Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə23/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Nə üçün? 

Çünki tükənməz gücün, 

Hamı sənə «can» deyir, 

«Can Azərbaycan» deyir. 

 

 

İSTİQLAL 

 

Ey, salam tək hamıya söylədiyim, İstiqlal! 

Rəngini yaxşı ayırd eylədiyim, İstiqlal! 

 

Tən gəlir qan çeşidim bayrağımın 

                                                    al qanına, 

Nə yapar cansız ölüm məsləkinin qəltanına, 

Döşümü qalxan edib girdim onun meydanına, 

Öz içimdən doğulub etdi zühur İstiqlal! 

Sözdə iş, işdə qürur, məncə, budur İstiqlal! 

 

Onu biz gözləmədik, həm də can atdıq hey ona, 

Başını hifz edənə söyləmişik baş əy ona, 

Can atıb Kürlə Araz, mavi Xəzər, yer-göy ona, 

Ey Yanardağda yanan məşəlimiz İstiqlal! 

Ey Qobustanda donan heykəlimiz İstiqlal! 

 

Deyirəm həm yaxına, həm uzağa, həm özümə, 

Vermərəm əldən onu, diqqət elə son sözümə, 

Amma ortaq edərəm Zəncanıma, Təbrizimə, 

Adlasın qoy Arazı sürgün olan İstiqlal! 

Dayağım, Ərkim olan, görküm olan İstiqlal! 

 

Vurnuxur düşmənimiz lal kimidir, 

                                                          kar kimidir, 

Seçmir üç rəngini bayraqlarımın, 

                                                          kor kimidir, 

Şanlıdır keçmişimiz- 

                                 İyirmi yanvar kimidir, 

Ey şəhid oğlu şəhid, ey dirimiz İstiqlal! 

Qəhrəmanlıq işimiz, iksirimiz İstiqlal! 

 

Necə ki, güclülərin hiyləsi var, 

hikkəsi var, 

Bu gözəl məmləkətin can kimi təhlükəsi var, 

Çox da dünyanın, əzizim, 

                                quru bir haqq səsi var, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Millidir, milli olub, milli olar İstiqlal! 

Söz deyil, söz eləsən, sözdə qalar İstiqlal! 

 

Vətəni hürr olanın fikri, sözü hürr olacaq, 

Özünü hürr edənin oğlu, qızı hürr olacaq, 

Ən azı şax gəzəcək, lap ən azı hürr olacaq, 

Söyləyim mənmi daha neyləyəcək İstiqlal?! 

Əcdər Oldum, bizi biz eyləyəcək İstiqlal! 

 

OXŞAMA 

 

Mən 

yarıdım, 

yarımadım, 

Vətənimi 

qarğımadım, 

Ona heç nə 

sırımadım, 

Tək özümü 

qorumadım, 

Köküm varmış, 

qurumadım. 

«Vətən» dedim, 

Vətən, Vətən! 

 

Dolaşdıqca 

addım- addım, 

Baxdım ona 

maddım- maddım. 

Havasını 

uddum, 

uddum, 

Dadmalısın 

dadım, 

daddım. 

Necə şaddım, 

Necə şaddım, 

«Vətən» dedim, 

Vətən, Vətən! 

 

Onu çox da 

şişirtməyin, 

Kiçik deyil, 

kiçiltməyin, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Hər yetəni 

eşitməyin, 

Yuvamızı 

üşütməyin, 

Zirvədəyəm, 

düşürtməyin. 

«Vətən» dedim, 

Vətən, Vətən! 

 

Öz imzamdır, 

öz qolumdur, 

Bayrağımda 

üç yolumdur, 

Addımbaşı 

parolumdur, 

«Sağ ol» umdur, 

«Var ol» umdur, 

Hər nədirsə, 

qəbulumdur. 

«Vətən» dedim, 

Vətən, Vətən! 

 

Yağısı çox 

çətinlikdir. 

Kimə nə var, 

bu, mənlikdir. 

Ruhum şehli 

çəmənlikdir. 

heyim, gücüm 

Vətənlikdir. 

Bələklikdir, 

kəfənlikdir, 

«Vətən» dedim 

Vətən, Vətən! 

 

 

RÜSTƏM   BEHRUDİ 

 

   YURD YERİMİZ 

 

Qarşı yatan qara dağı yaylağım, 

Düzənləri, ormanları oylağım, 

Əyilməyən çinarları bayrağım - Vətən! 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bir gör sevgim təzədimi, tərdimi? 

Hər doğulan oğuldumu, ərdimi?! 

Daşlarına yazdım min il dərdimi-Vətən! 

 

Ağ alnımda Araz qara yazıdı, 

Varaq, yol uzaqdı - qar ayazıdı 

Kərkükdü, Göyçədi, Qarayazıdı - Vətən! 

 

Hər ağrılar, hər acılar ötəndi, 

Əl uzatsam, Ərzuruma yetəndi, 

…Füzulinin məzarı da Vətəndi, Vətən! 

 

Vardım sona, « Ya bütövlük, ya qandı », 

Zalım dostlar qəbul edin bu andı. 

Qara başım bu yol üstə qurbandı-Vətən! 

 

 

    NİZAMİ  AYDIN          

 

 

 

 

 

           ƏSL ƏSGƏR* 

 

 

 

 

 

Heç özü də bilmədən 

əsl əsgər 

bircə güllə atılsa da 

düşmən tərəfindən, 

qurtara bilməyir güllədən… 

bircə döyüş də olmur 

əsl əsgərlər ölmədən. 

 

Elə döyüş də olmur 

Yaralı əsgərlər 

Bayraq kimi  

enməsin atlardan. 

Atlar inciməsin otlardan, 

otlar atlardan. 

Sonuncu davada 

gözləri açıq ölməsin sonuncu əsgər. 

 

Sonuncu səngərdə 

Bayraq kimi 

Qaldırılmasın Vətən torpağı. 

Şəhidlərin öldüyü gün 

uşaqlıq şəkli  

tapılmasın cibindən…  


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə