Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə20/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Qaniçən deyilik, düşmən qanını 

Su yerinə şərbət sanıb içərik! 

Yaylıqları bayraq olan Vətənim! 

O ağaran dan yerindən hərəmiz 

Əynimizə ağ bir kəfən biçərik! 

Anaların göz yaşına and olsun! 

Bellərini kədər bükmüş o azman 

Babaların ağ başına and olsun! 

Yerdə qalmaz bu al qanın ləkəsi. 

Qalsa əgər tutsun bizi qoy sənin 

Verdiyin o duz- çörəyin tikəsi! 

Yaylıqları bayraq olan Vətənim! 

Sən ağlama, sən ağlasan, yanacaq, 

Qovrulacaq bax bu canım, bu tənim! 

Oğulların divar- divar, min- mindir, 

Lazım gəlsə, bundan belə damarda 

Axan qanın hər giləsi sənindir. 

Sənindir bax, bu döyünən ürəklər, 

Amal da sən, arzu da sən, şərəf sən, 

Səninkidir bu muradlar, diləklər! 

Biz getsək də, bu dünyada sən yaşa. 

Adımız adınla çəkilsin qoşa. 

Yaylıqları bayraq olan Vətənim, 

Bayraqları torpaq olan Vətənim… 

 

 

ZƏLİMXAN   YAQUB 

 

 

AND  YERİMİZ 

 

Vətən- bizim qibləmiz, 

Vətən eşqi- şahımız. 

Unutsaq bu hikməti, 

Yuyulmaz günahımız. 

 

Qar oldu, ayaz oldu, 

Gah qış, gah da yaz oldu. 

Qılınc oldu, saz oldu 

Ən kəskin silahımız. 

 

Getsin duman - çənimiz, 

Sünbüllənsin dənimiz. 

İtməsin dünənimiz, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Batmasın sabahımız. 

 

Göydədi sönməz işıq, 

Göydədi yar - yaraşıq. 

Göylərə bağlanmışıq, 

Yerdə qalmaz ahımız. 

 

Bir arzunun şamıyıq, 

Bir sevginin camıyıq, 

Biz allah adamıyıq, 

Eşidər Allahımız. 

 

Gəz, dolan, baxdıqca bax, 

Nə çox dünyada torpaq. 

Azərbaycandır ancaq 

Andımız, «vallah» ımız! 

 

 

     ORDUM VARSA, YURDUM VAR 

 

Mənə ordu gərəkdir, xəstəyə dərman kimi, 

Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi. 

Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi. 

Ordum varsa, yurdum var, 

Ordum yoxsa, yurdum yox! 

 

Düşmənin yuvasını əlimlə pozmalıyam. 

Səngəri dırnağımla, dişimlə qazmalıyam. 

Tarixi qələmlə yox, qanımla yazmalıyam, 

Ordum varsa, yurdum var, 

Ordum yoxsa, yurdum yox! 

 

Gözlər od, əllər silah, canlar sipər olmalı, 

Kirpiyimiz sıxılmış yurda çəpər olmalı, 

Damarda qan coşmalı, canda təpər olmalı, 

Ordum varsa, yurdum var, 

Ordum yoxsa, yurdum yox! 

 

Bizə od vuranları yandırıb- yaxan gərək. 

Torpağı gözümüz tək  qoruyub  baxan gərək 

Qəzəb dolu tüfəngəm, çaxmağı  çaxan gərək 

Ordum varsa, yurdum var, 

Ordum yoxsa, yurdum yox! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Torpağa sahib olub yer üstə yerləşməsək, 

Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək, 

Millətin taleyini dürüst fikirləşməsək, 

Özgələrdən  bizlərə dırnaq qədər yardım yox. 

Ordum varsa, yurdum var, 

Ordum yoxsa, yurdum yox! 

 

İnamsız bir qartalın qanadları gərilməz, 

Döyüşsüz azadlığın meyvələri dərilməz, 

Şəhidsiz bir millətin vətən ruhu dirilməz, 

Oğullar ola- ola, necə deyim mərdim yox. 

Ordum varsa, yurdum var, 

Ordum yoxsa, yurdum yox! 

 

Nə tanrıdan əl üzüb, nə haqdan küsmək gərək, 

Qaniçən yağılarla hesabı kəsmək gərək, 

Vətənin hər daşının üstündə əsmək gərək, 

Bu gün desəm gec olur, bu an tələsmək gərək. 

Bu gün mənim həyatda bundan böyük dərdim yox. 

Ordum varsa, yurdum var, 

Ordum yoxsa, yurdum yox! 

 

 

 

  ƏSGƏR QARDAŞIMA MƏKTUB 

 

Arxaya çəkilsən, arxa - uçurum, 

Kənarda dayansan, kənar - ölümdü. 

Kişinin qeyrəti coşar - qələbə, 

Kişinin vüqarı sınar - ölümdü! 

 

Yurdun iti hürməz, atı kişnəməz, 

Keşikdə igidi, əri yoxdusa. 

Torpağın altında rahat yatammaz, 

Torpağın üstündə yeri yoxdusa! 

 

Unutma amansız bir həqiqəti: 

Vətəndaş yoxdusa, Vətən də yoxdur. 

Torpaq olmayanda, daş olmayanda 

Köklü ağac olub bitən də yoxdur! 

 

Yadların yeminə, suyuna döndük, 

İçilə - içilə gedirik elə. 

Böyüyə - böyüyə tarixə gəldik, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə