Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə15/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Hamının gözünün odudur, 

Hamının bircəciyidir… 

Quran tək müqəddəs tutulur, 

Hər bir nəsihəti, öyüdü… 

 

Gülün də Vətəndir Allahı, 

Quşun da dilində əzbərdir. 

Vətəni az sevən, vallahi, 

Bu eşqi car edən kəslərdir… 

 

Bu yarış deyil ki, deyəsən, 

Ona kim daha çox vurğundur… 

Onun Babəkdir əsl yiyəsi, 

Sabirdir, Həcərdir, Qorquddur… 

 

Kim necə istəyir bircəsin, 

Bu cavab çox adi, çox asan… 

Bununçun gərəkdir hər kəsin, 

Yarasan, köksünə baxasan… 

 

 

ZEYNAL   CABBARZADƏ 

 

 

*** 

Biri  Vətənə canım dedi, 

Biri gözüm dedi, 

Biri şirin sözüm dedi, 

Hərə bir ad verdi, 

Hərə bir şeydə gördü 

 Vətəni. 

Mən səni, ey qədim, müqəddəs 

torpağım, 

  Azərbaycanım, 

nə canım, 

nə gözüm, 

nə sözüm, 

     çağırıram. 

Vətənim! Vətənim!- 

deyə bağırıram. 

Canım bu gün var, 

Sabah yox. 

Gözüm bu gün var, 

Sabah yox. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sözüm bu gün var, 

Sabah yox, 

Sən isə 

həmişə varsan, 

ulu babalardan 

hələ doğulmamış, 

Ancaq 

doğulacaq 

kötükcələrə 

yadigarsan! 

Müqəddəs beşiyim 

Olmusan, 

Əbədi məzarım 

Olacaqsan mənim! 

Vətənim, Vətənim 

Vətənim! 

           İSLAM   SƏFƏRLİ 

 

     AZƏRBAYCANIM 

 

Torpağın ətrini sinəmə çəkdim, 

Dodağım gül açdı, 

Ürəyim çiçək. 

Xəzər sahilində min çiçək əkdim, 

Söyüdlər nazlandı 

Gülümsəyərək. 

Dəniz mahnısını oxudu sanki 

Ətəyi ləpəli, 

Qırçınlı Bakı… 

Kükrədi ilhamım, qaynadı qanım, 

Azərbaycanım! 

Ağ bir şərid kimi uzanıb gedir 

Dumanlı, çiskinli, 

Günəşli yollar. 

Bəzisi həyatdan usanıb gedir, 

Mənimsə yollarda 

Hekayətim var. 

El özü qoruyar axarlı şeri, 

Dağlar quzey qarı 

Sərində saxlar. 

Bağrıma basmasam hər qarış yeri, Torpaq öz sirrini  

Dərində saxlar. 

Aç söylə, qoy bir də alışım, yanım, 

Azərbaycanım! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Meyvəli bağçalar, bəhrəli çöllər, 

Ellərə can verib, 

Min şərbət dadır. 

Axarlı çaylaqlar, səfalı göllər, 

Gümüş şəlalələr 

Bu torpaqdadır. 

Hərdən düşüncələr sarır insanı, 

Çayüstü körpülər  

Asma yolumdur. 

Bağrıma basmışam Azərbaycanı, 

Araz bir qolumdur! 

Kür bir qolumdur! 

Əlvan naxışlısan, doğma məkanım, 

Azərbaycanım! 

Bu necə mənadır, bu necə hikmət, 

Deyirlər ağlayır 

Bulağın gözü. 

Danışır təbiət- şair təbiət, 

Qovağın dili var, 

Çinarın sözü. 

Mənim də boş yerə sözüm olmayıb, 

Qəlbinə dəymədim 

Əsla bir kəsin. 

Özgə torpağında gözüm olmayıb, 

Ana torpağıma  

Göz dikilməsin! 

Əmr et! Keşiyində mətin dayanım, 

Azərbaycanım!   

 

        

 

TOFİQ   BAYRAM 

 

 

AZƏRBAYCAN  DEYƏNDƏ 

 

Vətən mənim bu günüm, 

Sabahkı toy - düyünüm. 

Haqqım var ki, öyünüm 

Azərbaycan deyəndə. 

Ürəklərdə döyünüm 

Azərbaycan deyəndə. 

 

Hər ölkəyə, hər elə 

Olsun hörmət deyirəm. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Vətənindir, Vətənin 

İlk məhəbbət deyirəm. 

Onun şöhrət tacıdır 

Şer - sənət deyirəm. 

Mən Vətənə Füzuli, 

Abbas Səhhət deyirəm. 

Mən Vətənə Sabiri 

Doğan qeyrət deyirəm. 

Mən Vətənə Üzeyir, 

Müşfiq, Səməd deyirəm. 

Günəş kimi müqəddəs 

Bir həqiqət deyirəm 

Azərbaycan deyəndə. 

Dünya məni dinləsin: 

Diqqət! Diqqət! 

deyirəm, 

Azərbaycan deyəndə! 

Azərbaycan deyəndə 

Ləpələr şairləşir. 

Anaların bətnində 

Qara gözlü körpələr 

Pələngləşir, şirləşir. 

Azərbaycan deyəndə 

Müdrik qocalar kimi 

Dağlar da fikirləşir. 

Azərbaycan deyəndə 

Haralısan? -  sualı 

Verənlərə ar olur. 

Qeyrətlilər birləşir, 

Qeyrətsizlər xar olur 

Azərbaycan deyəndə! 

 

Dostdan sovqat, muştuluq, 

Düşməndən bac alaram 

Azərbaycan deyəndə! 

İşıq sütunu kimi 

Sabaha ucalaram 

Azərbaycan deyəndə! 

Körpüləri, sədləri 

Sinəmlə parçalaram. 

Sərhəd məftillərində 

Bu kobud əllərimlə 

Bir muğamat çalaram 

Azərbaycan deyəndə! 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə