Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə7/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   2   3   4   5   6   7   8   9   10   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Ölməz könül, ölməz əsər, 

Nizamilər, Füzulilər! 

Əlin qələm, sinən dəftər, 

De gəlsin hər nəyin vardır, 

Deyilən söz yadigardır. 

 

El bilir ki, sən mənimsən, 

Yurdum, yuvam, məskənimsən! 

Anam, doğma vətənimsən! 

Ayrılarmı könül candan? 

Azərbaycan, Azərbaycan! 

 

 

GÖZ AYDINLIĞI 

 

Ay ellər, obalar, gözünüz aydın! 

Düşmənin səfləri pozulur bu gün, 

Bizim qoç igidlər nərə çəkdikcə, 

Zalımın məzarı qazılır bu gün. 

 

Zaman öz hökmünü verəndən bəri 

Açır camalını dağlar səhəri. 

Dumandan sıyrılır Vətən göyləri, 

Durnalar qatarı düzülür bu gün. 

 

Parlayır günəşi ana Vətənin: 

Ulduzu qaralır pis Əhrimənin, 

«Göyün Allahıyam»,- deyən düşmənin 

Ayağı yerlərdən üzülür bu gün. 

 

Ordumuz yürüyüb ellər keçəndə, 

Yadları ot kimi qırıb biçəndə, 

Analar sevinib, şərbət içəndə, 

Tarixə dastanlar yazılır bu gün. 

 

NAZİM  HİKMƏT 

 

 

BU  VƏTƏNƏ  NECƏ  QIYDINIZ ? 

 

İnsan olan vətənini satarmı, 

Suyun içib, çörəyini yediniz. 

Dünyada Vətəndən əziz şey varmı; 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bəylər, bu Vətənənecə qıydınız? 

 

Onu didik-didik didiklədilər, 

Saçlarından tutub sürüklədilər. 

Götürüb kafirə: « Buyur »,- dedilər, 

Bəylər, bu Vətənə necə qıydınız? 

 

Əli-qolu zəncirlərə vurulmuş, 

Budur, çırıl-çılpaq yerə sərilmiş. 

Oturmuş köksündə texaslı* çavuş, 

Bəylər, bu Vətənə necə qıydınız? 

 

Bir gün gələr, çarx düzünə çevrilər, 

Bir gün gələr, qara dağlar devrilər, 

Bir gün gələr, cavabınız verilər, 

Bəylər, bu Vətənə necə qıydınız? 

 

*Oxu: erməni (redaktor) 

 

RƏSUL  RZA 

 

AND 

 

And içirik bu dərəyə, bu dağa! 

Əcdadımız can qoyduğu torpağa! 

And içirik şəfəq rəngli bayrağa! 

Ana Vətən, sənə layiq olarıq. 

Yağıları darmadağın salarıq. 

 

Könüldəki sədaqətə and olsun! 

Düz ilqara, məhəbbətə and olsun! 

Bizim böyük həqiqətə and olsun! 

Göy üzündə açanda biz qanadı, 

Ərşə çıxar yağıların fəryadı. 

 

And içirik azadlığın adına, 

And içirik şirin ömrün dadına. 

And içirik  sənə, ana- qadına, 

Ömrümüzü elə qurban verərik. 

Gülə- gülə yolunda can verərik. 

 

Anamızın saf südünə and olsun! 

Alqışına, öyüdünə and olsun! 

Zəfər adlı böyük günə and olsun! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Azadlığın bayrağını hər zaman 

Azərbaycan qoruyacaq yağıdan! 

 

 

   ƏRK  QALASI 

 

Təbriz- gözəl  şəhər! 

 

Vuruşdular: 

son gülləyə, 

son süngüyə, 

son qundağa qədər. 

Vuruşdular: 

hər şey qırmızı geydi, 

daşdan torpağa qədər. 

Vuruşdular: 

alt dodaqdan 

üst dodağa qalxa bilməyən 

səsə qədər. 

Vuruşdular: 

onlardan yeddi dəfə -yetmiş qat 

artıq olan, 

süngüləri narın daraq dişi kimi 

sıx olan  düşmənlə. 

Yaralılar ufuldamadı. 

Can verənlər inləmədi, 

Susuzlar «yandım» demədi. 

Öpdü qurumuş dodaqları 

qan hopmuş torpağı. 

Yaralarına basdılar 

qan rəngli bayrağı. 

Nə düşmən onlardan 

bir aman sözü ala bildi, 

nə bu ölümü yağı duydu, 

nə qala bildi. 

Söykənib qala divarına 

öldülər ayaq üstə, 

çiyin-çiyinə, 

Ulduzlar şahid oldu 

bir sırada dayanmış 

ölülərin qabağından 

yüz yerə bölünmüş dirilərin 

çəkildiyinə. 

Öldülər ayaqlarının altında 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Vətən torpağı. 

Başlarının üstündə 

Vətən ulduzları. 

Könüldən-könülə keçdi 

ümidləri, arzuları. 

Gecə ağır- ağır keçdi 

cənazələrin üstündən: 

Keçdi getdi yolu səhərə. 

Günəş şəfəqdən bir örtük çəkdi 

torpağı qoruyub, torpaqda dincələn 

cənazələrə. 

 

 

                   MƏMMƏD  RAHİM 

 

 

 

AZƏRBAYCANIM  MƏNİM 

 

Dünyada ölkələr var, 

Biri- birindən qəşəng. 

Doğma yurdum, şən diyar, 

Çəmənlərin rəngbərəng. 

Sən hər yerdən gözəlsən, 

Bir işıqlı əməlsən. 

Qoy dolanım başına, 

Torpağına, daşına 

Qurbandır canım mənim, 

Azərbaycanım mənim. 

 

Dünyanın çox çayı var, 

Kim deyər ki, tayı var 

Kürümün, Arazımın. 

Baharımın, yazımın 

Gülşəni Odlar eli. 

Babəkin, Koroğlunun 

Vətəni Odlar eli. 

Sənin sahillərində 

Xəyallara dalmışam, 

Baxıb çinarlarına 

Çinar tək ucalmışam. 

Suların can dərmanı. 

Qonaqcıllar içində 

Sənin bənzərin hanı? 

Dinim, imanım mənim, 

Azərbaycanım mənim. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə