Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə21/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Kiçilə - kiçilə gedirik elə! 

 

Tüstü burum - burum yüksəlir göyə, 

Duman içindədir Azərbaycanım. 

Şübhələr, gümanlar yedi, doğradı, 

Güman içindədir Azərbaycanım! 

 

Özün  qaz səngəri, özün aç yolu, 

Dumandan, gümandan çıxart milləti! 

Ən güclü ordunun zərbəsinə dön, 

Ən ağır zamandan çıxart milləti! 

 

Qələbə pay deyil, hədiyyə kimi 

Gətirib hardansa verələr sənə. 

Özün qazanmasan, lənət oxuyar 

Bu dağlar, bu düzlər, dərələr sənə! 

 

Güvənə bilməsən öz qüdrətinə, 

Oyuncaq əllərdə oyun olarsan. 

Ordunun içində məğrur bir kişi, 

Sürünün içində qoyun olarsan! 

 

Gördük qazancını qoyun olmağın, 

Mən bu gün möhtacam şir oğlu şirə. 

Torpağı silkələ, göyü parçala, 

Döndər məmləkəti ocağa, pirə! 

 

Zaman göstərəcək öz aynasında, 

Neylədi, kim hansı tərəfə döndü. 

Kim xalqı tapşırdı şərəfsizlərə, 

Kim xalqın yolunda şərəfə döndü! 

 

Mənim şah damarım, mənim sağ gözüm, 

Mənim dağ tərəfim sən olmalısan. 

Millət taleyini tapşırıb sənə, 

Ən böyük şərəfim  sən olmalısan! 

 

Satqına, alçağa, xainə, dönsən, 

Düşmənin oxuna, yayına dönsən, 

İblisin, şeytanın tayına dönsən, 

Sən də qurtarmasan Vətəni dardan, 

«Yoxdur umacağım pərvərdigardan!!!»* 

 

*Misra Səməd Vurğunundur 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

DİLSUZ   MUSTAFAYEV 

 

 

BURA  VƏTƏNDİ 

 

Bura Vətəndi, 

Gülü bitəndi. 

Əlim çatandı, 

Ünüm yetəndi- 

Bura Vətəndi. 

 

Kəpəz ucadı, 

Yolu xalçadı, 

Gülü qönçədi. 

Gedən gözəlin 

Eli Gəncədi. 

 

Bura Arazdı, 

Suyu dayazdı: 

Gəmim buz tutur, 

Neylim ayazdı, 

Leylim ayazdı. 

 

Bu el Şuşadı, 

Gözəl Şuşadı. 

Üzmə gülünü, 

Gülü qoşadı- 

Gözəl Şuşadı. 

 

Bu el Şəkidi, 

Gözəl Şəkidi. 

Yenə dünyadan 

Əzəl Şəkidi, 

Gözəl Şəkidi. 

 

Bura Vətəndi, 

Gülü bitəndi. 

Əlim çatandı, 

Ünüm yetəndi- 

Bura Vətəndi. 

 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



ELDAR   BAXIŞ 

 

  BU TORPAQ 

 

Dərəsi  dərə deyil, 

10000-100000 ölçülü 

qaloşdu, 

dağı  dağ deyil, 

papaqdı; 

bu torpaq ki var 

ayağımızın altında 

bu torpaq zor torpaqdı! 

Min ildi, 

Milyon ildi, 

gözümüzü dikmişik 

bu torpaq ki var 

ayağımızın altında 

bu torpağın ayın- oyununa. 

Biz heç, 

biz adamıq,- 

məni o yandırır ki, 

bu torpaq ki var 

ayağımızın altında 

bu torpaq iti də, 

pişiyi də mindirib boynuna. 

Allahın iti, 

allahın pişiyi 

iki yox, 

dörd ayağını dirəyib bir 

başmağa, 

başlayıb 

bu torpağın üstündə 

yeməyə, içməyə, gəzməyə- 

əməlli-  başlı yaşamağa. 

Toyuğa tolamazdı atırlar,- 

toyuğu tutmur, 

dəyir bu torpağa. 

Ağ atdı 

qarnına arpa istəyəndə 

ayağını döyür bu torpağa. 

Bu torpağın üstündə 

Gündoğan Günbatana, 

Günbatan Gündoğana 

qoşun gedir. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bu torpağın üstündə 

ot bitir, 

traktor işləyir, 

maşın gedir. 

Dərəsi  dərə deyil, 

10000-100000 ölçülü 

qaloşdu, 

dağı  dağ deyil, 

papaqdı; 

Torpaq haqqı, 

bu torpaq ki, var 

ayağımızın altında 

bu torpaq 

zor torpaqdı! 

 

 

AĞAMALI   SADİQ  ƏFƏNDİ 

 

 

BU  VƏTƏN  MƏNİM  ANAMDI 

 

Bu Vətən mənim anamdı, 

Ana balasına qıymaz, 

Ana balasından doymaz, 

Qoynunda qəbir yerim var. 

Qəbrimi yadlara qıymaz, 

Bu Vətən miənim anamdı. 

 

Bu Vətən mənim anamdı, 

Anamı özüm saxlaram. 

Ağlama, qardaş, ağlama, 

Anamı özüm ağlaram: 

Mənim özümə nolub ki? 

Qara gözümə nolub ki? 

 

Bu Vətən mənim anamdı, 

Qoy anam saxlasın məni. 

Ağlama, qardaş, ağlama, 

Qoy anam ağlasın məni: 

Mənim anama nolub ki? 

 

OFELYA   BABAYEVA 

 

   AZƏRBAYCAN 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə