Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə11/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Kəlbəcərin dağlarında 

Durub baxdım al səhərə, 

Yerdə əlvan çiçəklərə, 

Göydə qızıl şəfəqlərə. 

 

Dərələrin gül beşiyi 

Təpələrin gül dağıdır. 

Səni belə gözəl edən 

Azərbaycan bayrağıdır! 

 

 

XALQIMIN  SƏSİ 

 

Azadlığı istəmirəm zərrə - zərrə, qram - qram, 

Qolumdakı zəncirləri qıram gərək, 

qıram! qıram! 

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi 

İstəyirəm Səma kimi! 

Günəş kimi! 

Cahan kimi! 

Çəkil! 

Çəkil, ey Qəsbkar! 

Mən bu yurdun gur səsiyəm: 

Gərək deyil sısqa bulaq, 

mən Ümmanlar təşnəsiyəm! 

 

NƏBİ   XƏZRİ 

 

 

İSTİQLAL  MARŞI 

 

Göz açdığım qədim torpaq, 

Dayağımsan sən dünyada. 

Doğma anam, ey mehriban, 

Ey qəhrəman, Azərbaycan! 

Addım-addım qucağından 

Odlu sellər çağlasa da, 

Həsrət qaldın sən işığa, 

Zaman-zaman, Azərbaycan! 

Yadellilər damla- damla 

Al qanını sordu sənin, 

Kimlər sənin göz dikmədi 

Torpağına, Azərbaycan! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bayrağını endirdilər, 

Ancaq özün əyilmədin, 

Alqış bu gün o ucalan 

Bayrağına, Azərbaycan! 

Səhər kimi cavan sənsən, 

Tarix kimi qoca sənsən. 

Fatehləri diz çökdürən 

Vüqarımsan, Azərbaycan! 

Öz müqəddəs dağlarından 

Günəş kimi uca sənsən, 

Yer üzündə mənim Odlar 

Diyarımsan, Azərbaycan. 

Səhərlərin qoy açılsın, 

Təzə nurlu bahar ilə, 

Gələcəyə mərd addımla, 

Uğurla get, Azərbaycan! 

Şəhidlərin al qanından, 

Lalə açmış yollar ilə, 

İstiqlalın sabahına 

Qürurla get, Azərbaycan! 

 

 

 

AT, ÖVLAD VƏ TORPAQ 

 

(xalq rəvayəti) 

Bu rəvayəti mənə danışmış müdrik alim 

 dostum Mirəli Seyidova minnətdaram. 

 

Xəyal uzaq- uzaq 

                     illərə vardı, 

Çaparlar yollarda 

                   Duman qopardı. 

Çatdı hökmdardan 

                   Xaqana xəbər: 

- Gözəl ağ atını 

                  sən mənə göndər! 

«Ağ atı verəkmi? 

                 At ki  qanaddır». 

Gəldi məsləhətə 

               El dəstə- dəstə. 

Xaqan çox düşündü, 

               O, qəmə batdı. 

Dedi: - Qan düşməsin 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



              Bir atın üstdə. 

İl keçdi… 

Buludlar 

              Dağları sardı, 

Çaparlar yollarda 

              Duman qopardı. 

Çatdı hökmdardan 

              Xaqana xəbər: 

- Ortancıl oğlunu 

              sən mənə göndər! 

Mənim qoşunumda 

              Əsgərlik etsin, 

Yox, yox ağ atıma 

              Mehtərlik etsin. 

«Övladdan əl çəkək? 

              Övlad muraddır!» 

Gəldi məsləhətə 

              El dəstə- dəstə. 

Xaqan çox düşündü, 

              O, qəmə batdı. 

Dedi: - Qan düşməsin 

              Bir oğul üstdə! 

Dünyaya nur saçan 

              Erkən bahardı, 

Çaparlar yollarda 

              Duman qopardı: 

- Daha darlıq edir 

              burda yer mənə. 

Qonşu torpaqları, 

             Xaqan, ver mənə! 

«Yadlar hakim olsun 

              yurdunda sənin?» 

Gəldi məsləhətə 

              El dəstə- dəstə. 

- Vecsiz torpaqlardır 

              qoy verək getsin, 

Kol- kos da bitməyir 

              o şoran düzdə. 

Vaxt keçdi,- 

              Sükutlu dəqiqələrlə 

Xaqan öz yerindən 

             Qalxdı kədərlə: 

- Ağ atı verdim ki, 

              mən at taparam, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Övladı verdim ki, 

             Övlad taparam. 

Mən torpaq tapmaram, 

Fəqət dünyada, 

Niyə torpağımı 

             Mən  verim yada? 

Torpaq mənim deyil- 

Xalqındır torpaq, 

Ancaq ədalətin, 

Haqqındır torpaq. 

Babamdan bu torpaq 

              Mənə mirasdır, 

Bu torpaq üstündə 

              Ölsəm də azdır. 

Gəl, düşmən, 

             yasını görəcək aləm, 

Sənə özün boyda 

            torpaq verərəm! 

Çaparlar hövlnək geri çapdılar. 

…Yadlar bu torpaqda 

qəbir tapdılar. 

 

QABİL 

 

 

AZƏRBAYCAN  TORPAĞI 

 

Harda ümman görürəm, 

Sən yadıma düşürsən, 

Mənim mavi Xəzərim! 

Harda liman görürəm, 

Sən yadıma düşürsən, 

Mənim doğma şəhərim! 

Harda sahil görürəm- 

Qumlu- qayalı sahil, 

Buzovnadır,- deyirəm,- 

Bura başqa yer deyil. 

Bir qəşəng göl görürəm, 

Sanmıram ögey gölü. 

Çünki xatırladır o 

Mənə bizim Göy Gölü! 

Qarşıma dağ çıxırsa 

Başı qarlı, dumanlı, 

Ətəkləri yamyaşıl 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə