Microsoft Word Toplu esas Toplu 8 doc


partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.06.2022
ölçüsü1,61 Mb.
#89051
1   2   3   4   5   6   7   8

partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə 
kəsilmişdir. Bakı şəhərində 20 Yanvar saat 00-da fövqəladə vəziyyət tətbiq 
edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı səhər saat 
5:30-da radio ilə elan olunmuşdur. Azərbaycan KP MK-nın birinci katibi 
Əbdürrəhman Vəzirov yanvarın 20-nə keçən gecə gizli surətdə SSRİ 
Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, Dmitri 
Yazovla birlikdə hərbi əməliyyatlara rəhbərlik etmişdir. 
20 Yanvar faciəsi nəticəsində Bakıda və respublika rayonlarında 131 
nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs 
olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o 
cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın 


Filologiya məsələləri, № 8 2018 
263
nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir. Sovet qoşunları yanvarın 
25-də fövqəladə vəziyyət elan olunmayan rayonlara – Neftçalaya, bir gün 
sonra isə Lənkərana yeridilmişdir. Nəticədə 8 nəfər qətlə yetirilmiş, xeyli 
adam yaralanmışdır. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “Kom-
munist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 
1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı 
ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Beləliklə, Rusiya imperiyasının 
və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki “zəngin” tarixi 
təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən 
qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı” (1, s.4). 
Milli istiqlal hərəkatının davam etdiyi 1990-cı illərin əvvəllərində 
mətbuatda tez bir zamanda xalqı ayağa qaldıra biləcək operativ janra – 
publisistika və poeziyaya ehtiyac yaranmışdı. Xalqın etirazları leqal nəşrlərlə 
yanaşı, qeyri leqal nəşr olunan qəzetlərin çap olunmasına yol açdı. Həmin 
dövrdə sərt senzura nəzarəti, mətbu orqanlarına “yuxarıdan” edilən təzyiqlər, 
münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında 
olan, 70 illik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-
in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi. Hətta 20 
Yanvar faciəsinin dəhşəti hadisələrindən 7 gün sonra çap olunan “Bakinskiy ra-
boçiy” qəzetinin ilk səhifəsində hələ də “Dostluq və qardaşlığımız əbədidir!” 
şüarı yer alırdı.
Faciə baş verən gündən isə bir çox kütləvi informasiya vasitələrinin 
fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmiş-
di. Milli faciənin miqyası ilə bağlı ilk xəbər verən, “Kommunist” qəzetinin 
əlavəsi olaraq Məzahir Süleymanzadənin baş redaktorluğu ilə həftədə 1 dəfə çap 
olunan “Səhər” qəzetinin 25 Yanvar 1990-cı il sayında “Vətən bu gün ağı deyir” 
məqaləsində yanvarın 22-də qəzetin çıxarılmasına icazə verilmədiyi qeyd 
olunur və şəhidlərin dəfn mərasimi şəkilləri, SSRİ Ali Sovetinin Rəyasət 
Heyətinin sədri M.Qorbaçovun 19 Yanvar 1990-cı il Moskvada imzaladığı 
“Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı və 
Mərkəzi televiziya ilə çıxışının mətni dərc olunmuşdur. “Səhər” qəzetində 
informasiyanın yeni olması ictimai marağın yüksək olmasına səbəb olurdu. 
M.Qorbaçovun 20 Yanvar faciəsinin acısını yaşayan Azərbaycan xalqına 
“cinayətkar” adlandırması, “qardaş qırğının”dan, “ümumilli həmrəyik”dən 
bəhs etməsi, riyakarlıq idi: “Rəhbərlik ümid edir ki, görülən tədbirlər ölkə-
mizin bütün xalqların tərəfindən başa düşüləcək, təqdir ediləcəkdir” (2, s.5). 
M.Qorbaçovun bu çıxışı sovet ordusuna qəzəb və hiddət bəsləyən dinləyici 
auditoriyasında böyük çaxnaşma yaratdı. 
1990-cı illərdə mətbuatda milli özünüdərk hissi də güclənmişdir. Sabir 
Rüstəmxanlının baş redaktorluğu ilə çap olunan Qarabağa Xalq Yardım 
Komitəsinin qəzeti olan “Azərbaycan” qəzetinin 24 fevral 1990-cı il sayında 


Filologiya məsələləri, № 8 2018 
264
Həsən Baliyev “Vida ərizəsi” məqaləsində illərdir üzv olduğu “Kommunist” 
Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə