mexaniki əvəzlənmə, izsiz yoxolma formasında baş 
vermir. Tarixi şüur mifoloji şüurun zəminində təkamül edir. Bu proses 
demifologizasiya adlanır. Demifologizasiya – hərfi mənada “demifləşmə – 
mifsizləşmə”, proses baxımından mifoloji mətnin mifə məxsus əlamətlərindən 
məhrum olması deməkdir... Məsələn, ibtidai mədəniyyətin ritual mexanizmləri 
dini kultlarda, demək olar ki, əvvəlki, incəsənətdə isə yeni – estetik funksiyanı 
yerinə yetirir. Mədəni qəhrəmanın fəaliyyətini nəqletmə yolu ilə gerçəkləşdirən 
mifoloji mətnlər tarixi şüur müstəvisində eposlara təkan verir, müxtəlif 
ekzoterik miflər nağılları formalaşdırır və s. Başqa sözlə, mifoloji şüurdan tarixi 
şüura keçidin forması rəngarəng, məzmunu genişdir” (3, s. 186). 
Qeyd edək ki, müəllif məsələnin elmdə qoyuluşunu mövcud ədəbiyyatlar 
əsasında ümmuləşdirmiş, eyni zamanda ona öz izahlarını da əlavə etmişdir. 
Buna sözmüz yoxdur. Əsas məqam olaraq “demifologizasiya” diqqətimizi 
çəkir.Bu, çox mühüm məsələdir. S.Rzasoy bunu “mifsizləşmə” kimi ifadə 
etmişdir. Bunu qəbul etməklə yanaşı bildirmək istərdik ki, “demifologi-
zasiya”nı təkcə “mifsizləşmə” kimi deyil, həm də “mifdən (mif olmaqdan) 
çıxış”, “mifdənqopma” kimi ifadə etmək olar. Lakin necə ifadə olunmasından 
asılı olmayaraq, əsas məsələ, necə deyərlər ki, “mifdən qopan mifin” 


Filologiya məsələləri, № 8 2018 
237
taleyidir: Mif öz mif qəlibindən necə çıxır? Bu sualın birbaşa mif-din 
münasibətlərinə bağlılığı var. Eyni müəllif yazır: “Mifdən tarixə keçiddə 
mifoloji ideologiya müxtəlif istiqamətlərə parçalanır: ilk formaları həmin 
ideologiyadan boy atan din bu istiqamətlərdən ən mühümünü təşkil edir. 
Mifdənsonrakı dövr – tarixi şüur çağı ümumiyyətlə din epoxasıdır. Mifoloji 
şüurdan tarixi şüura keçid, əslində, həm də politeizmdən monoteizmə gedən 
yoldur. Qədim və orta əsrlər tarixi şüur çağının bütün təzahürləri “dinidir”. Ta-
rixi şüur bu dövrdə rasional-elmi kanallarla aldığı hər hansı informasiyanı da, 
əslində, dini ehkamlar müstəvisində dəyərləndirərək qəbul edirdi” (3, s. 186-
187). Müəllifin bu fikri mövzumuz baxımından aktualdır. Ona görə də bu fikri 
məntiqi təhlil müstəvisinə gətirmək zərurəti yaranır:S.Rzasoyun mifdən tarixə 
keçiddə mifoloji ideologiyanın müxtəlif istiqamətlərə parçalanması və ilk 
formaları həmin ideologiyadan boy atan dinin bu istiqamətlərdən ən mühümünü 
təşkil etməsi haqqındakı fikrində qəbul etdiyimiz və etmədiyimiz məqamlar var. 
Əvvəla, dinin mifologiyadan törəməsi sırf materialist baxışdır. Biz dini vəhy – 
ilahi risalət hadisəsi kimi qəbul edirik. Bu, bizim dissertasiya probleminə 
yanaşmamızda ən mühüm və istisnasız metodoloji tezisdir. Lakin S.Rzasoyun 
fikrinə burada “həssas” münasibət bəsləməyimizin əsasında onun ictimai 
dünyagörüşündə “ilahi başlanğıc” ideyasının əsas yer tutması və mifologiya-din 
münasibətlərinə, bir qədər sonra öz məqamında təhlil edəcəyimiz kimi, 
tamamilə orijinal baxışlarının olması durur. Bu cəhətdən, müəllifin dinin 
mifologiyadan üzvlənməsi haqqında fikri də tam materialist baxış deyildir. 
S.Rzasoya görə, mifologiya və din bir-birindən ayrılmaz fenomenlərdir və onlar 
həm diaxron-tarixi, həm də sinxron müstəvidə eyni bir yaradılış həqiqətini 
təsdiq edirlər. 
Mif çağının bütün mədəni təzahürləri mifin rənginə boyandığı kimi, 
tarixi şüurun mifdən sonra gələn ilk epoxası da başdan-başa dini semantika, 
dini atribut qazanır. Hərfi mənalarında politeizm – çoxtanrıçılıq, monoteizm 
– təktanrıçılıq deməkdir. Zərdüştilik, buddizm və s. bu tipdən olan politeist 
inanclar sistemi var. Bundan başqa, cəmiyyətlər tarixindən məlumdur ki, 
inancların biri-birinə konsentrasiya olunması tarixi-mədəni hallardandır. 
Toplumların bir-birinə birləşərək böyüməsi təbii hal olduğu kimi, bu təbii 
prosesdə hər bir topluma məxsus teist ideya və obrazlar bir-biri ilə qarşılaşır 
və yeni şərait “teosların” yeni modeldə birləşməsini tələb edir. Bu prosesdə 
güclü toplumun teosu yeni şəraitin yaratdığı modelin mərkəzi elementinə, 
nüvəsinə çevrilir. Bütün qalan teoslar öz təsir dərəcəsində nüvə teosun 
ətrafında düzülür. Təbii ki, bağlı olduğu toplumun sosial-mədəni təsir gücü 
zəif olan teoslar bu prosesdə sıradan da çıxa bilir. Dinlər tarixindən hətta 
böyük etnosların öz köhnə inanclarından qoparaq, yeni inanc ideologiyasını 
qəbul etmələri də məlumdur. Burada çox aktual bir sual meydana çıxır: yeni 
tarixi şəraitdə, başqa sözlə tarixi şüur çağında miflə din bir-biri ilə hansı 


Filologiya məsələləri, № 8 2018 
238
münasibətdə olur? Qeyd edək ki, bu barədə elmdə maraqlı fkirlər mövcuddur. 
Sualı həmin fikirlər müstəvisində aydınlaşdırmağa çalışaq.A.Y.Qureviçə görə, 
orta əsrlər simvolizminin bünövrəsində makrokosmla mikrokosmun eyniləş-
dirməsi durur, belə ki, təbiət insanın onda Tanrının obrazını seyr edə biləcəyi 
güzgü kimi başa düşülürdü. Bu səbəbdən filosoflar təbiəti öyrənməyi zəruri 
hesab edirdilər: insan təbiəti dərk edərək, özünü onun içində tapır və bunun 
vasitəsilə ilahi nizamı və Allahın özünü başa düşməyə yaxınlaşır. Allahın 
surətinə uyğun və onun kimi yaradılmış insan yaradılışın tacı hesab 
olunurdu: bütün qalan nə vardısa onun üçün yaradılmışdı (5, s. 71-
73).Alimin bu fikrinin tədqiqatımızın problemi işığında təhlilinə ehtiyac var. 
Göründüyü kimi, A.Y.Qureviç orta əsrlər düşüncəsini ilk növbədə simvolik 
düşüncə tərzi hesab edir. Simvolizm – bir obrazın gerçəkliyin müəyyən 
sahəsini, elementini rəmzləndirməsidir. Doğrudan da, orta əsrlər mədəniy-
yətində hər bir element simvolik işarədir. Hətta sufi poeziyasında poetik 
model bütövlükdə simvolizm üzərində qurulmuşdur.Müəllifə görə, bu 
simvolizmin əsasında makrokosmla mikrokosmun eyniləşdirməsi durur. Bu 
tezis mövzumuz baxımından xüsusi əhəmiyyət kəsb edən nöqtədir. 
Makrokosm – hərfi mənada “böyük dünya”, mikrokosm – “kiçik dünya” 
deməkdir. “Makrokosm/böyük dünya” dedikdə – kainat, “mikrokosm/kiçik 
dünya” dedikdə – insan nəzərdə tutulur. Və Qureviçdən də göründüyün kimi, 
orta əsrlər simvolizmi kainatla insanı eyniləşdirirdi. Yəni çox sadə bir dildə 
ifadə etsək, kainatın quruluşu insanda, insanın da quruluşu kainatda 
təkrarlanır. Bunlar biri-birinin böyük və kiçik variantlarıdır.Deməliyik ki, bu, 
orta əsrlər Şərq-İslam düşüncəsində də eynilə belədir. Kainat – “aləmi-
əkbər”, insan – “aləmi-əsğər” adlanır. Aləmi-əkbər – böyük dünya, aləmi 
əsgər – kiçik dünya deməkdir. Şərq-İslam düşüncəsində bunların eyniyyətini 
bildirmək üçün “kitab” metaforasından da istifadə olunur. Kainat – “böyük 
kitab”, insan – “kiçik kitab” hesab olunur.
“Kitab” metaforası insanla kainat arasındakı eyniyyətin ilahi 
informasiya olduğunu vurğulamaq üçündür. “Kitab” – ərəb sözü olub, yazı 
deməkdir. Beləliklə, Şərq-İslam, o cümlədən təsəvvüfi-irfani düşüncədə 
kainat – böyük yazı, insan – kiçik yazı hesab olunur. Bu isə birbaşa ilahi 
başlanğıca – Allaha (c.c.ə.ş.) bağlanır. Allah dünyanı və insanı sözdən, yəni 
informasiyadan xəlq etmişdir. 
Biz bunun analogiyasını, daha doğrusu, arxetipini mifologiyada tapırıq. 
Mifologiyada insan, dünya, təbiət eyni silsilə hesab olunur. Elə “Kitabi-Dədə 
Qorqud”un özündə Oğuz adı həm xalqı, həm dövləti, həm ərazini, həm 
oğuzların əcdadı Oğuzu, həm də hər bir oğuz insanını bildirir. 
Beləliklə, folklor mifologiya və din kimi ictimai şüur konseptdir. 
Mifologiya ictimai şüurun başlanğıc mərhələsidir, folklor mifoloji şüurdan 
tarixi şüura keçid prosesində ondan üzvlənir. Folklor, ümumən, etnokosmik 


Filologiya məsələləri, № 8 2018 
239
düşüncə modeli, bədii özünüifadə və davranış kodudur. O, mifologiyadan 
üzvlənsə də, onun yalnız davamı kimi meydana çıxmır: mifik düşüncənin 
şifahiliyi, ənənəviliyi, kollektivliyi folklorun onda daim “rüşeym” halında 
mövcudluğundan xəbər verir. Din yaradılış ideologiyası, dünyagörüşü və 
sosial-mədəni davranış sistemi kimi folklorla sıx bağlıdır. Vəhy dinləri ilahi-
kanonik hadisədir. Vəhy mətnlərinin şifahi təhkiyə ilə təbliği onun 
folklorlaşdığı səviyyəni təşkil edir. 
Ədəbiyyat 
1. Mehdiyev N. Orta əsr Azərbaycan mədəniyyətinin bəzi etnik əsasları / 
Azərbaycan filologiyası məsələləri. 2-ci buraxılış. Bakı, 1984, s. 236-241 
2. Rzasoy S. Nizami “Yeddi gözəl”i mətnində modelləşən dünya və 
semiotik-mifoloji funksiyalı adlar / Gənc ədəbiyyatşünasların respublika 
konfransı (tezislər). Bakı, “Elm”, 1992, s. 50-51 
3. Rzasoy S. Şüurun inkişaf mərhələləri: mifoloji və tarixi şüur // Azərbaycan 
şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XLI kitab. Bakı, “Elm və təhsil”, 2013, 
s. 168-201 
4. Введение в философию. В 2-х частях. Часть 1. Москва, 1989, 291 c.
5. Гуревич А.Я. Категории средневековой культуры. Москва: Наука, 
1984, 350 с. 
6. Иванов Вяч. Вс., Топоров В.Н. Славянские языковые моделирующие 
семиотические системы (древний период). Москва: Наука, 1965, 246 с. 
7. Леви-Строс К. Структурная антропология. Москва: Глав. Ред Вост. 
Лит., 1985, 536 с. 
8. Стеблин-Каменский М.И. Миф. Ленинград: Наука, 1976, 121 с. 
9. Элиаде М. Аспекты мифа. Москва: Академический проект, 2001. 240
G.Sayilov 
The problem “folklore and islam” in Azerbaijan folklore
Summary 
The problem of “Folklore and Islam” covers the complex issues, 
especially the methodological approaches as the research theme. The 
materialist and idealist approaches in this area deny one another. As the 
religion and folklore - both are of public consciousness, the philosophical 
approach to them is always actual. Mythology is considered the first stage in 
the history of public consciousness. Many of the forms of consciousness are 
developing through the division of mythological consciousness. Religion and 
folklore are transformed into the forms of independent historical 
consciousness by actual membership in mythological consciousness. 


Filologiya məsələləri, № 8 2018 
240
Mythology and religion are inseparable phenomena, and they confirm the 
truth of the same creation in both diachronically-historical and synchronous 
stages. Folklore is a concept of public consciousness like mythology and 
religion. Religion is closely linked to folklore, such as the ideology of 
creation, its outlook and the social-cultural system of behavior. Revelation is 
the divine-canonical phenomenon. The propagation of the revelation texts by 
oral verbalism constitutes the level of folklore. 
Г.Сайылов 
Проблема «Фольклор и Ислам» в Азербайджанском
народном творчестве 
Резюме 
Проблема «фольклор и Ислам» как объект исследования 
охватывает сложные вопросы, в особенности подходы методологического 
характера. В этой области материалистические и идеалистические подхо-
ды опровергают друг друга. Поскольку религия и фольклор – формы 
общественного мышления, по отношению к ним философский подход все-
гда остается актуальным. Мифология считается первым этапом истории 
общественного мышления. В результате распада мифологического 
мышления создаются многие формы мышления. Религия и фольклор, 
проходя актуальное расчленение от мифологического сознания, станов-
ятся независимыми историческими формами мышления. Мифология и 
религия неразлучные феномены, Они как в диахронно-историческом, так 
и в синхронном аспекте подтверждают одну и ту же истину сотворения. 
Фольклор, как мифология и религия является концептом общественного 
сознания. Религия как идеология сотворения, мировоззрения и система 
социально-культурного поведения тесно связана с фольклором. Религии 
откровения являются божественно-каконическими явлениями. Пропаг-
анда текстов откровений устным пересказом составляют уровень его 
фольклоризации.
Rəyçi: Nadir Məmmədli 
Filologiya üzrə elmlər doktoru, professor


Filologiya məsələləri, № 8 2018 
241
ŞƏFƏQ DADAŞOVA 
Filologiya üzrə fəlsəfə doktoru, BMU 
shafag13@mail.ru 
BANİNİN AVTOBİOQRAFİYASINDA İDENTİFİKASİYA 
MƏSƏLƏLƏRİ 
Açar sözlər:
Banin, avtobioqrafiya, mədəniyyət, Şərq-Qərb, özünüident-
ifikasiya. 
Ключевые слова:
Банин, автобиография, культура, Запад-Восток, 
самоидентификация. 
Key words
: Banine, autobiography, culture, East-West, self-identity. 
Bir çox ədəbiyyatlarda olduğu kimi, Azərbaycan ədəbiyyatında da 
avtobioqrafik elementlərin mövcud olduğu əsərlər kifayət qədərdir. Digər bir 
Azərbaycan emiqrant yazıçısı Qurban Səidin «Əli və Nino» əsərində müəllifin 
öz həyatından bir çox sənədli epizodlar var. Müəllif romanın yazılışında 
gündəlikdən istifadə edir. Bu vasitə avtobioqrafiyaların yazılışında tez-tez tətbiq 
olunur. Bu romanda real insanların iştirak etməsinə baxmayaraq, müəllif 
təxəyyülünün məhsuluna da geniş yer ayrılıb. Müəllif hadisələri birinci şəxsin 
dilindən nəql etmir. Onun əvəzinə təhkiyəçi rolunu protaqonist Əli xan yerinə 
yetirir. Bu növ hekayətçiləri, ədəbiyyaşünas Wilfred L.Guerin ikinci növ 
təhkiyəçiyə, yəni müəllifin hadisələri baş qəhrəmanın xeyrinə nəql etdiyi 
təhkiyəçi növünə aid edərdi [5, 81].
Azərbaycan yazıçılarının, məsələn, Əzizə Cəfərzadənin, Vidadi 
Babanlının və başqalarının əsərlərində sənədli qeydlərə rast gəlinsə də, bu, 
sistematik səciyyə daşımır, vahid süjet xətti üzrə qəhrəmanın uşaqlıq illərindən 
müəyyən yaş dövrünə qədər olan zamanı əhatə etmir. Avtobioqrafiyalarda, 
adətən, süjet xətti vahid olur və müəllifin sənədli avtobioqrafiyasına 
əsaslanır. Belə əsərlər ya müəllifin əcdadlarının tarixçələrinin qısa təsviri ilə, 
ya da onun uşaqlıq illərinin hekayəti ilə başlayır. Avtobioqrafiyada mövzu 
müəllifin həyatıdır və burada retrospektiv təhlil, müəllifin öz kimliyinə, 
əhatəsinə, ictimai mühitinə münasibəti aydın ifadə olunur. 
Azərbaycan ədəbiyyatında memuarlara tez-tez rast gəlinir. Cəlil 
Məmmədquluzadə tərəfindən əsası qoyulmuş bu janrdan müasir ədəbi 
prosesdə yazıçı-tənqidçilər uğurla istifadə edir, ədəbi portretlər janrının 
vasitəsi ilə öz müasirlərinin, klassik yazıçıların yaradıcılığına, ədəbi 
hadisələrə öz münasibətlərini ifadə edirlər. Burada onların öz 
yaradıcılıqlarının baxışı da mühüm yer tutur. İncəsənət adamı olduqlarına 
görə, yazıçılar klassik və müasir sənətkarların əsərlərini, müxtəlif xalqların 
ədəbi nümunələrini müqayisə edirlər. Amma bu əsərlər öz müəlliflərinin 


Filologiya məsələləri, № 8 2018 
242
həyatlarından yalnız müəyyən görüşlər, xatirələrlə bağlı bir hissəni, müəyyən 
bir əsəri oxumalarını və s. əks etdirir.
Azərbaycan ədəbiyyatına Şərq ədəbiyyatının təsiri hiss olunacaq qədər 
olduğundan, Şərq ədəbiyyatında və ümumiyyətlə Şərq mentalitetində insanların 
öz hisslərini birbaşa etiraf etmələri adi bir hal olmadığına görə, bütün Şərq 
avtobioqrafiyalarında olduğu kimi, Azərbaycan avtobioqrafiyalarında da 
avtobioqrafiyaları yazarkən yazıçınan öz hisslərini, zəif cəhətlərini etiraf 
etməkdən daha çox, gizlətməyə çalışdığı ehtimalından, belə əsərlər populyarlıq 
qazanmamış və ədəbi prosesdə uzun müddət qala bilməmişlər. Azərbaycan 
mentaliteti və Şərq ənənələri müəlliflərə öz ailə üzvlərinin, xüsusilə də 
ailələrinin qadın üzvlərinin zəif cəhətlərini, və s. etiraf etməkdən çəkindirmişdir.
«Qafqaz günləri» əsərində Banin avtobioqrafik çərçivəyə uyğun 
olaraq özünün dünyaya gəlməsindən, böyüməsindən, uşaqlıq illərində onun 
yaddaşında iz buraxmış hadisələrdən və öz qohumlarından danışır. Onu və 
daha üç bacısını alman dayə freyleyn Anna tərbiyə etmişdi. Bu qadını 
Ümmülbani indi ilıq hisslərlə, sevgiylə xatırlayır, öz xarakterinin 
formalaşmasında onun təsiri olduğunu vurğulayır və eyni zamanda da özünə 
məxsus olan, bəyənmədiyi, qəbul edə bilmədiyi, amma qopa bilmədiyi 
identifikasiyasına da tənqidi münasibətini bildirir: «Freyleyn Anna bizim irsi 
xüsusiyyətlərimizi ləğv etməyə və bizim qəlbimizə təmiz sentimental alman 
qızının ruhunu köçürmək istəyirdi. Amma əcdadlarımızın irsi xüsusiyyətləri 
bizim qanımızda idi. Biz böyüyə-böyüyə budlarımız böyüyür, burunlarımız 
uzanır və sallanır, döşlərimiz iriləşir, üzümüzdəki xırda tüklər uzanır və 
qaralırdı». Zavallı freyleyn Anna bizim böyüməyimizi təəccüblə müşahidə 
edirdi. Xarici görkəmimizin dəyişilməsinə o, çətinliklə də olsa, dözürdü, 
amma bu dəyişikliklər artıq bizim ürəklərimizə, qəlblərimizə sirayət edəndə, 
vəziyyət lap korlandı. Bir gün on üç yaşlı bacım Leyla gəlib dedi ki, bibimiz 
oğlunu sevir və bu andan da zavallı freyleyn Anna rahatlığını itirdi. Biz isə 
get-gedə ona qarşı qəddar və dözülməz olurduq»[1, 10]
Bu kitabın ilk sətirlərindən Şərqlə Qərbin qarşılaşmasının şahidi 
oluruq və bu qarşılaşmada müəllif Qərbin tərəfindədir. Qərb-Şərq məsələsi 
«Əli və Nino» əsərində də aktualdır. Bu əsərdə Şərq üstün tutulur, müəllif 
bunu birbaşa və dolayı yollarla ifadə edir, Şərqin özünün gördüyü, bildiyi, 
etiraf etdiyi mənfiliklərinə baxmayaraq, bütün bu çatışmazlıqlarla birlikdə o, 
Şərqi qəbul edir, çünki o, Şərqə məxsusdur. Bakı bu əsərdə elə böyük sevgi ilə 
təsvir olunub ki, hətta onun tozlu-torpaqlı, dar küçəli, neft qoxulu dediyi, amma 
özünün dünyanın hər bir yerindən üstün tutduğu bu məkana olan sevgi oxucuya 
da sirayət edir. Elə bu məharətinə görə də Qurban Səid bütün dünyada oxunur 
və sevilir.
Həm Qurban Səid, həm Ummulbani 1905-ci ildə Bakıda doğulmuşlar, 
hər ikisi varlı və mədəni ailədəndirlər, hər ikisi Bakını təsvir edib, amma 


Filologiya məsələləri, № 8 2018 
243
baxışlar tam fərqli və ziddiyyətlidir. Bunun səbəblərindən biri bəlkə də o 
dövrki Bakıda qadınlara və kişilərə, onların davranışında gözlənilən kəskin 
fərqlər idi. Ümmulbanu isə azadlığı sevən bir insan olduğu üçün, bü 
çərçivələr onu sıxırdı, kənarda o, özünü daha yaxşı hiss edəcəyini 
düşünürdü. Əslində, yaxşı təhsil almış Ümmulbanu qayda-qanunlara o qədər 
də əməl etmirdi, o, kifayət qədər sərbəst idi. Amma azadlığın insanların 
cinsindən asılı olmayaraq onların təbii haqqı olduğunu düşünən bir insan 
Şərqdə qadınların vəziyyətin qəbul edə bilmir və Qərbə getsə bütün 
problemlərinin, psixoloji diskomfortun aradan qalxacağını düşünürdü. «Paris 
günləri» əsərində xaricdə yaşayan müəllifin nostalgik hisslərinə rast gəlirik. 
Maraqlı cəhət budur ki, Banin Vətəni üçün darıxmadığını nə qədər çox və 
israrla təkrar edirsə, onun sətirlərin altındakı səsi daha qətiyyətlə bunu inkar 
edir. İkinci fransız nəşrinə yazılmış sözönündə Banin yazır ki, emiqrasiya 
illərində bir dəfə də olsun Bakıya gəlmədiyinə görə təəssüf edir. Ümmülbaninin 
hər iki babası – ata tərəfdən Şəmsi Əsədullayev, ana tərəfdən Musa Nağıyev -
neft milyonçuları olmuşlar. Banin yazır ki, o, öz qohumlarını onların 
maneralarına və mənəviyyatlarına görə sevmirdi. Yazıdakı səmimilik bu əsəri 
Qərb ədəbi nümunələri ilə yaxınlaşdırır. Bu əsər oxuculara roman kimi təqdim 
olunsa da, o, əlbəttə ki, avtobioqrafiyadır, çünki o, müəllifin həyatı, ətrafı barədə 
tam məlumat verir, onun yaşadığı zaman və məkan barədə tam təsəvvür yaradır.
Avtobioqrafiyada şəxsi həyat fonunda hadisələrin cərəyan etdiyi dövrün 
ənənələri, adətləri təsvir olunur. Başqa avtobioqrafiyalarda olduğu kimi, burada 
da hadisələrin tarixi axarı müəllifin dəyərlər prizmasından izlənilir.
«Gecə yarısı bir qatar, yalnız bircə qatar Müstəqil Azərbacan 
Respublikasının sərhədlərini keçərək qızıl ordunun əsgərlərini gətirdi. Beləcə, 
Azərbaycan ordusu tək bir atəş belə açmadan qeyb oldu. Respublika məhv 
edildi, qalib Rusiya isə öz əvvəlki xəzinəsini özünə qaytardı. Bir dünyanın 
sonu düz mənim gözlərimin qabağında baş verdi». (1, 103) 
«Qafqaz günləri» və onun ardı «Paris günləri» fəlsəfi və psixoloji 
cəhətdən ona görə diqqəti gəlb edir ki, əsərin müəllifi uşaqlıq illərini və 
gəncliyinin bir hissəsini Şərqdə, daha dəqiq desək, Şərqlə Qərbin arasında 
olan, amma daha çox Şərqə meyl edən, amma iki əks qütbün bir çox 
xüsusiyyətlərini harmonik şəhərdə özündə cəm edən bir ölkədə keçirmişdi. 
Banin həyatının həmin mərhələsi haqqında Parisdə yaşayarkən yazır. Bu, 
kənardan olan baxışdır. Əgər adi avtobioqrafiya sadəcə retrospektivdirsə, 
zaman boyu yeni baxışla səyahətdirsə, bu avtobioqrafiya həm də məkan 
üzrə, Şərq-Qərb istiqamətində səyahətdir.
Şərq ədəbiyyatını oxuyarkən nəyinsə tam açıqlanmadığı, sona qədər 
söylənmədiyi, lazımi qədər açılmadığı hissiyyatı yaranır. Qərb ədəbiyyatını 
oxuyarkən isə, daxili dünyalar anlaşılan, sadə, adi və izahlı görünür. 
Ümumilikdə səciyyələndirsək, Şərq ədəbiyyatında Qərb ədəbiyyatında olan 


Filologiya məsələləri, № 8 2018 
244
səmimiliyə rast gəlmirik. Bu məsələ barədə bir çox tədqiqatlar aparılıb və bir 
sıra ərazilər öyrənilmək üçü açıqdır. 
Əgər strukturalizm və dekonstruktivizm bizi müəllifin qeyb olmasına 
inandırmağa çalışırdısa, avtobioqrafiyanın müasir təhlili əsərə, müəllifə 
aparan bir sübut kimi baxır. Əgər Freyd nəzəriyyəçiləri müəllifin şüuraltı 
arzularını, sirlərini aşkarlamağa çalışırdısa, avtobioqrafiya özü onları açır və 
təqdim edir.
Azərbaycan mənşəli fransız yazıçısı Baninin «Qafqaz günləri» və 
«Paris günləri» dilogiyası Fransada yazılsa da, birincisi müəllifin Bakıda 
keçirdiyi illərə, ikincisi isə onun Paris həyatına həsr olunub. Baninin 
avtobioqrafiyası rəmzi olaraq onun doğulduğu şəhəri – Şərqlə Qərbin 
birləşdiyi yerdə yerləşən və bu qütblərin mədəni xüsusiyyətlərini özündə 
birləşdirən Bakını səciyyələndirir. Kökünə görə, Banin Azərbaycanlı, 
təhsilinə, yaşayış tərzinə görə isə avropalıdır. O, öz avtobioqrafiyasını da 
Avropa oxucuları üçün nəzərdə tutub. O, öz daxili dünyasını və onun 
vasitəsilə Şərqi Qərb, Avropa oxucularına göstərmək istəyən bir təhkiyəçidir. 
Əlbəttə, Qərb oxucusu öz nefti və maraqlı mədəniyyəti ilə diqqəti çəkən bir 
şəhərdə, Bakıda doğulub böyümüş iki neft milyonçusunun nəvəsinin 
hekayətinə biganə qala bilməzdi. Üstəlik də, Banin öz şəxsi həyatı vasitəsilə 
hadisələri, faktları, insan həyatlarını müxtəlif mövqelərdən əks etdirir. Onun 
təsvirləri təkcə xaricilər üçün deyil, həm də Azərbaycan oxucuları üçün yeni 
və təəccüb doğurucudur.
Sovet dövrünün qadağalarından və məhdudiyyətlərindən azad olmuş 
Azərbaycan oxucusu keçmiş adətlər, münasibətlər, vəziyyət barədə həqiqi 
informasiya almaq istəyir. Amma artıq heç nə qalmayıb, daha doğrusu, 
imkan daxilində bütün sənədlər «düzəlişlər»ə məruz qalıb, imkan olmadıqda 
isə məhv edilib. Elə bu səbəbdəndir ki, dünyanın bir çox ölkələrində oxunan 
və sevilən «Əli və Nino» romanı bizə yalnız son illərdə gəlib çıxıb və özü ilə 
özünün müəllifliyi problemini də gətirib. «Əli və Nino» çox maraqlı bir 
dövrün – XX əsrin əvvəllərindəki vəziyyətin təsvirini romanın sərhədləri 
imkan verdiyi qədər bizə çatdırır. Baninin avtobioqrafiyası da iki təsvirə 
malikdir – daxili və xarici. O, bu kitabı Azərbaycanda, Avropa 
mədəniyyətinin birbaşa təsirindən kənarda yazsaydı, bu kitab fərqli olardı. 
Bu kitab Azərbaycan yazıçısının Azərbaycan reallıqları barədə yazısı deyil. 
Bu, Avropa yazıçısının Azərbaycan reallıqları haqqında kənardan baxışı da 
deyil. Bu, həm içəridən, həm də bayırdan olan ikiqat baxışdır və həmin 
dövrün qavranılmasında yeni perspektivlər açan bir ədəbi hadisədir. O, 
fransız, rus, alman, ingilis dillərində danışan, Fransada yaşamağı arzulayan, 
gözəl təhsil almış bir qızdır. Onun və ailəsinin həyatlarını məhv edən 
qüvvələrə münasibəti Şərq yazıçısına xas olmayan tərzdə obyektivdir. 


Filologiya məsələləri, № 8 2018 
245
Baninin Azərbaycana münasibəti maraqlıdır. Bəzən Avropadakı 
dəyərlərdən narazı olan Banin Azərbaycandakı ənənələr üçün darıxır, əsər 
boyu onun ört basdır edə bilmədiyi, Azərbaycan üçün nostalji hisslərini görə 
bilirik. Parisdə o, işləyib çörək pulu qazanmağa məcbur olsa da, firavan 
yaşadığı Bakıya qayıtmağı heç vaxt arzulamır, əksinə, Parisin onun ən doğru 
seçimi olduğunu vurğulayır. Baninin ədəbi varisi Rolf Sturmerə onun Bakı 
üçün darıxıb-darıxmadığını barədə verdiyim sualların hamısına “O, artıq 
bolşeviklərin Bakısı idi. Banin o Bakını istəmirdi, Fransada 70 il yaşamışdı 
və bura onun Vətəni idi” cavabını alsam da Paris günlərində bir çox 
epizodlar Baninin hər çətin vəziyyətə düşəndə uşaqlıq illərini, Bakıda 
keçirdiyi günləri xatırlaması əslində onun göstərdiyi laqeydliyin tam tərsinə 
olan həqiqəti ortaya çıxarır. Banin avtobioqrafiyasının Azərbaycan 
ədəbiyyatı üçün əhəmiyyəti təkcə onun ədəbiyyatımızda bu janrın nadir 
nümunələrindən biri olmağı deyil. Bu, Bakıda yaşamış, sonra isə Parisə 
köçmüş insanın Bakı reallıqlarına kənardan baxışıdır. Bu, Azərbaycan 
ədəbiyyatında o qədər də çox olmayan mühacir ədəbiyyatı nümunəsidir. Bu 
avtobioqrafiya qadın yazıçısı, Şərq və Qərbin mədəniyyətlərinin təsirini 
birbaşa olaraq öz üzərində hiss etmiş bir qadının fikirləridir. Qadınların 
cəmiyyətdə yeri və onların ədəbiyyatda özünüifadəsi ədəbi proses üçün 
maraqlı sahələrdən biridir. Bu, Şərqlə Qərbin birləşdiyi yer olan 
Azərbaycanda daha çox diqqəti cəlb edən məsələlərdəndir. Nizami Gəncəvi 
müxtəlif siniflərə mənsub olan qadınları eyni hörmət və ləyaqət hissi ilə 
təsvir edir. Onun əsərlərində qadınlar fiziki və mənəvi cəhətdən güclüdürlər, 
onlar öc qüvvələrini təsdiq edir və kişilər tərəfindən rəğbətlə, heyranlıqla 
qarşılanır. Bu, həm taxt-tac sahibi Nüşabə, həm də xidmətçi Fitnəyə aiddir. 
Orta əsrlərdə Qərb ədəbiyyatlarının heç birində öz daxili və ya fiziki 
qüvvəsinə görə kişilərlə eyni və ya onlardan üstün olan qadın obrazlarına 
rast gəlmək mümkün deyil.
Avtobioqrafiyanın həm Şərq, həm də Qərb ədəbiyyatlarında dərin 
kökləri var. İki mədəniyyətin ortasında yerləşən azərbaycanlılar dünyaya 
öz şəxsi zəiflikləri, gizli arzuları, uğursuzluqları, ailələrinin qadın üzvlərini 
barədə epizodları yazmaq üçün çox qürurlu idilər, daha doğrusu, bunu 
özlərinə sığışdıra bilmirdilər, qadınlar isə təkcə öz istəklərini, gizli 
fikirlərini deyil, həm də xarici görünüşlərini qapamalı olurdular. 
Səmimiyyət və açıq etiraflar olmadan isə ədəbiyyat tarixində qalacaq 
avtobioqrafiyanın yaranması isə qeyri-mümkün idi. Digər tərəfdən, 
azərbaycanlılar ailəyə çox bağlı olduqlarından özlərini fərd kimi, öz ailə 
ocaqlarından uzaq ayrı bir şəxs kimi təsəvvür etmək çətin olur. Özü barədə 
yazmaq öz ailə üzvləri barədə yazmaq demək olduğundan və ailə 
üzvlərinin adi insanlara məxsus zəifliklərini göstərmək istəməmələri isə 
yazacaqları avtobioqrafiyanın ürəkdən gələn etiraflar, özünü, öz 


Filologiya məsələləri, № 8 2018 
246
həyatına, öz əhatəsini dərk etmək, qiymətləndirmək cəhdi yox, adi və 
çox güman ki, zəif bir roman olacağı təhlükəsini yaradır.
Memuarlar isə Azərbaycan ədəbiyyatında tez-tez rast gəlinən janrdır. 
Bu janr müəllifin həyatının təfərrüatlı və ardıcıl təsvirini tələb etmədiyi 
üçün, epizod seçimində tam zadlıq verdiyi üçün daha uyğun sayılıb və 
istifadə edilmişdir.
Tarixi romanlar həm yaxın, həm də uzaq keçmişə müraciət edirsə, 
avtobioqrafiya həmişə yaxın keçmişin hadisələrində indiki zamanın 
mövqeyindən bəhs edir. Yazıçının zamanı ilə hadisələrin baş verdiyi zaman 
bir-birinə yaxındır. Amma münasibət başqadır və bir neçə on il əvvəl bir gür 
görünən hadisələr indi tamamilə başqa cür yanaşılır. Baninin əsərlərində 
onun bacısının, bibisi qızının, hətta ögey anasının açıq-saçıq hərəkətləri, 
şərab içmələri, bacısı Leylanın rus pilotuna qoşulub qaçması bugünkü reallıq 
baxımından qismən adi olsa da, həmin dövrün adətlərini bilən oxucu üçün 
təəcüblü görünür. Müəllifin açıq yazmağına məkan faktoru da təsir göstərib. 
Avtobioqrafiya Fransada yazılıb. Əgər o, Azərbaycanda yazılmış olsaydı, ya 
da müəllif Avropanın ən çox inkişaf etmiş şəhəri olan Parisdə yaşamasaydı, 
o, öz həyatının bir çox hadisələrindən belə açıq yazmağa cəsarət etməzdi. 
Mətndəki bəzi epizodlarda yer tutan kinayə əsərin dilini fiqurativ və 
cəlbedici edir. Birinci hissədə oxuyuruq: «Nənəm və xalalarım uzun illər 
atamı evlənmək üçün yola gətirməyə çalışsalar da, o, heç cür razılaşmırdı. 
Bir gün əmim İbrahim Moskvadan atamın yanından qayıtdı və elə həmin gün 
bizim hamımızı bir yerə toplayıb atamın evlənmək qərarını söylədi. Bir 
dəqiqə hamı susdu. Sonra bu sükut qohumların bir-birinin sözünü kəsərək 
yağdardaqları sual yağışı ilə pozuldu. Onun valideynləri kimdir? Varlıdırlar, 
ya yox?, Atası nə satır?. İbrahim əmi cavab verdi ki, atası heç nə satmır, heç 
tacir də deyil. Qız kasıb osetin ailəsindən idi, amma valideynləri müsəlman 
idi. Hər şeyi bağışlamaq olardı, amma… əsl fəlakət onun atasının heç nə 
satmaması idi. fərqi yoxdur neft satır, ya qarpız, heç nə satmamaq biabırçılıq 
idi. Və qızın atası heç nə satmırdı. O, adi bir mühəndis idi. Allah keçsin 
günahından»[1, 45]. Atasının ikinci arvadı Əminə onların ailəsinə daxil olan 
kimi evləri iki zidd tərəfə bölündü – biri İslam ənənələrinə bağlı nənəsinin, 
bibisinin, əmilərinin tərəfi, ikincisi isə Qərbə meyl edən əmisi, bibisi 
uşaqları, bacıları, Əminə, rus dostlarının tərəfi.. Baninin təhsili və şüuraltısı 
onu Qərbə tərəf dartırdı.
«Qafqaz günləri»ni oxuyarkən Baninin Azərbaycanda özünü qərib 
hiss etdiyini görürük. Öz parlaq təhsili, istedadı, ambisiyaları ilə o, Qərblə 
Şərqin arasında olarkən şüurlu şəkildə tərəddüdsüz seçim etmişdi: Qərb onun 
üçün arzularını həyata keçirəcək məkan idi. Parisdə Azərbaycandakı firavan 
həyatdan əsər-əlamət qalmadığına, çörək pulu qazanmaq üçün model, 
tərcüməçi, katibə işləməsinə baxmayaraq, o, heç zaman Bakıya qayıtmaq 


Filologiya məsələləri, № 8 2018 
247
barədə düşünmür, Parisə getdiyinə görə peşmançılıq hissi keçirmir. Eyni 
zamanda Parisin heç də xəyallarındakı ideal məkan olmadığını anlayan 
Banin bu mədəniyyətin bir çox ənənələri ilə razılaşa bilmir. Yeni tanışlar 
tapmaqda o, ehtiyatlı davranır. Özlərini Avropada da elə Azərbaycandakı 
kimi rahat hiss edən bibisi uşaqlarından fərqli olaraq, o, burada da özünü 
xoşbəxt hiss etmir. Avropanın bir cəhəti – ailədən, qohumlardan, söz-
söhbətdən asılı olmamaq, özünü heç kəslə identifikasiya etməmək – Banin 
üçün ən mühüm, bəlkə də yeganə stimulverici cəhət idi. Banin öz 
xasiyyətinə görə inqilabçı olduğu üçün başqa birinin onun üzərində 
idarəçiliyini qəbul edə bilmirdi, özünün ən yüksək pillədə olmadığı 
subordinasiyanı qəbul edə bilmirdi.
“Paris günləri” maraqlı bir epizodla sona çatır. Parisdə bibisi qızı 
Gülnar növbəti dəfə ərə gedərkən onun toyunda Banin birgə yaşadığı 
Qrandodan məktub alır. Bu məktubda Qrando onların ayrılmalı olduğunu 
yazır. Onu sevməsə də, bu xəbər Banini məyus edir, o, gizli bir yerə 
çəkilərək ağlayır, Bakıda qalsaydı həyatınıın necə olacağını düşünür. Toydan 
sonra o, özündən xəbərsiz bir parka gəlir, yenə də öz həyatı barədə fikirləşir, 
sui-qəsdi ağlından keçirir. Amma başının üzərindən uçan bir quş onu sanki 
ayıldır. O, öz həyatını yazmaq qərarına gəlir. Retrospektiv özünütəhlil 
vasitəsilə baş verə biləcək katarsis ehtimalı onu yenidən həyata qaytarır. 
Ümumilikdə Qərb-Şərq, kollektivçi-fərdiyyətçi kimi ədəbiyyatlarda 
həyat hekayəsini yazmağa və onu oxumağa münasibətlər fərqlidir. Bu 
münasibətlərə ən müxtəlif sosial, kulturoloji institutların, tarixi-ictimai 
vəziyyətin təsiri böyükdür. Avtobioqrafiyaların öyrənilməsi isə 
mədəniyyətlərarası dialoq imkanlarını genişləndirir, sərhədləri şəffaflaşdırır. 
Ədəbiyyat 
1.
Banin. Qafqaz günləri. Bakı, 1996 
2.
Банин. Кавказские дни. Парижские дни. Издательство: "Азернешр" 
ISBN -; 2012
3.
Brewer, M. B., & Roccas, S. Individual values, social identity, and 
optimal distinctiveness. In C. Sedikides & M. B. Brewer (Eds.), Individual 
self, relational self, collective self. 2001, pp. 219-237). Philadelphia: 
Psychology.
4.
Brodzki, B and Celeste Schenck, eds. Life Lines: Theorizing Women's 
Autobiography. Ithaca: Cornell University Press, 1988, 363 p. 
5.
Brewer M. B. (Ed.), Individual self, relational self, collective self. 2011, 
pp. 190-214. Philadelphia: Psychology.
6.
Egan Susanna, Helms Gabriele. Autobiography and Changing Identities: 
Introduction. From: Biography. Volume 24, Number 1, Winter 2001 


Filologiya məsələləri, № 8 2018 
248
Sh.Dadashova. 
The identity issues in Banine’s autobiography 
The paper analyses the dynamics of self-identity in Banine’s 
autobiography. Theoretical framework is provided to describe through which 
cognitive stages the author passes in the process of life-writing. In Banine’s 
case, the process of self-identity construction coincides with an unstable 
historical period as it was the time of the Soviet invasion of Azerbaijan and 
with it the complete change of governmental and societal structure.
In Banine’s autobiography self-identity is multilayered and has been 
expressed both through silence and eloquent denial of nostalgia. The 
methods of phenomenological hermeneutics, close reading, discourse 
analysis are used to unveil not obvious sides of the author’s individual and 
collective identity.
Ш. Дадашева 
Вопросы идентификации в автобиографии Банин 
Статья анализирует динамику самоидентификации в авто-
биографии Банин. Теоретически обобщаются стадии, через которые 
когнитивные стадии автор проходит в процессе описания своей жизни. 
У Банин процесс самоидентификации совпадает с неставильным исто-
рическим периодом, советской оккупацией ее родины, изменением 
государственной и общественной структуры. 
В автобиографии Банин самоидентификация многосторонняя и 
выражена и молчанием и красноречивым отрицанием чувства носта-
лгии по родине. Метод герменевтики, дискурсивного анализа исполь-
зованы, чтобы раскрыть неочевидные стороны индивидуальной и 
коллективной идентификации.
Rəyçi Nəzrin Səmədova 
filologiya üzrə fəlsəfə doktoru


Filologiya məsələləri, № 8 2018 
249
MƏTANƏT ŞAHALİYEVA 
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu
metanet@mail.ru 
XIX ƏSRİN İKİNCİ YARISINDA CƏNUBİ
AZƏRBAYCANDA POEZİYA 
Açar sözlər
: Cənubi Azərbaycan, Əbdülhəsən Raci, həyat, yaradıcılığı, Raci 
haqqında tədqiqlər, Racinin lirikası.
Ключевые слова: 
Юхный Фзербайждан, Абдулгасан Раджи, жизнь и 
творчество на Раджи, Раджи тексты песен.
Key words
Suuth Azerbaijan, Abdulgasan Raji, life and creativity test on 
Raji, Rajinin lyrics.
XIX əsr Cənubi ədəbiyyatın görkəmli nümayəndələrindən biri Əbül-
həsən Racidir. Əbülhəsən Racinin həyat və yaradıcılığını elmi faktlara 
əsaslanaraq öyrənməyə çalışacağıq.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də Təbriz 
şəhərində yaşayıb-yaratmış Əbülhəsən Raci olmuşdur. Geniş ədəbi irsi olan 
Raci klassikləri içərisində demək olar,ən az tədqiq edilmiş,öyrənilmiş, qələm 
sahiblərindəndir. Öz dövründə şöhrət qazanmış şairin nə öz sağlığında, nə də 
vəfatından sonra tərcümeyi-halı yazılmışdır. Buna görə təccüblü deyil ki, 
şairlə müasir dövrümüz arasındakı zaman məsafəsi qədər böyük olması da, 
onun həyatı haqqında məlumat yox dərəcəsindədir. Əlimizə çatan mənbələr isə 
bəzi fərqləri nəzərə almasaq bir-birini təkrarlıyır. Sənətkarın yaşayışından, 
məişətdən, yaradıcılıq prosesindən, mühitdən lazimi faktların olmaması bir 
tərəfə, doğulma və vəfat tarixidə mənbələrdə müxtəlif cür göstərilir. Məsələn, 
Racinin müasiri, şair Seyid Əzim Şirvani “təzkirə”sində onun doğuluş tarixini 
1250 hicri-qəməri (1834- cü miladi ili) kimi qeyd edir. (1,181) ədəbiyyatşünas 
Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı” əsərindən şairin dəfələrlə nəşr 
edilmiş “Divani”nın heç birində onun tərcümeyi-halının olmasından 
şikayətlənərək, 1247-1252-ci h.q. (1831-1836) illərdə doğulduğunu göstərmiş-
dir. (2) Məşhur Azərbaycan ensiklopedist alimi və şairi möhtəşəm “Lügə-
tnamə”nin müəllifi Ələkbər Dehxuda isə həmin hadisənin 1247-ci h.q.(1831) ilə 
təsadüf etdiyini yazır. Ədəbiyyatşünas Məhəmmədəli Tərbiyət də “Daniş-
məndani-Azərbaycan” əsərində şairin doğulmasını 1247-ci h.q. ili sayır (3). 
Hacı Əbülhəsən Hacı Ələkbər oğlu Raci Təbrizi 1250 –ci h.q (1834-cü 
miladi) ildə Təbrizin Xiyaban məhəlləsində tacir ailəsində anadan olmuşdur. 
Əbdülhəsən hələ uşaq yaşlarından təhsilə, elmə böyük həvəs göstərərək, 
məktəbdə oxuduğu zaman fars, ərəb dillərini öyrənmişdir. Sonralar Şərq 
mədəniyyəti bilicisinə çevrilməkdə bu dillərin şair üçün mühüm əhəmiyyəti 


Filologiya məsələləri, № 8 2018 
250
olmuşdur. O, gənc yaşlarından İranın, Yaxın və Orta Şərqin, ilk növbədə isə 
vətəni Azərbaycanın tarixini, ədəbiyyatını, fəlsəfəsini, musiqini və başqa elm 
sahələrini həvəslə öyrənmiş qonşu Rusiyanın, eləcə də Avropa xalqlarının 
həyatına bələd olmuşdur. 30-40 –cı illərin təbriz məktəblisi Əbülhəsən islam 
dinini dərindən öyrəndikcə, Qurana bələd olduqca, ruhani xadimlərin 
təfsirlərini oxumuş, oxuduğu mənbələrə açıq gözlə baxmışdır. Məhz bunun 
nəticəsi idi ki, istedadla yazdığı əsərlərini vətənə insansevərliyə, xalqın 
mənəvi-estetik zövqünü oxşamağa,xüdpərəstlərin, dargözlərin, bəşəri 
duyğuları həbs etməyə çalışan qatı mürtəcelərin tənqidinə həsr etmişdir.
O dövrdə şairlik vasitəsi olmadığından, müasirləri Zeynalabdin 
Maragayi, Mirzəli Ləli, Mirzə Mehdi Şükahi və bir çox başqaları kimi, 
Əbülhəsən də başqa sənəti, ticarəti dolanacaq yolu seçmişdir. Çox güman ki, 
əvvəllər atası Hacı Ələkbərə kömək edən gənc sonralar, oğlu Əbdülməcid 
Ncinin göstərdiyi kimi, Həmədanda şərikli ticarətlə məşğul imiş (3). 
Ticarət zamanı bir çox şəhərləri gəzməsi, müxtəlif adamlarla görüçməsi 
Raci (rica edən) təxəllüsü ilə şeir yazmağa başalayan Əbülhəsənin dünya-
görüşünə təsirsiz qala bilməzdi, o mühitin dərinliklərinə baş vuraraq, 
dəyişməkdə olan cəmiyyət hadisələrini, sinfi quruluşun ziddiyyətlərinin, ictimai 
prosesin gah təkamül, gah da sıçrayışlarla inkişafını diqqətlə izləyirdi.
Şairin ilk gənclik illərində baş vermiş Babilər hərəkatı, xalq kütlələrinin 
mürtəce ruhanilərə, sərvət sahiblərinə və bunların müdafiəçisi olan şah 
qoşunlarına qarşı döyüşləri, Qəzvindəki üsyançıların başçısı, Məhəmməd Babın 
Təbrizdə dara çəkilməsi onun mənəviyyatında, düşüncələrində gələcək 
yaradıcılığında iz qoymaya bilməzdi.
Doğrudur, Rci nə inqilab xadimi, nə də ateist idi. Lakin o, yeri gəldikcə 
ədalətsiz dövlət quruluşuna, soyğunçu hakim təbəqələrə, xalqı cəhalətdə 
saxlayıb kor etməyə, dünyadan əl çəkdirməyə çağıran saxta mollalara qarşı 
haqq sözünü deməkdən çəkinmirdi. Şirin əsərlərindən görünür ki, sinifli 
cəmiyyət dövrünün bütün mütərəqqi, vətənpərvər, hümanist sənətkarları kimi 
onun da arzuları, düşüncələri zülm dünyasının qanunsuzluqlarına dəyib çilik-
çilik olmuşdur.
Əbülhəsən Raci ulu sələfləri Nizami, Füzuli, Əmani, Vidadi Abbasqulu 
ağa Bakıxanov kimi dinə inanir, Quranı müqəddəs sayırdı. Məhəmməd 
peyğəmbərin, imam Əlinin, imam Hüseynin və Həzrəti Fatimənin mədhinə 
söylədiyi qəsidələr bunu aydın göstərir. Şair mədh və növbə yazmaqdan əlavə 
islam müqəddəslərinin qəbrlərini də ziyarət etmək həvəsindəydi. Racinin şeirləri 
ona böyük müvəffəqiyyətlər qazandırmış, sağlığında ağızdan-ağıza keçərək 
dillər əzbəri olmuşdur. Məşhur ədəbiyyatşünas Firudin bəy Köçərlinin 
“xanəndələrin çox vaxtı toylarda və işrət məclislərində oxuduqları Racinin 
gözəl qəzəlləridir”. (2,349) yazması təsadüfü deyildir. İstedadına görə 
dövrün bir sıra qələm ustaları onunla dostluq edir, məktublaşırdılar. Mirzə 


Filologiya məsələləri, № 8 2018 
251
Mehdi Şükühi, Mirzə Ələkbər Səbur, Miri ilə yaxın dostluğuna aid Racinin, 
ya da adları çəkilən şairlərin əsərlərində dəlillərə rast gəlirik. 
Xalq xoş gələn, tezliklə yayılıb dillər əzbəri olan şeirlərin müəllifi təbii 
ki, əsərlərinin “Divan” halında yığılmasını və kitabının başlamasını arzu-
layırdı. O özü artıq poeziya sahəsində püxtələşdiyini, kamil, şöhrəti sənətkar 
həddinə yetişdiyini, kitabının çıxması vaxtının çatdığını sövq-təbii duyurdu. 
Bunu ustadın öz şeirindən də görmək mümkündür: 
Şairin sağlığında divan çap olunmuş və oxucuların geniş rəğbətini 
qazanmışdı. Belə olmasaydı, “Divan” dəfələrlə təkrar-təkrar nəşr edilməzdi. 
Racinin təkcə Azərbaycanda, Qafqazda deyil, bütün İranda sevil-
məsinin bir səbəbi də əsərlərinə layiq ürək və əqidə sahibi olması idi. 
Məsləkdaşlarının, dostlarının və tanışlarının fikrincə, Racinin qəzəllərindəki 
lirik “Mən”in inci ruhu, mərsiyələrindəki yanar ürək. Rübailərindəki 
müdriklik, sağlam, nikbin əhval, müxtəlif seirlərindəki vətənpərvərlik, dosta 
sədaqət duyğuları şairin mənəviyyatının bədii əksidir. F.Köçərli onun 
xasiyyətindən bəhs edərək yazır: Racinin vətəndaşı və həmməclisi olan bir 
nəfər şəxş ilə dəmir yolunda tanış oldum. Ol cənab ziyarətə gedirdi və Rcini 
görmüşdü. Racinin əxlaqü ədabından əhvalpürsan oldum. Məzkur Hcı Rcini 
çox tərif etdi, ziyadə xoşxülq, xoşrəftar olduğunu söylədi (2). 
Şirin əsərlərindən alınan nəticə aydın göstərir ki, o, daim oxuyub 
öyrənmək, yeni biliklər qazanmaq, şeirin , sənətin daha uca zirvəsinə 
qalxmaqdan ötrü səyahət həvəsində olmuşdur. “Divan”ında rast gəlinən 
məşhur alimlərin. Şairlərin musiqişünasların və onların əsərlərinin adları: 
hadisəbin, sürəllərin səciyyəsi, eləcə də müəllifin adları çəkilənlərə şəxsi 
münasibət Racinin bilikdairəsi haqda lazimi təsəvvür yaradır. 1875-ci ildə onun 
arzusu yerinə yetdi. Qırx bir yaşında ikən şair Kəbini ziyarət edib Hacı oldu.
Racinin vəfat tarixi də anadan olması tarixi kimi mübahisəlidir. S.Ə.Şir-
vani və F.B.Köçərli bu tarixi 1293-cü h.q (1876-cı) il, O.Dchxuda, Ə.Saəbur, 
Məmmədli Müdəris, Əbdülməcid Naci, Qafar Kəndli, M.Müsəddiq 1292-ci il 
10 məhərrəm (17 fevral 1875-ci il) göstərmişdilər. Şair qırx bir yaşında ikən 
dünyadan köçəndə özündən yadigar bir “Divan” və sonralar Naci təxəllüsü ilə 
gözəl şeirlər yazacaq, məşrutə hərəkatında, Məhəmməd Tağı xan Kolonel 
üsyanında vuruşacaq, Demokrat firqəsi yaradacaq Əbdülməcid adlı oğul 
qoymuşdu.
Racinin əlimizə gəlib çatan əsərləri forma və məzmunca rəngarəng 
olduğu kimi, bədii və içtimai dəyərinə görə də müxtəlifdir. Burada bulaq 
kimi axırıcı, incə ruhlu qəzəllərlə, hikmətli rübailərlə, insan mənəviyyastını, 
hiss həyəcanlarını əks etdirən, qitələrlə, fədlərlə yanaşı bəzən şəxsi, bəzəndə 
ictimai xarakter daşıyan həcvlər; dövri mühiti, məhəbbət aləmini 
səciyyələndirən qəsidələr, şair qəlbini əks etdirən lövhələr və təcnisləri də 
vardır. Doğrudur, bir sıra şairlər kimi Raci də dini mövzuda əsərlər yazmış, 


Filologiya məsələləri, № 8 2018 
252
Allahı, peygəmbəri və imamları tərifləmişdir. Onun kərbəla müsübətlərinə 
həsr olunmuş mərsiyələri, növhələri uzun müddət Azərbaycanın yas 
məclislərində oxumuşdur. Bu mərsiyələrin əsas xüsusiyyətlərindən biri 
şairlərimizin fars dilinə meyl göstərdikləri, qacar şahlarını öz ana dillərinə 
ikrahla baxdıqları bir zamanda Azərbaycan şeir dilini saxlamaqlarıdır. Fars 
dilində yazılan, yaxud ərəb-fars tərkibləri ilə yüklənib tanınmaz hala düşən 
şeirlərin qabağında Raci növhəsi nə qədər sadə, səlis və doğma görünür.
Əlbəttə bu məziyyətləri ilə yanaşı, mərsiyə şeir ənənəsinin bədbin 
xüsusiyyətləri də vardır və şübhəsiz, Raci də bunlardan kənarda qala 
bilməzdi. Onun dünya əzablarına dözmək, düşmənlərin cəzası önündə səbr 
etmək kimi fikirləri bu qəbildəndir. Yaxud, sırf dini-əxlaqi məzmunda olan 
“Hekayəti İbrahime-ov-ham” adlı mənzumədə taxt-tacdan əl çəkib Məkkəyə 
gedən, fani dünyadan (bu dünya) üz döndərib baqi dünyanı (o dünyanı) 
qəbul edən İbrahim şahdan danışılır. Kəbənin başına dolanarkən İbrahimə 
hatidən səs gəlir ki, arzusu qəbul edilib. Maraqlıdır ki, hekayətin sonunda 
müxtəlif elə bil mətləbin uzanmasından darıxır və “dəxi vermə bu mətləbə 
Raci tul” 322 deyə öz-özünə müraciət edir. Raci qüdrətli bir lirikdir. O, 
Azərbaycan və fars dillərində yazdığı orijinal, təkrarsız qəzəlləri, qəsidələri, 
rübailəri, təcnisləri, müləmmələri ilə XIX əsr poeziyasında fəxri yerlərdən 
birini tutmaqdadır. Raci poeziyasında baş qəhrəman insan, aparıcı motivv im 
müqəddəs insani hiss olan məhəbbətdir. Şairin bütün yaradıcılığı boyu 
məhəbbəti ən yüksək mənəvi sərvət saymışdır. Onun fikrincə, bu varlığa hər 
yerdə, hər zaman səcdə etmək, ona mənəviyyat sarayının ən geniş, işıqlı 
otağında yer vermək, ilhamlı əsərlər həsr etmək, qəlbən saflaşmaq şərəflidir. 
Kimin ürəyində məhəbbət yoxdursa, həyatı varlığı, bütün arzuları puçdur(5). 
Qəzəldə zahirən şairin intim sevgisindən söhbət açılsa da, “mənim 
eşqim” deyisə də, məsələ daha mürəkkəb mahiyyət daşıyır. Şeirin 
məzmunundan anlaşıldığına görə burada kökləri cəmiyyətin rüşeyimindən 
gələn insan məhəbbəti şərh olunur. Müəllifin fikrincə, sadədil məşuqənin 
gözlərini naz-qəmzə bilicisi edən, cəmadatı, yəni cansız cisimləri dünyanın 
əşrəfi bəşər növünə-adəmə çevirən, məhz məhəbbətdir ki, həqiqət eşq 
aynasının hüsnü-cövhəri olduğu kimi, o da məşuqə gözəlliyinin rəhnidir.
Racinin qəzəllərində Aşıq,n Məşuqə, Rəqib, yaxud Hicran obrazları 
hərəsi özünəməxsus xarakterik cizgilərlə işlənmişdir. Aşıq. Sevgilisinin 
vüsalına yetmək üçün daim mübarizə aparan gah göz yaşları töküb, gah 
fəryad qoparan, gah dərd əlindən çöllərə düşüb haqsızlıq əlindən göylərə 
qarşı üsyan edən gah da “yar küyinin təvafına” nail olan lirik qəhrəman kimi 
təcəssüm edirsə, məşuqə eşqində əsasən qeyri-sabit, aşiqin iztirablarına, 
çəkdiyi cəfalara biganə, məhəbbətə layiqincə qiymət qoymayan əfət rəsiri 
bağışlayır (4,67).Rəqib isə istinasız olaraq kütlük, cahillik qəddarlıq, 
amansızlıq rəmzi kimi fəallıq göstərir, qızılgül budağında bitmiş tikan tək 


Filologiya məsələləri, № 8 2018 
253
Aşiqin vüsala uzanan əlini al qana boyayır. Raci lirikasındakı vəfalı aşiq də 
yolu üzərində dayana heç bir manedən qorxmur. O, bu müqəddəs yolun 
çətinliyini, qılınc tiyəsi kimi itiliyini, qızarmış polad tək yandırıcılığını, 
sərtliyini bilir. Raci lirikasındakı qəhrəman vəfalı, etibarlı olduğu qədər də 
incə, zərif həsas qəlblidir. Şairin məhəbbət sarayı sanki kövrək, şəffaf 
bullurdan tökülmüşdür. Buradakı zəifliyi məşuqə dişlərinin ağlığı, tellərinin 
incəliyi, səsinin məlahəti, baxışının süzgünlüyü, yerlişinin mütanasibliyi, 
gülüşünün cingiltisi ilə müqayisə etmək olar. Şairin fikrincə, mənəvi yaxud 
cismaniliyinən aslı olmayaraq, hər cür çirkinlik məhəbbət aləminə yaddır. 
Yalan, hiylə, tamahkarklıq, paxıllıq, ikiüzlülük, satqınlıq, qana hərislik, 
şöhrətpərəstlik inamdan susi-istifadə bir sözlə, müqəddəsliyə ləkə salan” 
nədsiəmmarə”- məhəbbətin həqiqiliyin şübhə altına alır. Racinin sevgilisi 
hər çeydən qabaq təbiətin zinət qələmi ilə bəzədiyi, deyən, gülən danışan 
canlı insandır. O, əylənməyi də,zülfünə sığal çəkməyi də, hüsnünü 
təravətləndirməyi də, naz etməyi də qəzəblənməyi də, sevməyi də bacarır 
(5.270). Sonda bu nəticəyə gəlirik ki, aparılan araşdırmalar Raci 
yaradıcılığını hərtərəfli tədqiqinə təkan verə bilər.
Ədəbiyyat: 
1.
Seyid Əzim Şirvani. Əsərləri, III c. Bakı, “Elm”, 1974. 
2.
Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı, II cild, “Elm”, 1981, Əli 
Ələkbər Dehxuda. Lügətnamə. Tamareyi-silsilə 82 “R” Tehran, 1342. 
3.
Məhəmmədli Tərbiyət. Daişməndani-Azərbaycan. Tehran 1314. 
4.
Divani Raci. Tehran 1340. 
5.
Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlər. Bakı, 2009. 
M.Шаналыева 
Южная Азербайджанская литературы, поэзии 
от второй половины XIX века 
Резюме 
В этой статье, один из самых ярких представителей поэзии, второй 
половины девятнадцатого Абулгасан Раджи жизни, поэзии, и появились 
сообщения о том, что тесты о. Его брошюра, были проинформированы о 
скорбных. Раджи лирика никаких препятствий, стоящих на пути не боится 
верной любви. По словам поэта, любое уродство, независимо от морали 
или гуманизма, чуждо миру любви. Ложь, обман, жадность, ревность, 
лицемерие, сатанизм, кровожадность, эгоизм и искреннее использо-
вание веры, одним словом, «подчинение» святости - Любитель Раси - 


Filologiya məsələləri, № 8 2018 
254
это живой человек, который говорит, смеясь, украшая орнаментом 
природы перед всем остальным. Он также имеет право веселиться, раз-
бить свою усталость, освежить свою душу и спровоцировать гнев и лю-
бовь (5.270). Наконец, мы приходим к выводу, что исследования, 
проведенные Раси, могут привести к основательному исследованию 
творчества Рачи. Раджи герой, вереый, наджный, а также тонкий, неж-
ный, чуткое сердце. Любовь поэта во дворец, хотя и хрупкий, прозра-
чный кристалл сарай.
M. SHahaliyeva 
South Azerbaijan literature, poetry of the second half 
of the XIX century 
Summary 
In this article, one of the prominent representatives of the poetry of the 
second half of the nineteenth Abulgasan Raji life, poetry, And there were 
reports that the tests are about. Its pamphlet, Were informed of Lamentations. 
Raji lyrics no obstacles standing on the way is not afraid of faithful love. Accor-
ding to the poet, any kind of ugliness, regardless of morality or humanism, is 
alien to the world of love. Lying, trickery, greed, jealousy, hypocrisy, satanicity, 
bloodthirstyness, selfishness, and sincere use of faith, in one word, the 
"subjugation" of sacredness - Racie's lover is a living person who says 
laughing, decorating with nature's ornament before everything else. He also 
has the power to make fun, to smash his tiredness, to refresh his soul, and to 
provoke anger and love (5.270). Finally, we come to the conclusion that the 
research carried out by Raci can lead to a thorough investigation of Raci's 
creativity. 
Raji lyrics hero? Loyal, Reliable azwell as the subtle, delicate, 
Sensitive heart. 
The poets love for the palace, though fragile, transparent cryctal shed. 
Rəyçi: Qəzənfər Kazımov 
Filolgiya üzrə elmlər doktoru, professor


Filologiya məsələləri, № 8 2018 
255
ŞƏHLA XƏLİLLİ 
AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu 
shehlaxelilli@gmail.com 
ƏLAƏDDİN SABİT BOSNALI “KÜLLİYYAT”INDA DİL 
VƏ ÜSLUB 
Açar sözlər: 
Sabit, üslub, söz, dil, türk 
Ключевые слова:
Сабит, стиль, слово, язык, тюрк 
Key words: 
Sabit, style, word, language, turks. 
Əlaəddin Əli Sabit Bosnəvi Bosniyanın Üziçə qəsəbəsində doğulmuş-
dur. Şairin həyatı və yaradıcılığı haqqında məlumatlara təzkirə, ensiklope-
diya, dərslik və elmi ədəbiyyatlarda rast gəlinir. Sabit müxtəlif illərdə 
Ədirnədə, Krımda, Təkirdağda, Sarayevoda, Konyada, Diyarbəkirdə qazılıq, 
mövləvilik, müdərrislik kimi vəzifələrdə çalışmışdır. O, 3 şaban 1124-cü ildə 
(sentyabr, 1712-ci ildə) vəfat etmişdir. Sabitin “Divan”ı, “Dərənamə”, 
“Bərbərnamə”, “Ədhəm və Hüma” adlı məsnəviləri, Krım xanı Səlim Gəray 
üçün yazılmış “Zəfərnamə”si, “Əmrülleys” adlı böyük bir mənzuməsi,

Hədisi- 
ərbain tərcümə və təfsiri” adlı yarı nəzmlə, yarı nəsrlə yazılmış əsəri vardır. 
Türk ədəbiyyatının əvvəlki və bundan sonrakı dövrlərdə ərəb və fars 
dillərinin təsiri altında qaldığı hamıya məlumdur. Bu dövrdə də ərəb və fars 
dilləri divan ədəbiyyatında öncəlik təşkil etmişdir. Ərəb və fars dillərindəki 
sözlər, tərkib və qanunlarla inkişaf edən bu şeir dili XVI əsrdə ən kamil və 
yüksək səviyyəyə gəlmiş, Türk şairləri İran modellərini uğurla təqlid 
etmişlər. Bu dillərdəki sözlərin əruz vəzninə uyğunluğu, bu sözlərin daha da 
çox istifadə olunmasına gətirib çıxarmış, söz birləşmələri artmış, dil ərəb və 
fars dillərinin hakimiyyəti altına girmişdir.
Ədəbiyyatda dilin belə ağırlaşması XVII əsrdə “səbki-hindi” üslubunun 
yaranmasına gətirib çıxardı. Bu üslubun gətirdiyi yeni məzmunlar və sözlər 
dili daha da ağırlaşdırdı. Ədəbiyyatda bu üslubun təmsilçiləri Naili və Nəşati 
olmuşdur. Bu tərz zamanla əsrin digər şairlərinə öz təsirini göstərmiş, bir çox 
şairlər əsərlərini məhz bu tərzdə qələmə almışlar. “Səbki-hindi” üslubunun 
əsas xüsusiyyəti şeirdə məna dərinliyi, xəyal genişliyi, xarici aləmlə daxili 
aləmin əlaqəsinin olmasıdır. Bu səbəblə də dilə yad sözlər və uzun tərkiblər 
girmiş, dili daha da ağırlaşdırmışdır.
Amma Əlaəddin Sabit Bosnəvinin “səbki-hindi” üslubuna heç də 
maraq göstərmədiyini, İran təqlidiçiliyindən uzaq olmağa çalışdığını görə 
bilərik. Əsasən qəsidələrində klassik ədəbiyyatın ərəb və fars ifadələrini 
görmək mümkündür: 


Filologiya məsələləri, № 8 2018 
256
Çəkmədin iqbali-bəxtüm imtinanı-əxtəri, 
Oldı bir lütfi-tənahi-napəzirün məzhəri. 
Kövsəri-dil-təşneyi-yek qətrə cami-feyz edər, 
Bu şərabi-pürsəfanın bir dilara sağəri. 
Məhfili-cahi-cəlalun aləmara fazili, 
Məsnədi-fəzlü kəmalun sədri-məanipərvəri (8, 18). 
Sabit türk sözlərinə çox yer verməyə çalışmışdır. Tərcibənd və 
qitələrində türk sözlərinin daha çox olduğu nəzərdən qaçmır. Məsələn, bu 
şeirdə səma mərasimini təsvir edən şair türk dilinə xas olan təşbehlərdən 
geniş şəkildə yararlanır: 
Şeyx oğlu səmaya girüb aləm dəzələndi, 
Başlar bədəvi tobına döndi zədələndi. 
Hər güşədə bir nəreyi-məstaneyi-yahu, 
Adətcə bu gün zaviyəmüz meykədələndi (5, 540). 
Bu şeirdə Sabit səmaya böyük önəm verir, onun ilahi vəcd və 
emosionallığını şeirdə əks etdirməyə çalışır. Səma lüğətdə duymaq, eşitmək 
mənasına gəlir. Müqəddəs kitab Qurani-Kərim "oxu" sözüylə başlayır. 
Oxuyan, “peyğəmbər” kimi özünə aid hər cür istək və arzudan keçib Allaha 
ayna olmuş, Allahın söylədiyini aynasında əks etdirən, neyə bənzəyən bir 
kamil olanda, oxunan qulağa gələndə mənası ilə ruhu və səsləri ilə də 
vücudu hərəkətə keçirir. 
İlahi musiqini dinləməyə, dinlərkən də vəcdə gələrək coşqu ilə rəqs 
etməyə və fırlanmağa səma deyilir. Bu halda insanı Yaradanına aparmayan bir 
musiqi ilə fırlanmaq səma ola bilməz. Səma ruhdan qaynaqlanmalıdır bədəndən 
deyil. Səmanın sağdan sola qəlbin ətrafında fırlanaraq, Allahın sonsuzluğuna 
təslim olmağı anladan bir ibadət olduğu da unudulmamalıdır (11, 2) 
Onun türk sözlərinə yer verməsinin əsas səbəbi şeirlərində atalar sözü 
və zərbi-məsəllərin çoxluq təşkil etməsidir. Amma bu gündəlik həyatdan, 
xalq dilindən alınan türk sözləri onun mənzumələrində ərəb və fars 
tərkiblərinin hakim olduğu şeirlərdə görünməz olmuşdur: 
Tamam zib ilə zinət təraz olub qılman, 
Döşəndi sədri-çəmənsuffeyi-rəbi-nəhil. 
Əcəbmidir yürəgi qopsa balbali-zarun, 
Ki tifli-qönçeyi-güldən düşürdi badi-hərif (6, 8). 
Əlaəddin Sabit Bosnəvinin əsərlərində ərəb və fars tərkibləri olduqca 
çoxdur, hətta 3-cü növ təyini söz birləşmələrinə tez-tez rast gəlinir: 
Dəmi-heycada tiği-dəsti-xunagəşteyi-fəthin, 


Filologiya məsələləri, № 8 2018 
257
Həman həmrəngi-tiği-Qasımi-ləlin qəba qıldı. 
Kəlamı-abdarun bəzmi-xassül-xassi-mənada, 
Gülabı-ruyi-yaranı-səfayi-nüktəguyadur (9, 33). 
Ərəb və fars dilləri ilə yanaşı Sabit əsərlərində qərbdən keçmiş sözlər 
də yer alır. Buna misal olaraq parankon, ceneral, pastav və s. sözləri göstərə 
bilərik: 
Parankon
etmədə uşşaqı əhli-hibrə olur, 
Qumaşi-vüsləti etdikcə xublar təqvim. 
Səneyi-atiyədə Sabit olur tarix, 
Hədəf oldı bu tüfəngə 
ceneralı
-nakəs. 
Bizi, ey qönçə qəba, 
pastav
ilə aldatma, 
Sana kim etdi o gül-pənbə qəbayı, bilirüz (6, 67). 
Bundan başqa türk sözləri və Anadolu ləhçəsində olan 
başmakçı, 
dənlü, dəprənmək, şol, qocunmaq, yedilmək, unulmaq
və s. kimi sözlərin 
şeirlərində görünməsi dilində və ruhunda güclü bir türk dili sevgisi olmasının 
göstəricisidir.
Bəzən II şəxs əmr formasında saitin köməkçi sait olduğu halda qılmañ, 
eyləməñ, söyləñ kimi sözlərdə əsl sait kimi olmasını görə bilərik. Bəzi 
hallarda isə vəzn zərurəti səbəbi ilə “anlarun” əvəzinə “anun”, “keçinən” 
əvəzinə “keçən”, “keçinənə” əvəzinə “keçənə” kimi qrammatik qənaətlərlə 
də qarşılaşa bilərik: 
Üç babət edüb, məclisi-saqi, bizə mey sun, 
Zahid keçənə xardalı yarana müsəlləs (6, 51). 
Əlaəddin Sabit Bosnəvinin şeirlərində antonim, sinonim və 
omonimlərin istifadəsi, dilinin sənətkarlıq baxımından daha rəngarəng, 
keyfiyyətli olmasının göstəricisidir. Bu da onun şeirlərində məna çalarları 
yaratmış, təsviri daha da canlandırmışdır. 
a) Antonimlər. 
Mənaca bir-birinə zidd olan sözlər məzmuna təzadlı, 
təsirli poetik güc qatmaqla obrazların mənəvi-psixoloji tərəflərinin açılması, 
yaranmış bədii konfliktlərin dəqiq inikası, çatdırılması üçün vasitə rolunu 
oynamışdır.
1) Dəbiristanə almaq səy edər ol tifli 
ruz
ü 
şəb
2) Anunla səd həzaran pərdə keçdi 
nur
ü 
zülmətdən
3) Nə 
əvvəl
var, nə 
axir,
bir qərib aləmdir ol aləm 
4) Nitəki gəzdürə ətrafı-rövzədə 
şəb
ü 
ruz (6, 5) 
b) Sinonimlər. 
Həm yazılışı, həm də tələffüzü fərqli olan, lakin 
məzmununa görə eyni mənanı daşıyan sinonimlərə Əlaəddin Sabit 


Filologiya məsələləri, № 8 2018 
258
Bosnəvinin şeirlərində rast gələ bilərik. Sinonimlər poetik funksiyasına görə 
fikrin daha emosional, təsirli çatdırılmasına xidmət edir.
1) Qəmər-zeynü 
fələk
-bərgüştvanü 
asuman
yancıq 
2) Qalub Rəfrəf də axır gitdi əhəd 
yek
ü 
tənha (6, 3) 
c) Omonimlər. 
Yazılışı və deyilişi oxşar, lakin fərqli mənaları ifadə 
edən omonimlər şeirdə cinaslı qafiyələr yaradaraq məna oynaqlığının, bədii 
dilin ifadəliliyini təmin edir: 
Nihali-jalədarı-
bağı,
Sabit, dağdar eylə, 
Qələmdən nimçəganı-feyzi-qüdsi əzmi-
bağ
eylə (6, 90).
Sabit üslubunun özünəməxsus olması onu dövrünün şairlərindən 
fərqləndirmişdir. Sabitə qədər heç bir şair cəsarət edib onun tərzində 
yazmamışdır. Bir çox qaynaqlarda “tayı-bərabəri olmayan” kimi qəbul edilir. 
Salim təzkirəsində “Həqqə ki vadisində, fəridi-çalak və bir şairi-mahiri-pak 
idi” deməklə şeirinin asan göründüyünü, lakin tənzirinin çətinliyindən bəhs 
edir.
Faiq Rəşad “Əslaf” (Sələflər) əsərində “Təclisi qəribdir. Əşarının 
nadircə bulunan güzəlləri fövqəladə şirindir, adiləri isə son dərəcə tatsızdır” 
demiş, lakin onun bu vadidə tək olduğunu bu beytlə ifadə etmişdir: 
Sabita səhni-qəzəldə necolur göstərəyim, 
Rəvişi-nadirə pərvaziü məzmunguyi (1, 35). 
O, qəsidələrində divan ədəbiyyatının qayda qanunları ilə getmişdir. 
Amma qəzəllərə gəldikdə, daha sadə təhkiyə tərzi görünür. Əlaəddin Sabit 
Bosnəvinin divan ədədbiyyatının bu vaz keçilməyən ünsürlərindən uzaqlaşması 
bəzən şeirlərinin bədii cəhətdən zəif olmasına gətirib çıxarmşdır. 
Sabit meydanda tək olmaqla yanaşı bəzi zamanlarda Nabiyə yaxınlaşmağa 
çalışır. Lakin həmin an aralarında olan əsl fərqlilik meydana çıxır. Bu fərqliliyi 
Turqut Karacan bu cür ifadə etmişdir: “Onu digər bütün şairlərdən ayıran 
xarakterik vəsfi, onun mizahi yazısıdır. Əlaəddin Sabit Bosnəvinin fikrinə görə 
şeir nə qədər mizaha yönəlirsə onda istifadə olunan atalar sözləri və deyimlər 
də o qədər türk dilinə məxsus olmuşdur. Ayrıca xalq atalar sözləri və 
deyimlərinin mizahla birlikdə şeirə girməsi türk dilinin şeirə hakimiyyətini 
də qurmuşdur. Sabitdə mizahla atalar sözləri və deyimlər bərabər işlənmiş, 
mizah dəyər qazanarkən atalar sözləri və deyimlər də geniş şəkildə yer 
almışdır. Atalar sözləri və deyimləri komik bir tərzdə istifadə etmək onun 
şeir yazmağında ən böyük marağı olaraq görünür. Sanki bu onda bir 
xəstəlikdir”. Turqut Karacanın bu sözlərinə əlavə olaraq Salimin bu ifadəsini 
göstərmək yerinə düşərdi: “......lətaifi öylə bir qəlibə ibraq edər ki, zəruri 
adəmə bir zövq və təkriri-qiraət və təcdidi-istimaına tazə-tazə şövq hasil 
olur” (7, 192).
Əlaəddin Sabit Bosnəvinin atalar sözü və məsəllərə olan həddən artıq 
marağı yerli-yersiz kinayə, təzadın istifadəsinə gətirib çıxarır. Bu təsvir və 


Filologiya məsələləri, № 8 2018 
259
ifadə vasitələri şeiri bəzəyən bir ünsur olsa da, Əlaəddin Sabit Bosnəvinin 
bəzi şeirlərində söz yığını kimi qarşımıza çıxır. Sabit sözləri beytlər üçün 
seçərkən onları ahəng və zövq baxımından ölçmür. Buna görə də bəziləri 
zövqsüz və kobuddur: 
Təhəmmül eyləyəməz ahu əşkixun bara, 
O ləbləri nəməkin dilrüba ərür, tuz olur. 
Nə əsrarı-nihan var, Sabita, məcunu-nəzmində, 
Ləbi-dilbərmidir güldürdü həb yaranı sərtapa (6, 46). 
Birinci beyti “ah çəkən və gözündən qanlı yaş tökənə dözə bilməz, o 
dodağı düzlu ürək aparan sevgili əriyib duz olar" kimi açıqlamaq olar. 
Burada nəmək, duz sözlərinin bir-biri ilə əlaqəsi uyğunlaşmır, sanki artıqlıq 
təşkil edir. Ikinci beytin mənası isə belədir: “Ey Sabit, şeirində nə gizli əsrar 
var ki, sevgilinin dodaqlarıdırmı yarı başdan ayağa güldürdü”. Burada isə 
söhbət 
əsrar, nihan, məcun
sözündən gedir. Beləliklə, söz oyunlarından 
istifadə etmək, bir neçə mənalı sözləri bir beytə sığdırmaq Əlaəddin Sabit 
Bosnəvinin vazkeçilməz xüsusiyyətlərindəndir.
Beləliklə, Əlaəddin Sabit Bosnəvinin yaradıcılığında da bəzən qəribə 
və adət olunmamış ərəbcə, farsca sözlərə təsadüf edildiyi kimi başqalarında 
şeirə heç girməyən bir çoх türkcə sözlər də mühüm yer alır. Sabit sözlərin 
istifadəsində də realistdir. Hər hansı bir sözü yeri gəldikcə istifadə edir və 
hətta bu kimi şeyləri хüsusi sənətinin gərəyi olaraq aхtarıb tapır və 
məmnuniyyətlə işləyir. Amma Sabit eyni məzmunda qərar tutmaz. Çoх 
keçmədən açıq-saçıqlıqlara və hətta bayağılığa qədər gedər. Şəхsi hisslərini 
anlatdığı zaman açıq-saçıqlıqlığı az-çoх zarafatla qarışıqdır. Özünə aid 
olmayan səhnələri təsvir edərkən həcv və lağ dolu müdhiş bir realizm 
göstərir. O, sosial səhnələr və tiplərin təsvirində də çoх qüdrətlidir.
Ədəbiyyat siyahısı 
1.
Faik R. Eslaf , II c. İstanbul: h. 1312. 
2.
Musayeva A. Bosnalı Sabit və "Külliyyat"ının nadir Bakı əlyazmasının 
paleoqrafiyası // Yaxın və Orta Şərq, dünən, bu gün, sabah. Bakı: 2008, 
səh. 93-95. 
3.
Musayeva A. Üziçeli Alaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin 
sistemləşdirilmiş bilgilər // Orta əsr əlyazmaları və Azərbaycan 
mədəniyyəti tarixi problemləri. XI cild. Bakı: Nurlan, 2008, səh. 108-
145. 
4.
Rupka Y. Beitrage zur Bioqraphie, Charakteristik und İnterpretation des 
türkischen Dichters Sabit. Prague: 1924. 
5.
Sabit. Divan. (hazırlayan: Turqut Karacan). Sivas: 1991. 633 s. 


Filologiya məsələləri, № 8 2018 
260
6.
Sabit. Külliyyat. Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına 
Əlyazmaları İnstitutu, M-25. 147 s. 
7.
Salim. Tezkire-i Salim. Dərsəadət: Əqdam Mətbəəsi, hicri 1315, səh. 
190-192. 
8.
Topqapı sarayı kitabxanası H.1620; 
9.
Topqapı sarayı kitabxanası H.902; 
İnternet səhifələri 
10.
www.isam.org.tr. 
11.
http://www.cemalnur.org 
Ш.Халилли 
Язык и стиль сборника алаиддина сабита босневи 
Резюме 
Алаиддин Али Сабит Босневи родился в поселке Узжице Боснии. 
Информация о биографии и творчестве поэта встречается в мемуарах, 
энциклопедии, учебнике и в научных литературах. Сабит в разные годы 
работал на должностях кази, мовлеви, наставника в городах Эдирне, 
Крым, Текирдаг, Сараево, Коньи, Диярбекре. Сабит скончался 3-го 
числа месяца шабан 1124 года (сентябрь 1712 года).
Всем известно, что тюркская литература до и после указанного 
периода оставалась под влиянием арабо-персидского языков. Арабо-
персидские языки были ведущими в Диванской литературе того 
периода. В XVI веке этот стихотворный язык, развивающийся словами, 
составными частями и законами арабо-персидского языков, достиг 
своего совершенства и наивысшего уровня, и тюркские поэты удачно 
воспроизвели иранские модели. Слова этих языков соответствовали 
системе стихосложения эруз, что привело постоянному использованию 
их, в связи с этим увеличилось количество словосочетаний, в 
результате чего язык попал под власть арабско-персидских языков. Но 
Сабит старался в основном использовать тюркские слова. Основной 
причиной тому были тюркские пословицы и изречения, которые 
составляли большую часть в его стихотворениях. Тюркские слова, 
взятые из повседневной жизни, народного языка, используемые поэтом 
в поэмах и стихах, становились невидимыми среди господствующих 
слов арабо-персидского языков.


Filologiya məsələləri, № 8 2018 
261
SH.Xelilli 
Language and style in the collection of aladdin ali sabit bosnevi 
Summary 
Aladdin Ali Sabit Bosnevi was born in the province of Uzice in Bosnia. 
Information about the poet's life and activity is found in memoirs, 
encyclopedias, textbooks and scientific literature. He has worked in various 
years in Edirne, Crimea, Tekirdag, Sarajevo, Konya, Diyarbakir, as a 
positions of gazi, movlavi, mentor (mudarris). Sabit was died on 3 Shaban 
1124 (September, 1712).
It is well-known that Turkish literature is influenced by Arabic and 
Persian languages in the previous and subsequent periods. Arabic and 
Persian languages were also dominated by Divan literature during this 
period. This poetic language, developed in Arabic and Persian languages, 
came to the highest level in the 16th century, and Turkish poets successfully 
imitated Iranian models. The harmony of the words with aruz (a type of style 
in works) in these languages has resulted more use of these words, increase 
of word combinations, and the language has been under the power of Arabic 
and Persian languages. But Sabit tried to use Turkish words in his works. His 
main reason for using the Turkish words is that, his poems include proverbs 
and sayings. From the daily life of the poet, the Turkish words derived from 
the folk language were invisible in poems in which Arabic and Persian 
compositions dominated.
Rəyçi: Azadə Musayeva 
Filologiya üzrə elmlər doktoru, professor


Filologiya məsələləri, № 8 2018 
262
AYNURƏ PAŞAYEVA 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
aynure8@mail.ru
20 YANVAR FACİƏSİ AZƏRBAYCAN MƏTBUATINDA 
(1990-2000) 
Açar sözlər: 
20 Yanvar, faciə, mətbuat, publisistika, Heydər Əliyev. 
Key words:
20 January, tragedy, media, publicity, Haydar Aliyev. 
Ключевые слова: 
20 января, трагедия, пресс, публицистика, Гейдар 
Алиев. 
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə 
qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın 
əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər 
salnaməsidir. 1980-ci illərin sonunda Azərbaycanda başlanan siyasi oyanış 
sovet rəhbərliyini ciddi narahat edirdi. Bu oyanışın qarşısını almaq üçün 
bəhanə axtaran Moskva səbəbi də, bəhanəni də özü hazırladı. Ümumilli lider 
Heydər Əliyev 1987-ci ilin oktyabr ayında keçmiş Sov.İKP MK-nın Siyasi 
Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini 
vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra 15 yanvar 1990-cı ildə SSRİ Ali 
Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçov “DQMV və bəzi başqa 
rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzalamış, 
15-17 yanvar tarixində SSRİ rəhbərliyi Bakının ətrafına müxtəlif kontin-
gentli qoşun hissələri və ağır texnika gətirib yerləşdirmişdir. İkinci dəfə 
SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı 
olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət 
tətbiq edilməsi haqqında” fərman vermişdir. Lakin həmin dövrdə xalqın 
mətbuata daha böyük ehtiyac duyduğu zamanda yanvarın 19-da hərbi 
əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku 
Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə