Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə16/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Azərbaycan! - Bu nida 

Qayaları silkələr. 

Sal daşların köksündə 

Çiçək bitər, gül gələr. 

Azərbaycan deyəndə 

Təbim coşar, sel gələr. 

Sanma, şöhrət pərdəsi 

Ürəyimi kölgələr 

Azərbaycan deyəndə. 

Gözümdə doğmalaşar 

Bütün xalqlar, ölkələr 

Azərbaycan deyəndə! 

 

 

NƏRİMAN  HƏSƏNZADƏ 

 

 

 

 

İSTİQLAL  HİMNİ 

 

Hər millətin, hər torpağın 

 

 

öz adı var, öz ünvanı. 

 

        Yağılara baş əyməyib 

 

 

 

Azərbaycan qəhrəmanı. 

  Vahid Vətən himnimizdi 

 

 

 

şəhidlərin axan qanı, 

 

 

Nəsillərə yadigardı, 

                             zaman yazdı bu dastanı. 

 

 

 

Üç rəngdədi bayrağımız, 

 

 

 

qalxan bayraq enən deyil. 

 

 

Mərd oğullar dar ayaqda 

 

 

 

öz andından dönən deyil. 

 

 

O torpaq ki, tapdalanır 

 

 

 

ayaq altda…Vətən deyil! 

 

 

O torpaqda bağ becərsən,  

 

 

 

ot göyərib bitən deyil. 

 

 

 

Ana Kürün, Xan Arazın 

  

 

 

böyümüşük laylasına, 

 

 

Sərvətimiz ayna tutub 

 

 

 

göy Xəzərin aynasına. 

 

 

Dünya baxsın tarix olmuş 

 

 

 

Azərbaycan dünyasına, 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 

Mübarizə zinət verir 

 

 

 

ömrün- günün mənasına. 

 

 

Millətlərə hürriyətdi, 

 

 

 

istiqlaldı şüarımız. 

 

 

Azadlığı, səadəti 

 

 

 

qorumaqdı qərarımız. 

Azərbaycan- ana torpaq, 

 

qədim Odlar diyarımız! 

Yaşadıqca- Vətənimiz, 

          ölsək- şəhid məzarımız! 

  

 

 

MƏMMƏD   İSMAYIL 

 

       VƏTƏN 

 

Dostu bu dünyada seçib taparlar, 

Dost - düşmən seçilər, Vətən seçilməz. 

Qayanı yonarlar, dağı çaparlar, 

Dağ-qaya kiçilər, Vətən kiçilməz. 

 

Keçər taleyindən, ömründən keçər, 

Qovuşmaz karvana, yovuşmaz köçə. 

Köçsə, qürbət eldə qəlbinə köçər, 

Ağır elli - günlü Vətən köçülməz. 

 

Ürəyin Vətənin önündə zərrə, 

Andını dəyişməz qızılla, zərlə. 

Vətənin yolunda candan keçərlər, 

Keçilməz qaladır, Vətən keçilməz. 

 

Göyləri  uludur, Günəşi uca 

Yerləri gözünü, könlünü açar, 

Ağacı böyüyüb kökündən qaçar- 

Ha qaçar, kökündən ayrıla bilməz. 

Dost-düşmən seçilər, Vətən seçilməz. 

Dağ-qaya kiçilər, Vətən kiçilməz. 

Keçilməz qaladır, Vətən keçilməz!!! 

 

 

      İLK BEŞİK, İLK YUVA 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



İlk beşik, ilk yuva- 

                     ana qucağı; 

Övlad bir işıqdır, 

                    ana bir ocaq: 

Uzağa düşdünmü, Vətən torpağı 

Səni səsləyəcək, haraylayacaq. 

 

Nədir o könlünü oyadan həvəs, 

Ömrün ilk baharı yadında varmı? 

Ana laylasıyla içirilən səs, 

Dünya qayğısıyla unudularmı?! 

 

Kükrəyir köksünün Kür məhəbbəti, 

Araz da qəlbinə qan verən damar. 

Uzağa düşdünmü, Vətən həsrəti 

Yuxunu qaçırar, qəlbinə damar… 

 

Hayanda kəsilib göbəyin sənin, 

Hayanda ilk dəfə iməkləmisən, 

Kiməsə ilk dəfə « ana » demisən, 

Atlanar o yerə ürəyin sənin. 

 

Ulu qalalarım çarpan ürəkmiş, 

Sərhəd ayrıcında, qaya başında. 

Mən indi bildim ki, necə gərəkmiş 

Mənə, ayağıma dəyən daşın da. 

 

Ey Vətən, sevginə sözüm yox  sənin, 

Sən varsan, dünyada cavan çağım var! 

Ey Vətən, ömründə gözüm yox sənin, 

Bir qarış yerindən umacağım var! 

 

İlk beşik,  ilk yuva - ana qucağı, 

Ana bir ocaqdır, övlad bir işıq. 

Səni duymaq üçün, Vətən torpağı, 

Qoynundan kənara çıxmalıymışıq. 

 

 

MƏMMƏD   ASLAN 

 

      VƏTƏN  VƏ  BİZ 

 

Uyusan, qürbətəm; qalsan, Vətənəm! 

Ananam! Qızınam! Sevgilin mənəm! 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə