Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə4/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   2   3   4   5   6   7   8   9   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Düşmənimiz aman istər, Bismillah! 

 

 

   

      ALMAZ   İLDIRIM 

 

 

ƏSİR  AZƏRBAYCANIM 

 

Hanı məni gül qoynunda doğuran, 

Xəmirimi göz yaşıyla yoğuran, 

Beşiyimdə, « layla, balam » çağıran… 

Azərbaycan, mənim baxtsız anam oy… 

Neçə ildir həsrətinlə yanam oy… 

 

Salam desəm, rüzgar alıb götürsə, 

Ağrı dağdan Alagözə ötürsə, 

Gür səsimi göy Xəzərə yetirsə, 

Xəzər coşub zəncirini qırsa oy… 

Hökm  etsə  bu sərsəm gediş dursa oy… 

 

Xəbər alsam Muğanımdan, Milimdən, 

Nazlı  Bakı, o neft qoxan gülümdən, 

Kim demiş ki, düşmüş adı dilimdən… 

Azərbaycan, mənim eşsiz yurdum  oy… 

Ölməz eşqim, içimdəki dərdim oy… 

 

Könlümə tək Kəbə etdim səni mən, 

Sənsiz neylim qürbət eldə günü mən? 

Sənsiz neylim Allahı mən, dini mən… 

Azərbaycan, mənim tacım, taxtım oy!.. 

Oyanmazmı kor olası baxtım oy!.. 

 

 

 ORXAN   ŞAİQ  GÖKYAY 

 

 

BU  VƏTƏN  KİMİN? 

 

Bu Vətən torpağın qara bağrında 

Sıra dağlar kimi duranlarındır! 

Bir tarix boyunca onun uğrunda 

Özünü tarixə verənlərindir. 

 

Tutuşub kül olan ocaqlarından, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Şaxlanıb köpürən irmaqlarından, 

Hüdudlarda qəza bayraqlarından 

Alnına işıqlar vuranlarındır! 

 

Geri boylanmadan yollara düşən, 

Şimşək kimi çaxan, sel kimi coşan, 

Hüduddan - hüduda hər səddi aşan 

Cəbhədən - cəbhəyə soranlarındır! 

 

İrəli atılıb sellərcəsinə, 

Köksündən vurulub tam ərcəsinə, 

Bir gül bağçasına girircəsinə 

Bu qara torpağa girənlərindir! 

 

Tarixin dilindən düşməz bu dastan, 

Nəhirlər qazidir, dağlar- qəhrəman! 

Hər daşı bir yaqut olan bu Vətən 

Can vermə sirrinə erənlərindir!* 

 

Gökyayam, nə desəm ziyadə deyil, 

Bu sevgi bir quru ifadə deyil. 

Düşməni sən kimi röyada deyil, 

Topun lüləsindən görənlərindir! 

 

*Ermək- çatmaq 

 

 

İBRAHİM   ƏLƏDDİN   GÖVSƏ 

 

 

               VƏTƏN 

 

Gün gələr ki, başqa yerlər gəzərsən, 

Könlündə bir yabançılıq sezərsən, 

Anasından ayrı düşən bir yavru 

Kimi sızlar kiçik qəlbin, həmin bu, 

Vətən sevgisidir! Bu sözə inan, 

Hamımızın anasıdır bu Vətən! 

 

Uzaqlardan sən dönərkən Vətənə, 

Külək bir xoş qoxu gətirər sənə, 

Dalğaların dillərini anlarsan, 

İstərsən sahilə gəmi alsın yan, 

Bir minarə çözülərkən sislərdən, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Qəlbin daşar içindəki hisslərdən. 

 

Mavi göylər, yaşıl yerlər, şəhərlər 

Sanki bizə pıçıldayan nəhrlər, 

«Oyan!»- deyə uğuldayan korular* 

Düşün,  bala,  bu yerlərdə nələr var! 

Budur, sənin- bu mübarək məmləkət! 

Anan kimi onu sev də,  xidmət et! 

 

Bir pis kəlmə eşidəndə yaxşı bil, 

Bizi bəyənməyən bizlərdən deyil! 

Bir əcnəbi gəlib sənə tor qurur. 

Nə yurd qalır, nə doğmalıq, nə qürur. 

Darıl,  balam, onu çalış söylətmə. 

Torpağını xainlərə çeynətmə! 

 

*Koru- becərilən kicik meşə 

 

 

CƏFƏR   CABBARLI 

 

  ÖLKƏM 

 

Şiş ucları buludlarla döyüşən 

Dağlarında buzları var Ölkəmin, 

Göy otlardan ipək paltar geyinən 

Tarlaları, düzləri var Ölkəmin. 

 

Verimli torpağı, geniş çölləri, 

Çalışqan ərləri, igid elləri, 

Böyük gəmiləri,  dəmir yolları: 

Keçidləri, rizləri var Ölkəmin. 

 

Göllərində ördəkləri üzərlər, 

Çöllərində maralları gəzərlər. 

Güllərindən gəlinlər tac bəzərlər, 

Ceyran gözlü qızları var Ölkəmin. 

 

Coşqun Xəzər, oynar ayaqlarında, 

İşıq saçan nefti torpaqlarında. 

Tarixlərin qızıl yarpaqlarında 

Dadlı - dadlı sözləri var Ölkəmin. 

 

 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə