Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə12/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Döşü qalın ormanlı- 

Şah dağı tək, Kəpəz tək, 

Əziz bilirəm onu. 

Mən Talış dağlarıyla 

Əkiz bilirəm onu! 

Torpaqları çörəkli, 

Bağları barlı edən, 

Kəndləri, şəhərləri 

Axar- baxarlı edən 

Bir çayın sahilindən 

Yolum düşürsə haçan, 

Deyirəm ki, o, Kürdür, 

Axıb gedir yanımdan. 

Nə dildə qanad açsa 

Şirin bir nəğmə əgər; 

Onunla şadlanarsa, 

Qəmlənərsə ürəklər, 

Oxşayarsa insanın 

Xəyalını, ruhunu, 

Azərbaycan nəğməsi 

Zənn edirəm mən onu 

Azərbaycan torpağı, 

Öpüm, öpüm səni, gəl! 

Axı səndə görmüşəm 

Hər şeyi əvvəl- əvvəl. 

Axı səndə bilmişəm 

Nə var, nə yox dünyada, 

Axı səndə görmüşəm 

Hər şeyin qəşəngini- 

Bağçaların barını, 

Çayların axarını, 

Üfüqlərin rəngini, 

Dostluğu, sədaqəti, 

Sevgini, məhəbbəti. 

Səndən ayırsa belə 

Dənizlər, dağlar məni, 

Nə xoş gəlsə gözümə, 

Qoynuna bağlar məni. 

Dünya mənə xoş gəlir 

Həyatın hər bir çağı. 

Sən bir dünyasan demək, 

Azərbaycan torpağı! 

 

 

 

VƏTƏN 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Mən gözümü bu torpaqda açmışam, 

Mənim dilim bu torpaqda söz tutub. 

İməkləmiş, yerimişəm, qaçmışam- 

Dizlərimi qanadanda daş- kəsək 

İlk yaram da bu torpaqda göz tutub. 

 

 

Tarixində adım- sanım yox onun, 

Hardan olsun, neyləmişəm axı mən? 

Ancaq Vətən mənim kimi çoxunun 

Zəhmətini çox çəkmişdir əzəldən. 

Əllərimdən tuta- tuta aparmış, 

Məni həyat yollarına çıxarmış. 

Bu yerdədir, rişələrim, köklərim- 

Ulu babam bu torpaqda uyuyur. 

Vətən- mənim al şəfəqli səhərim, 

Onsuz günəş gözlərimdə soyuyur. 

Vətənsizin nə günəşi, nə ayı?.. 

Vətən yoxsa- hər şey hədər, havayı. 

Qarış- qarış dolansam da cahanı, 

Gözəlsə də yad ellərə səyahət, 

Heyran - heyran seyr etsəm də hər yanı, 

Səyahətim burda bitər, nəhayət. 

Ağuşuna çəkər məni torpağım. 

Harda olsam, harda gəzib dolansam, 

Burda tapar əks- səda sorağım. 

Bir- birindən hər şey qopar, ayrılar- 

Ayrılmayan bəs nə var? 

Mən, 

Vətən!  

 

QULAMRZA   SƏBRİ   TƏBRİZİ 

 

 

BÜTÖV AZƏRBAYCAN 

 

Biri Arazın o tayında, 

Biri bu tayında. 

Aralarında tikanlı sərhəd 

                məftilləri. 

Amma Xəzər birləşdirir 

               sularıyla. 

Toxunuram suya bu sahildə, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Duyuram ruhumu o sahildə. 

Bir də ay, səma birləşdirir, 

Günəş birləşdirir. 

Havanın, küləyin ətri birləşdirir. 

Necə bir Vətənə 

                  iki deyəsən? 

 

 

FİKRƏT   QOCA 

 

 

   ADDIM- ADDIM 

 

Azadlıq qurbansız olmur. 

Neyləyəsən, qansız olmur. 

Vətən üçün, ana üçün 

Hər birimiz bir oğuluq. 

Oğul üçün, nəvə üçün 

Azadlığa gedən yoluq. 

Yola dönüb bu torpağa 

Döşənirik, uzanırıq. 

Qanımızın bahasına 

Biz azadlıq qazanırıq. 

Azadlığa gedən yolda 

Bir addımdı mənim adım. 

Azadlığa gedir Vətən 

Şəhid- şəhid, addım- addım! 

 

 

ANAM MƏNİM 

 

Torprağım mənim, 

Tarixim, ulu babalarımın 

müqəddəs örtüsü, 

Keçmişimin gələcəyə körpüsü 

Torpağım mənim, 

Pozulmayan yaddaşım, 

çörəyim, qızılım, 

düşmənə atılan daşım. 

Torpağım mənim, 

basacaqsan məni bağrına ana kimi. 

Adınla çırpınacaq ürəyim, 

ürəyim özü torpaq olana kimi. 

Hansı torpaq üstə gəzsəm, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ürəyim pıçıldayır: 

Mən Azərbaycan torpağıyam. 

Sarı buğdasıyam, şirin nar bağıyam. 

Dilimdə üzümünün şirinliyi, 

səsimdə sularının səsi. 

Gözlərim Xəzərimin iki giləsi. 

Mən bu torpaqdan cücərmişəm, ucalmışam. 

Mənəm, məniməm  deməyə 

İxtiyarım yoxdur. 

Özümü bu torpaqdan borc almışam. 

Yad ellərdə ölə bilmərəm, 

Torpağıma borcum var. 

Nəslimdən biri torpaqsız qalar. 

Öz torpağını tapmaq üçün 

dünyanı gəzər diyar - diyar. 

 

 

ƏLİAĞA   KÜRÇAYLI 

 

 

VƏTƏN 

 

Mən səndən bir yaşıl budaq istədim, 

Sən mənə bəxş etdin zümrüd meşələr. 

Mən səndən kiçik bir otaq istədim, 

Sən mənə bəxş etdin dilbər guşələr. 

 

Mən səndən adicə həyat istədim, 

Sən məni çıxardın min- min səhərə. 

Mən səndən kiçik bir qanad istədim, 

Sən məni uçurdun ənginliklərə. 

 

Mən səndən bir dəstə çiçək istədim, 

Mənimçün dörd fəsli yaz elədin sən. 

Mən səndən ilhamlı ürək istədim, 

Sən mənə təb verdin milyon ürəkdən. 

 

Mən səndən kiçik bir sevinc istədim, 

Sən mənə bəxş etdin bütöv səadət, 

Mən səndən bir parça bürünc istədim, 

Sən mənə bəxş etdin xəzinə, dövlət. 

 

Mən səndən istədim açıq bir alın, 

Sən mənə bəxş etdin əzəmət, vüqar, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə