Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə10/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ömrümdə «kiş» demədim. 

Kimsənin torpağında 

Gözüm yox, 

bilsin aləm, 

torpağımdan bir çərək 

Kimsəyə də vermərəm… 

 

Öz məsləkim, öz eşqim 

Daim məndən öndədir, 

Azərbaycan bayrağı 

Başımın üstündədir. 

 

 

   SEVDİM,  BİLDİM  Kİ… 

 

Yurdum, Vətənim, şöhrətim, andım! 

Bir vaxt ki, sənin eşqinə yandım, 

Bildim ki, əsl insanam, insan! 

Bildim ki, nədir 

istəyim, arzum bu cahandan! 

Sevdim səni, 

Həm nəşəni, 

həm dərd - qəmi tapdım! 

Sevdim səni, mən qibləmi tapdım! 

Sevdim səni, bildim ki, mənim 

öz sifətim var. 

Bildim oğulam; 

öz anam, öz məmləkətim var! 

Bildim ki, Vətən naminə ölmüş 

Tək - tək doğulanlar niyə min - min. 

Bildim ki, nədir mayəsi hər qüdrətin, əzmin! 

Bildim ki, 

Neçin qeyrəti yoxlar səni danmış… 

Bildiim ki, Vətən naminə ölmək nə asanmış! 

Bildim, sənin eşqinlə öyünmək və öyülmək 

nə deməkdir? 

Bildim, 

Sənin uğrunda da ölmək nə deməkdir! 

Xalq sevdi məni, 

Ey mənim öz şöhrətim, andım, 

Sevdim və sevildim! Bu böyük sevgini yalnız 

Hər gün daha çox 

mən səni sevməklə qazandım! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

          AZƏRBAYCAN 

 

Azərbaycan, sənsən mənim 

Ülviyyətim, şan - şöhrətim. 

Adın mənim öz adımdır, 

Sənsiz mənim nə qiymətim? 

 

Nəfəsimiz Babəklərin, 

Sabirlərin od nəfəsi, 

Mahnımızda yaşar bizim 

Babaların addım səsi. 

 

Biz tarixə sığınmadıq, 

Dünən vardıq, bu gün varıq. 

Biz keçmişə güvənərək 

Gələcəyə addımlarıq. 

 

Azərbaycan, mənim eşqim, 

Mənim andım, mənim anam. 

Biz ikimiz bir torpağıq, 

Mən də sənin bir parçanam. 

 

 

   

 

     VƏTƏN   OLMAZ 

 

Cənnət ola qürbət, yenə vallah, Vətən olmaz. 

Qürbətdə şah olsan da, bir arzun bitən olmaz. 

 

Əcdadımızın türbəsi torpaq- kökümüzdür, 

Torpaqsız  açan buğda dənindən də dən olmaz. 

 

Kökdən aralandınsa, işin düşdü qəzaya, 

İmdadına, fəryadına bir dəm yetən olmaz. 

 

Elçin çəkilən hər bir əzab min çiçək açmış, 

Yurdunda elin çəkdiyi zəhmət itən olmaz. 

 

Yurd eşqi bütün sevgilərin tacıdır, əlbət, 

Haqdan doğulan qibləyə heç vaxt çatan olmaz. 

 

 

VƏTƏN 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Çağırır indi bütün milləti imdada Vətən. 

Dəyişilməz, ay oğul, cənnətə dünyada Vətən. 

 

Bizə meydan oxuyan bilməlidir birdəfəlik 

Nə satılmaz, nə verilməz binədən yada Vətən. 

 

Sinə altında gərək qəlb kimi hər an döyünə, 

Yana ulduz kimi hər sözdə, hər imzada Vətən. 

 

Vətən eşqindən ucalsın bütün istəklərimiz, 

Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən. 

 

Ulular uymadı var- dövlətə, yalnız dedilər: 

- Ən böyük bəxşişimiz bizdən hər övlada: Vətən! 

 

 

BİZ VƏTƏNÇİN  DOĞULDUQ 

 

Vətənin arxasında 

Biz həmişə dağ olduq. 

Vətən bizimçin deyil, 

Biz Vətənçin doğulduq. 

 

Toxunmasın bu yurda 

Bir an düşmən nəfəsi. 

Gəlsin minarələrdən 

Allahu- Əkbər səsi. 

 

Başımızın üstündə 

Məmmədəmin bayrağı. 

Güllə qorxar igiddən, 

Güllə tutar qorxağı. 

 

Vətən adlı ocağa 

Hər gün isinmək şərəf. 

Bu torpağın yolunda 

Torpağa dönmək şərəf! 

 

 

XƏLİL   RZA   ULUTÜRK 

 

 

AZƏRBAYCAN 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Gəzdim sənin çöllərini 

Oba- oba, oymaq- oymaq. 

Nə gözəlmiş qoynun sənin, 

Ana torpaq, ana torpaq! 

 

Astarada, Lənkəranda 

Limonların rəngi sarı, 

Süfrələrin bəzəyidir 

Kürdəmirin qızıl narı. 

 

Kür üstündə, göy Xəzərdə 

Vətəgələr nə gözəldir! 

Tora düşən balıqların 

Ağ pulları sanki zərdir. 

 

Seyr edirəm Abşeronun 

Səhərini, axşamını. 

Çox sevirəm burda bitən 

Bal ənciri, ağ şanını. 

 

Qızıl Quba, qızıl Qusar 

Xatırladır ilk baharı. 

Bağlarının şöhrətidir 

Gül yanaqlı almaları. 

 

Zaqatala qoruğunda 

Cüyür- ceyran sürü- sürü. 

Baxdıqca bu gözəlliyə 

Uzanmazmı insan ömrü? 

 

Mingəçevir dənizindən 

Neçə- neçə kanal gəlir. 

Bağ- bağatlı Şirvanla bir 

Ağ pambıqlı Muğan gülür. 

 

Gör nə qədər filiz yatır 

Daşkəsənin dağlarında. 

Xan çinarlar göyə qalxır 

Qədim Gəncə bağlarında. 

 

Çıxdım Şuşa yaylağına, 

Çeşmələrdə gözüm qaldı. 

Endim İsa bulağına, 

Cığırlarda izim qaldı. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə